Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:39

Obama: “Myanmaya dostluq əlimi uzatmaq üçün gəlmişəm”


ABŞ prezidenti Barack Obama Myanmada prezident Thein Sein və müxalifət lideri Aung San Suu Kyi ilə görüşüb.

Səfərin məqsədi bu ölkədəki islahatlara dəstək verməkdir.

Obama səfəri ilə bağlı bildirib ki, “sözümün üstündə durmaq və dostluq əlimi uzatmaq üşün gəlmişəm”.

Obama səfərindən əvvəl bildirmişdi ki, Myanma islahatları davam etdirməli, daha çox tərəqqiyə imza atmalıdır.

Obama Rangoon Universitetinə də baş çəkəcək.

Barack Obama Myanmaya səfər edən ilk ABŞ prezidentidir. Şərhçilər səfəri “tarixi səfər” adlandırırlar.

Hüquq müdafiə təşkilatları Myanmada yüzlərlə siyasi məhbusun azad edilməsinə baxmayaraq, 300-ə yaxın siyasi məhbusun hələ də həbsdə olduğunu bildirir.

Myanmadakı səfərindən sonra Obama Kamboşaya gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG