Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Daşqın qurbanları prezidentə müraciət edib



Noyabrın 20-də iki il əvvəl evləri çay daşqınlarından yararsız vəziyyətə düşən bir qrup İmişli sakini prezident İlham Əliyevə müraciət edib.

Müraciət müəllifləri evlərinin yararsız olduğunu, dövlət büdcəsindən vəsait ayrılsa da, bundan onlara pay düşmədiyindən şikayətləniblər.

«İmişli rayonunda zərərçəkənlərə kompensasiyaların verilməsi və evlərin tikilməsində ayrı-seçkiliyə, eləcə də korrupsiya hallarına yol verilib. Fövqəladə Hallar Nazirliyi və İmişli Rayon İcra Hakimiyyətinin o zamankı rəhbərliyi bizim haqlı tələblərimizi qulaqardına vurub. 30 aydır müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Bir ildən isə çoxdur ki, məhkəmə yollarında get-gəldəyik. Bizim sözümüzü eşidən, səsimizə hay verən yoxdur. Halbuki bu istiqamətdə vəsaitlərin ayrılması və işlərin görülməsi üçün vaxtaşırı müəyyən addımlar atmısınız. Sonuncu dəfə 2012-ci il martın 29-da daşqınların törətdiyi problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi üçün 50 milyon manat pul ayırdınız. Biz sizdən soruşmaq istəyirik: 50 milyon manatın taleyi necə oldu? Bu vəsait hara xərcləndi?».

Müraciət müəllifləri prezidentdən problemlərinin araşdırılıb ölçü götürülməsi üçün addımlar atmasını xahiş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG