Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

BMT-nin baş katibi atəşkəsə çağırıb


BMT-nin baş katibi Ban Ki-moon deyib ki, İsraillə Qəzza arasında dərhal atəşkəs elan edilməlidir.

BMT-nin baş katibi bununla bağlı bu gün Qahirədə keçiriləcək danışıqlarda iştirak etmək üçün Misirə gedəcək.

Ban Ki-moon fələstinlilərin itkiləri ilə bağlı kədərləndiyini, Qəzzadan İsrailə raket hücumları ilə bağlı da narahat olduğunu bildirib.

İsrail 6 gündür Qəzzanı qurudan və dənizdən bombardman edir. Həmas isə hücumlara raketlərlə cavab verir. 6 gündür davam edən əməliyyatlar zamanı 86 fələstinli və 3 israilli ölüb. Hərbi əməliyyatların ən qanlı günü isə dünən olub.

İsrailin Qəzza bölgəsinə endirdiyi hava zərbələri nəticəsində dünən bir evdə 10 adam ölüb.

İsrail bildirir ki, əsas hədəf Həmas hərəkatının liderləridir. Ancaq ölənlərin arasında uşaqlar da var.

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatları genişləndirəcəklərini bildirib.

Qəzzadan isə İsrailin Ashkelon və Ofakim şəhərlərinə endirdiyi zərbələr nəticəsində yaralananların olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG