Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:09

TANAP-la bağlı saziş təsdiqlənib


Azərbaycan parlamenti Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası və Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu Boru Kəməri sazişlərini təsdiq edib.

TANAP layihəsi üzrə saziş iyunun 26-da İstanbulda imzalanıb.

Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq.

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG