Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

«Dilarə Əliyeva küçəsində biabırçı durum yaranıb»


Dilarə Əliyeva küçəsi

Dilarə Əliyeva küçəsi

-

Bir neçə aydır ki, Dilarə Əliyeva küçəsi boyu yaşayış evləri və ticarət obyektləri sökülür. Həmin küçədə yaşayan 1-ci qrup əlil Ənnağı Əsədov deyir ki, dövlət onların mənzillərini ucuz qiymətə almaq istəyir:

«Nazirlər Kabinetinin qərarına əməl edilmədən, qəpik-quruşla bizi evimizdən çıxarırlar.Camaatın çoxu pulunu almayıb. Qalanlar evlərindən çıxmaq istəmir. Burada evlər bazar qiymətlərinə uyğun qiymətləndirilməli idi. Ancaq bizim evimizin hər kvadratına görə 1500 manat verirlər. Mənim evim 22 kvadratdır, onun da 18 kvadratına sənədim var. Deyirlər, yalnız rəsmiləşdirilmiş sahəyə görə pul ödəniləcək. Bu məbləğlə hara gedim? İş orasındadır ki, o pulu da vermək istəmirlər, deyirlər çıxın gedin kirayədə yaşayın, sənədləşdirmə bitəndən sonra pullarınız veriləcək».

Ənnağı Əsədov deyir Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, Nazirlər Kabinetinin qərarı var, mənzillərin hər kvadratmetrinə 1500 manat ödəniləcək. Vətəndaşlar isə bu qərara etiraz edirlər. Onların sözlərinə görə, ərazidə elə mənzillər var ki, yaşayış üçün minimum imkanları da yoxdur.

ETİRAZ EDƏNLƏRİ İNCİDİRLƏR...
Dilarə Əliyeva küçəsində söküntü

Dilarə Əliyeva küçəsində söküntü

Ənnağı Əsədov: «Fərmanda o da var ki, evlərin dəyərinin 20 faizə qədəri vətəndaşlara köçmək pulu olaraq verilməlidir. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri buna da əməl etmir. Etiraz edənləri incidirlər, polisə aparırlar. Çox biabırçı durum yaranıb. Müəyyən adamlar deyir ki, bizi zorla köçürsələr, özümüzü yandıracağıq. Biz təklif edirik ki, ya bizə bu ərazidə evimizə uyğun mənzil versinlər, ya da ərazidəki mənzillərin real bazar qiymətinə uyğun pulunu versinlər ki, biz də ailələrimizi yerləşdirək».

Ənnağı Sadıqov deyir ki, təklif olunan məbləğin heç bir iqtisadi əsaslandırması yoxdur.

HƏR KVADRATMETRƏ 1500 MANAT

«Qış parkı» ərazisindəki evlərin sökülməsinə rəhbərlik edən Bakı Şəhər İcra Hakimiyyəti katibliyinin rəhbəri Zülfəli İsmayılov həmin küçədəki söküntüylə bağlı yaranmış narazılıqlara AzadlıqRadiosunun əməkdaşına belə münasibət bildirib:

«Hər kvadrat metrə 1500 manat verilir. Səməd Vurğun küçəsindən, Heydər Əliyev Sarayının arxasından başlayıb, Yasamal rayonu ərazisində beşmərtəbəli binanın yanına qədər hər yer sökülməlidir. Bu binalar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülür və söküntüyə də rəhbərliyi mən edirəm».

Zülfəli İsmayılov etirazlara baxmayaraq söküntü planının dayanmayacağını deyib. O, ərazinin abadlıq işləri adı altında söküldüyünü bildirib. Abadlıq işlərinə nələrin daxil olacağından isə İcra Hakimiyyətinin rəsmisi xəbərsizdir.
XS
SM
MD
LG