Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Adil Mirseyid


Adil Mirseyid

Adil Mirseyid 1952-ci il dekabrın 21-i Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin «Yol» ədəbiyyat qəzetində redaktor vəzifələrində çalışıb (1992-1993).

Keçən əsrin 70-ci illərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. «Güzgüdəki adam»,

«Bulud Adam», «Nəğmə Adam», «Vernisaj şeirlər», «Hardan baxsan görünən adam», «Ay Suvarisi» kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdır. «Vektor» Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət mükafatına, Bahar Simpadisi mükafatlarına layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.
XS
SM
MD
LG