Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Sabiq nazir Gürcüstana dönən kimi həbs edilib


-

Son 5 ilini xaricdə keçirən Gürcüstanın keçmiş müdafiə naziri Irakly Okruashvili həbs edilib.


Gürcüstan ədliyyə naziri Tea Tsulukiani jurnalistlərə deyib ki, Okruashvili «günahsızlığını sübuta yetirmək üçün» Avropadan qayıdıb.

Nazir əlavə edib ki, Almaniya və Fransada məhkəmələr Okruashvili-nin siyasi baxımdan izləndiyini desə də, ona qarşı bütün ittihamları dərhal ləğv etmək mümkün deyil.

Okruashvili 2007-ci ildə rüşvət alma və qeyri-qanuni silahlı birləşmə yaratma ittihamı ilə araşdırma başlayandan sonra ölkəni tərk edib.

Sabiq nazir qiyabi 11 illik həbsə məhkum edilib.

Gürcüstanın yeni hökuməti daxili işlər nazirliyinin keçmiş məmurlarına qarşı araşdırmaya başlayandan sonra Okruashvili ölkəyə qayıdıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG