Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:58

ATƏT-in Minsk Qrupu noyabrın 26-da regiona səfər edəcək


Robert Bradtke, Igor Popov, Jacques Faure
Robert Bradtke, Igor Popov, Jacques Faure
-

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb.

APA-nın məlumatına görə, səfərə Azərbaycandan başlayacaq həmsədrlər noyabrın 26-da Bakıda bir sıra görüşlər keçirəcəklər. Həmsədrlərin XİN başçısı Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır.

Həmsədrlər səfər zamanı bəyan etdikləri kimi «Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar təklif edəcəklər».

Vasitəçilərin regiona səfəri ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində keçiriləcək toplantısı ərəfəsinə təsadüf edəcək. Həmsədrlərin də dekabrın 6-7-də keçiriləcək toplantıda iştirakı nəzərdə tutulur.

Onlar regiona səfər zamanı Ermənistan xarici işlər naziri və prezidenti ilə görüş planlaşdırırlar.

Hava şəraiti imkan verəcəyi təqdirdə həmsədrlər Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna da səfəri gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG