Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:54

Qəzzə sərhəddinə minlərlə İsrail əsgəri yeridilib


“İsrail Həmasa qarşı hərbi əməliyyatları genişləndirməyə hazırdır”.

Bunu nazirlər kabinetinin iclasında bu gün baş nazir Nenjamin Netanyahu deyib.

Məlumatlara görə Qəzzə sərhəddinin yaxınlığınd minlərlə əsgər, tank və digər zirehli texnikalar cəmləşdirilib.

Hazırda Qəzzə bölməsi havadan və dənizdən atəşə tutulur.

Raketlərdən biri “Əl Qüds” telekanalının yerləşdiyi binaya düşüb və nəticədə 6 jurnalist xəsarət alıb.

Amma İsrail komandanlığı bu gün İsrail ərazisinə bir dənə də olsun raket atılmadığını deyir.

Bu günlərdə İsrailin hava zərbəsi nəticəsində Həmasın hərbi lideri Ahmed al Jibarinin ölümündən sonra regionda vəziyyət yenidən gərginləşib.

Çərşənbə günündən başlayan savaşda 48 fələstinli ölüb, 400-ü yaralanıb.
İsrail tərəfdən isə 3 nəfərin öldüyü, bir neçə nəfərində yaralandığı bildirilir.
XS
SM
MD
LG