Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:54

Hillary Clintonu İsrailə gəlir


BMT-nin baş katibi Ban Ki-moon İsraili Qəzza bölgəsində Həmasa qarşı əməliyyatları təcili dayandrımağa çağırıb.

Hazırda Ban Ki-moon Qahirədədir.

Bu ərəfədə Ağ ev məlumat yayıb ki, Prezident Barack Obama dövlət katibi Hillary Clintonu regiona göndərir.

Clinton noyabrın 21-də Yerusəlimdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşəcək, sonra Misir və Fələstin liderləri ilə danışıqlar aparacaq.

Bir həftəfir ki, İsrail Qəzzaya raketlərlə hücum edir. İsrail hərbi hədəflərə hücum etdiyini deyir, Fələstin isə mülki şəxslərin öldüyünü bildirir. Bu hücumlarda Fələstində 100-dən çox, İsraildə isə 3 adam həlak olub.
XS
SM
MD
LG