Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:16

Mərkəzi Bank pul siyasətini sərtləşdirə bilər


Azərbaycanda dövlət xərcləri və kreditləşmənin artımının son dövrdə sürətlənməsi nəticəsində tələblə bağlı təzyiqlər yaranarsa, Azərbaycan Mərkəzi Bankı pul siyasətini sərtləşdirməli olacaq.

Bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzogi noyabrın 20-də keçirilən mətbuat konfransında deyib.

Raja Almarzogi bildirib ki, hazırda ölkədə iqtisadi siyasət alətləri məhduddur.

Buna görə də məzənnənin siyasətinin daha çevik olması üçün şərait yaratmaqla, faiz dərəcəsinin təsirinin ötürülməsi üçün mexanizmin gücləndirilməsi inflyasiya dəyişikliklərinə uzun müddət ərzində daha yaxşı nəzarət etməyə kömək edəcək.

Raja Almarzogi onu da deyib ki, yaxın 1-2 il ərzində Azərbaycanda mövcud çevik məzənnə siyasətinin dəyişməsi gəzlənilmir.
XS
SM
MD
LG