Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Qəzza sərhəddinə minlərlə İsrail əsgəri yeridilib - [Video]


-

“İsrail Həmasa qarşı hərbi əməliyyatları genişləndirməyə hazırdır”.
Bunu nazirlər kabinetinin iclasında bu gün baş nazir Benjamin Netanyahu deyib.
Məlumatlara görə Qəzza sərhəddinin yaxınlığında minlərlə əsgər, tank və digər zirehli texnikalar cəmləşdirilib.
Hazırda Qəzza bölməsi havadan və dənizdən atəşə tutulur.
Raketlərdən biri “Əl Qüds” telekanalının yerləşdiyi binaya düşüb və nəticədə 6 jurnalist xəsarət alıb.
Amma İsrail komandanlığı bu gün İsrail ərazisinə bir dənə də olsun raket atılmadığını deyir.
Bu günlərdə İsrailin hava zərbəsi nəticəsində Həmasın hərbi lideri Ahmed al Jibarinin ölümündən sonra regionda vəziyyət yenidən gərginləşib.
Çərşənbə günündən başlayan savaşda 48 fələstinli ölüb, 400-ü yaralanıb.
İsrail tərəfdən isə 3 nəfərin öldüyü, bir neçə nəfərində yaralandığı bildirilir.

DƏNİZDƏN HÜCUMLAR ARTIB

İsrail Həmasın Qəzzadakı mövqelərini vurmağa davam edir.

İsrailin atdığı raketlərdən biri şəhərdə jurnalistlərin işlədiyi binaya dəyib. Nəticədə dörd pakistanlı jurnalistin yaralandığı deyilir.

İsrailin Daxili İşlər naziri Eli Yishai ölkəsinin təhlükəsizliyi üçün Qəzzanı vurmağa davam edəcəklərini bildirib. Nazir əlavə edib ki, raketlərin qarşısını almaq üçün yüzlərlə hədəf vurulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG