Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Naxçıvanda “evdən iş yerinə vizual nəzarət” üsulu...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

31 avqust 2012-ci il. Sayı: 164(20.569)


NAXÇIVAN ŞƏHƏRİNİN AVTOMOBİL YOLLARI YENİDƏN QURULUR
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan şəhərinin “Atabəylər”, “Əlincə”, Babək və “6-cı” məhəllələrini, eləcə də Naxçıvan şəhərinin Hacıniyyət kəndini əhatə edən, ümumi uzunluğu 3,2 kilometr olan yolun yenidən qurulması davam etdirilir. Məlumat üçün bildirək ki, inşaat işləri başlanandan bu günə qədər yolun Heydər Əliyev prospektindən Naxçıvan dairəvi avtomobil yoluna qədər olan hissəsinin eni genişləndirilərək 23,2 metrə çatdırılıb. Yenidənqurma işləri çərçivəsində yolun köhnə asfalt örtüyü götürülüb, yol yatağında bərkitmə işləri aparılıb, ərazidəki rabitə və elektrik xətləri yeraltı sistemlərə keçirilib. Hazırda inşaatçılar Babək məhəlləsinin ərazisindən keçən, Naxçıvan dairəvi avtomobil yolu qədər eni 19,2 metr, uzunluğu 1350 metr olan yolun asfaltlanması ilə məşğuldurlar. Artıq yolun bir zolağına qalınlığı 15 santimetr olan asfalt örtük salınıb. Bundan başqa, əsas yoldan Babək məhəlləsi istiqamətinə 400 metrlik yola da asfalt örtüyünün salınması işləri başa çatdırılıb.
NAXÇIVANDA “EVƏDƏK OPTİKA” LAYİHƏSİ İCRASINA BAŞLANILIB
Bu gün muxtar respublikamızda Yeni Nəsil Telekommunikasiya sisteminin tətbiqi uğurla davam etdirilir. “Evədək optika” layihəsinin icrası da həmin tədbirlərin davamıdır. Lakin GPON (Gigabit Passive Optikal Network) avadınlığı vasitəsi ilə həyata keçirilir. GPON avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksək sürətli internet, videotelefon və “İP televiziya” adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək, mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də, ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit – saniyəlik buraxma zolağı təqdim etmək mümkün olacaq.
...Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. İstifadəçiyə yuxarıda qeyd olunanlardan əlavə, evdən iş yerinə vizual nəzarət, elektron təhsil almaq, elektron ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlar yaradır.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Qədim yurd yerinin bu günü
- Bacarıqlı mütəxəssis olmaq istəyirəm
- Niyyətin hara, mənzilin ora
XS
SM
MD
LG