Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:39

Vaşinqton İsrailin özünü müdafiə haqqını tam dəstəkləyir


“Vaşinqton İsrailin özünü müdafiə etmək haqqını tam dəstəkləyir”.

Bunu ABŞ prezidenti Barack Obama bazar günü Banqokda son günlər İsrail-Qəzzə sərhəddində yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

Amma prezident qeyd edib ki, Qəzzədə yaranmış böhran İsrailin hərbi əməliyyatları genişləndirməsi ilə həll edilməmılidir.

İsrailin baş naziri Benjamin Netanyahu bazar günü nazirlər kabinetinin iclasında ordunun
Həmasa qarşı hərbi əməliyyatları genişləndirməyə hazır olduğunu bildirib.

Məlumatlara görə Qəzzə sərhəddinin yaxınlığınd minlərlə əsgər, tank və digər zirehli texnikalar cəmləşdirilib.

Hazırda Qəzzə bölməsi havadan və dənizdən atəşə tutulur.

Bu günlərdə İsrailin hava zərbəsi nəticəsində Həmasın hərbi lideri Ahmed al Jibarinin ölümündən sonra regionda vəziyyət yenidən gərginləşib.

Çərşənbə günündən başlayan savaşda 48 fələstinli ölüb, 400-ü yaralanıb.
İsrail tərəfdən isə 3 nəfərin öldüyü, bir neçə nəfərində yaralandığı bildirilir.
XS
SM
MD
LG