Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 5 sentyabr 2012. sayı: 167 (20.572)


KARTOF ƏKİNİ SAHƏLƏRİNDƏ BOL MƏHSUL YETİŞDİRİLİB

Şahbuz rayonunun iqtisadiyyatında kartofçuluq önəmli yer tutur. Bu sahədə zəngin təcrübə qazanan bölgənin torpaq mülkiyyətçiləri daxili bazarın tələbatına töhfələrini vermək üçün səy və bacarıqlarını əsirgəmir, hər il uğurlu göstəricilərə nail olurlar. Ötən il rayonda 415 hektar kartof əkini sahəsindən 6166 ton məhsul götürülüb. Cari ildə isə torpaq mülkiyyətçiləri 416 hektar sahəni kartof əkini üçün ayırıblar. Əkin zamanı yüksək məhsuldarlığa malik olan sortlardan istifadə olunub. Bir neçə torpaq mülkiyyətçisi dövlətdən kredit götürüb. Əkin sahələrinə aqrotexniki qaydalar əsasında qulluq göstərilib.

Ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri vaxtlı – vaxtında həyata keçirilib. Erkən yazdan kənd adamlarının çəkdikləri zəhmət hədər getməyib. Sahələrdə bol məhsul yetişdirilib. Rayon İcra Hakimiyyətindən aldığımız operativ məlumata görə, bu günədək 380 hektar sahədən 5732 ton məhsul yığılıb. Məhsul tədarükü davam edir.
Rayonun Kükü, Gömür, Ağbulaq və digər kənd yaşayış məntəqələri kartof yığımında irəlidə gedirlər.

NAXÇIVAN MR ALİ MƏCLİSİNDƏ GÖRÜŞ

...Ali Məclisin sədri qonağı salamlamış, Ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayaraq demişdir ki, strateji tərəfdaş olan Azərbaycan və Ukrayna arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

İki ölkə arasında mədəniyyət, turizm, iqtisadi – ticari və energetika sahəsində əlaqələrin məmnunluq doğurduğunu qeyd edən Ali Məclisin sədri bildirmişdir ki, ötən il Azərbaycan Respublikasının Ukrayna ilə ticarət dövriyyəsinin həcmi 1,5 milyard ABŞ dollarına çatmışdır. Ukrayna ilə Naxçıvan Muxtar Respublikası arasındakı ticarət dövriyyəsi isə bu ilin 6 ayı ərzində 1 milyon ABŞ dolları səviyyəsində olmuşdur.

Görüşdə qeyd olunmuşdur ki, 2010-cu ildən Ukraynanın İrpen şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən 12 nömrəli dilçilik məktəbi ilə Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd orta məktəbi arasında dostluq və əməkdaşlıq münasibətləri qurulmuş, qarşılıqlı səfərlər həyata keçirilmişdir. Bu əlaqələr ali təhsil müəssisələri səviyyəsində genişləndirilməsi üçün də perspektiv vardır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Şagirdlərə məktəbli ləvazimatı verilmişdir
- Təbiəti qorumaq bəşəriyyəti qorumaqdır
- Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
XS
SM
MD
LG