Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

Suriya üsyançıları hökumət qoşunlarının bazasını ələ keçirib



Suriya müxalifətçiləri bildirir ki, ölkənin şimalında, Türkiyə ilə sərhəddəki ərazidə hökumət qoşunlarının bazasını ələ keçiriblər. 15 tank, artilleriya topu, 18 hərbçi əsir götürüblər.

Bununla bağlı video görüntüləri İnternetdə də yerləşdiriblər.

Bundan əvvəl üsyançılar İraqla sərhəddəki hərbi aerodromu və bu ərazidə yerləşən Abu-Kemal şəhərini ələ keçirdiklərini bildirmişdilər.

Bazar günü hərbi əməliyyatlar Dəməşq ətrafında da davam edib.
XS
SM
MD
LG