Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:50

İsrailin Qəzzaya hücumları davam edib


İsrail hərbi rəsmiləri deyirlər ki, noyabrın 19-20-də onların qüvvələri Qəzzada 100-dən çox hədəfə hücum ediblər.

İsrail bu hədəflərin yeraltı raket qurğularının, tunellerin, Həmas liderlərinin daldalandığı yerlər olduğunu deyir.

Fələstin mənbələri isə deyirlər ki, İsrailin hücumları nəticəsində Qəzzanın cənubunda iki uşaq, qərbində isə ata iki oğlu ilə həlak olub.

Fələstin tərəfi də İsrailə azı 20 raket atıb.

İsrail-Fələstin arasındakı münaqişə ilə baölı BMT-nin baş katibi Ban Ki-moon Qahirədə Misir prezidenti Muhammad Morsi ilə görüşəcək.

Fələstinlilər arasında 100-dən çox ölən olduğu bildirilir.

Bu hadisədə 3 israilli ölüb.
XS
SM
MD
LG