Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:17

İranın ruhani lideri Ali Khamenei borcla dolanır?


Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei
-
İranın ali dini lideri Ali Khamenei tez-tez nağd pula ehtiyac duyur. Ona görə də, şəxsi mühafizəçilərindən borc alır.

Bu barədə onun köhnə dostu və yardımçılarından biri olduğunu deyən Ayətullah Rasouli Mahalati «Fars» xəbər agentliyinə müsahibəsində danışıb:

«Mən ona pul aparanda bəzən eşidirəm ki, deyir: «Rza, gəl, borcumu qaytarım»

O, ali lider Khamenei-nin dolanmaq üçün Tehrandakı evini icarəyə verdiyini bildirir.

«ONUN EVİNDƏ YALNIZ BİR XALÇA VAR»

R.Mahalati həmçinin deyib ki, Khamenei-nin sadəcə bir xalçası var:

«Mən bəzən onun şəxsi kabinetində oluram. Onun evində yalnız bir xalçası var. Təbriz xalçasıdır, özü də köhnəlib, bəzi yerlərdə sapları yeyilib».

İranda çoxlu xalçaya sahiblik mövqe yiyəsi olmaq deməkdir.

R.Mahalati-nin qənaətincə, Khamenei-nin dini təhsil alan tələbə oğulları bəzən maddi çətinliklər çəkir.

R.Mahalati-nin ali dini xadimin həyat tərzi haqqında dedikləri İran liderlərinin ictimai imicini yaratmağa xidmət edir. Məsələn, Khamenei dünya malında gözü olmayan dini xadim kimi təqdim olunur.

Birinci dəfə deyil ki, onun həyat tərzi haqqında belə detallar ortaya atılır.

Ekspertlər Məclisinin üzvü Ayatollah Abolhassan Mahdavi də daxil Khamenei-nin bir neçə başqa köməkçisi bu yaxınlarda ali dini liderin yaşayış tərzini tərifləyib.

A.Mahdavi də öz xatirələrində yazır ki, Khamenei-nin evində «köhnəlmiş bir xalça» var və o, tez-tez pulsuzluqla üzləşir:
Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei

«Khamenei bəzi vaxtlar məndən borc alır. Onun sərəncamında külli miqdarda pul var, amma o, bir qəpiyi də öz ehtiyaclarına xərcləmir».

Bu ilin əvvəlində «Mashregh News» saytı İmam Mehdi Seminariyasının rəhbəri Ayatollah Ruhollah Garahi-nin Khamenei-nin arvadının kiçik divanı çölə atması barədə xəbərini yayıb. Ruhani yazır ki, həkim Khamenei-yə kürəyindəki ağrılara görə divanda oturmağı məsləhət görüb:

«Onlar da kiçik divan alıblar, daha doğrusu, divanın bir hissəsini, hamısını yox. Həmin vaxt Khamenei-nin xanımı Məşhədə ziyarətə gedibmiş. Qayıdanda evdə divanı görüb, götürüb onu bağçanın qapısı ağzına qoyub. Khamenei işdən evə dönəndə görüb ki, divan qapının ağzındadır».

Ruhani deyir ki, Khamenei arvadından divanı niyə atdığını soruşub:

«Xanımı da cavab verib ki, sən bizi dəbdəbəli həyata sürükləmək istəyirsən? Khamenei gülüb, deyib ki, bu, dəbdəbədirsə, çox kiçik dəbədədir. O izah edib ki, divanı ona həkim məsləhət görüb. Bundan sonra xanımı divanı saxlamağa razılaşıb».

YEMƏYƏ QAYĞANAQ

İnqilab Qvardiyasının sabiq rəhbəri Yahya Rahim Safavi də bir xatirəsini bölüşüb. O deyib ki, Khamenei-nin yaşadığı evdə nahara qalıb və onun yalnız qayğanaqdan ibarət olduğunu görəndə, təəccüblənib.

KHAMENEI HEÇ DƏ UCUZ GEYİNMİR

Mehdi Khalaji
Mehdi Khalaji
Ali dini xadimin bioqrafiyası üzərində işləyən Vaşinqton İnstitutunun Yaxın Şərq siyasəti üzrə eksperti Mehdi Khalaji deyir ki, Khamenei-nin sadə həyat tərzi ilə bağlı deyilənlər həqiqətdir, amma bir az şişirdilib.

«Onun geyimi ən yaxşı materialdan tikilib. Bəzən çox bahalı parça olur. O, bunları özü almır, hədiyyə, ianə kimi qəbul edir. O, bunlar üçün pul xərcləmir. Onun evində dəbdəbəli həyatın izi yoxdur. İran qanunlarına əsasən, ali dini xadim üçün maaş təyin edilmir. Prezidentin maaşı var, nazirlərin, deputatların da həmçinin. Onun dini qurumlardan ödənişi olduğu üçün aylıq maaşı yoxdur. O, öz xərclərini ödəməyi bacarır. Borc alması ilə bağlı deyilənlər isə şişirdilib. Onun dəbdəbədən kənar əxlaqlı həyat tərzi var».

Dövlət mətbuatı İran liderlərinin və siyasətçilərinin çoxunun sadə həyat tərzi keçirdiyini yazır. Onların arasında indiki və keçmiş prezidentlər Mahmoud AhmadinejadAkbar Hashemi Rafsanjani də var.

Burda Rafsanjani-nin evindən görüntülər var.

ƏGƏR KASIBDIRSA...

Bu təbliğat heç də gündəlik həyatlarında korrupsiya ilə üzləşən sıravi iranlıları razı salmır.

Khamenei-nin həyat tərzi ilə bağlı deyilənləri oxuyandan sonra bir gənc sosial mediada yazıb:

«O, həqiqətən də kasıbdırsa, onda sanksiyalardan, qiymətlərin qalxmasından biz kasıblar kimi əziyyət çəkməlidir. Hələ ki, yaranmış bu vəziyyətə görə böyük ölçüdə o, günahkardır».
XS
SM
MD
LG