Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02
-

Noyabrın 18-nə keçən gecə Bakıda bir neçə mülki şəxslə polis arasında insident olub.

Hadisə paytaxtın Suraxanı rayonunda, Qaraçuxur qəsəbəsində baş verib.

Lent.az yayıb ki, ailəvi istirahət mərkəzinin yaxınlığında 5-6 nəfər xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və asayişi pozub. Bu zaman həmin şəxslər polis əməkdaşlarına hücum ediblər və bir neçə polis əməkdaşına xəsarət yetirilib. Əraziyə dərhal əlavə qüvvə göndərilib, lakin asayişi pozan şəxslər tabeçilik göstərməyiblər və dava-dalaş daha da böyüyüb.

Suraxanı rayon prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, ilkin məlumatlara görə, bir neçə nəfər polis əməkdaşlarına müqavimət göstərib.

Suraxanı rayon prokurorluğunun baş müstəntiqi Məhərrəm Əzizbəyov deyib ki, hadisənin detalları barədə hələlik məlumatları yoxdur, çünki hadisə ilə bağlı ilkin materiallar bu gün onlara təhvil veriləcək. O, təxminən 5 nəfərin saxlandığını deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG