Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

Quba hadisələri zamanı saxlananların həbs müddəti uzadılıb


-
Quba hadisələri ilə əlaqədar həbs edilmiş «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqovun və redaktor Zaur Quliyevin həbs müddəti dekabrın 15-ə qədər uzadılıb.

Bu qərarı noyabrın 13-də Nəsimi rayon Məhkəməsi çıxarıb.

Onlarla birlikdə Quba hadisələrində ittiham olunan daha 4 nəfərin - Elxan Əliyev, Zakir Məmmədov, Gülağa AğayevMuxtar Ələkbərovun da həbs müddəti uzadılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, müdafiə tərəfinə istintaqın bitməsi elan olunub. İş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Vüqar Qonaqov və Zaur Quliyev ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur.

Onlar ittiham üzrə özlərini təqsirli saymırlar.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik sayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılmışdı.

Martın 2-də Rauf Həbibov Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda Quba rayon məhkəməsində ayrı-ayrılıqda 3 qrupda 30-a yaxın şəxsin məhkəməsi davam edir. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG