Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:14

Türkiyə və NATO arasında Patrio raketləri ilə bağlı danışıqlar başa çatır


Türkiyə ərazisində Patriot hava-hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı danışıqlar tamamlanmaq üzrədir. Türkiyənin Xarici İşlər naziri Ahmet Davutoglu Ankarada ölkənin hava sahəsinin Suriya və digər ölkələrdən mümkün hücumlardan qorumağa imkan verəcək bu sistemlə bağlı deyib ki,

Patriot raketləri ilə bağlı danışıqlar intensiv şəkildə gedir və bütün ehtimallar və risklərin hesablandığı son mərhələdəyik. NATO-ya formal müraciət də tezliklə göndəriləcək və rəsmən proses tamamlanacaq.

NATO rəhbərliyi Türkiyənin müraciəti daxil olan kimi, onu müsbət cavablayacaqlarını dünən də bəyan edib.

NATO-ya üzv olan dövlətlərdən ABŞ, Almaniya və Hollandiya Patriot raketlərindən istifadə edir. NATO 1991-ci və 2003-cü illərdə İraqa hücum zamanı Türkiyədə bu sistemləri quraşdırmışdı.

Ötən ay bir neçə dəfə Suriyadan atılan mərmilər Türkiyə ərazisinə düşüb, bir neçə dinc sakinin ölümünə səbəb olmuşdu. Bundan sonra Suriya təyyarəsinin Türkiyə hava sahəsinə girdiyi bildirilmişdi.
XS
SM
MD
LG