Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 23:46

Səfər Əbiyev Qətər vəliəhdi ilə görüşüb


Qətərə səfər edən müdafiə naziri Səfər Əbiyev vəliəhd Sheikh Tamim bin Hamad bin Khalifa Al-Thani və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında əlaqə, hərbi sahədə əməkdaşlıq perspektivləri, regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Səfər Əbiyev «Yırtıcı Şahin-3» çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində Qətərdə səfərdədir.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG