Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41
-

Noyabrın 20-də tanınmış sənətkar, teatr və kino aktyoru Məmmədağa Dadaşovun 100 illik yubileyi keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Tədbirin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Kazımovdur.

Məmmədağa Dadaşov 1912-ci il aprelin 12-də Bakıda doğulub.

Səhnəyə ilk dəfə 14 yaşında 40 saylı pioner dəstəsinin dram dərnəyinin üzvü kimi çıxıb.

Dövlət Gənc Tamaşaçılar Teatrı da həmin dərnəyin bazasında yaradılıb və truppanın ilk aktyorlarından biri Məmmədağa Dadaşov olub.

O, ömrünün sonunadək bu teatrdan ayrılmayıb, komediya, faciə, nağıl-tamaşalarda bir-birindən fərqli amplualarda, müxtəlif xarakterli obrazlar yaradıb.

Məmmədağa Dadaşov 1957-ci ildə «əməkdar artist» adına layiq görülüb.

Aktyor 1996-cı ildə 84 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG