Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28
-

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 22-dən 30-dək «Fikrət Əmirov-90» Musiqi Festivalı keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Festival çərçivəsində müxtəlif konsertlər, tamaşalar nümayiş olunacaq.

Festivala noyabrın 22-də saat 12:00-da Fəxri Xiyabanda bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək.

Həmin gün saat 19:00-da isə ölkənin baş sarayında «Fikrət Əmirov – 90» Musiqi Festivalının açılışı və qala-konsert olacaq.

Bu il Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də Bakı və Qəbələ şəhərlərində Fikrət Əmirovun 90 illiyinə həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.
XS
SM
MD
LG