Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:15

Zərdüşt Şəfi anıldı


-

Noyabrın 20-də Azərbaycan Yazıçılar Birliyində mərhum gənc yazar Zərdüşt Şəfinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

Birliyin Gənclər üzrə katibi Rəşad Məcid bildirdi ki, Zərdüştün şeirlərindən və nəsr yazılarından ibarət kitab nəşrə hazırlanır.

Tədbirdə mərhum yazarın öz səsindən şeirləri, müsahibələrindən parçalar səsləndirildi.

Yazar və jurnalistlər - Elçin Hüseynbəyli, Seyfəddin Hüseynli, İlqar Fəhmi, Qan Turalı, Qismət, Feyziyyə, Günel Xəzəl, Günel Eminli, Ülviyyə Heydərova və digərləri Zərdüşt Şəfi haqqında xatirələrini bölüşdülər.

Sonda “Mədəniyyət” kanalının Z.Şəfi haqda çəkdiyi “Cənab istedad” filmi nümayiş etdirildi. Filmin ssenari müəllifləri Mintac Elsevər və Ruslan Mollayevdir.

Zərdüşt Şəfi 1986-cı ildə Bakıda anadan olub. Qan xərçəngindən əziyyət çəkən yazar bu il avqustun 3-də Qəbələ rayonunu Bum qəsəbəsində dünyasını dəyişib.

XS
SM
MD
LG