Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00
İsrail ordusu Qəzzəni havadan və dənizdən atəşə tutur.

Raketlərdən biri “Əl Qüds” telekanalının yerləşdiyi binaya dəyib.
Nəticədə 6 jurnalist xəsarət alıb.

Həmçinin İranın Press TV kanalı Qəzzədəki binasının 2 dəfə bombalandığını bildirir.

Bundan başqa Həmasın təhlükəsizlik idarəsinə bir neçə mərmi buraxılıb.

Amma İsrail komandanlığı bu gün İsrail ərazisinə bir dənə də olsun raket atılmadığını deyir.
Misir prezidenti Muhammad Morsi atəşkəsə nail olmaq üçün şənbə günü bir daha hər iki
tərəflə əlaqə saxladığını deyir.

Həmçinin Ərəb Dövlətləri Liqası Qəzzəyə nümayəndə heyəti göndərmək qərarına gəlib.

Bu günlərdə İsrailin hava zərbəsi nəticəsində Həmasın hərbi lideri Ahmed al Jibarinin ölümündən sonra regionda vəziyyət yenidən gərginləşib.

Çərşənbə günündən başlayan savaşda 48 fələstinli ölüb, 400-ü yaralanıb.
İsrail tərəfdən isə 3 nəfərin öldüyü, bir neçə nəfərində yaralandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG