Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

Keniyada törədilən partlayışda azı 6 adam ölüb


Keniyanın paytaxtı Nayboridə törədilmiş partlayışda azı 6 nəfər ölüb.

Polisin məlumatına görə, naməlum adam əsasən somalilərin yaşadığı rayonda mikroavtobusa qumbara atıb.

Son aylarda ölkənin iri şəhərlərində bir sıra partlayış və hücumlar törədilib.

Bu partlayışlara görə cavabdehlik Somalidən olan islamçı üsyançıların üzərinə atılır.

Hazırda Afrika Birliyi ölkələrindən olan Somalidəki sülhümühavizə qüvvələrinə Keniya komandanlıq edir.
Və güman edilir ki, Somali üsyançıları buna görə Keniyadan qisas alırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG