Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

Qəzzada dünən azı 26 adam ölüb



İsrailin Qəzza bölgəsinə endirdiyi hava zərbələri nəticəsində bir evdə 10 adam ölüb.

İsrail bildirir ki, əsas hədəf Həmas hərəkatının liderləridir. Ancaq ölənlərin arasında uşaqlar da var.

Hərbi əməliyyatlar keçən həftədən davam edir. İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatları genişləndirəcəklərini bildirib.

Qəzzadan isə İsrailin Ashkelon və Ofakim şəhərlərinə endirdiyi zərbələr nəticəsində yaralananların olduğu bildirilir.

Qəzzadakı səhiyyə işçilərinin verdiyi məlumata görə, İsrailin bombardmanı nəticəsində bazar günü ən azı 26 nəfər ölüb. Ölənlərdən 14-ün qadın və uşaqlar olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG