Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

Milli Məclis Türkiyə ilə imzalanan qaz nəqlinə dair sazişləri təsdiqlədi


Foto: Arxiv

Foto: Arxiv

-
Azərbaycan parlamenti Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası və Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Boru Kəməri (TANAP) sazişlərini təsdiq edib.

TANAP layihəsi üzrə saziş iyunun 26-da İstanbulda imzalanıb.

5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq.

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG