Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Bakıda pulsuz konsert olacaq


-
Amerikanın «Real Vocal String Quartet» musiqi qrupu noyabrın 18-24-də Azərbaycanda konsert verəcək.

Qrupun Azərbaycana səfərini ABŞ-ın Bakıdakı səfirliyi təşkil edir.

Bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, «Real Vocal String Quartet» klassik, simli kvarteti özünəməxsus Amerika formasında canlandıran və səsli və simli musiqi ifalarının birləşməsindən ibarət olan mahnıları ifa edən yeganə kvartetdir:

«Qrupun hər bir üzvü ifa zamanı oxuyur, mahnını mövzuya uyğunlaşdırır və improvizə edir. Qrupun son dərəcə geniş repertuarı caz və rok, eləcə də Qərbi Afrika musiqisi və «bluqras» adlı folklor mahnılarını əhatə edir».

Qrup ABŞ Dövlət Departamentinin «Amerika Musiqisi Xaricdə» adlı proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcək. Onlar Bakı, Qusar və Xaçmazda konsert verəcəklər.

Musiqi qrupu Azərbaycandan sonra Makedoniya, Bosniya, Latviya və Litvada da konsert proqramı ilə çıxış edəcək.

ABŞ səfirliyi bildirir ki, «Real Vocal String Quartet» qrupunun bütün konsert proqramları pulsuzdur və ictimaiyyət üçün açıqdır.
XS
SM
MD
LG