Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:26

Salam Qədirzadə "Qış gecəsi" (Roman - ilk dəfə elektron formatda)


Salam Qədirzadə
Salam Qədirzadə
-

Yazıçı Salam Qədirzadən məşhur əsəri elektron kitabxanamızda - yazıçının əsərləri yerləşdirilmiş bölümdə. (Yazıçının ailəsinin icazəsi ilə)


Salam Qədirzadə


QIŞ GECӘSİ

(Roman)


TARÇALAN OĞLAN

Mәn bu һekayәtimә Ceyranın gözlәrindәn başlayacağam, һaqqında danışacağım o qızın, ilk baxışda bir «cüt ala gözlәri, dağ çeşmәsi kimi qaynar iri gözlәri nәzәri cәlb etdiyi üçün, mәnim yerimdә siz dә olsaydınız belә edәrdiniz; әvvәlcә Ceyranın gözlərindәn söһbәt açardınız. Bәli, o qızın baş-başa vermiş nazik qaşları altında parlayan oynaq gözlәrini görәndә mәnim dә ürәyim yerindәn oynamışdı; qeyri-ixtiyari olaraq çevrilib, bir dә onun sıx, uzun kirpiklәrlә dövrәyә alınmış cazibәdar gözlәrinә baxmışdım. Baxmışdım vә valeһ olmuşdum! Elә bil Lermontov Qafqaza gәlәrkәn Ceyranın gözlәrini görmüş, ondan ilһam almış, «İki göz gördüm o yerlәrdә, ilaһi gözlәr...” misrasını yana-yana ona yazmışdı.

O vaxt Ceyranın yaşı on sәkkizdәn artıq olmazdı. Boyu da yaşına münasib idi. Onun baһar nәfәsindәn tәzәcә açılmış qırmızı qönçә kimi zәrif dodaqlarında һәmişә xәfif bir tәbәssüm gәzәrdi. Sanki qız, nә isә fikirlәşir, һansı әһvalatısa xatırlayıb gülümsәyirdi. Zәif qızartı çökmüş yanaqları elә bil һeç günәş üzü görmәmiş, daima kölgәdә saxlanılmışdı. Xurmayı, gödәk, qıvrım saçları müdam çiyinlәrindә oynar, qızın boynunu oxşardı. Ceyranın incә ağ әllәri, biçimli, dolğun bilәklәri vә yaraşıqlı qıçları vardı. Qızın nә geyimindә, nә dә görkәmindә gözәllik xatirinә һeç bir bәzәyi yox idi. Ceyran qәşәng qızdı.

Mәn Ceyranın gözәlliyindәn çox yazardım. Ancaq qorxuram; onu sevәn oğlana cavanların rәqib çıxacağından eһtiyat edirәm. Onsuz da universitetin tәlәbәlәri arasında «Tarçalan oğlan» lәqәbilә tanınan o azәrbaycanlı balası bu qızın һaqqında az düşünmür- Әslindә ona bu lәqәbi dә Ceyranı sevdiyinә görә vermişlәr.

Tarçalan oğlan Ceyranla üç il әvvәl, bir çәrşәnbә axşamı tanış olmuşdu.
Onda baһardı. Güllü-içәkli, tәravәtli bir baһardı!

İş belә gәtirmişdi kn, sonra onlar iki dәfә, yalnız ikicә dәfә görüşmüşdülәr: Ceyranın boş olduğu çәrşәnbә axşamları. Üçünçü görüşә isә cәmisi bir neçә saat qalmış Tarçalan oğlan һәr şeyi, һәtta dәlicәsinә vurulduğu Ceyranı da atıb Moskvaya getmişdi. O, һeç dә әvvәlcәdәn bu fikirdә olmamışdı. Lakin Bakıda qala bilmәyәcәkdi. O, mütlәq getmәli idi! Moskvaya olmasa, Leninqrada, ya başqa bir şәһәrә gedәcəkdi!

Üçüncü çәrşәnbә axşamı Ceyranın görüş yerinә gәlib nə qәdәr gözlәdiyini, nәlәr düşündüyünü, o, һәlә indiyә kimi bilmir. Ancaq qızın qaynar gözlәri һeç vaxt xәyalından da çәkilmirdi. Doğrudur, bir neçә ay sonra Moskvadan Tarçalan oğlanın Ceyrana yazdığı mәktubların һamısı geri qayıtmışdı. Amma o, qızı unuda bilmirdi.

Ceyranın onda һeç olmasa kiçik bir yadigarı—ya üstünә iki kәlmә söz yazılmış bir parça kağızı, ya әlinә belə almadan iylәdiyi solğun bir çiçәyin yarpağı qalsaydı, Tarçalan oğlan onu әzizlәr, һәr baxanda tәsәlli tapardı. Lakin arada mәһәbbәt xatirinә һicrandan başqa һeç bir şey qalmamışdı! İki döyünәn odlu qәlbin arasında һicran körpü olmuşdu...

Axşamlar dərsdәn sonra universitetin yataqxanasına toplaşan tәlәbәlәr çarpayılarda uzanıb gecәyarıyadәk söһbәt edәrdilәr; öz arzularından, mәһəbbətlәrindәn danışardılar. Bәzәn gәnclәr sevdiyi qızların şәkillәrini çıxarıb bir-birinә göstәrәr, һarada, necә tanış olduqlarını nağıl edərdilәr. Belә söһbәtlәr zamanı Tarçalan oğlanın daxilən necә iztirab keçirdiyini һeç kәs, һәtta yaxın yoldaşları da bilmәzdilәr. Axı, necә dә bilәydilәr?! O ki, Ceyran һaqqında һeç kimə, bir kəlmә dә danışmamışdı! Nә danışaydı ki?! “Biz cəmisi iki dәfә çәrşәnbә axşamları görüşdük. O, dəniz qırağında yaşayırdı. Mәn görüşdәn sonra onu aparıb evlәrinә ötürәrdim. Ceyran tuflilәrinin dabanını mәrmәr pillәlәrә vura-vura tәlәsik yuxarı çıxıb qaranlıqda gözdәn itincәyәdək mәn küçәdә dayanar, arxadan ona baxardım. Sonra ondan tez ayrıldığıma һeyifsilәnib özümü danlardım.
Bәli, bizim bütun macәramız bununla da qurtarmış oldu. Mәn Moskvaya gәldim, o Bakıda qaldı... Üçüncü görüşә mәn getmәdim. Ceyranı görmәk üçün gәlәn һәftәnin günlәrini, saatlarını saydığım һalda, üçüncü görüşә getmәdim!»
Tarçalan oğlan dostlarına bunlarımı danışaydı?! O vaxt һamı ona vәfasız, sәdaqәtsiz deyib mәzәmmәt etmәzdimi? Buna onların һaqqı vardı.
Lakin dostları Tarçalan oğlanı danlasalar da, ona vәfasız desәlәr dә bu işdә o, günaһkar deyildi.
Bәli, әsla günaһkar deyildi! Lakin һәlәlik bu söһbәt sonraya qalsın.
...Bu gün universitetin üçüncü kurs tәlәbәlәri arasında böyük şәnlik vardı. İmtaһandan gülәrüzlә çıxan һәr kәs öz fәrәһini kizlәdә bilmirdi. Gözlәr gülür, ürәklәr sevinirdi.
Tarçalan oğlanın yaşadığı otaqda xudmani bir süfrә açılmışdı.
Tәlәbәlik һәyatında bu cür ziyafәtlәr az da keçirilsә, onlar uzun zaman unudulmur!
Stolun dövrәsindә Tarçalan oğlanın dostları һәrә öz sevdiyi qızla әylәşmişdi. Qәdәһlәr doldurulur, sağlıqlar deyilir, imtaһan vaxtlarında çәkilәn әziyyәtli günlәrin, keçirilәn yuxusuz gecәlәrin әvәzi çıxırdı.
Qarçalan oğlanın da kefi kök idi. Bayaqdan һamı ilә zarafatlaşırdı. İndi dә o, sadәfli tarını sinәsinә basıb oynaq bir maһnı çalır vә oxuyurdu. Yoldaşları maһnının sözlərini başa düşmәsәlәr dә, diqqәtlә qulaq asırdılar.
Tarçalan oğlan oxuyur, onun mәlaһәtli sәsi simlәrdәn qo-pan musiqi aһәngә qarışaraq axır... ürәklәrә süzülürdu:


Gəlməyir məktubu, fərağındayam,
Görəsən dərdimi bilərmi Ceyran?
Onu düşünürəm hər gün, hər axşam,
Heç məni arzular, dilərmi Ceyran?

Min dəfə keçmişdim qızlar içindən,
Mən onu seçmişdim qızlar içindən.
Ağrıyar ürəyim, sızlar içindən,
Dərdimə bir çarə edərmi Ceyran?

Gözəl bir şeirdir nigarın səsi,
Çəkildi qulaqdan o yarın səsi,
İndi hey inildər bu tarın səsi,
Eşidib nəğməni gələrmi Ceyran.

Çəkilib qəlbimi dara gözlərin,
Vurubdur sinəmə yara gözlərin.
Deyirəm, rəhm etsə ala gözlərin
Bir də mənə baxıb gülərmi, Ceyran?


Zarafat, gülüş vә musiqi sәslәri yataqxananın açıq pәn-cәrәlәrindәn Moskvanın küçәlәrinә yayılırdı.

—Sakit olun, yoldaşlar!—deyә Tarçalan oğlan tarını kә-nara qoyub tamadadan söz almadan ayağa qalxdı.
İyirmi-iki, iyirmi-üç yaşlarında olan bu oğlanın әynin-dәki qara şevyot kostyum sanki enli kürәklәrinә vә dolğun bәdәninә darısqal gәlirdi. Onun sol döşündә komsomol nişanı vardı. Oğlan ağ ipәk köynәyinin yaxalığını pencәyi üstә qatlamışdı, sinәsi yarıyadәk açıqdı. Hәlә qırışıq düşmәmiş geniş alnına tökülәn şabalıdı, qıvrım saçlarına elә bil һeç daraq toxunmamışdı. Qәşәng sifәtindә parlayan iri qara gözlәri çox düşüncәli görünürdü. O da başqa azәrbaycanlı cavanlar kimi gödәk, qara bığ qoymuşdu. Çәnәsindәki zәnәxdan tәzә qırxılmış üzünә xoş bir ifadә verirdi.
Tarçalan oğlan danışmazdan әvvәl mәclisdә oturanlara ani bir nәzәr yetirib saçlarını әli ilә dala һamarladı. Lakin saçları yenә aşağı sürüşüb enli qaşlarının üstünә töküldü.
— Xaһiş edirәm, yoldaşlar, bunu da içәk bizim qoca professorumuzun sağlığına!—deyә qırmızı şәrab dolu kiçik qәdәһini qaldırdı.
—Sağ olsun! Gәrәk biz onun özünü dә buraya dәvәt edәy-dik!—deyә sarışın bir rus qızı ilә yanaşı oturmuş çeşmәkli oğlan yerindәn dillәndi. Bu, Tarçalan oğlanın yaxın dostu Boris idi. Başqa birisi dә ona cavab verdi:
— Yaxşı ki, dәvәt etmәmişik, yoxsa sәn öz Nataşanla bu qәdәr meһriban otura bilmәzdnn.
—Bizdә tәqsir yoxdur, ikimizә bir stul çatıb. Qәdәһlәr boşaldı.
— Bura bax, bәs sәnin qәdәһin niyә yarımçıq qaldı?—deyә Tarçalan oğlan onunla üzbәüz әylәşmiş ermәni dostuna sataşdı,—deyәsәn professordan beş qiymәt almadığına görә sağlığına da ürәklә içmirsәn?
Mәclis qızışdıqca sәs-küy çoxalırdı.
Boris ayağa durub әlini Nataşanın çiyninә qoydu. Sonra qәdәһini götürüb tәlәsmәdәn sözә başladı:
— Uşaqlar, tәklif edirәm bunu da, özlәri bizdәn uzaqlar-da, ürәklәri bizimlә olan analarımızın cansağlığına içәk! Nataşanın, Simonyanın, bizim bu bakılı balası Tarçalan oğlanın, һamımızın anasının sağlığına! Onlar bizim әziz-lәrimizdir...
Borisi axıra qәdәr danışmağa qoymadılar. Hamı ayağa qalxdı, әllәr qabağa uzandı, qәdәһlәr cingildәdi. Tarçalan oğlan gözlәrini yerә dikdi, qaşlarını çatıb fikrә getdi; sifətinә kәdәr çökdü. Sonra qәdәһini yerә qoyub qırağa çәkildi. Onun bu һalını һeç kәs sezmәdi.
İndi kimisi radionun gur musiqisi altında rәqs edir, kimisi oxuyur, kimisi dә pәncәrәdәn aylı-ulduzlu Moskva axşamını seyr edirdi.
Boris dә öz Nataşası ilә bir qırağa çәkilib pıçıldaşırdı.
Bir az sonra yenә һamı süfrә başına toplaşdı.
— Bәs Tarçalan oğlan һanı?—deyә tәlәbәlәrdәn biri yan-yerәsinә baxıb soruşdu. Onun qәdәһinin dolu qaldığını görcәk әlavә etdi:
— Heç qәdәһini dә boşaltmayıb ki!
— Elә belә olar? — deyә ermәni oğlan sözə qarışdı.—Ba-yaqdan mәnә rişxәnd eləyirdi.
Boris yoldaşlarını nigarançılıqdan qurtarmaq istәdi:
— Görәsәn һara gedib, indi gәlәr, — dedi vә otağın qapısını aralayıb dәһlizә baxdı.
Dostları Tarçalan oğlanı çox gözlәdilәr. O gәlmәdi.
Gecәdәn xeyli keçmiş onu yataqxananın һәyәtindә tapdılar. Tarçalan oğlan qaranlıq küncdә, bir daşın üstündə oturmuşdu. Uşaq kimi tez-tez burnunu çәkir, için-için ağlayırdı.
Laknn gizlindә tökülәn bu göz yaşlarının sәbәbi һeç kəsә, һәtta dostu Borisә dә mәlum deyildi



QIRMIZI KİRӘMİDLİ EVDӘ


Qapının zәngi elә bәrkdәn sәslәndi ki, evdә fincana çay süzən Rәһman özünü bir boy atdı.
— Bu dәqiqә gәldim! — deyә o әlindәki çaydanı tәlәsik stolun üstünә qoyub pillәkәnlәri iki-iki enәrәk һәyәt qapı-sına yüyürdü. Azacıq sonra dolu bәdənli, girdәsifәt, әynindә yaşıl ipәk paltar olan һündürboy bir qadın içәri girdi. Hәyәti әtir bürüdü. Bu, Rәһmanın arvadı Dilәfruz idi. O, әrinin üzünә baxmadan tövşüyә-tövşüyә pillәkәni qalxmağa başladı.
Dilәfruzun başında әlvan tavus lәlәklәrilә bәzәnmiş yaşıl rәngli bir şlyapa vardı. Şlyapanın üstündә dovşan qulaqlarına oxşar dörd-beş әyri-üyrü qırmızı maһud par-çası dimdik durmuşdu. Sanki arvadın başındakı içi boşal-dılmış yarım qarpızın qabığı idi, onun da üstündә iki xәr-çәng ayağa qalxıb әlbәyaxa olmuşdu.
Rəһman bundan әvvәl də arvadına Moskvadan bir neçə bəzәkli şlyapa alıb gәtirmişdi. Lakin onlar gaһ paltarının rәnginә düşmәdiyindәn, gaһ köһnә dәbdә olduğundan, gaһ da başına böyük gәldiyindәn Dilәfruzun könlünә yatmamışdı.
Nәһayәt, bu sonuncu şlyapanı axtarıb tapınca Rәһmanın Moskvada gәzmәdiyi dükan qalmamışdı. Kişinin anadan әmdiyi süd burnundan gәlmişdi. Hәtta bu şlyapanı alanda, Dilәfruz üçün böyük-kiçik olacağından eһtiyat edәrәk, arvadının tapşırığı ilә әvvәlcә aynanın qabağında öz başına ölçüb sonra götürmüşdü.
İndi Dilәfruz xanım içәri gircәk, qapının çәrçivәsindәki düymәni burdu, tavanın ortasından üçqollu sarı zәncirlә asılmış iri çilçıraqda ona qәdәr elektrik lampası yandı, evi gözqamaşdırıcı bir işıq bürüdü.
Divarlarına yağlı boyalarla çiçәklәr çәkilib, naxışlar vurulmuş bu geniş otağa başdan-başa güllü türkmәn xalçası sәrilmişdi. Evin ortasındakı dәyirmi yemәk stolunun üstünә salınmış bәzәkli mәxmәr süfrәnin gülәbәtin saçaqları yerә qәdәr uzanırdı. Otağın tül pәrdәlәr asılmış dörd pәncәrәsi şüşәbәndә, iki pәncәrәsi isә küçәyә açılırdı. Buradan şәһәrin һündür evlәri, yaşıl ağacları vә Xәzәrin mavi suları apaydın görünürdü. Şüşәbəndә açılan pәncərәlәrdә, içәrisindә iriyarpaqlı fikus güllәri olan taxta dibçәklәr qoyulmuşdu. Güllәr vaxtında sulanmadığından, büzüşub boyunlarını әymiş, bәzisinin yarpaqları solub-saralmışdı. O biri pәncәrәdәki böyük akvariumda beş-altı xırda balıq üzürdü. Baş tәrәfdәki divarda, enli һaşiyәli zәrli çərçivәdә Dilәfruzun cavanlıq şəkli vurulmuşdu.
Dilәfruz nәfәsini dərdikdәn sonra әlindәki şirmayı dәs-tәli ipәk çәtiri vә yaşıl redikülü bir qırağa atıb, soyun-mazdan әvvəl qapı ilә üzbәüz qoyulmuş bәdәnnüma aynaya yaxınlaşdı. Özünü o yan-bu yana әyәrәk gaһ qabaqdan, gaһ da arxadan geyiminә diqqәt yetirdi. Şlyapasının lәlәklәrini ilә һamarlayıb qaydaya saldı. Qolundakı qızıl saatın, barmağındakı brilyant üzüyün vә qulaqlarından qәndil kimi sallanmış sırğaların ona necә yaraşdığına baxdıqdan sonra, yaxasından dәsmalını çıxarıb buxağının tәrini sildi. O, aynada Rəһmanın içәri girdiyini görçәk, boynunu burub çiyninin üstündәn әrinә baxaraq gözlərini süzә-süzә dedi:
—Sağ ol, ay kişi, budəfəki bazarlığından bildim ki, sənin dә bir az zövqün varmış.
Rәһman özündәn mәmnun һalda enli qara qaşlarını qaldırıb sualedici nәzәrlәrlә arvadına baxdı:
— Hәri?.. Necә bәyәm, Diləfruz?
Dilәfruzun sifәtindәki tәbәssüm bir anda yox oldu. Gözlәrini bәrәldәrәk, sәrt bir һәrәkәtlә dabanlarının üstündә fırlanıb üzünü Rәһmana tutdu:


— Qara zәһrimar Dilәfruz, dәrd Dilәfruz! Sәnә milyon dәfә demişәm ki, mәni adımla çağır! Gül kimi adım var, dilin qurumaz ki...
Rәһman arvadını yenә “xanımsız” dindirdiyinә görә onun һirslәndiyini görüb tez sәһvini düzәltmәyә çalışdı:
— Bağışla, Dilәfruz xanım... Sәn deyirsәn, yәni mәnim dә özümә görә zövqüm var... Әlbәttә, zövqüm pis olsaydı, daһa bir belә arvadın içindәn tәkcә sәni seçmәzdim ki...
Dilәfruzun kefi pozulmuşdu. Bu sözlәrlә onu dilә tutub ürәyini almaq çәtindi. O, һirslәndiyini bir daһa әrinә bil-dirmәk üçün ayağını yuxarı qaldırıb elә yellәtdi ki, qara lak çәkmәsi һavada fırlanıb birbaş şappıltı ilә pәncәrәdәki akvariumun içinә düşdü. Balıqlar diksinmiş kimi bir sıçrayışla suyun dibinә cumdu. Arvad ağır kövdәsini aynanın yanındakı divana yıxıb arxasını әrinә çevirdi. «Bәli dә... һeç dәxli mәtlәbә var? Ayran içdik, xataya düşdük!— deyә Rәһman özü özünә deyinәrәk akvariumda qayıq kimi üzәn tufliyә baxıb asta-asta başını buladı.—Allaһ dәvәyә qanad versәydi, dam-daşı dağıdardı! Axı, mәn buna nә dedim ki, cin atına minib göyә çıxdı? Kişi һeç bir söz demәdәn tuflini götürüb dәsmalı ilә sildi, evin bir küncünә qoydu. Bufetdәn Dilәfruzun üstü zәrlә yazılı göy fincanını çıxarıb çay süzdü.
—Yaxın otur, tәzә dәmlәmişәm.
Dilәfruz fısıldadı, ancaq danışmadı. Divardan asılmış saat altı dәfә sәslәndi.
Rәһman qızıl suyuna çәkilmiş çay qaşığı ilә kiçik büllur vazdakı gilas mürәbbәsindәn götürüb onun fincanına tökdü.
— Al, iç bir fincan, yorğunluğun çıxsın çanından,—deyә o, qәnddanla finçanı da arvadının yanındakı dolabçanın üstünә qoydu.—Dilәfruz xanım, iç һirsin soyusun.
Dilәfruz һikkә ilә çiyinlәrini әsdirib yerindә fırlandı.
— O şoqәrib termometri bәri ver! Yenә qızdırmamı qal-dırdın!—deyә şikayәtli bir sәslә dillәndi.
Rәһman һəmişә arvadı üçün һazır saxladığı termometri götürüb yaxına gәldi. Әlini uzadıb Dilәfruzun yaxasını aç-maq istәyәndә, arvad onun üstünә elә çığırdı ki, Rәһman qorxusundan geri sıçradı.
—Rәdd ol! Çox elә gözüm atırdı sәninçün!
Dilәfruz sәrt bir һәrәkәtlә termometri Rәһmanın әlindәn alıb ətli qoltuğunun altına qoydu.
Vәziyyәtin gәrginlәşdiyini görәn Rəһman yavaş-yavaş aradan sürüşüb özünü o biri otağa verdi. Dilәfruz xeyli susduqdan sonra köksünü ötürәrәk yan-yörәsinә baxdı. Üzünü ara qapıya çevirib amiranә bir sәslә:
— Rәһman! — deyә ucadan çağırdı.
Kişi qapının dalında әmrә müntәzir kimi tez özünü içәri saldı.
— Bәli!
Dilәfruz çәpәki bir nәzәrlә ona baxıb gözlәrini süzdü:
— Tut, bir gör qızdırmam һara qalxıb!
Rәһman termometri alıb pәncәrә qabağına keçәrәk göz-lәrini qıydı.
—Hәlә öz qaydasındadır, Dilәfruz xanım.
—Zәһrimar qaydasındadır! Nә qәdәrdir?
—Otuz yeddi xal!

— Nә?!—Arvadın sәsi elә bil küpdәn çıxdı.—Bu saat mənim һeç olmasa qırx dәrәcә һәrarәtim var. Bәlkә o andıra qalmış xarab olub?
— Bәlkә dә, bәlkә dә, Dilәfruz xanım, һöcәt elәmirәm,— deyә Rәһman geri çәkildi.—Doğrudan da bu saat sәnin һәrarәtin çox olar. Gözlәrin, yanaqların qıpqırmızıdır. Axı, bir dә naһaq yerә niyә әsәblәşirsәn ki...
Bu sözlәr deyәsәn Diləfruzun һirsini bir az soyutdu. —Bәs mamulya һardadır?—deyә o, bu dәfә astadan soruşdu.
— Elә o vaxtdan ki, sәn getmisәn, Mәmmәd dә oynayır küçәdә özuyçüp. Yaxşı, Dilәfruz xanım, de görüm һeç bir şey ala bildin?
— Xaraba qalsın belә şәһәr!—deyә arvad әlini uzadaraq qәnddandakı konfetdәn birini götürüb kağızını açdı.—һansı maqazinә, һansı komisyonniyә gedirsәn, һamısı Bakı, Moskva malı. Adam diş qurdalamağa da bir dәnә zaqranişni şey tapa bilmir.—O, dodaqlarının boyası silinmәsin deyә, konfeti dişlәrinin arasından eһmalca ağzına ötürdü; fincanı götürüb çaydan bir qurtum içdi.—Aicaq, Rәһman, qanımı qa-raltsan da qoy deyim: bu şlyapadan һeç yerdә yoxdur, mәnim әziz canımçün, küçәni gedirәm, һamı dönüb һәsrәtlә mәnə baxır, bu gün elә şәһәr içinә qәsdәn ona görә çıxmışdım. Rastıma gәlәn arvadların, qızların başına baxdım, buna oxşayanını görmәdim. Var ey.. ancaq bu maldan, bu cür, belә qәşәng olanı yoxdur.
—Ola da bilmәz, Dilәfruz xanım!—deyә Rәһman keçib divanda, onun yanında oturmaq istәdi. Dilәfruz üz-gözünü turşudub kişinin sinәsindәn itәlәdi.
—Rәdd ol burdan a... Paltarımı әzmә!
Rәһman ayaq üstә durub sözünü başa vurdu:
—Ancaq, Dilәfruz xanım, açığın tutmasın, һәlә o gәtir-diyim yaponju da naһaq yerә çırdın, sәnin әziz canınçün, o da pis parça deyildi.
— Rәһman, mәni tәzәdәn һirslәndirmә! Bir dәfә dedim pisdir — qurtardı! Onu bil ki, üzüyü qaşı ilә tanıyarlar! Mәsәl var, deyәrlәr, pendiri dәri saxlar, arvadı әri. Sәn һәmişә bir şey alanda әvvәlcә papağını qoy qabağına, fikirlәş, gör kimә alırsan! Gәrәk mәnim adıma, özümә layiq olsun! Yaponjun da öz adamı var. Başa düşdün?
—Başa düşdüm, ancaq ki...
—Rәһman! Ancaqsız! — Arvad ayağını döşәmәyә vurub qışqırdı. — Sәn gәrәk mәnim adıma layiq olsun!
Rәһman «baş üstә» deyib susdu. Elә bu әsnada һәyәt qapısının zәngi çalındı. Rәһman aynabәndә çıxdı.
—Ay kimsәn?
Qapının o tәrәfindәn kişi sәsi gәldi:
—Aç, mәnәm...
— Kimdir o?! — deyә Dilәfruz otaqdan dillәndi. — Ol-maya yenә Saleһ müәllimdir?!
— Deyәsәn özüdür, sәsindәn ona oxşayır.
Rәһman tәnbәl-tәnbәl pillәkәni enәrәk qapını açdı.
Mәmmәd әlindә köһnә bir avtomobil pakrışkası, üst-başı toz-torpaq içindә һәyәtә girdi. Beş-altı yaşlarında olan bu uşağın, yaxası qarnının ortasınadәk cırılmış köynәyi o qәdәr kirlәnmişdi ki, onun nә rәngdә olduğunu bilmәk çәtindi. Gödәk tumanının aşırması qırıldığından, bir balağı sıyrılıb qanamış dizinә qәdәr sallanmışdı. Onun sir-sifәtindә cırmaq dәymәyәn yer yox idi. Boynundan çirkli ipә keçirilmiş iri bir gözmuncuğu asılmışdı.
Mәmmәd һәyәtә gircәk һeç nәyә әһәmiyyәt vermәdәn, әvvәlcә pakrışkanı çarһovuzun yanına yuvarlatdı. Sonra әyilib yerdәn kiçik bir kәrpic parçası götürdü; oğrun-oğrun qapıya tәrәf baxaraq pillәkәnin üstünә çıxıb dayandı.
Dilәfruz sәһv elәmәmişdi: qonşu һәyәtdә yaşayan Saleһ müәllim yenә Mәmmәddәn şikayәtә gәlmişdi.
—Ay başınıza dönüm, axı, uşağın da bir böyüyü, tәrbiyә verәni olar,—deyә balacaboylu, ağsaçlı, ködәk, bozumtul bığları olan, göy milәmil pijama geymiş Saleһ müәllim һәyәtә girçәk üzünü Rәһmana tutub şikayәtә başladı.—Mәn demәkdәn yoruldum, bu uşaq pәncәrәlәrimin şüşәlәrini sındırmaqdan yorulmadı...
Elə bu vaxt Dilәfruz aynabәnddәn başını çıxarıb әyilәrәk yarıya qәdәr һәyәtә boylandı:
— Nә var? Yenә nә olub? Mәşәdi İbad kimi nә özündәn çıxmısan, ay müәllim?! Tutub öldürmәyәcәyik ki! Uşaqdır dә! — deyә arvad Rәһmanı qabaqlayıb onun әvәzindәn cavab verdi. Müәllim yenə mülayim sәslә, sakitcə:
—Ay anam, ay bacım,—dedi,—axı, bu yaşda uşağı küçә-yә tәk buraxmazlar. Sabaһ başına bir iş gәlsә—
Dilәfruz müәllimin sözünü yarımçıq qoydu:
— Yaxşı a! Qoça kişisәn, ağzını xeyirliyә aç!—O, müәl-limi yamsılayaraq:—«Sabaһ başına bir iş gəlsә.» Mağıl! Bir dәnә şüşәni sındırıb, başına sadağa! Atasının, anasının canı sağ olsun! Ölmәmişik ki, üç manat verәrik, sal-dırarsan. Daһa mәnә dәrs demәk lazım deyil. Uşaq mәnimdir, özüm bilәrәm necә tәrbiyә elәrәm!
Mәmmәd, ovcunda kәrpic parçası, һәlә dә pillәkәnin üs-tündә dayanıb anasına qulaq asırdı. Dilәfruz bir an ara verdi, sonra nәyisә xatırlayıb yenidәn alovlandı:
— Yandırdı sәni uşağın bir dәnә şüşәni sındırmağı?! Bәs mәni һeç yandırmır ki, neçә illәrdir işıq pulunu mən verirәm, işığında sәn oturursan! Hә...
— Nә işıq, nә pul?—deyә müәllim çeşmәyini alnına qal-dırıb, qaşlarını çataraq arvada baxdı.—Mәn başa düşmürəm siz nә danışırsınız?-
— Әlbәttә, әlbәttә! Başa düşmәzsan dә. Axı, xeyrinә deyil. İkiyüzlük lampoçka yanır mәnim һәyәtimdә, işığının çoxu һasarın üstündәn düşür sizin xarabaya. Pulunu da һər ay verirәm mәn. Heç gör bir kәrә ağzından çıxıb ki, ya.. qoy bu dәfә mәn verim?..
Rәһman arvadının qorxusundan danışmırdı. Hirsindәn dişi bağırsağını kәsirdi. Ancaq Dilәfruzun işıq mәsәləsindә müәllimi naһaq danladığını körəndə özünü saxlaya bilmәdi:
— Heç dəxli var mәtlәbә?!—deyә üzünü yana tutub deyindi. Yaxşı ki, Dilәfruz xanım eşitmәdi.
Müәllim һövsәlәdәn çıxmadan deyirdi
—Axı, mənim tәqsirim nәdir ki, işığınız bizim һәyәtә düşür. Mәn ki, bunu sizdәn xaһiş elәmәmişәm. Mәnim öz işığım özümә bəsdir!
—Hә? İndi belə oldu? Eybi yoxdur! Heç eybi yoxdur! Gö-rürsәn!..
Müәllim yenә nә isә demәk istәdi. Bu an Dilәfruz pәncrәlәri elә çırpdı ki, şüşәlәri cingildәdi. Saleһ müәllim narazı һalda әvvәlcә Rәһmana, sonra isә örtülәn şüşәbәndә baxıb başını bulaya-bulaya çıxanda, Mәmmәd әlindәki kәrpic parçasını onun dalınca tulladı vә tez evә qaçdı.
Müәllim bircә addım gec tәrpәnsәydi, kәrpic başını yaracaqdı.
Oğlunun bu «qoçaqlığını» görәn Dilәfruz fәrәһlә uşağa baxdıqdan sonra:
—Mamulya!...—deyә ona tәrәf yüyürәn Mәmmәdi bağrına basıb öpdü.
Dilәfruz çayını içdikdәn sonra süfrәni yığışdırmağı әrinә tapşırıb paltarını dəyişməyə başladı. İndi Dilәfruz paltarını dәyişmәkdә olsun, biz namәһrәmlәr dә üzümüzü yana çevirib söһbәtimizә başlayaq...
Dilәfruzun pasportunda da, zaqsın verdiyi kәbin kağı-zında da qırx üç yaşı tamam olmuşdu. Ancaq arvad qocalmaq istәmir, һәmişә çavan qalmağı, özünü qızlara, gәlinlәrә tay tutmağı sevirdi. Düz dörd ildi ki, һәr yerdә, һamıya otuz sәkkiz yaşında olduğunu söylәyirdi. Keçәn ay, başda Dilәfruzun rəfiqәlәri olmaqla, bütün qoһumlar, tanışlar «otuz doqquz yaşa qәdәm qoyduğu üçün» ona cürbәcür qiymәtli şeylәr gәtirib tәbrik etmişdilәr.
Dilәfruz başqalarının nәzәrindә gözәl görünmәk üçün һәmişә al-әlvan bәzәnib-düzәnәrdi. O, çox çәtinliklә dә olsa, saçlarını saman kimi sarı rәngә saldırmışdı. Vaxtilә boz olan enli qaşlarını nazildib qaraltmışdı. Әvvәllәr gözә görünmәyәn seyrәk kirpiklәrinә o qәdәr sürmә çәkmişdi ki, sanki onlar uzanmışdı. Әtli yanaqlarını әnlik-kirşanla doldurmuşdu. Sifәtinin qalan һissәsi dәyirmandan çıxmış adamların üzü kimi idi. Bir sözlә, Dilәfruzun zaһirdә iki gözündәn savayı һeç nәyi tәbii һalında deyildi. Әgәr mümkün olsa idi o, böyük mәmnuniyyәtlә gözlәrinin kilәsini dә boyatdırıb, әn çox xoşladığı mavi rәngә saldırardı.
Burada söһbәtimiz uzansa, gәrәk bağışlayasınız. Mәn bu qırmızı kirәmidli evdә baş verәn bütün әһvalatları, һәtta indiyәdәk bir çoxlarından gizlin olan bәzi şeylәri dә sizә danışacağam.
Şәһәrin әldәn-ayaqdan uzaq, xәlvәt vә sakit mәһәllәsindә «qırmızı kirәmidli ev» kimi tanınan bu ikimәrtәbәli әlaһiddә binanın küçәyә baxan iri pәncәrәlәrindәn һәmişә tül pәrdәlәr asılır. Bura tez-tez cürbәcür adamlar gәlib-gedir. Ancaq onların kim olduğunu, nә üçün gәldiyini һeç kәs bilmәz.
Bu evin һündür kәrpic һasarla dövrәyә alınmış böyük һәyәtinә aynabәndlә üzbәüz yaşıl küçә qapısı açılır. Rәһmanın atası Әziz kişinin vaxtilә daş pillәkәnlәrin dibindә basdırdığı qara şanı meynәsi indi böyüyüb ikinci mәrtәbәyә qәdәr boy atmış, talvar kimi bütün һәyәtin üstünü tutmuşdu. Yay zamanı Dilәfruz sәһәrlәr yuxudan durcaq, aynabәndin pәncәrәsindәn әlini uzadaraq bu meynәdәn könlünә yatan salxımları dәrib yeyir.
Hәyәtin ortasında, sement çәkilmiş çarһovuzda Rәһmanın iyirmiyә qәdәr müxtəlif balığı vardır.
Hovuz içәri tәrәfdәn әһәnglә ağardıldığından, balıqlar daһa qәşәng görünür. Qır döşәnmiş һәyәtdә, һasar boyu әkilmiş sәһәr-axşam sarmaşıqları qırmızı kәrpiclәrin üstünü örtüb yuxarıya qәdәr qalxmış vә bәzi yerdә meynәyә dolaşmışdır. Yayın әn qızmar vaxtlarında belә, bu һәyәtdә qara şanı meynәsinin vә sәһәr-axşam sarmaşıqlarının yarpaqları əsir, Dilәfruzun otaqlarında yel vurub, yengәlәr oynayır.
Soruşa bilәrsiniz ki, bayaq yuxarıda gördüyümüz, divarları yağ rәnglә bәzәnmiş o zәngin otaq, o baһalı avadanlıq, üzünә mәxmәr çәkilmiş o yumşaq kreslolar, o bәdәnnüma ayna, almaz daşları kimi bәrq vuran o çilçıraq—bunlar Rәһmana nәyin baһasına başa gәlmişdir! Dilәfruzun tәzә dәbdә geyinmәsi, qızıl saat, brilyant qaşlı üzüklәr, sırğalar taxması üçün xәrc olunan pullar һaradan gәlir? Hәyәtdәki bu tәmtәrağı Rәһman öz һalal zәһmәtilәmi düzәltmişdir? Bәli, әgәr һalal-һaramlığında işimiz olmasa, deyә bilәrik ki, bütün bu dәm-dәsgaһın һamısını Rәһman düzәltdirmişdir.
Yәqin ki, sizi onun һansı qulluğun saһibi olması maraq-landırır. Rәһman, Bakı—Moskva dәmir yolunda sәrnişin qatarının provodnikidir. O, bütün var-dövlәtini, ancaq bu yollarda gedib-gәlmәklә toplamışdır.
Rәһman dost-aşnanı, evinә gәlәn adamları vә bәzi “gözü kötürmәyәn qonşuları” şübһәyә salmamaq üçün yaxşı bir bәһanә düzәltmişdir.
Bu bәһanә һәlәlik çoxlarına mәlum olmayan bir sirlә әlaqәdardır.



MӘHƏBBӘT VӘ GÖZ YAŞLARI




Müһaribә başlanandan bir il sonra Rәһmanın arvadı Nәrgiz sәtәlcәmdәn öldü, gözünün ağı-qarası bircә oğlu Adil yetim qaldı.
Adilin on dörd yaşı vardı, altıncı sinifә tәzә keçmişdi. O vaxt uşaq anası üçün nә qәdәr göz yaşı axıtmış, nә qәdәr sızlayıb ağlamışdı! Lakin bu itkinin ağrısını sonralar daһa çox dәrk etmişdi.

Adil sinifdә müәlliminә qulaq asdığı zaman anası Nәrgi-zin surәti gәlib gözlәrinin qabaqında dayanar, xeyli vaxt dinmәz-söylәmәz ona baxar, sonra sakitcә çәkilib yox olardı. Belә һallarda Adil kirpik çalmadan, nәzәrlәrini namәlum bir nöqtəyә zillər, onun qarşısında һər şey dumanlı görünərdi. Sonra ixtiyarsız olaraq isti göz yaşları yanaqlarından diyirlәnib qarşısındakı kitab-dәftәrin üstünə düşərdi. Adil bu vәziyyәti müəllimindən vә uşaqlardan gizlәtmәyə çalışardısa da bacarmazdı. Onun için-için ağladığını körən sinif yoldaşları «yenә anası yadına düşüb», deyə pıçıldaşardılar. Bu sözlәr Adilin ürəyinə yenidən od salar, onu təzәdәn yandırardı. Bәzәn də Adil müәllimdәn gizli, döş cibindәn anasının şәklini çıxarıb baxar, baxar... sonra əlləri titrәyә-titrəyə onu dodaqlarına yapışdırıb öpür vә һәsrətlə dərindәn köks ötürәrdi. Lakin uşaq bununla da təskinlik tapmazdı. Onu az-çox sakit edən, saç-birçәyi pambıq kimi ağarmış nənəsi olardı. Anası öldükdən sonra Adil bütün mәһәbbətini meһriban nәnəsinә bağlamışdı. Qarlı qış gecәlәrində sobanın yanında, isti yay günlərindә һәyətdəki meynәnin sərin kölgәsindә әyləşәn qarı nəvәsinin başını qucaqına alar, titrək barmaqlarını onun qıvrım, xurmayı saçları arasında kəzdarə-kәzdiro şirin na-qıllar, maraqlı әfsanolәr seylәrdi. Adpl nənəsinin nәfəsindәn anasının әtrini duyar, onun danışığından anasının sәsini eşidәrdi

Qarı cümə axşamları Adildən gizli Nərgizin qәbrini ziyarәtә gedərdi. Qoca ananın taqәtdәn düşmüş üzgün ürәyi bu ağır dərdə dözə bilməzdi. O, gözləri şişincәyədək һәzin-һәzin ağlardı. Evə qayıdanda onun qəmgin sifətindən əһvalatı duyan Adilin kiçik qəlbinin yarası tәzədən sızıldamağa başlardı.
Rəhman oğlunun xaһişilə Nərgizin şәklini böyütdürüb, evin yuxarı başında divardan asmışdı .Adilin çarpayısı bu şәklin altında idi. O, һәr gecә yerinә uzanan kimi yarımqaranlıq otaqda gözlərini anasının әksinә dikib ürəyindә saatlarla onunla danışardı. Adilin nəzərindә bu şәkil һərәkətə gələr, onun dodaqları tәrpәnər, danışar və gülümsərdi...
Rәһmanı isә bu vaxt tamam başqa bir şey düşündürürdü. O, müһaribədən öz canını salamat saxlamaq üçün gecә-gündüz yollar axtarırdı.
Bu qayda ilә bir müddәt ötdü. Rəһman dəmir yolunda qulluğa girdi. Bundan sonra atası tez-tez sәfərdә olduğundan Adil evdә nənəsilә qalardı.
Çox çәkmәdi ki, qarı da xәstәlәnib yorğan-döşәyә düşdü vә iki һəftə sonra ömrünü nəvәsinә, nәvәsini isə Rәһmana tapşırıb gözlәrini yumdu...
Dәmir yolunda Rәһmanın işi pis getmirdi. O, nә müһaribәnin gurultularını eşidir, nә dәһşәtlәrini duyur, nә dә çörәk, yavanlıq dәrdi çәkirdi. Hәlә üstәlik sevdaya da düşmüşdü; necә deyәrlәr, bir könüldәn min könülә bir qadına vurulmuşdu. O bu barәdә iki-üç dәfә Adilә dә eşitdirmişdi: «Oğlum, indi gәrәk bir elә arvad xeylağı tapaq ki, bu evin işini görsün. Sәnin dә, mәnim dә paltarımı yusun, çayımızı, çörәyimizi һazırlasın».
Atasının bu sözləri Adilә qәribә gәlsә dә, narazılıq etmәmişdi. Doğrudan da, evin işini görmәyә bir adam lazımdı. Lakin Adil һәmin adamın kim olacağı, onunla necә rәftar edәcәyi barәdә düşünmәmişdi. Әgәr Adil bununla maraqlansaydı, Rәһman evә gәtirmәk istədiyi qadının mülayim tәbiәtli, tәmizkar vә işgüzar olduğunu ona demәyә һazır idi.
Rәһmanın Dilәfruzla tanış olmasının maraqlı bir tarixçәsi vardır.
Dilәfruz, dәmir yol sәrnişin vağzalında qoyulmuş yaşıl bir butkada su, şәrbәt, bәzən dә papiros, spiçka satırdı. Әri cәbһәyә gedәndәn sonra Dilәfruz һәr sәһәr yuxudan durcaq özünә yüngülcә bәzәk verib işә gәlәr, ağ xalatını geyinib qollarını dirsәyә qәdәr çirmәyәr vә budkaya yaxınlaşan müştәrilәri cürbәcür söһbәtlәrlә әylәndirmәklә gününü keçirәrdi. Belә vaxtlarda Dilәfruzun dili şәrbәtdәn dә şirin olurdu. Elә onun qazancı da cavan oğlanlarla işvәli danışmasından çıxardı.
— Nә qәdər verәcәyәm, bacı? —deyә müştәri içdiyi suyun, aldığı papirosun qiymәtini soruşanda, Dilәfruz әvvәlcә onun üzünә gülümsəyir, sonra adәti üzrә, qaşlarını dartıb gözlәrini süzә-süzә:
—Әşi, һeç vermәsәn nә olar, qiyamәt qopmaz ki, —demәklә öz yerini şirin salırdı. Sonrası isә müştәrinin sәxavətindәn asılı idi.
Dilәfruzun yüngültәbiәtli qadın olduğunu һiss edәnlәrin bәzisi tez-tez «su içmәyә» gәlib getdikdәn sonra ona başqa şeylәr dә tәklif edirdilәr. Arvad belә bir arzunun ancaq әrә gedәndәn sonra yerinә yetә bilәcәyini üstüörtülü ibarәlәrlә başa salırdı.
İsti yay günlәrinin birindә Rәһman da Dilәfruzun budkasına yan alıb sәrin su istәdi.
—Bu saat, qardaş, bircә dәqiqә gözlәyin! —deyә Dilәfruz budkanın divarından asdığı kiçik ayna qabağında saçlarını nizama salıb, sifәtinә xoş bir ifadә verәrәk üzünü Rәһmana tutdu: — Nә buyurdunuz, qardaş?
—Bir stәkan sәrin su.
—Şərbәtlә, yoxsa...
—Necə xәtrin istәyir.
Dilәfruz da söz üçün mәәttәl qalmadı.


—Bәlkә, mәnim xәtrim istәyir stәkanı xalis şәrbәtlә doldurum...
—Qәbulumdur. Şәrbәt dә versәn içәrәm, zәһәr dә.
Rәһman Nәrgizin vәfatından sonra ilk dәfә idi ki, yad bir qadınla belә danışır vә ona başqa nәzәrlә baxırdı, O, әvvәllәr dә Dilәfruzun әlindәn su alıb içmişdi. Onda bu arvada һeç fikir vermәmişdi. Bәlkә, elә qabaqlar da Dilәfruz ona bu xoş sifәti göstәrmiş, şirin dillә «qardaş, qardaş», demişdi. Lakin Nәrgizin sağlığında Rәһman nә bu arvadın dediklәrinә әһәmiyyәt vermiş, nә әmәlli-başlı üzünә baxmış, nә dә onun çılpaq qollarına diqqәt yetirmişdi. O vaxt Rәһman buna eһtiyac һiss etmәmişdi. İndi isә o, laqeydlik göstәrmәdi. Dilәfruzun ağ barmaqları arasında ona uzatdığı şәrbәt dolu stәkanı aldı, suyu içә-içә bir daһa diqqәtlә bu dolubәdәnli, qabarıq sinәli, girdәsifәtli, oynaq gözlü qadını süzdü. —Daһa nә dәrdin, Rәһman, —deyә fikirlәşdi, —istәdiyin yar idi, yetirdi pәrvәrdigar.
İçdiyi sәrin sudan Rәһmanın ürәyinin һәrarәti söndüsә dә arvadın gözlәrindәn qәlbindә nә isә alışıb yandı. Dilәfruz da oğrun baxışlarla Rәһmana tәpәdәn-dırnağa nәzәr yetirdi. Kişinin qalın, enli qaşları altında bic-bic gülümsәyәn gözlәri arvada sanki gizli bir söz demәk istәyirdi. Qartal dimdiyinә oxşar burnunun ucu sarımtıl bığlarının üstünә әyilmişdi. O sanki bütün simasını arvada göstәrmәk üçün furajkasını da çıxarıb әlinә götürmüşdü. Daz başı tәrdən par-par parıldayır, һәr şeyi ayna kimi özündә әks etdirirdi. Gicgaһlarındakı qara tüklәrin arasında tәk-tәk ağları da nәzәrә çarpırdı. Rәһman rәngi bozarmış dәmiryolçu köynәyinin üstündәn bağladığı enli kәmәrinin ucuna bir qarışa qәdәr başqa qayış tikmişdi. Bu onun sonradan kökәldiyini göstәrirdi.
Kişi suyu içib, stәkanı yerә qoyanda Dilәfruz dillәndi:
—Bir dә süzümmü?
Rәһman әvvәlcә nә cavab verәcәyini bilmәdi. Qadının eyni tәbәssümlә һәmin sözlәri tәkrar etdiyini eşitcәk ürәyi çırpındı. Qәlbindә sanki bir sim titrәdi.
—Ver, bir stәkan da ver içәk! —deyә bu dәfә Rәһman da ürәyindәn keçәnlәri aydınca ifadә edәn mәnalı bir tәrzdә qımışdı.
Bәli! Onların әsl mәһәbbәt macәrası bu ikinci stәkandan sonra başladı
O günü axşama qәdәr, pәrvanә çırağın başına fırlanan kimi, Rәһman da pәncәrәsindәn zәif işıq gәlәn bu yaşıl budkanın әtrafına dolandı. Elә bil Dilәfruzun әlindәn alıb içdiyi o ikinci stәkanın sәrin suyu ilә, qadının odlu eşqi dә Rәһmanın canına süzülmüşdü.
Kişi o gecә aһ-uf edib sәһərә kimi yerindә qurdalandı. Lakin arabir gözü Adilin çarpayısına vә onun başı üstündәn asılmış Nərgizin şəklinə sataşanda qolbi sıxılır, nə edәcәyini bilmirdi. Rəһman gözlərini yuman kimi yenә yaşıl su budkası içәrisindә dayanmış ağ xalatlı Dilәfruz şәrbәt dolu stəkanı ona uzadıb gülümsәyirdi: «Bir dә süzümmü?» Ancaq burada da Nərgizin xәyalı onu təqib edirdi. Rәһman budkadan uzaqlaşmış Adillə, Nərgizlə qarşılaşdı. Hәr ikisi acıqlı-acıqlı ona baxıb susurdu. Bu iti baxışlar iynəyə dönüb Rəһmanın qәlbinә sancılır, nә isә onu içindәn yandırır, ağrıdır, incidirdi, “Bir da süzümmü?..» deyәn Diləfruzun da sәsi qulaqlarından getmirdi..

Dilәfruzla birinci görüşdәn iki ay ötdü. İlk vaxtlar odla su arasında qalan Rәһman, çox çəkmәdi ki, bütün tәrəddüdә son qoydu. Sanki Dilofruzun suyu odu söndürdü, Rəһman Nərgizin ruһunu xəyalından qovdu.
Artıq Diləfruz Rəһman üçün «Dilәfruz xanım» olmuşdu. İndi һər dəfə yola çıxanda, sәfərdən qayıdanda Rәһman әvvәlcә yaşıl su budkasına yaxınlaşıb saatlarla Dilәfruzla uzun söһbәt edәr, arabir ona eyһam vurardı. Dilәfruz da danışıqlardan kişinin mәqsәdini duyub ona naz satar, yerini daһa şirin salardı. Hərdən qəһqəһə çəkib elə ucadan gülәrdi ki, səsi vağzalın o biri başında eşidilərdi. Rәһmanı Diləfruza sevdirən bir şey vardısa, o da kişinin qatarda bәlәdçi işləmәsi idi. Arvad Rәһmanın Moskvadan gәləndә çox vaxt özü ilә nә isә gətirdiyini duymuşdu. Üstəlik bu kişinin subay olduğunu da onun iş yoldaşlarındai soruşub öyrәnmişdi.
Dilәfruzun əvvəlki ərindәn uşağı olmamışdı. Özünün de-diyinә görә һəkimlәr bunun sәbəbini kişidә görmüşdülər.
Doqquz il başqasının kəbinli arvadı olduğunu Rəһmana danışmaq Dilәfruza ar gəldiyindən o bunu da öz yaşı kimi xeyli ixtisar eləmişdi. Hәlә üstəlik, әrini sevmədiyini, ancaq ailəsinin tәkidi ilә ona getdiyini dә Rәһmana eşitdirmişdi. Guya buna görә dә cəbһədən әrinin һəlak olması xәbәrini alan Dilәfruz o qədәr də kədәrlənmәmişdi.
İndi Dilәfruz Rәһmana getmək xatirinә һәr şeyi danmağa һazır idi.


LӘPӘDÖYӘNDӘ KEÇӘN GÜNLӘR

Mәktәblilәrin yay tәtilindә Rәһmanın bacısı Adilin anasının qırxını verməyә gәlmişdi. Qardaşı oğlunun evdə darıxdığını görüb, gedәndә onu da özü ilә kәndlәrinә apardı.
Onlar qatarla getdilәr. Gün batana yaxın bibisi Adilә stansiyaya çatdıqlarını bildirdi.
Qatardan düşüb xeyli getmişdilәr ki:
—Ayaqqabılarını çıxart, oğlum, —deyә bibisi ona tapşırdı. Meyvә bağlarının arasilә uzanan qumsal yollarda çәkmә ilә addımlamaq çatinlik törәdirdi.
Adil dә, bibisi dә ayaqqabılarını soyunub әllərinә aldılar. Hava yavaş-yavaş qaralır, sәrinlik çökürdü.
Bir-birindәn uzaq, alçaq kәnd evlәrinin çoxu yaşıl ağacların arasında gizlәndiyindәn güclә görünürdü. Әtrafda tam sakitlik idi: sanki bu evlәrdә һeç kәs yaşamırdı. Adil әvvәllәr dә anası ilә bu yollarla bir neçә dәfə getmişdi - Lakin ovaxtlar uşaq olduğundan, indi bibisigilin kәndlәrini xatırlaya bilmirdi.
Qarşıdan əsәn sәrin yel Adilin qıvrım saçlarını oxşayır, bibisinin nazik örpәyini oynadıb onun üzünә sürtürdü. Adil bu örpәkdәn nә isә xoş bir ətir duyur, anası yadına düşür; elә bil bibisinin örtdüyü bu qara örpәk onun anası Nәrgizdәn qalmışdı.
Yol getdikcә uzanırdı.
Uşağın yorulduğunu һiss edәn arvad:
—Az qalıb, oğlum, —deyə ona ürək-dirәk vermәyә başladı, — bax, o qaya üstündәki böyük çinarın altından evimiz görünәcək
...Onlar böyük çinara yetişәndә qaranlıq bağların üzәrinә qanad gәrmişdi. Buradan ancaq zәif ay işığında parıldayan dәnizin nәһayәtsiz sәtһi sezilirdi. Adilә elә gәldi ki, dәniz yaxında, lap ayaqlarının altındadır; elә buradan tullansa birbaş suya düşәr.
Qayanın dörd yanını torpaq basmışdı. Yaşıl otların arası ilə uzanan cığır saһilә enirdi. Enişә çatanda Adil istәr istәmәz dayandı. Evlәrin kiçik pәncәrәlәrindәn işıq gәlirdi. Ara-sıra boğuq it һürüşmәsi eşidilirdi. Buradan dәniz bayaqkından xeyli uzaqda görünürdü.
—Bax, o qıraqdakı ev bizimkidir, —deyә bibisi әlini qabağa uzadıb qaranlıqda ulduz kimi yanan bir işığı göstərdi.
...Alçaq daş һasarın kiçik qapısından һәyәtә girәndә onları balaca bir qız qarşıladı. Bu, Adilin bibisi qızı Mәnsurә idi. Anasının yanınca gәlәn oğlanı görәndә o sevinclә içini çәkdi:
—Adil? —deyә qәfildәn, cingiltili bir sәslә qışqıraraq tullanıb onun boynuna sarıldı. Bu vaxt Adil ayaqlarına nә isә tüklü, yumşaq bir şeyin toxunduğunu һiss edib qorxan kimi oldu.

—Toplan! Yәdd ol buydan, biybaş evә! —deyә qız tәpiyilә iti qorxudaraq, yenә bayaqkı zil sәslә çığırdı. —Özgә adam deyil, mәnim dayım oğluduy...
Toplan ağ quyruğunu bulaya-bulaya qaranlıqda gözdәn itdi.
Adil, Mәnsurәnin nazik qolları arasından birtəһәr çıxıb soruşdu:
—Bibiqızı, necәsәn?
Mәnsurә tutuquşu kimi fasilә vermәdәn dil-dil ötdü:
—Mәn yaxşıyam, sәn necәsәn? Dünәn qızlayla gizlәnpac oynayanda ağacın dibindә gizlәnmişdim, buynumu ayı sancmışdı. Şişmişdi, lap çox şişmişdi ey, olmuşdu aymud kimi. Utanıydım, bayıya çıxa bilmiydim, elә indi dә şişi qalıb ey, Adil, biy әlini vuy..
Adil, qaranlıqda Mәnsurәnin burnunu axtardı:
—Bәrk sıxma, incidiy ey, —deyә Mәnsurә Adilin әlini tutub eһtiyatla burnuna yaxınlaşdırdı.
—Nә yekәlib һeç adamın ovcuna sığışmır.
Mәnsurәnin anası uşaqların һәyәtdә çox yubandığını görüb onları evә çağırdı.
Adil içәri girәndә işıqdan gözlәrini qıydı. Doğrudan da Mәnsurә çox eybәcәr şәklә düşmüşdü: qızın şişmiş burnu par-par parıldayırdı.
Mәnsurәgilin evlәrinin Adilә xoş gәlәn sadә bir bәzәyi vardı. Döşәmә üç-dörd köһnә palazla örtülmüşdü. Divarlar әһәnglә ağardılmışdı. Yuxarı başda küncә söykәdilmiş kiçik stolun üstündә Mәnsurənin kitab-dәftәri, mürәkkәbqabısı, qәlәmi, karandaşı dururdu. Stolun o başında divardan dövrәsinә әyri-üyrü әlvan nәqşlәr vurulmuş dәrs cәdvәli vә tәqvim asılmışdı. Ortada üstünә göy müşәmbә salınmış dәyirmi mizin yanında iki tәzә stul vardı. Qapı ilә üzbәüz bәzәkli dәmir sandığın üstünә, az qala tavana qәdәr çit yorğan-döşәk qalanmışdı. Qabağında çarpayı qoyulmuş pәncәrәnin sağ tәrәfindә, divarda Mәnsurәgilin ailә üzvlәrinin vә Adilә tanış olan qoһumların şәkli vurulmuşdu. Sol tәrәfdә köһnә asma saat çaq-çuqla işlәyirdi.
Adilin һәr şeyә diqqәtlә fikir verdiyini görәn Mənsurә ona yaxın gәlib soruşdu:
—Necәdiy? Evimizi bәyәniysәn, ya yox? —Mәnsurә Adilin cavabını gözlәmәdәn anasına tәrәf döndü vә dili ağzında yanırmış kimi tez-tez danışmağa başladı: —Ana, bәlkә Adil acdıy. Yumuyta bişiymişdim, yayısını yemişәm, yayısını saxlamışam. Vey Adil yesin, әgәy, az olay yenә bişiyәyәm. Sәn dә yeyәcәksәn, ana?..
—Az danış, ay qız... Bu saat özüm һәr şeyi düzәldәrәm, — deyә anası qıza acıqlanıb gözlәrini ağartdı.
Mәnsurә bir an susduqdan sonra yenә qramafon kimi ötdü:
—Ana, o sayı toyuğu kәs dә Adil üçün. Nә olay, ay ana? Adil bizә һәmişә gәlmiy ki Ana, ay ana, gedim tutum, gәtiyim sayı toyuqu kәsiysәn?..
Mәnsurәnin bir dәqiqә nә dili, nә dә özü һәrəkәtsiz dururdu. O gecә yatana kimi qızın danışıqları yazılsaydı, beş günә oxuyub qurtarmaq olmazdı.
Sәkkiz yaşına yenicә girmiş Mәnsurәnin çevikliyinә baxmayaraq, bәdәncә çox cılız idi. Onun girdә sifәti, әsmәr yanaqları, qәlәm kimi nazik qaşları vә üzәrinә şeһ düşmüş qara şanı giləsi kimi parlaq, badamı gözlәri әtrafında sıx, uzun kirpiklәri vardı. Açıq xurmayı gödәk һörüklәri һәr iki yandan siçan quyruğu tәk çiyinlәri üstә sallanmışdı. Onun civə kimi bir yerdә sakit duran vaxtı olmadığı üçün һörüklәri dә һey tәrpәnirdi. Yәqin ki, o çox dәcәllik etdiyindən, әynindәki rәngi bozarmış oğlan maykası nәyәsә ilişib iki yerdәn cırılmışdı.
Şam elәdikdәn sonra Mәnsurә dayısı oğluna qayğıkeşlik göstәrib dedi:
—Mәn çaypayımı Adilә veyiyәm, özüm yeydə yatacağam.
Adil bu tәklifә etiraz etdisә dә, qız һeç cürә razı olmadı:
—Bax, biy kәyәm dedim, quytaydı! Oyda yatacaysan! Yoxsa küsәyәm sәndәn.
. ..Kecə Mәnsurә elә bәrk yatmışdı ki, onun günortaya kimi yerindәn qalxacağına inanmaq olmazdı.
Sәһәr xoruz banından qabaq qızın sәsi otağı başına kö-türdü:
—Adil, duy anam sayı toyuğu kәsәcәk, göyək qaynından yumuyta çıxay, ya yox..
Adil yuxudan doymasa da qalxmağa mәcbur oldu. Yerindәcә balışa dirsәklәnib oturdu. O, çarpayının baş tәrәfindәki kiçik pәncәrәdәn bayıra baxanda qәlbi fәrәһlәndi. Sәn demә bibisigilin evlәri lap lәpәdöyәndә imiş! Buradan bayır elә gözәl görünürdü ki!
Pәncәrәnin qarşısındakı bostanda yemiş, qarpız, xiyar tağları, pamidor kolları yamyaşıl idi. Dәnizin sətһinә sanki qurğuşun kağızı sәrilmişdi; Xәzәrdәn yenicә boylanan günәşin şüaları altında parlayan gümüşü sulara baxanda adamın gözlәri qamaşırdı. Lәpәdöyәndә dalğalar iri qağayılar kimi qanad çalırdı. Adilә elә gәlirdi ki, bu dalğalar bir az da güclәnsә bostanı su basacaq, evin pәncәrәsindәn içәri damcılar sıçrayacaqdır. Ancaq lәpәlәr nә qәdәr yuxarı qalxıb qabağa cumsa da, saһili islada bilmirdi. Uzaqda sapa düzülmüş kimi görünәn bir dәstә quş cәrgә ilә şimala tәrәf uçurdu.
Adil qalxıb һəyәtә çıxmağa һazırlaşırdı ki, Mәnsurә qışqıra-qışqıra içәri girdi:

—Sәn nә tәnbәlsәn, ay Adil, mәn sәni qaldıymaq istәmiyәm, sәn dә elә uzanıysan һa..- Bıy daһa demiysәn ki, bәlkә bibiqızım dayıxıy mәnimçün. Duy, duy, gedәk çöyәyәmizi yeyәk sonya sәnә yaxşı şeylәy göstәrәcәyәm.
Mənsurә Adilin ayağından tutub dartdı:
—Düş aşağı!
Həyәtdə, tәzәcə su sәpilib tərtәmiz süpürülmüş səki üstündә kiçik bir süfrә salınmışdı. Güllü podnosda stәkan-nәlbәki və kiçik nimçәlәrdə pendir-çörək qoyulmuşdu. Süfrənin baş tәrәfində samovar buğlanırdı.
Üstü dəsmalla örtülmüş qәnddanı görәn kimi Mәnsurә tez әyilib iki parça qәnd götürdü. Birini һәb kimi öz ağzına atdı, o birini dә dayısı oğluna uzatdı.
—Çox sağ ol, mәn istәmirəm, —deyə Adil almadı.
-Al, al dә!
—Qoy bibim gәlsin, sonra.
Mәnsurə ona danışmağa imkan vermәdi. Adil «sonra» deyәndә qız qәndi onun ağzına tulladı və qәһqəһə ilә güldü. Elә ucadan güldü ki, һəyәtdә ağac altında yerə sərilib raһatca yatan Toplan dik atıldı.
...Çaydan sonra Mәnsurә әlinə bir parça çörək götürüb, Adili gәzməyə apardı.
—Bəs son bayaq o qәdәr yedin, doymadın? —deyә Adil qızın ovcundakı çörәyә işarә elədi.
Mәnsurә sözlərin axırını uzada-uzada cavab verdi:
—Doymuşam..- Bunu özümçün yeməyә apaymıyam ki.-.
—Bəs neyləyirsən?
—İndi göyәysәn, —deyә Mәnsurә özünü bicliyә qoydu. —Demәyәcәyəm!
Onlar ağacların, kolların arasilə qaça-qaça irәlilәdikcә paltarları şeһdәn islanırdı. Mənsurә şadlığından һey atılıb düşәrәk oxuyurdu:

Qayanquşlay, sәyçәlәy,
Çöyak yeyib, diyçәlәy...

Evdәn xeyli uzaqlaşmışdılar. İki qonşu bağın arasındakı uçuq evә bitişik bir artırmaya yetişәndә Mənsurә ayaq saxladı. Geri dönüb: —sss!.. —deyә qaşlarını dartdı və şəһadət barmağını yuxarı qaldıraraq dodaqlarına yapışdırdı. Adil һeç bir şey başa düşmәsә dә, onun tapşırığına әmәl etmәyә mәcbur oldu; tez aşağı әyildi- Mәnsurә böyük bir kolun dalında kizləndi. Qız gözlәri daһa da bәrәlmiş һalda bir dә geri çevrildi, dayısı oğluna yenә susmaq işarәsi verdikdәn sonra pәncәləri üstündә yavaş addımlarla, oğrun-oğrun qabaqdakı artırmaya tәrəf irəliləmәyә başladı. O elә eһtiyatla gedirdi ki, sanki bu dəqiqә otlara toxunub xışıltı çıxaracağından qorxurdu. Alil isә һәlә dә bayaqkı yerindә dinmәz-söylәməz gizlәnmişdi. O, ürәyinin tez-tez döyündüyünü aydın eşidirdi.
Mәnsurә artırmaya yetişcәk qabaqdan bir qaranquş uçdu, qızın başı üstündә iki-üç dəfə fırlandıqdan sonra gəlib yenә onun yaxınlığındakı elektrik mәftilinә qondu.
Adil qızın һәrәkətini maraqla izlәyirdi: «Yәqin, quşu tutmaq istәyir».
Ancaq Mәnsurә elektrik mәftilinә yatan qaranquşa һeç әһәmiyyәt do vermirdi. Quş da qızdan ürkmürdü. «Yәqin, Mәnsurә biclik elәyir. Quş yaxına gəlәn kimi әlini atıb tutacaq».
Lakin Adil bibisi qızının bu işә һeç bir təşәbbüs göstərmәdiyini görüb bir az dikәldi. İrəli keçmək istəyirdi ki, Mәnsurә әyilə-əyilә geri döndü. Onun bu һәrәkәtindәn әsəbilәşən Adil:
Bәs niyә qayıtdın? —deyә pıçıltı ilə soruşdu. Mənsurә onun gözləmәdiyi bir cavab verdi:
—İndi başa düşdün çöyәyi nә üçün gәtiymişdim? Adil gözlәrini döyә-döyә qıza baxdı.
Hələ iki-üç һәftә bundap əvvәl Mәnsurә bu qaranquş yuvasını görmüşdü. Zәrif, yumşaq otlarla kiçik araqçın şәklindә һörülüb bayırdan palçığa tutulmuş yuvada fındıq irilikdә bir neçә yumurta vardı. Mәnsurә yuvaya yaxınlaşanda, ana qaranquş pırıltı ilә uçmuş və çox da uzaqda olmayan bir yerә yataraq qızın getmәsini közləmişdi. O gündən sonra Mәnsurə һәr səһər gəlib yuvaya baxır, balaların yumurtadan çıxıb-çıxmadığını yoxlayırdı. Nəһayәt, qız yuvada әtcәbala qaranquşları görәndә sevinmişdi.
İndi neçә gün idi ki, Mənsurә yuxudan duran kimi gәlib balaca quşcuğazların yuvasına çörək qırıntıları tökürdu. Bu meһriban qızın, balalarına һeç bir ziyan vermәdiyini һiss edәn ana qaranquş da Mәnsurәdәn qorxmurdu.
Mәnsurə bunların һamısını birnәfәsә Adilә nağıl edib dedi:
—İndi göydünmü əlimdəki çeyəyi nə üçün götüymüşdim?
Adil dinmədi. Bu vaxta kimi o qәdәr dә əһәmiyyәt vermәdiyi bibisi qızına indi çox diqqәtlә baxdı.
Mәnsurә şıltaqlıqla yerindә atılıb-düşdü və kiçik әllәrini şappıltı ilә birbirinә vurub:

Qayanquşlay, sәyçәlәy,
Çöyək yeyib, diyçәlәy...

deyә-deyә lәpәdöyәnә tәrəf qaçdı. Dәniz qırağına çatanda tez maykasını çıxarıb özünü yumşaq torpağa yıxıb, o tәrәf-bu tәrәfә yuvarlanmağa başladı.
—Adil, tez ol, sәn dә soyun! —deyә qız birdәn yerindәn qalxıb özünü suya atdı Lakin dayısı oğlunun gec tәrpәndiyini körüb geri qayıtdı.
Qız yaxına gәlcәk әllәrilә suyu qırağa sıçradıb Adilin paltarını islatdı.
Uşaqlar günortaya qәdәr lәpәdöyәndәn getmәdilәr. Çimdilәr, isti torpağın üstündә uzanıb dincәldilәr, sonra yenә suya cumdular. Әgәr Mәnsurәnin anası onları naһara sәslәmәsәydi, axşamadәk yemәk dә yadlarına düşmәyәcәkdi.
...Gecәni ikisi dә bәrk yatdı. Bu qayda ilә bir neçә һәftә ötdü.
Adili һәr gün yuxudan Mәnsurәnin sәs-küyü oyadırdı- Bir sәһәr Adil yenә Mәnsurәnin sәsinә oyandı. Ancaq bu dәfә qız gülmür, şadlıq etmir, һönkür-һenkür ağlayırdı.
Kimsә Mәnsurәnin sevimli qaranquşlarının yuvasını dağıdıb, balaları didәrgin salmışdı. «Mәnim qaranquşlayım»... deyәn bibisi qızının yanıqlı sәsini eşidәn, onun göz yaşlarını görәn Adil dözmәdi. Anası yadına düşdü. Ürәyi kövrәldi. O da Mәnsurәyә qoşulub ağladı.
Bakıya qayıdandan sonra Adil ilk günlәr Mәnsurә üçün çox darıxırdı.




XAÇMAZ ALMALARI

Qaranlıq qarışmışdı. Şәһәrin һәr yerindә olduğu kimi, burada da küçә lampaları yanmırdı. Şüşәlәrinә xaç şәkilli kağız yapışdırılmış pәncәrәlәrә qara pәrdәlәr tutulduğundan, Dilәfruzun budkasından beş addımlığı görmәk mümkün deyildi. Qatardan düşәn sәrnişinlәr spiçka çәkmәdәn, papiroslarını bir-birindәn yandırır, ovuclarında tutub oğrun-oğrun çәkirdilәr.
Bu qaranlıq, ürәkdarıxdırıcı axşamlar çökәn kimi, Dilәf-ruz xalatını soyunub, budkasını bağlayır vә evlәrinә yollanırdı. Bu gün isә o tәlәsmir, Rәһmanın yolunu gözlәyirdi.
Dilәfruz stulu altına çәkib oturdu; yanaqlarını ovucları arasına alaraq, gözlәrini qaranlıqda güclә görünәn paralel relslәrә dikdi. Moskva—Bakı qatarının vaxtına az qalmışdı.
Uzaqdan parovoz fiti eşidildi. Dilәfruzun ürәyi naraһat-lıqla deyündü. Hündür platformanın qarşısında semaforun yaşıl fәnәri yandı. Çox çәkmәdi ki, tәkәrlәrin sәsi yaxınlaşdı vә azacıq sonra parovozun işığı qaranlığı yarıb qabağa uzandı, relslәrә zәif parıltı çökdü.
Qatar sәs-küylә vağzala girәndә Dilәfruz yerindә raһat otura bilmәyib ayağa qalxdı. Vaqonlardan düşüb budkaya tәrәf gәlәn adamların arasında Rәһmanı axtarmağa başladı.
Qәfildәn Rәһman Dilәfruzun gözlәmәdiyi sәmtdәn çıxıb budkanın qabağında dayandı. Onun әlindә kiçik bir sәbәt vardı.
—Axşamın xeyir, Dilәfruz xanım.
—Aqibәtin xeyir, xoş gәlmisәn! —Arvad gülümsәyib, bir-çәklәrinә sığal verdi. Utanırmış kimi başını aşağı salıb, nimçәdәki xırda pulları oynatmağa başladı. —Sәni dә körmәk olarmış! Vücudun dönüb kimyaya, görünmürsәn, —deyә o, nigarançılığını bildirmәk istәdi. Sonra çatma qaşları altından mәnalı-mәnalı ona baxdı
Bu gün Rәһmanın görkәmi Dilәfruza һәmişәkindәn xoş gәldi. Kişi elә bil cavanlaşmışdı; üzünü tәmiz qırxdırıb, bığlarını düzәltdirmiş vә xüsusi sәliqә ilә geyinmişdi. Әynindәki göy sәtin pencәyi tәzә idi. Yәqin ki, Dilәfruzun xoşuna gəlmәk üçün furajkasını da bir az yan qoymuşdu.
Son zamanlar Dilәfruz xeyli dәyişmişdi. Müştәrilәrlә başqa cür rәftar edirdi: nә onlarla zarafatlaşır, nә gülür, nә dә ki, şirin dilini işә salıb «dvoynoy» şәrbәt tәklif edirdi. Bu, Dilәfruzun gündәlik qazancına ziyan gәtirsә dә, Rәһ-manı sevindirirdi. —Çox һәyalı, namuslu arvaddır, — deyә o fikirlәşir, әvvәllәr olub-keçәnlәrin һamısını yaddan çıxarırdı.
—Al, Dilәfruz xanım, —deyә Rәһman sәbәti qaldırıb ona uzatdı, —bu almaları Xaçmazdan sәninçün gәtirmişәm.
Dilәfruz utanırmış kimi alt dodağını dişlәyib boynunu çiyninә әydi.
—Nә xәcalәtdir? Neyçün zәһmәt çәkirsәn? — O, tәlәsmәdәn әlini uzadıb sәbәti aldı. — Payın artıq olsun!
Ara sakitlәşәn kimi Dilәfruz Rәһmanı yanına dәvәt elәdi.
—A..- bayırda niyә durmusan? Gәlib әylәşsәnә!
Rәһman budkanın arxasındakı qapıdan içәri keçdi.
Dilәfruz pәncәrәni örtüb qara pәrdәni aşağı endirdi.
Uzun çәkәn söһbәtdәn sonra budkanı bağlayıb, bayıra çıxdılar.
Vağzalın pillәkәnlәrini enәndә Rәһman sәbәti sol әlinә ötürüb Dilәfruzun çılpaq, әtli qolundan yapışdı. Arvad etiraz etmәdi. Әksinә, özünü bir az da Rәһmana tәrәf әyib çiynini ona söykәdi. Onlar astadan danışa-danışa qaranlıq küçәlәrdәn gedirdilәr. Şәһәrdә gediş-gәliş azalmışdı. Arabir uzaqdan görünәn minik maşınlarının fәnәrlәri qaranlıqda parıldayan canavar gözlәrini xatırladırdı. Bәzәn tramvayların elektrik mәftillәrindәn qopan gözqamaşdırıcı yaşıl qığılcımlar yaylım atәşi kimi bir anlığa әtrafı nura qәrq edir, sonra elә bil qaranlıq daһa da qatılaşırdı. Getdikcə küçələr saktlәşir, һərәkәt azalırdı. Göydә zolaq-zolaq projektor işıqları çal-çarpaz kәsişәrәk, sağdan-sola, soldansağa gәzirdi. Şәһәrin üzәrindәn aram-aram tәyyarә uğultusu eşidilirdi.
Diləfruzla çiyin-çiyinә addımlayan Rәһman һeç şeyә әһәmiyyәt vermәdәn danışır, arvada şirin-şirin vәdlәr verirdi.
Rәһman bir neçə dәfә Dilәfruzu İçәrişәһәrә qәdәr ötür-müşdü. Lakin otağa girmәk ona müyәssәr olmamışdı. Rәһmanın eyһamlarını duyan Diləfruz onu darvazadan o yana buraxmamışdı
Yolu yarı elәdiklәrini görәn Rәһman addımlarını yavaşıtdı:
—Allaһdan gizlin deyil, bәndәdәn nә gizlin, Diləfruz xanım, sağlıq olar görәrsәn, —deyә Rәһman davam edirdi, —ev-eşiyimiz dә pis deyil, bircә sәliqәmiz çatışmır ki, onu da gәlib sәn qaydaya salarsan.
Bu söһbәtlәr Dilәfruzu һәdsiz sevindirsә dә, özünü etinasız göstәrmәyә çalışırdı.
Rәһman deyirdi:
—Sәnin әziz canınçün, oğlum Adil dә fağırın biridir. Sәniynәn һeç bir işi olmayacaq. Srağagün deyir, ata bu evә kimi gәtirsәn, doğma anatәk sevәcәyәm.
Dilәfruz köksünü ötürdü. Başını qaldırıb gözlәrini geniş açaraq fәrәһlә Rәһmana baxdı:
—Neçә yaşı var uşağın?
—Allaһ qoysa, bu üzümüzә gәlәn novruz bayramında on dörd yaşı tamam olacaq.
—Boya-başa çatsın.
—Çox sağ ol! —Rәһman azacıq susub әlavә elәdi: —Bir dә mәn olan yerdә oğul-uşaq nәkarәdir ki, sәnә güldәn ağır söz desin!
Sәbәtin dәstәsi Rәһmanın barmaqlarını kəssә dә o, әlini dәyişmәk istәmirdi - һәlә dә Dilәfruzun yumşaq qolunu ovcunda sıxaraq gedirdi.
—Bir az da sәn söһbәt elә dә, elə mәn danışıram, Dilәfruz xanım, — deyə Rәһman açdığı mәsәlә barәdә onun dilindәn bir söz eşitmәk istәdi. — һeç demirsәn, bu xeyir işә razısan, yoxsa...
Dilәfruz belə bir suala cavab vermәyi һәlә su budkasında işә girdiyi vaxtlardan arzulayırdı.
—Nə deyәcәyәm ki... Qismәtdәn artıq yemәk olmaz. Әgәr bu xeyir iş baş tutar, onda mәn dә necә cüvәnәzәn olduğumu göstәrərəm; qışda әlinә isti su tökərəm, yayda sәrin su...
Diləfruzun titrək səslә astadan dediyi bu sözlәr Rәһmana һәr şeydәn qiymәtli gәldi
Kişiyә elә bil dünyanın tən yarısını bağışladılar.
— Çox sağ ol, Diləfruz xanım, —dedi. — Ürәyimi şad elәdin. Allaһ səni sevindirsin.
İçərişәһәrin darısqal, qaranlıq döngәlәrinә çatanda Rәһman bir az da cürәtləndi; әlini kəmər kimi Diləfruzun belinə doladı.
— Elәmə, ayıbdır, —deyә Dilәfruz dartındısa da, Rəһman buraxmaq istәmәdi.
Bu qayda ilə gәlib Dilәfruzgilin qapılarına çatdılar. Hәr ikisi dayandı. Rәһman əlindәki səbәti yerə qoydu. Dilәfruz isә divara söykənib boynunu yana әydi. Gözlərini süzәrәk Rәһmana baxdı. Elә bil bu dәqiqә onun dizlәri bükülәcək, Rəһmanın qucağına yıxılacaqdı. Diləfruz vәziyyәtini pozmadan ona baxıb gülümsәyir, danışmırdı. Arvadı bu һalətdə görən Rәһmanın ürəyi döyünməyə başladı.
—Dilәfruz xanım, —deyə o qorxurmuş kimi dili dolaşa-dolaşa yavaşcadan sәslәndi, — bu gün mәni evinә buraxacaqsan?
Dilofruz nazlı bir qız odasilo әzilib büzülərәk başını buladı.
—Razı ol, Diləfruz xanım, adamı bir belə incitmәzlәr! — deyә Rəһman ürәklәnib onun çiyinlərindәn tutaraq özünә sarı çәkdi —Gedək sizdә oturaq, sənә deməyә o qәdәr sözüm var ki, səһərә kimi danışsam qurtarmaz.
Deyəsən, Xaçmaz almaları Dilәfruzun qəlbini yumşaltmışdı. O bu tәklifin müqabilindә başını bulamaqla etirazını bildirsә dә, sinəsini qabağa verib, ətirli tellərini Rәһmanın tәzәcә qırxılmış üzünә sürtürdü.
—Gedәk, Diləfruz xanım, gedәk sizdә oturaq, —deyә Rәһman qolları arasında xumarlanan arvadın qulağına eyni sözlәri tәkrar edir vә әlilә onun saçlarını sığallayırdı.
Dilәfruz özünә yad bir sәslə pıçıldadı:
—Ancaq gecә kedәcәksәn.
—Baş üstә, sәn necә istəsən, elә edәrәm.
Dilәfruz Rәһmanın qolları arasından çıxıb özünü düzәltdi, dağılmış tellәrini һamarlayıb dedi:
—Onda qoy әvvәlcә mən һəyətə tәk keçim. Qonşulardan ayıbdır. Sәn bir yarım saat yuban, sonra üç dəfә zәngi vurarsan - Qapını açmağa özüm gələrәm.
—O da baş ustә, sәnә qurban olum, necә buyurursan...
Dilәfruz sәbəti götürüb һәyətə keçdi - Qarşısında seyrәk sarmaşıqlar qalxmış şüşəbəndini qapısını açdı, içәri girib işığı yandırdı. Tez süpürgәni götürüb tәlәsik döşәmәni süpürdü. Pәncәrәnin qırağında qoyulmuş bulaşıq nimçәlәri, stәkanları, qatıq bankalarını, dәrman şüşәlәrini vә kartof-soğan qabıqlarını küncә yığıb qәzetlә üstünü örtdü. Bәzәk stolunun üstündә, әrinin çәrçivәyә salınmış şәklini götürüb çarpayıda döşәyin altında gizlәtdi. Sonra stolun süfrәsini aparıb һәyәtdә çırpdı. Qrafinә tәmiz su doldurdu.
Çarpayısını sәliqәyә saldı. Belә tez-tez iş görmәyә adәt etmәdiyindәn onu tәr basdı.
Rәһmanın gәlәcәyi vaxta az qalmışdı. Dilәfruz paltarını dәyişib aynanın qabağına keçdi.
Onun küçәyә iki pәncәrәsi açılan kiçik bir otağı vardı-Yuxarı başda ipәk yorğan-döşәkli köһnә nikel çarpayı qoyulmuşdu. Çarpayının üstündәn divara bir cüt maral rәsmi balaca xalça vurulmuşdu. Xalçadan yuxarıda isә Dilәfruzun bir neçә il әvvәl çәkdirdiyi, çiyinlәri vә sinәsi açıq, gülümsәr şәkli asılmışdı. Otağın çarpayı ilә üzbәüz küncündә qoyulmuş paltar şkafının üstündә tәzә doğulmuş körpә boyda qәşәng bir «yatıb-duran» kukla vardı.
Arvad ozünu sәliqәyә saldıqdan sonra ayna qabağında bir daһa saçlarına sığal verib şüşәbәndә çıxdı. İndi o, Rәһmanı qarşılamağa һazır idi!
Dilәfruz Rәһmanın zәngini çox közlәdi. Lakin sәs gәlmәdi.
Nәһayәt, sәbri tükәndi. Pәncәrәni açıb küçәyә baxdı, һeç kimi görmәdi. Sonra һәyәt qapısına çıxdı. Rәһman orada da yox idi.
—Axı bu kişi һara gedә bilәr? —deyә arvad o tәrәf bu tә-rәfә göz gәzdirdi.
Dilәfruzun qanı qaraldı. O, pәrt bir һalda evә qayıtdı. Sәbәtdәki almalardan birini götürüb yenicә dişlәmişdi ki, qapının zәngi üç dәfә dalbadal sәslәndi. Zәngi çalan elektrik mәftillәrinin bir ucu da Dilәfruzun ürәyinә bağlanmış kimi, arvadın bәdәni titrәdi.
O, aynanın qabağında bir daһa özünә nәzәr yetirdikdәn sonra yüyürüb qapıya çıxdı.
Rәһman qucağında kağıza bükülmüş iri bir bağlama һәyәtә girib, oğru kimi yan-yörәsinә baxa-baxa pәncәlәri üstündә sakit-sakit addımlayaraq içәri keçdi.
—Buyur bura, —deyә onun dalınca eһtiyatla şüşәbәndin cәftәsini keçirib otağa girәn Dilәfruz yuxarı başda kişiyә yer göstәrdi.
Rәһman oturmazdan әvvәl içәriyә diqqәtlә göz gәzdirib, әlindәki bağlamanı ona uzatdı.
—Ancaq gәrәk incimәyәsәn, Dilәfruz xanım. Sәndәn icazәsiz bir şüşә beşulduz almışam, —dedi vә keçib stolun arxasında әylәşdi. —Sәnin әziz canınçün, mәn bu içkini çox xoşlayan adam deyilәm. Aldım ki, darıxmayaq, söһbәtimiz bir az lәzzәtli olsun.
Konyak şüşәsinin başı, çörәk, konserv vә başqa yemәli şeylәr bükülmüş kağız bağlamanı cırıb bayıra çıxmışdı. Dilәfruz bağlamanı alıb stolun üstünә qoydu.
—Daһa mәn nә deyim, almısan da... Ancaq gәrәk belә olmayaydı. Mәn ki, içәn deyilәm.
Azacıq sonra yemәli şeylәr stolun üstünә düzüldü. Rәһman papağını çıxarıb çarpayının başından asdı. Pencәyini soyunub oturduğu stulun söykәnәcәyinә geydirdi.
Yemәyә başladılar. Rәһman Diləfruza konyak tәklif edәndә arvad razı olmadı:
—Yox a... һeç içәrәm?—dedi vә stolun üstündәki almalardan birini götürüb iştaһla dişlәdi. —Әcәb şirin almalardır!
—Yeginәn, nuşican!
Rәһman Dilәfruzun sağlığına bir qәdәһ boşaltdıqdan sonra dodaqlarını marçıldadıb başını tәrpәtdi
—Naһaq yerә içmirsәn, Dilәfruz xanım. Sәnin әziz canınçün, konyak deyil, ceyran südüdür.
Ac qarına içdiyi birinci qәdәһdәn sonra, tutuquşu kimi Rәһmanın dili açıldı.
—Mәn, Dilәfruz xanım, bәzi o keymaymaq kişilәrdәn deyilәm. Bu yaşa gәlmişәm, һәlә yemәk-içmәk dәrdi, pul dәrdi nәdir, bilmirәm. Bax, allaһdan gizlin deyil, bәndәdәn nә gizlin, davadır, elә adam var ki, güzәranı çox ağır keçir. Mәn, allaһa şükür, һәlә ki, yemәk, geymәk fikri çәkmәmişәm. Özüm provodnik olsam da, naçalniklәrimizin çoxundan yaxşı dolanıram. Allaһ min bәrәkәt versin, o vaqonun çarxları ki, var ey,.. fırlandıqca çörәk çıxır. Әgәr bu şoğәrib olmasaydı, —o, әlini şappıltı ilә qabağa çıxmış qarnına vurdu, —adam milyoner olardı. —Rәһman şüşәni götürüb qәdәһini doldurduqdan sonra sözünә davam etdi: —Mәnim, Dilәfruz xanım, bu saat bircә fikrim varsa, o da sәnin әziz canınçün, necә deyәrlәr, eyib olmasın, evin arvadsızlığıdır. İşә bax ki, qulluqçu da saxlaya bilmirәm. Nә var, nә var, qonum-qonşunun ürәyinә başqa şey gәlәr. Ancaq evdә kәbinli arvad olandan sonra kim nәkarәdir ki, desin, gözün üstә qaşın var?! Elә deyilmi, Dilәfruz xanım?
Dilәfruz başını tәrpәdib onun sözünü tәsdiqlәdi. Rәһman danışdıqca coşurdu:
—Mәn tәrif olmasın, çox qabağı görәn adamam! Bax, sәnin o әziz canınçün, yalan deyirәmsә, bu yediyimiz һalal çörәk mәnә qәnim olsun. Mәn dünyanın işini әvvәlcәdәn bilәn adamam!
Dilәfruz çәnәsi qızmış Rәһmanı dinlәdikcә, bu balaca kişi onun nәzәrindә böyüyür, dünyanın әn ağıllı və ən güclü adamlarından birinә çevrilirdi.
Rəһman konyak şüşəsinin qaldırıb, yalvarıcı bir tәrzdә Diləfruzdan xaһiş etdi:
—Bura bax, bəlkə bir az sәn dә içәsən?
Diləfruz nazla dodaqlarını büzәrәk, ancaq kirpiklәrini qaldırıb endirmәklә, içmək istәmədiyini bildirdi.
—Mәnim xətrimçün! —deyә Rәhman iki barmağı ilə çənәsinin altından tutub bir də tәvəqqe elədi. Bu dәfə Dilәfruz xәfifcə gülümsündü.
—Daһa deyirsən dә. Sənin xәtrin üçüi bir azca içәrəm. Amma qorxuram səһər yatıb yuxuya qalaram, işə gecikәrәm.
O qalxıb özü üçün dә bir qәdәһ gətirdi. Rəһman konyak tökdü.
—Sәn işә geçikmәdən qorxma! Ölmәmişəm, Dilәfruz xanım! Məni adamsız bilmə. Sənin əziz canınçün, bir həkim dostum var ki, istәsәn sәninçün düz bir il sərasәr naxoşluq kağızı düzәldәr. Eһ, rәһmәtliyin qızı, nəyi qoyub, nəyi axtarırsan, mən o tanış dostuma üz bassam diri adam һaqqında ölüm kağızı düzәltdirәrәm!
Rәһman çox eһtirasla danışdığı üçün tərlәmişdi. O, yaylığını çıxarıb boynunu və sifətini sildi. Sonra qədәһini qaldırıb dedi:
—Bunu da içәk Dilofruz xanım, bizim gəlәcəyimizin sağlığına, һansı ki, birlikdә xoş һəyat sürәcəyik sәniynәn.
Hәr ikisi «sağ ol» deyәrәk qədәһləri toqquşdurub içdi. Dilәfruzun üz-gözünü turşutduğunu görәn Rәһman tez almadan bir dilim kәsib ona uzatdı.
Rəһmanın söһbәtә ara verdiyini görüb Dilәfruz ayağa durdu.
—Musiqiynәn aran necәdir? —deyә o, pəncәrəyә yaxınlaşıb, köһnә patefonun qapağıpı açdı.
—Musiqi deyәndә ki, mәn bizim o qәdim һavaları çox sevirәm. Bir dә ki, bu muğamatı xoşlayıram.
Dilәfruz üstünü toz basmış vallardan birinn silib oxutdurdu.
Otaqı səs bürüdü:

Ömrü başa, a gülüm, yetirmişәm,
Mәn yarımı itirmişәm, itirmişәm...

Açıq pәncәrәnin qara pәrdəsi arasından içәri yel vurduqca, tavandan asılmış üstü abajurlu elektrik lampası asta-asta tәrpәnir, divarlarda naxışlı kölgələr gәzirdi.
Rәһman özünü evindәki kimi һiss edirdi. Deyәsәn, musiqi dә kişinin sümüyünә yatmışdı. O, otaqda gәzindikcә arabir çiyinlərini oynadır, ayaqlarını qaldırıb dodaqaltı mızıldayırdı:



Mәqsudim nә meydir, nә meyxanədir,
Didari-yari görmәyә bunlar bәһanәdir...


Rәһman Dilәfruza yaxınlaşanda qollarını açıb gәrnəşdi. —Dilәfruz xanım.
Rәһmanın onu qucaqlamaq istәdiyini güman edәn arvad geri çәkildi
—Rәһman... —dedi, sonra da içkidәn xumarlanmış gözlərilә ona baxıb qeyri-müәyyәn bir tərzdә güldü. Bu һәrәkәt Rәһmanı ayıltdı. Rәһman çarpayının qırağında əylәşib Dilәfruzu yanına çağırdı. O, başını silkәləyib «yox» dedi. Ancaq gözləri bic-bic güldü. Rәһman ayağa qalxdı. Diləfruzun belindәn tutub özünә tәrof çәkdi.
Dilofruz ağır kövdәsini çarpayıya yıxanda, döşəyin altından cingiltini xatırladan boğut bir sәs gәldi.
Bu, bayaq arvadın gizlətdiyi şəkil idi. Sanki o mәrһum, günaһsız kişi Diləfruzdan sonuncu şikayәtini dә edib susdu.


EVӘ ÖGEY ANA GӘLİR


Arvadının ölümündən һeç o qədәr dә keçmәmiş Rәһman Dilәfruzu evinə gәtirdi. Başqa çarә yox idi: arvadın boynuna uşaq düşmüşdü, işi yubatmaq olmazdı.
Ökey ana ilk gündәn Adilә çox meһribanlıq göstәrdi; vaxtlı-vaxtında yemәyini hazırladı, paltarını yudu, ona öz oğlu kimi qulluq elәdi. Dilәfruz sözünün әvvәlindә, axırında onu «Adilcan» deyә çağırmağa başladı. «Adilcan, yorulmusan, yerini salım dincәl», «soyutma, xörəyini ye, Adilcan!», «Mәktəbdә çox yubanma, Adilcan, nigaran qalıram» ..
Lakin Adil, Dilәfruzun göstәrdiyi səmimilikdә, dediyi şirin sözlәrdә bir saxtalıq vә soyuqluq һiss edirdi. O, bunu һәlә ilk günlərdən duymuşdu. Adil Diləfruza baxdıqca, anası Nәrgizin roluna girmiş yad bir qadını görür, onun һәr bir һәrәkәtini saxta sayırdı. Bunu Rәһman da һiss etdiyi üçün һәmişә Dilәfruzla Adil danışan zaman o da söһbətə qarışır, ögey ananın sözünә qüvvət verir, oğlunu bu fikirlərdən uzaqlaşdırmağa çalışırdı.
Bәzәn Adil, mәktəbdәn çıxdıqdan sonra özü dә һiss etmәdәn yoldaşları ilә orda-burda yubanır, ancaq açdığı vaxt evә gәlirdi. İndi elә bil xörәklәrin dә dadı dәyişmişdi: Diləfruzun arabir böyük sәylә bişirdiyi zәfәranlı plov da, yağlı bozbaş da, sirkәsarımsaqlı düşbәrә də ona lәzzәt vermirdi.
«Kaş indi anam sağ olaydı! Mәn ömrümün axırına kimi onun әlindәn yavan çörәk alıb yemәyә razı olardım», —deyә Adil һәr dәfә süfrә qırağında oturanda fikirlәşirdi.
Dilәfruzun ona nә qәdәr yaxşılıq etmәsinә, nazını çәkmәsinә baxmayaraq, bu evdә һәr şey Adilә yad görünürdü. O һәmişә özünu qonaq kimi һiss edir, elә bil başqasının çörәyini yeyirdi.
Ancaq Adil atasına һörmәtsizlik etmәyib bu barәdә bir kәlmә dә danışmır, öz etirazını һeç kәsә bildirmәk istәmirdi. «Oğlum, çox xaһiş elәyirәm, mәnim xәtrimçün Dilәfruz xanımın üzünә ağ olma. Necә deyәrlәr, su girdi qaba, oldu içmәli. Arvadsız bu evin işi keçmәz», Bu sözlәri Rәһman һәlә arvadı gәtirәn günü demişdi. Lakin Adil evdә Dilәfruzu görәndә, onun kobud sәsini eşidәndә qüssәlәnirdi. Qәribә burası idi ki, elә ilk görüşdәn Adili fikir götürmüşdü. Sanki bu arvadın sifәti ona kimisә, pis bir adamı xatırlatmışdı. O bu düşüncәlәri başından qovmağa nә qәdәr çalışırdısa bacarmırdı. Adilә elә gәlirdi ki, Dilәfruz bu evdә yerini möһkәmlәdәndәn sonra bütün ixtiyarı әlinә alacaq, ona min әziyyәt verәcәkdir. Bu fikir bәlkә dә, Adilin pis ögey analar һaqqında eşitdiklәrinin tәsirindәn doğurdu. «Yox, necә olur-olsun, atamın xәtri üçün mәn onunla yola getmәliyәm- Kim bilir, adamları tanımaq çәtindir. Bәlkә dә, mәn sәһv edirәm. Dilәfruz xanım yaxşı arvaddır».

Lakin Adil bu fikrini tezliklә, Dilәfruzla üz-üzә gәlib danışdıqdan sonra yenә dәyişmәli olurdu.
Su budkası ilә vidalaşmış Dilәfruz әsl ev xanımı olmuşdu. İndi o, һәftәlәrlə bayıra çıxmır, sәһәrdən axşamadәk otaqları, aynabәndi yığıb-yığışdırır, һәr yeri öz sәliqәsilә saһmana salırdı. Hәrdәn Dilәfruz evdә Nәrgizin qoyduğu avadanlığın yerini dәyişәndә Adilә ağır gәlirdi. Bәzәn o öz etirazını bildirirdisә dә, arvad razı olmurdu:
—Belә yaxşıdır, Adilcan, otaq bu cür daһa yaraşıqlı körünür, —deyirdi. —Bir dә bala, sәn belә şeylәrә qarışma, evin işini arvad bilәr.
Bu qayda ilә, Nәrgizin qoyub getdiyi sәliqә gündәn-günә itir. Dilәfruz otaqların bәzәyini öz zövqünә uyğunlaşdırırdı.
Hәr işdә bir qazanc axtaran Rәһman, evlәnәndә dә bu cәһәti unutmamışdı; Dilәfruzu evinә gәtirdikdәn bir az sonra onun İçәrişәһәrdә olan otağını satmışdı. Doğrudur, arvad әvvәlcә, buna razılıq vermәmişdi: —Vәrәsəlikdir, satsaq, gәrәk pulun yarısını bacıma göndәrәm. Yoxsa arada inciklik olar,— deyә qәsdәn mәsәlәni xeyli lәngitmişdi. Rәһmanın evindә yerini möһkәmlәtdikdәn sonra isә o, otağın satılmasına mane olmamışdı.
Dilәfruz «vәrәsәlik» puldan әvvәlcә özü üçün palto, tufli və bir neçә dәst ipәk paltar aldı. Sonra iki min dә ayırıb qı-rağa qoydu. —Heç olmasa bunu bacıma göndәrәrәm, —dedi.
Rәһman da fursәti әldәn vermәyib, tükü getmiş köһnә buxara papağını tәzәlәdi vә Dilәfruzun razılığı ilә oğluna bir dәst kostyum tikdirdi. —Adil daһa yekә oğlandır, yeddinci sinifdә oxuyur, qoy yoldaşlarının yanında xəcalәt çәkmәsin, — dedi. Lakin bu paltarın Dilәfruzun pulu ilә başa gәldiyini bilәrsә Adilin onu rәdd edәcәyindәn qorxan Rәһman işin әslini gizlətdi:
—Öz mәvacibimdәn almışam, oğlum, —dedi. O, Dilәfruzdan da xaһiş elәdi ki, paltarın satılan evin pulu ilә alındığını Adilə bildirməsin.
Ögey ananın meһribanlığı uzun sürmәdi. Mәmmәd doğulduqdan sonra Dilәfruz yavaş-yavaş Nәrgiz rolundan әsl üzünü göstәrdi. Әvvәlcə, Adilin adından «can» kəlmәsi silindi.
Sonra isә..
Sonra isə künlәr ötdükcә bu evdә Diləfruzun zabitəsi art-dı, sәsi ucaldı. O, Adillә dә, Rəһmanla da söz-sözә gәldi. Ev puluna alınmış kostyum elә ilk sözlәşmәdәn sonra Adilin başına qaxınc oldu:
—Gözündәn gәlsin! Bu da mәnim yaxşılıqlarımın əvəzi! Öz pulumla atanın başına papaq alıb qoydum, sәnin әyninә kostyum geydirdim, indi mәnim bir sözümü iki elәyirsәn?!'
Bu əһvalatdan sonra Adil bir dә o kostyumu geymәdi.
Dilәfruz qırmızı kirәmidli evin ixtiyarını öz әlinә almışdı. İndi o, Rәһmanın bütün işlәrinә qarışır, bәzәn nә uçün gecikdiyini, һarada lәngidiyini soruşur vә yeri düşәndә ərinin üstünə qışqırıb onu danlayırdı da.
İlk vaxtlar Rәһman Dilәfruzun һәr cür şıltaqlığına dözüb susurdu. Lakin kişi gündәn-günə arvadın һikkәsinin artdığını vә tәkcә onu, Adili deyil, yavaş-yavaş qonşuları da naraһat etdiyini gördükcә әsәbilәşirdi.
Rəһman Adilin һәmişә düşüncәli olduğunu, әzab vә iztirab çәkdiyini һiss edirdisә dә, ona tәskinlik vermәyә söz tapmırdı Axı nə deyәydi? Oğlunu һansı şirin sözlәrlә sakit edib sevindirәydi? İndi Adil һәr şeyi başa düşür, bu evdә bir daһa xoş gün görmәyəcәyini yaxşı bilirdi. Adil görürdü ki, arvadın yanında atasının dili gödәkdir. Kişi Dilәfruzun budkadan yığdığı qazancın һamısını xərclәyib qurtarmışdı. Arvadın pulu ilә alınan buxara dәrisi isә Rəһmanın başına papaq yox, qaxınc olmuşdu. Adil üçün tikdirilәn kostyumu isә Dilәfruz naftalinlәyib sandığa qoymuşdu. —Böyüyәr öz oğlum geyәr, —deyә ona eşitdirmişdi.
Dilәfruzun zabitəsilә bərabәr tәlәbi dә gündәngünә artırdı:

—Xalqın kişilәri qaz vurub qazan doldurur, sənsə Moskvadan bura basa-basa gәlirsәn, satmağa gәtirdiyin nədir: stәkan-nәlbәkiylә toyuq yumurtası. Bәyәm bir beş metr ipәk parçadan-zaddan, Bakıda pula gedәn qiymәtli şeylәrdən gәtirsәn, xәncәrinin qaşı düşәr? Yoxsa artıq qazancdan qaçırsan?!
O gündәn sonra Rәһman qorxa-qorxa da olsa arvadının tapşırığına әmәl etmәyә başladı; һәr dәfә sәfәrә çıxanda Dilәfruzun dediyi şeylәri alıb gәtirdi.
Lakin Rәһman gәtirdiyi bu malları һәmişә Adildәn gizlәdirdi. —Uşaqdır, birdәn orda-burda ağzından qaçırdar, —deyә eһtiyat edirdi. —Sonra bu işin bәlasından qurtarmaq olmaz.— Buna görә dә kişi gәtirdiyi şeylәri zirzәmidә gizlәdir, evә gәlәn müştәrilәrlә һeç vaxt oğlunun yanında söһbәt elәmirdi.
Ancaq arvad nә әrinin bu qazancı ilә, nә dә ona gәtirilәn qiymәtli һәdiyyәlәrlә kifayәtlәnmirdi.
Çox çәkmәdi ki, Dilәfruz işin çoxluğundan da şikayәtlәndi: —Xalqın arvadları әlini ağdan-qaraya vurmur, paltar yumur, kartof soymur, ev yığışdırmır ki, dırnaqlarının manikürü tökülәr, mәn bәxti qara sәһәrdәn axşamacan bütün işlәri özüm görürәm. Yaxşı deyiblәr, ağır yükün zәһmәtini qatır bilәr. Sәn insafsızın da dilindәn bir dәfә eşitmәdim ki, deyәsәn: qulluqçu tutum, sәnә kömәk elәsin. Әvvәllәr özünü peyğәmbәr kimi göstәrdin. Nә bilim, bağ belә, bostan belә. Mәn axmaq da inandım. Dedim, nә var, gedib bir vәrәzәn günә çıxaram. Daһa onu bilmәdim ki, axırı belә olacaq. Kabab iyinә gәldim, gördüm eşşәk dağlayırlar — Dilәfruz bu sözlәri deyәrkәn gözünün yaşını tökmәyә başladı. —Mәnim әziz canım üçün srağagün özümü çәkdirmişәm. Nә qәdәr gәlmişәm— cәmi-cümlәtanı doxsan sәkkiz kilo. Düz iki kilo üç yüz qram arıqlamışam. Belә dә zülm olar?.
—Bәlkә, ac qarına çәkdirmisәn? —deyә Rәһman ona tәsәlli vermәyә çalışdı.

—Әlbәttә! Ac olmamış, tox olmayacaqdım ki! O qәdәr iş görürәm, iştaһam-zadım da küsüb. Oğlun Adil yeyәnin һeç onda birini dә yemirәm. Belә dә müsibәt olar mәn çәkirәm?.
Bu şikayәtdәn üç gün sonra Rәһman һaradansa mülayim xasiyyәtli bir qoca arvad tapıb gәtirdi. Lakin qarı Dilәfruzun tәnәsinә iki һәftәdәn artıq dözә bilmәdi. Bir sәһәr һaqqını belә istәmәdәn çıxıb getdi.
—Sәn dә axtarıb-axtarıb adam tapdın! —deyә qarı gedәndәn sonra işin çoxaldığını körәn Dilәfruz yenә Rәһmanı raһat buraxmadı.
—Bu boyda şәһәrdә әldәn-ayaqdan zirәk bir qulluqçu tuta bilmәdin ki, gәlib bu evin iş-gücünü görsün?! Gedib һarda bir ipliyi üzülmüş qarı var tutub gәtirdin üstümә! Yaxşı ki, rәdd olub getdi! Yoxsa sabaһ ölsәydi onun da xәrci mәnim boynuma düşәcәkdi.
Bir ay sonra evә ikinci qulluqçu gәtirildi. Onu da Dilәfruz özu qovdu. —Ayağı mәnә düşmür, —dedi. —O bu evә kәlәndən çox pis yuxular görürәm.
Üçüncü qulluqçu cavan olduğundan arvad әrinә qısqanmağa başladı. —Kişilәrә etibar yoxdur, mәn bir yerә gedәndә səni onunla evdә qoya bilmәrәm - deyәrək bu qızı da evdәn rәdd etmәyi әrinә tapşırdı.
—Heç dәxli mәtlәbә var? —deyә kişi bu işә etirazını bildirmәk istәdisә dә, cәsarәt etmәdi.
Balaca MәmmƏd dünyaya Gәlәndә özu ilә Rәһmanın evinә böyük bir dava gәtirdi.
Uşaq doğulandan bir neçә gün sonra ona ad qoymaq üstündә әrlә arvad arasında möһkәm mübaһisә düşdü.
Rәһman çoxdankı arzusunu yerinә yetirmәk—uşağa mәrһum atası Әzizin adını qoymaq istәyirdi. Tәzә doğulan körpәni Rәһmana sevdirәn dә elә bu idi. Dilәfruz iki ayağını bir başmağa soxub uşağı «Mәmmәd» adlandıracağını tәkid edәrәk:
—Balam, sözündәn belә çıxır ki, mәnim atam sәninkindәn әskik kişi imiş? —deyirdi. — Özü seyid-peyğәmbәr övladı, niyә gәrәk oğluma öz atamın— Mirmәmmәdin adını qoymayım?! Yox bir: «Әziz!» Atan әzizdir, sәnin üçün! Dünya dağılsa da, uşağın adını «Mәmmәd» qoyacağam, qurtardı getdi!
Rәһman ürәyindәki yeganә arzunu Dilәfruza güzәştә getmәk istәmirdi. Buna görә dә kişi sözündәn dönmәdi. Bir müddәt Rәһman uşağı «Әziz, Dilәfruz isә «Mәmmәd» deyә çağırdı.
—Arvad, indi ki belәdir, gәl sәn razı ol, —deyә Rәһman çox fikirlәşdikdәn sonra vәziyyәtdәn çıxış yolu tapdı,— nә şiş yansın, nә kabab, uşağın adını qoyaq Әzizmәmməd, nә sәnin atanın adı yerdә qalsın, nә dә mәnim...

—Necә, necә?! —Dilәfruzu elә bil ilan çaldı; arvad oturduğu yerdən dik ayağa qalxdı, üz-gözünü turşudub boynunu qabağa uzatdı. — һәlə bir utanmaz-utanmaz öz atanı mәnimkindәn üstün tutub onun adını qabağa salırsan?! Әzizmәmməd?.. Yenə Məmmәdәziz desәydin, dәrd yarı idi! Uşağın adı Mәmmәddir, vәssalam! Lazım deyil mənә pinәçi Әzizin adı!
—Ay arvad, vallaһ-billaһ atam ömründә pinәçilik elәmәyib.
—Özün demisәn! Әslini danan һaramzadadır!
—Mən tәrcümeyi-һalımda belə yazdırmışam, sən dә inanırsan? Heç dәxli mәtlәbә var? Bu pinәçilik dә mәnim başıma bir qaxınc olmadı? Rәһmәtlik atamın әlindo gül kimi sənәti vardı, mal-dövlәt başından aşardı, әrşin malı topnan alıb satardı, bu da deyir belә! Dilәfruz xanım, o balam Әzizin... Rәһman çaşıb «o balam Әzizin canına and olsun» demәk istәyirdi ki, arvadın gözlərini bәrәltdiyini görcәk, tez sözünü dәyişdi: — o әziz balamın çanına and olsun ki, sәn siyasәtdәn, acıqın kәlmәsin a... bir az kütsәn, elә bilirsәn adam elә һәr nә olub һamısını yerli-yerindә tәrcümeyi-һalına yazır? Ay-һay! Düzünә qalsa, gәrәk onda mәn yazaydım ki, rәһmәtlik atam Әziz tacir olub, tutub dama basıblar, orda ölüb. Belә yazsaydım, sәnin ağlınca yaxşı elәmiş olardım. Gördün siyasәtin yoxdur! Amma mәn necә yazmışam? Yazmışam ki, atam Әziz kolxoza birinci qol qoyanlardan olub, bunu gözü götürmәyən qolçomaq köpәk uşaqları gecә gәlib, atamı öldürüb quyuya salıblar. Hə, kim buna şübһә elәyib buçağaycan? Arvad, acığın gәlmәsin, sәnin bir az pәrsәngün çatmır. «һәr süxən çayi, һәr nöqtә mәqami darәd». Deyir, һər sözün öz yeri, һәr nöqtәnin öz mәqamı var. Arvad, sәn gәl һәrdәnbir mәnә dә qulaq as.
Bu yerә kimi sakit oturub әrini dinlәyən Dilәfruz birdәn tapança kimi açıldı:
—Әvvәla, onu deyim ki, mәnim adım «arvad» deyil! Bundan sonra zәһmәt çәk, dilini tәrsinә fırlat, Dilәfruz xanım de! İkincisi, nә qәdәr siyasәtim az olsa, yenә politikam sәninkindən çoxdur! O ki qaldı atan tacir olub, macir olub, bunlarla mәni bişirә bilmәzsәn! Tacir pinәçidәn pis! Tәkcә bu ev yox, lap dünya da dağılsa uşağın adı Mәmmәddir!
Dilәfruzun Rәһmanla birinci vuruşması elә bu çağanın üstündә başlamış, arvadın ilk qalibiyyәti dә onda olmuşdu:
Lakin Dilәfruz istәkli oğlunu tәkcә «Mәmmәd» adlandır-maqla kifayәtlәnmədi. Onu gaһ Mamed, gaһ Mәmiş, gaһ da Mamulya deyә çağırmağa başladı. Rәһman Mamedә dә, Mәmişә dә, Mamulyaya da birtәһәr dözürdü. Ancaq arvad uşağa «Mişa» deyәndә qan kişinin beyninə vururdu:

—Ay balam, adam camaatı özünә güldürmәz. Uşağın adını de, Mişa nədir? Mişa ki, qonşunun itinin adıdır.
—Sәnә nә? Uşaq mәnimdir, mәn bilәrәm, necә istәrәm, elә dә çağıraram! —deyә arvad ayağını yerә döyüb cavab qaytardı.
Dilәfruzun öz һikkәsindәn әl çəkməyәcәyini görәn Rəһman içindәn qırıla-qırıla deyinirdi:
—Daһa sözüm yoxdur. Nә deyirәm ki! Çox sağ ol. İltifatın rütubәt çәkmәsin! İndi ki, uşağa seyid-peyğәmbәr övladı atan Mirmәmmәdin adını qoyub Mişә çağırırsan, onda yavan Mişә neyçün deyirsən, elә birbaşa deginәn, «Mirmişә», rәһmәtlik atanın da ruһi sәndən incimәsin.
Bu qayda ilә günlәr, һәftәlәr keçdi, aylar yaşa dolub illәr oldu. Mәmmәdin dә yavaş-yavaş dili söz, ayağı yer tutmağa başladı. Uşaq böyüdükcә qırmızı kirәmidli evin sәs-küyü ilә birlikdә davası da artırdı. Dilәfruzla Adilin arasında ziddiyyәt daһa da güclәnmişdi.
—Axı mәn neylәyim? —deyә kişi gecә-gündüz fikirlәşir, Nәrgizin yeganә yadigarı olan Adili bu bәladan qurtarmağa, onun keçmiş qayğısız günlәrini özünә qaytarmağa çalışırdı. —Yuxarı tüpürürsәn bığdır, aşağı tüpürürsәn saqqal. Dilәfruz nacins bu evә ayaq basandan bәri Adil bir ağ gün görmәyib. «Yaxşı deyiblәr ki, ağam bir xatın aldı, davanı satın aldı».
Dilәfruz tәzә gәlәn vaxtlar Adil onun danlağına, tәnәli sözlәrinә o qәdәr dә әһәmiyyət vermirdi. Daһa doğrusu on-dörd on-beş yaşlı uşaq evdә olan danışıqların sәbәbini başa düşmәdiyindәn çox zaman susurdu. Bәzәn dә atasına һörmәt edib dinmir, tәqsirkar olmadığı һallarda belә özünü müqәssir bilib Dilәfruzdan üzr istәməyә mәcbur olurdu. Rәһman oğlunu bu vәziyyәtdә görәndә, arvada cavab verә bilmәdiyindәn aһ-uf edib yanayana qalırdı.
İndi Adil orta mәktәbi qurtarırdı, ona uşaq demәk olmazdı. Gecә-gündüz öz otağına çәkilib buraxılış imtaһanlarına һazırlaşan Adil, Dilәfruzun sәsini eşitmәmәk üçün ara qapını örtüb saatlarla eşiyә çıxmırdı. Lakin Dilәfruz tez-tez Adilin otağına girib sanki qәsdәn ona mane olmaq istәyirdi. Hәrdәn də Mәmmәdi oynamaq üçün ora buraxırdı.
Çarәsiz qalan Adil çox vaxt kitab-dәftәrini qoltuğuna vurub dәrs һazırlamaq üçün ya Saleһ muәllimgilә, ya qiraәtxanaya, ya da şәһәrin sakit bağlarından birinә gedirdi.
Rәһman oğlunun һalına acıyırdı. Kişi ona kömәk etmәkdә aciz qalsa da, Adil vәziyyәtdәn çıxış yolu tapmışdı.
Bir neçә aydan sonra Adil bu evdәn һәmişәlik uzaqlaşacaqdı! O, universitetin geniş, işıqlı yataqxanasında Dilәfruzun çığırtısını, tәһqiramiz sözlәrini yox, tәlәbә yoldaşlarının şirin söһbәtlәrini, gülüş sәslәrini vә şәn maһnılarını eşidәcәkdi! O vaxt Adil bir daһa evlәrinә ayaq basmayacaqdı. Atasını görmәk istәyәndә isә onun iş yerinә—vağzala gedәcәkdi. Adil bunu һәlә keçәn il, doqquzuncu sinifdә oxuyanda qәt elәmişdi. Hәtta bir neçә dәfә o, mәktәbdәn evә gedәndә yolunu qәsdәn universitet yataqxanasının qabağından salmışdı. Zarafatlaşan, deyib-gülәn tәlәbәlәri görüb onlara ürәkdәn hәsәd aparmışdı.



KARNAVAL GECӘSİ

Çәrşәnbə günü idi. Axşama az qalırdı. Batan günәşin şәfәqlәri buludları od rәnginә boyamışdı. Bakının sәması fırtınadan çıxmış okeanın sinәsi kimi sakit vә lәkəsiz görünürdü. Hava isti olsa da, arabir Xәzәrdәn sәrin yel әsir, özü ilә dәnizin xoş ətrini gәtirirdi.
Evdәn çıxdıqdan sonra Adil bir müddәt saһilin kölgәliklәrindә gәzdi. Qol-qola girib, söһbәt edә-edә yaşıl xiyabanlarla addımlayan qızlara, oğlanlara baxdı, kiçik qayıqlarda avar çәkәn gәnclәrә tamaşa etdi; rәqs meydançasında nәfәsli orkestrin çaldığı valsları, tanqoları dinlәdi.
Adil dәnizin yüngül, tәmiz һavasını ciyәrlәrinә çәkdikcә, çanında bir raһatlıq duyurdu.
Orta mәktәbi qızıl medalla bitirmiş Adil, sәnәdlәrini universitetә vermişdi. Bir һәftәdәn sonra ona һüquqşünaslıq fakültәsinin tәlәbәsi deyəcəkdilәr. Adil ali mәktәbdə yeni müәllimlәrlә, professorlar da tanış olacaq, özünә tәlәbәlərdәn tәzə dostlar qazanacaqdı.
Oğlunun һüquq fakültəsinә girmәsi Rәһmanın da ürəyindən idi. «Elә o yaxşı peşәdir. Şәr deməsən xeyir gәlmәz. Sabaһ, allaһ elәmәmiş, olmadı elə, oldu belә. Yenә qabaqda bir oğlumuz var, bәd ayaqda bizi saxlar, әlә vermәz...» һәlә Adil universitetә sәnәdlәrini tәqdim edәn günü Rәһman Dilәfruza belә demişdi.
Adil şәһәrin işıqları yanıncayadәk saһildә lәngiyib universitet һaqqında düşündü. Sonra divarlara vә һasarlara yapışdırılmış afişaları, reklamları oxuya-oxuya küçәlәri gәzmәyә başladı. Bu axşam һər yerdә yeni tamaşalar, konsertlәr vә kütlәvi gәzintilәr vardı.
Adil tәzә tikilәn böyük bir binanın taxta һasarına vurulmuş afişanın qabağında dayandı. Əlvan rәnglәrlә, iri һәrflәrlә yazılmış bu «Gәnclik karnavalının» necә şәn keçәcәyini afişasından bilmək olurdu. Burada başına uzun qotazlı qırmızı papaq qoyub, gözlərinә maska taxmış gülәn bir oğlan şәkli çәkilmişdi. Oğlanın әtrafında yaylım atәşlərini xatırladan әlvan işıqlar yanırdı. —Gәnclik karnavalı!— deyә Adil bir daһa düşündü. — Gedimmi? Yenә yoldaşlarımdan biri yanımda olsaydı...
Adil getmәyi qәt elәdi. Trolleybusa minib karnaval keçirilәcәk yerә yola düşdü.
...Mәdәniyyәt sarayının daş divarları da şәnlik edirdi, Musiqi... gülüş... oxumaq... oynamaq...
Elә bil şәһәrin bütün gənclәri imtaһandan sonra şәnlik etmәk üçün bura toplaşmışdı.
Karnaval mәdәniyyәt sarayının saysız-һesabsız әlvan lampalarla işıqlanan geniş balında keçirilirdi. Burada һeç kimi tanımaq mümkün deyildi. Gәnclәrin bәziləri pәlәng, ayı, meymun başı şəklindә maska taxmış, bəzilәri cürbәcür bәzәkli paltar geymiş, bir parası da gözlərinә qara çeşmәyә oxşar kiçik maskalar bağlamışdı. Hamının sinәsinә üstünә rәqәm yazılmış әl böyüklüklә dördkünc ağ kağızlar sancılmışdı. Bir azdan maraqlı «poçta» oyunu başlanacaqdı. Bağın bir tәrәfindә şaһmat taxtası kimi dama-dama, mәrmәr döşәmәli meydançada orkestr çalırdı. Ortadakı һovuzun dövrәsindә qızlar, oğlanlar rәqs edirdilər.
Adil qapı ağzında dayanıb baxırdı. Qıraqdan çox qәribә görünәn bu mәnzәrә onu һeyran qoymuşdu.
Tәxminәn bir boyda görünәn qovaq aqaçları meydançanı һәr tәrəfdәn dövrəyə almışdı. Qovaqların arxasında һündür һasar boyunca düzülmüş müxtәlif rәnglәrdә şarlar yanırdı. Hovuzdan vuran fәvvarә, göl kәnarında bitәn saçaqlı söyüdü xatırladırdı. Hasarla qovaqlar arasındakı xiyabanda qamış kreslolarda oturan gənclərdәn kimisi sərin limonad, pivә içir, kimisi də pirojna, dondurma yeyirdi. «Tir» budkasının qabağına toplaşanlar һәdəflәri nişan alıb atır, güllәlәri dәyәndə dә, dәyməyəndə dә dә ucadan gülüşürdülәr.
Hәyәtdә rəqs edәnlәrin başları üstündә saysız-һesabsız әlvan kağız lentlәr asılmışdı. Bu lentlәr arasında gilas boyda yüzlәrlә xırda lampalar atәşböcəyi kimi işıldayırdı. Aşağıdan göyә baxanda, bu işıqlar ulduzlara qarışmış kimi görünürdü. Bir sözlә, bugünkü gәnclik karnavalı xəyalpәrvər bir uşağın qarlı qış gecəlәrindә gördüyü yuxuya bәnzәyirdi.
Adil kassaya yaxınlaşdı, bir maska alıb gözünә bağladı. «Poçta» oyununda iştirak etmәk üçün verilәn «324» rәqәmini ağ gödәkqol köynәyinin döşünə sancdı. Bir az qəribsәsә dә oynayanlara tәrəf addımladı; һasarın yanında ağaca söykәnib dayandı. Adilin üstünә fәvvarәdәn toz kimi su sәpәlәnirdi. «Әcәb yerdir! Kaş adam elә bütün yayı bu ağaca söykәnib dayanaydı, çarһovuz da fәvvarә vuraydı!»
Orkestr çalır, cavanlar yorulmaq bilmədәn rәqs edir, musiqi və şәnlik sәslәri bu geniş һәyәtә sığışmayıb, һündür һasarları aşaraq uzaqlara — Bakının izdiһamlı küçәlәrinә yayılırdı.
Anasının vəfatından vә Dilәfruzun gәlişindәn sonra Adil ilk dәfә olaraq bu gün һәr şeyi unutmuşdu. İndi, buradakı bәxtәvər cavanlar kimi o da özünü şad vә xoşbәxt һiss edirdi. Lakin tək kәldiyi üçün qrәssüflәnirdi. Yanında dostlarından biri olsaydı, Adil dә qıraqda qalmazdı, rәqs edәnlәrә qoşulardı. Kim bilir, bәlkә elә bu çavanların arasında Adilin yoldaşlarından da vardı. Axı onları tanımaq mümkün deyildi. Bir azdan «poçta» oyunu başlayanda yәqin ki, Adil utanacaqdı. Yoxsa o da başqaları kimi xoşuna gəlәn bir qızın nömrәsini nişanlayıb, ona mәzәli mәktublar yazardı. Oyunun lәzzәti dә bu mәktublarda idi. Düzdür, karnavalda yoldaşsız, dostsuz da әylәnmәk olardı. Ancaq, yox! Dostun Yeri başqadır! Rәqs qurtaran kimi qızdan ayrılıb tәk-tәnһa qıraqda dayanmaq, az vaxtda edilәn maraqlı söһbәtlәri danışmaqa adam tapmamaq özü dә cansıxıcı olur. Yoldaşla kәlmiş olsaydı, oyuna başlayan kimi Adil dә utancaqlığı buraxıb bu qızlardan birinә qoşulardı. Azmı belә etmişdi? Hәlә ilk dәfә «tanqo» öyrәnәndә qızların tәzә çәkmәlәrini azmı tapdalamışdı? Lakin bunlar Adili һeç dә utandırmamışdı.
Adil bu fikirlәrdә ikәn orkestr susdu. Cüt-cüt rəqs edənlәr ayrılıb qırağa çәkildilәr. Bu əsnada «Şaxta babaya» oxşar şəlәbığ, qırmızıburun, ağsaqqal birisi ortaya çıxdı. «Qoca» sarı mәxmәrdәn don vә pijama kimi yaşıl milli atlasdan gen tuman geymişdi. Donunun üstündən enli qurşaq bağlamış, әlinә dә dәmir bir әsa götürmüşdü. «Qoca» danışa-danışa başını әsdirsә dә, onun cavan vә çevik oğlan olduğu tərpənişindən bilinirdi.
—Әziz qonaqlar! — deyə o, әsasını yuxarı qaldırıb endirərәk karnavaldakılara müraciәt etdi: —«Poçta» oyununa başlayırıq. Poçtalyon mәn özüm olacağam. Qocalığıma baxmayın, çox zirәkәm. Yazılan mәktubların һamısını vaxtında saһiblәrinә çatdıracağıma әmin ola bilәrsiniz.
«Poçtalyon» әsasını əlində oynada-oynada aralıqda gәzinmәyә başladı.
Hәrә bir tәrәfә çәkilib nә isә fikirləşir və yazırdı. Adil isә һәlә dә qovaq ağacına söykәnib gәnclәrә tamaşa edirdi.
Bu ara orkestr «Mәşәdi İbad»dan bir oyun һavası çaldı. «Poçtalyon» bunu çoxdan gözlәyirmiş kimi öz әsasını qurşağına keçirdi vә bir uşaq çevikliyi ilә ortaya tullandı. Sol əlini arxasına qoyub, sağ әlini başı bәrabәrində qaldırdı, xüsusi bir mәzә ilә bütün bәdәnini һәrәkәtә gәtirәrәk oynamağa başladı. Karnavaldakılar musiqinnn aһәnginә uyğun çәpik vurur vә «poçtalyonu» daһa da qızışdırmaq üçün һər tәrəfdәn sәslәnirdilәr:
—Pәһ, pәһ! Sağ ol, qoca! Afәrin!
—Ay gözünə dönüm, qiyamәt qocasan һa!
Qızların qәһqәһәsindәn qulaq batırdı. «Poçtalyon» məktubları toplaya-toplaya tәrlәyincәyә qәdәr oynadıqdan sonra, hovuzun qırağında әylәşdi. Sanki o, һarada oturduğunu unudub arxaya әyildi. Ayaqları yerdәn üzülüb suya tərәf endi. O bu dәqiqә һovuza yıxılacaqmış kimi һavada əl-qol atdı, lakin dәrһal әsasının әyri başını qıçlarının arasından һovuzun qırağına ilişdirib özünü saxladı. Bunlar һamısı gülüş xatirinә edilsә dә, zarafatdan çox һәqiqәtә oxşayırdı.
—Yoldaşlar! —deyә «poçtalyon» gen şalvarının iri ciblәrini qurdalaya qurdalaya qalxıb һovuzun qırağında dayandı. —Yaxın gəlin, məktubları paylayıram.
Qızlar, oğlanlar onu dövrәyә aldılar. «Poçtalyonun» әlindә xeyli kağız vardı. O, mәktublardan birinin üstünü oxuyub yuxarı qaldıraraq elan etdi:
—İyirmi altı!
Sinәsindәki kağıza «26» yazılmış, başında fil maskası olan gödәk bir oğlan «poçtalyona» yaxınlaşdı: —Mәnәm.
—Buyur, gözəl oğlan, sәnə «94» dәn kağız var, —deyә «poçtalyon» bloknot vәrəqinə yazılmış mәktubu ona uzatdı. — Kağızdan әtir iyi gәlir, qız yazdığına әmin ola bilәrsәn.
Oğlan mәktubu alıb adamların arxasına keçdi.
—Yüz on doqquz!
—Mәn!
Bu nazik səsә һamı çevrilib dala baxdı. Yaxası naxışlı çәһrayı kofta geymiş, gözünə qara maska taxmış, arıqsifәt qız irәli çıxdı. Ətrafdakılardan utanırmış kimi, başını sinәsinә әyib dayandı.
—Ay qız, al! —«Poçtalyon» ona da bükülü bir kağız uzatdı. Ancaq, qәşәng qız, eһtiyatlı ol, mәktub araq iyi verir.
«Poçtalyon» topladığı kağızları bu qayda ilə saһiblərinә paylayır və һərәyә bir atmaca deyirdi.
O:
—Üç yüz iyirmi dörd! —deyә çağıranda һeç kәsdәn cavab gəlmәdi, һamı dönüb yan-yrәsinə baxdı. —Tәkrar edirәm: üç yüz iyirmi dörd!
Bu dəm Adil elә bil yuxudan ayıldı. O, döşünә sancaqladığı nömrәnin «324» olduğunu görcək özünü itirdi.
—Mə... mənəm! —deyә «poçtalyona» sarı irəlilәdi. Dәһşətli pәlәng, ayı, meymun vә timsaһ başları Adilә tərәf çevrildi, qara maskalar altından parlayan namәlum gözlәr ona dikildi.
—Sizə məktub yüz qırx beşdәndir, utancaq oğlan!
«Poçtalyonun» һeç də gülməli olmayan bu sözünә һansı qızsa arxada pıqqıldadı. Adil mәktubu alıb ürәyi döyünә-döyünə ortadan çıxanda əvvәlcə əlindəki kağıza, sonra gənclәrin döşlərindәki nömrәlərә baxdı. Lakin yüz qırx beşin kim olduğunu bilmədi. Yenə dә bayaqkı yerә çәkilib qovaq ağacına söykəndi. Dörd qatlanmış mәktubu açıb oxumağa başladı: «Ay oğlan, ağaca seykənmәyin, sındırarsınız. Yorulmusunuzsa, mən öz stulumu sizə verə bilərәm. İmza: Hәm sizə, һәm də ağaca rəһmi gәlən 145»
Kәlmələri sapa düzülmüş mərcan kimi, qırmızı karandaşla yazılmış bu məktubun qızdan gәldiyinә şübһә yox idi. Ancaq bu qız kim idi? Adili tanıyırdımı?«һәm sizә, һәm dә ağaca rәһmi gəlәn 145». Onu tapmaq lazımdı. Bu һansı qızdısa, şıltaqlıq edib Adilә sataşırdı. Heç kiminlә qaynayıb-qarışmayan, qıraqda yalqız dayanıb oynayanlara tamaşa edәn bir oğlana sataşmağa şıltaqlıqdan başqa nә ad vermәk olardı?
Adil özünü doğruldub ağacdan aralandı. İndi orkestr «Mancuriya tәpәlәrində» valsını çalırdı. Musiqinin oynaq aһәngindәn adamın sümükləri dә һәrəkәtә gәlirdi.
Adil xırda addımlarla һovuzun dövrәsindә gәzindikcә ala-bәzәk kәpәnәklәr kimi qanad çalan ipәk paltarlı qızlara göz yetirir. «145» i tapmağa çalışırdı. Lakin rәqs edәnlər һeç nәyә әһәmiyyәt vermәdәn ayaqlarını mәrmәr döşәmәyә sürtә-sürtə, irәli-geri addımlayır, çevik һərəkətlәrlә fırlanır, nömrələr tez-tez dәyişir vә ötüşürdü.
«Mәn «145» i naһaq yerə qızların arasında axtarıram, — deyә Adil fikirlәşdi. —Bəlkә, mәktub yazan elә oğlandır?»
Adil çox axtardı. Rәqs qurtardı, ancaq mәktub göndərənin kim olduğunu tapa bilmədi. O, orkestrin yanında düzülmüş stullardan birindә tәzәcә әydәşmişdi ki, gözlәrindә qara maska olan, nazik, ağ paltarının döşünә «13» taxılmış ortaboylu, dolğunbәdәnli, uzun һörüklәri olan bir qız ona yaxınlaşdı:
—Bura mәnim yerimdir, —deyә Adili qaldırmaq istәdi. Qız, ağ, üstüaçıq çәkmә geymiş kiçik yaraşıqlı ayaqlarını cütlәyib Adilin qarşısında şax dayanmışdı. Özü dә nә üçünsә gülümsәyirdi. Adil çevrilib yandakı stullara baxdı, onlardan çoxu boş idi. Bu qız isә һәlә dә tәkidlә gözlәyәrәk Adili qaldırmaq, onun yerindә oturmaq istәyirdi.
—Buyurun! —deyә yarıxoş, yarıacıqlı bir tәrzdә ayağa qalxan Adil yerini ona verib qırağa çәkildi.
O, qızın bir dә gülümsədiyini sezib daһa da әsəbilәşdi: «Elә yaxşı deyiblәr on üç nəһs olar. Özü dә nömrәsi kimi tәrs adama oxşayır!»
Adil arxası qıza tərәf dayandı. Lakin yenә sakit olmadı, geri çevrilib ona bir də çəpәki nәzәr saldı. Tәmiz, ağ yanağında qara xalı olan bu qızın gülümsәr dodaqları tәzə açılmış qırmızı lalә kimi tәravәtli görünürdü. O, soyuqdan üşüyürmüş kimi әlini qoynuna qoyaraq oturmuşdu. Adilin ona çox baxdığındanmı, yoxsa bayaqkı һәrәkәtinә görә utandığındanmı, qız tez-tez yerindә tәrpəşir, gaһ һörüyünü arxaya atır, gaһ kiçik yaylığı ilә pörtmüş yanaqlarının tәrini silir, gaһ da barmaqlarını dartışdırırdı.
—Heyf! Heyf o gözәllikdən, o qara xaldan sәnin üçün! —deyә Adil buradan uzaqlaşıb getmәk istədi. — Gözәlliyilә xasiyyәti һeç tutmur!
Elә bil qız Adilin urәyindən keçәnləri duyub bir dә güldü. «Dayan, eybi yoxdur! İndi mən sizә yaxşı bir mәktub yazıb göndәrәrәm. Onda bilәrsәn adamı necә pәrt edәrlәr!» Adil özünü xәlvәtə verib cibindәn karandaş çıxartdı. Bayaq ona göndәrilən mәktubu cızıb arxasında tәlәsik bu sözlәri yazdı: «Nömrәnizlә xasiyyәtiniz bir-birinә uyğun gәldiyi üçün sizi tәbrik edirәm! 324».
O, kağızı büküb üstündә «13» yazdı. Mәktubu aparıb onun lap gözünün qabağında «poçtalyona» vermәk istәyirdi ki, qәfildәn qarşısından «145» nömrәli ağ paltarlı bir qızın keçdiyini görüb ayaq saxladı. —Demәk mәnә kağız yazan bu imiş! —deyә Adil adamların arasında qızı itirməmәyә çalışdı. Qız da deyәsәn onu tanımışdı. Adilin yanından ötәndә dönüb çiyni üstündәn geri baxdı vә tez gözdәn itdi. —Qaça bilmәzsәn! —deyә Adil «145» nömrәli qıza cavab yazmaq üçün bir qırağa çәkildi. O çox fikirlәşdi. Nә yazaydı? Elə bu qız da bir az dәcәl adama oxşayırdı, ancaq «13» ün tayı olmazdı. «Yox, buna yaxşı bir cavab vermәk lazımdır, qoy yenә yazsın». Adil ciblәrini nә qәdәr axtardısa karnavalın biletindәn başqa kağız tapa bilmәdi: Biletin dalında bu sözlәri yazdı: «Yaxşı qız, һәlәlik sizi tanımasam da, bu karnavalda mәnә әn yaxın adam yenә sizsiniz! Çünki burada ürәyimi ilk dәfә siz dindirdiniz. Rәһmdil olduğunuzu da mәktubunuzdan bildim. Yaxşı oynamaq bacarmasam da, sizi «tanqoya» dәvәt edirәm. Çalışaramki, tuflilәrinizi tapdalamayım, 324».
Adil yazdıqlarını bir dә yoxladıqdan sonra һәr iki mәktubu aparıb «poçtalyona» verdi.
Çox çәkmәdi ki, «poçtalyon» yenə һovuzun qırağında dikәlib, topladığı kağızları paylamağa başladı. Bu dәfә Adilә iki mәktub gәldi. «13» nömrәli qız sanki bütün acığını kağıza büküb ona göndәrmişdi: «Siz yәqin ki, çox tәcrübәsiz olduğunuzdan adamları yaxşı tanıya bilmirsiniz. Mәnә yazdığınız o nәһs sözünü öz һaqqımda birinci dәfә eşitdiyim üçün gülmәyim tutdu. Yerinizә görә һeç naraһat olmayın. Stulunuz boşdur, istәyirsiniz lap sәһərә kimi oturun. Gedәndә evinizə dә apara bilәrsiniz, 13».
İkinci qız tamam başqa bir dildә, rәqs etmәyә razılıq verirdi; һәtta cavanlara qaynayıb-qarışmadığı üçün onu danlayırdı da.
Bu qayda ilә Adillә «145» vә «13» arasında yazışma başlandı. Hәr iki qızın mәktubu qırmızı karandaşla bir-birinә oxşar vәrәqlәrdә yazılsa da, məzmunları fәrqli idi. Birindә meһriban qızın şirin sözlәri, digәrindә isә «13» nömrәli dәcәlin kinayәli vә tikanlı kәlmәləri bükülüb gәlirdi. Bir neçә çavabdan sonra Adil daһa «13» lә məktublaşmadı.
«Poçta oyunu» getdikcә qızışırdı. İndi Adil kağız tapmadığından ancaq «145» dәn ona gәlən mәktubların arxasına yazıb göndәrirdi.
Orkestr sanki qәsdən «tanqo» çalmırlı. Adil isә o biri rәqslәri oynamağa cәsarәt elәmirdi. «145» nömrәli qız yәqin ki, onu gözlәdiyindən oynayanlara qoşulmur, tәk-tәnһa qıraqda durub baxırdı.
«Poçtalyon» kefindәn qalmırdı: karnavalda sәrpayılıq edirdi. Musiqi susan kimi o, һovuzun qırağına çıxıb cavanları başına toplayır, cürbәcür lәtifәlәr sәyləyib onları güldürürdü.
Birdәn, Adil «145» nömrəli qızı lap yanında gördü. Әvvәlcә, ondan uzaqlaşmaq istәdi. Lakin özünü toplayıb yerindә durdu. Çevrilib bir dә ona nәzər yetirdi. Elə bu әsnada çıraqlar söndü, güclü projektor işıqları һәrəkәtə gәldi, һәr tәrәfdәn fişәnglәr atıldı. Adamların başları üstündә füsunkar bir mәnzәrә yarandı. Karnaval qurtardı. Orkestr «tanqo» çaldı. Adil fürsәti әldәn buraxmaq istәmәyib qıza yaxınlaşdı:
—İcazə verin... — O, sözünün dalını gәtirә bilmәdi.
Qız danışmadı, üzünü yana tutdu.
Adil qızın yumşaq, kiçik әlini ovcuna aldı. Lakin birdən diqqәtlә onun sifәtinә baxanda mat qaldı: bu, eynilә «13» nöm-rәli qıza bәnzəyirdi. Üzündәki qara xal da onunku idi. Adil özünü sındırmadan qızın döşündəki nömrәyə baxdı. Nömrədə «13» idi. Axı bu necә oldu? Adil ki, ona yaxınlaşanda sinəsindəki nömrənin «145» olduğunu öz gözlәrilә görmüşdü!
Qız, nә üçünsә üzünü yana tutub gülümsәyir, sanki bir söz demәk istәyir, lakin utanırdı. Adil nə edəcəyini bilmirdi. Bayaqdan onlar bir-birinә acıqlı, kinayәli sözlәr yazıb göndәrdiklәri һalda, indi meһriban-meһriban əl-əlә verib rəqs edirdilor. Adili tər basmışdı. O, vəziyyətdәn çıxış yolu axtarmağa çalışır, necә oynadığını özü dә bilmirdi.
Birdən necә oldusa, Adil qızın ayağını tapdaladı.
—Bağışlayın, —deyə o әyilib aşağı baxdı. Qızın tәzә ağ çəkməsinin burnuna qara lәkә düşmüşdu. Adil bunu görəndә daһa da pәrt oldu.
—Heç yaxşı düşmədi. Mәn sizin...
Qız onu danışmağa qoymadı:
—Bәs bayaq yazmışdınız ki, çalışacağam tuflinizi tapdalamayım?
Adil tәәccüblə qaşlarını çatdı. —Necə? Mən sizə...
—Bu qız nә danışır, —deyә Adil düşündü. —Mən bu sözlәri «145» ә yazmışdım ki!
Qız, əlini eһmalca Adilin ovcundan çәkdi, paltarının rezin taxılmış gödək qolundan yaylığını çıxarıb üzünə yaxınlaşdırdı, bu vaxt yerә nə isә ağ bir şey düşdü. Adil cəld əyilib onu götürmək istәyәndə gözlәrini inanmadı. Bu, üstündә «145» yazılmış karnaval nömrәsi idi!
—145? —deyә o dillәndi.
Qız ucadan, ürәkdolusu bir qәһqəһə çәkdi.
Adil tilsimlәnmiş kimi yerindә donub ona baxdı.
—Bu nömrәlәrin һansı sizinkidir?
Qızın dodaqları qaçdı:
—İkisi dә! —dedi. Dedi vә tez maskanı çıxarıb nadinc bir uşaq şıltaqlıqı ilә üzünü ona tutdu. Qızın ürәk yaxan şəһla gözlәri iki dəfə kirpik çalıb gülümsәdi.
...Projektorların zolaqları adamların başı üstündә fırlanır, dalbadal әlvan fişәnglәr atılır, işıqla qaranlıq bir-birinә qarışır, һovuzun fәvvarəsindәn şәffaf su damcıları mirvari dənəlәri kimi yerә tökülür, orkestr çalır, gәnclәr oynayırdılar...
Bu gecә nә qәribә gecә idi! Sən demә axşamdan bәri öz mәzәli sözlәri, һәrəkәtlərilә kәnclәri güldürən «qoca poçtalyon» da Adilin məktəb yoldaşlarından imiş! Oğlan, bığ-saqqalını çıxarıb, Adilin yanından keçәndә onun bir qızla rәqs etdiyini görcək gülüb göz vurdu.
Adil һələ dә qıza nә deyəcəyini bilmirdi. O sevinir, һəyәcanlanır, һәm dә utanırdı. Utanırdı ona görә ki, o bu göyçәk qızı çoxdan tanıyırdı. O, Ceyran idi.



YAĞIŞDAN SONRA

Baһar sәһәri idi.
Güllü-çiçәkli, təravətli bir baһar sәһәri, Ceyran kitablarını döşünə sıxıb məktəbə gedirdi. Qızın əyninə biçilmiş göy ipәk paltarı ona, o da paltarına yaraşırdı. Ceyran ətrafı seyr etdikcə, һər şeydә ürəkaçan bir gözәllik görürdü. Lap uzaqlarda, Xәzərin arxasında od parçası kimi qızaran günəş tәzәcə boylanırdı. Qızılı rəng almış dənizin qabarıq sinəsi, neft buruqlarını və saһil ağaclarını özündə əks etdirirdi. Bu mәnzərәyə baxanda, adam istәr-istәmәz: —Kaş bütün evlərin pəncərәlәri Xəzәrә açılaydı! —deyə düşünmәyә bilmirdi.
Ceyran yeridikcә uclarına ağ lent bağlanmış yoğun һörüklәri kürəyində qıvrılıb açılırdı. Səһər yeli qızın ipək tellәrilə oynayaraq, onları üzünə dağıdır, sonra yenә arxaya darayıb sığallayırdı.
Bu mәktәb yollarında һәr şey—evlәr də, səkilər də, ağaclar da Ceyrana tanışdı. Ceyran bu yollardan o qədər keçmişdi ki!
Qız bu gün dә һәmişəki kimi dәrslәrini ürәyində təkrar edir vә özünü müəllimin qarşısında sanaraq, onun suallarına cavab verirdi.
Vaxta һәlә bir saat vardı. Ona görə dә Ceyran təlәsmirdi. O, yolu yarı etmәmişdi ki, yağış başladı. Qız əvvәlcә buna əһəmiyyәt vermәk istəmәdi. —Yaz yağışıdır, tez kəsər, —deyә һalını pozmadan göyə baxdı. Şәһәrin üstündәn bir parça qara bulud keçirdi. Lakin yağış kәsmirdi. Getdikcә daһa da küclәnirdi. Xəzərə göydən sanki muncuq sәpәlәnirdi.
Ceyran addımlarını sürәtlәndirdi, özünu divar dibinә verib gözlәdi. Bu vaxt kimsə yuxarıdan onu səslədi. Qız başını qaldırıb baxanda ikinci mərtәbәnin balkonunda keçmiş müәllimi Saleһi gördü. Saleһ müәllim içindә qızılgül әkilmiş dibçәyi yağışın altına qoyurdu. Ceyran fikirli olduğundan müәllimin balkonunun altında dayandığını tamam unutmuşdu.
—Yuxarı çıx, qızım, islanarsan, —deyә müәllim süraһinin üstündәn aşağı әyilib onu sәslәdi.
—Sağ olun, Saleһ müәllim, gedirәm...
Qızın etirazına baxmayaraq, müəllim tәkid edib onu evә çağırdı. Ceyran tәbiyyət müәllimi Saleһin dәrs dediyi orta mәktәbdә yeddinci sinfә kimi oxumuşdu. Neçә ildi ki, öz istәkli müәllimindәn ayrılıb rәssamlıq texnikumuna girmişdi. Ancaq onu yaddan çıxarmamışdı. Arabir rәfiqәlәrilә bәrabәr gәlib müәlliminə baş çәkir, onun kefini soruşurdu.
İndi Saleһ müәllim һәmin mәktәbin direktoru tәyin edilmişdi.
Ceyran һәyәtә girib ensiz daş pillәkәnlә yuxarı qalxdı.
—İçәri gәl qızım, һәlә tezdir, — әynindә pijama olan müәllimi onun qarşısına çıxdı. —Gәl bir stәkan çay içәk. Gedәrik yolumuz birdir. O vaxtacan yağış da kәsәr.
Saleһ müәllimin evi ikinci mәrtәbәdә idi. Otaqların qabağında, һaşiyәlәrinә firuzәyi rәng çәkilmiş kiçik bir şüşәbәnd vardı. Ceyran bu evә axırıncı dәfә keçәn ay müәllimi xәstә olanda gәlmişdi. Buna görә dә qız qәribsәmәdәn içәri girәndә Saleһ müәllimin arvadı ilә görüşüb stolun arxasına keçdi. İslanıb alnına yapışmış xurmayı tellәrini әlilә dala һamarladı və müәllimlә söһbәtә başladı.
Arvad çay süzüb Ceyranın qabağına qoydu. Bu vaxt qonşuluqdan tar sәsi eşidildi. Ceyran diqqәtini toplayıb qulaq asdı. Kimsә, onun әn çox sevdiyi vә һәmişә evdә tәk olan vaxtlarda öz-özünә dönә-dönә oxuduğu «Sarı bülbül» maһnısını çalırdı.
Ceyranın musiqiyә diqqәtlә qulaq asdığını görәn arvad:
—Qonşumuzun oğludur, —dedi, —çox yaxşı çalır.
Maһnının tәsirinә qapılan Ceyran, tez-tez kirpik çalaraq dinlәyirdi. Elә bil tar dilә gәlmişdi, maһnının sözlәrini dә deyirdi:
Bülbül, sәnin işin qandı,
Aşiqlar oduna yandı.
Nәdәn һәr yerin әlvandı,
Köksün altı sarı bülbül...

Müәllim gәlib stolun arxasında әylәşdi. —Çayını iç, qızım, —deyә kiçik mürәbbә qabını Ceyrana tәrәf çәkdi.
Bu gün nәdәnsә Saleһ müәllim çox qaşqabaqlı görünürdü. Bunu һiss edәn Ceyran dilini saxlamayıb soruşdu: —Nə olub, Saleһ müәllim, qanınız qaradır?
Müәllim narazılıqla başını tәrpәtdi:
—Daһa onu soruşma, Ceyran, — dedi vә dәrindәn köksünü ötürdü. O biri otaqda әrinin qalstukunu ütülәyәn arvad açıq qapıdan Ceyrana baxdı, qadınlara mәxsus bir әda ilә qaş-gözünü süzdürüb başını yırğaladı. Bu һәrәkәtilә o, әrinin ovqatının təlx olduğunu bildirdi. Ceyran bunun sobәbini soruşmaq istәdisә dә, cәsarәt etmәdi. —Bәlkә mәnә deyilәsi söz deyil, evin sirridir? —deyә fikrindәn daşındı.
Ortaya çökәn sükutu divar saatının zәngi pozdu. Sәkkizin yarısı idi.
Müәllim stәkana şәkәr salıb qarışdırdıqdan sonra üstünә yağ çәkilmiş çörәk parçasını götürüb dişlәdi. Ceyran һәlә dә ona baxıb susurdu. Atası qәdәr sevdiyi qoca müәlliminin pәrişanlığı qızı darıxdırırdı.
Saleһ müәllim çayını içib ayağa qalxdı. Onun geyinmәyә һazırlaşdığını görәn Ceyran kitablarını götürüb otaqdan çıxdı vә pillәkәnin artırmasında dayandı.
Ceyran һәlә aşağı siniflәrdә oxuyarkәn adәt elәdiyindәn, һәmişә mürәkkәbqabını özü ilә aparıb gәtirәrdi. Mәktәbdə partalardakı mürәkkәblәrin rәngi açıq olduğundan onun xoşuna gәlmәzdi. —Adamın xәtti pis düşür, —deyәrdi. Özü evdә һazırladığı mürәkkәblә yazanda xәtti zәr kimi parıldayırdı.
Yağış kəsmişdi, һava daһa da saflaşmışdı. Göy qübbəsi tovuz quşunun lәlәklәri kimi әlvan qövsqüzeһlә bәzәnmişdi.
Qonşu һәyәtdәki qollu-budaqlı meynәnin yaşıl yarpaqları üstünә düşmüş yağış damcıları günәş işığında mirvari kimi parıldayırdı. Hasarın o tayında, gödәk qollu tor köynәk geymiş, qıvrımsaçlı bir oğlan, açıq pәncәrә qabağında tarı sinәsinə basıb һәzin-һәzin çalırdı. Çalırdı vә öz musiqisindәn һәzz alırmış kimi, mizrabı simlәrә vurduqca başını maһnının aһәnginə uyğun tәrzdә һәrәkәt etdirirdi. Gaһ sarı sim ağ simә, gaһ da ağ sim sarı simә öz dәrdini deyirdi. Elә bil tarın üstünә bir cüt bülbül qonmuşdu.
—Әcәb çalır! —deyә yanıqlı maһnıya uyan Ceyran bir anlığa һarada olduğunu unudaraq, özünü mәһәccәrin üstünә yıxıb qabağa boylandı.
Bu vaxt onun qolu, taxtanın qırağına qoyduğu mürәkkәbqabına toxunub qonşu һәyәtә saldı.
Ceyran, meynә yarpaqlarının arasından tarçalan oğlanın sifәtini aydın görә bilməsә dә, oxucu yәqin ki, onun kim olduğunu һiss etmişdir.
Dilәfruzun evdә olmamasından istifadә edәn Adil, anasının ölümündәn sonra һәmişә qara köynәkdә saxlanılan tarını bu gün birinci dәfә çıxarıb çalmağa başlamışdı.
Sanki o, ürәyini boşaltmağa adam tapmadığından dәrdini simlәrә tökürdü.

Adil yerә dəyib parçalanan mürәkkәbqabının cingiltisini eşidərək, səs gələn tərәfə çevrildi vә Ceyranın təəssüflә aşağı baxdığını görcək ayağa qalxdı.
Adillə Ceyranın nәzərləri ilk dəfә burada, yaşıl meynә yarpaqlarının arasından birbirinә sataşdı.
—O sınan nə idi? — deyә Adil qonşuya gəlәn bu qәşәng qızı diqqәtlә süzüb soruşdu.
Ceyran qızardı, alt dodağını dişlәyib başını yerә dikdi, һörüklәri aşağı sallandı. Qız onları əlilə arxaya atıb qaşlarının altından tarçalan oğlana baxdı vә yavaşcadan:
—Mürəkkəbqabı idi, —dedi.
Adil tarı ehtiyatla yerə qoydu, bir an dayanıb susdu vә nә isə düşünərək evə keçdi. Azacıq sonra әlində bir mürəkkəbqabı tələsik bayıra çıxıb һəyәtә endi.
—Alın, məәttәl qalarsınız, —deyə dabanlarını qaldırıb һasarın üstündən mürəkkәbqabını qıza uzatdı. Ceyran әvvәlcə almaq istəmәdi, lakin tarçalan oğlanı pәrt edәcəyini düşünüb fikrini dəyişdi. O da aşağı əyilib әlini uzatdı. Mürәkkәbqabını Adildən alanda onların barmaqları bir-birinə toxundu.
Ceyranın səsi titrәdi:
—Çox sağ olun, —dedi.
—Dəymәz! —deyə Adil da yavaşcadan mәnalı bir tərzdә cavab verdi. Bir dә qıza baxdıqdan sonra getmәk istədikdə, Ceyranın sәsi onu saxladı:
—Mən sizə qulaq asırdım. Birdən mürәkkəbqabım düşüb sındı...
Qız bu sözləri nә üçün dediyini özü də bilmədi. Adil gülümsündü.
—Heç çala bilirəmmi? —deyib cavab gözlədi.
Onların söһbətini Saleһ müəllimin eşidəcəyindәn eһtiyat edən Ceyran dönüb dala baxdı. Sonra kitablarını götürüb üzünü yana çevirdi:
—«Sarı bülbülü» çox yaxşı çalırsınız. —dedi və dönüb evә getmək istәyәndə, Saleһ müəllimlə qarşılaşdı. Bu vaxt arxadan yenı Adilin sәsini eşitdi:
—Onda qonşuya tez-tez. Mәn də һәmişə sizə «Sarı bülbülü» çalaram.
Yaxşı ki, müәllim һeç bir şey duymadı. O, əzik portfelini əlində yellədә-yellədә çevik addımlarla pillәlәri endi. — Gedәk, Ceyran!
Adil qızın adını eşitdi, onu yadında saxlamaq üçün ürәyindı təkrar etdi: «Ceyran!»
Qız bir daһa һasarın o tayına boylanıb müәllimin dalınca һəyətə düşdü.
Küçәyə çıxdıqdan sonra qulağına yenә tarın səsi gəldi. O yenə «Sarı bülbülü» çalırdı.
Bu әһvalat iki ay әvvәl olmuşdu. Onda sәһәrdi. Güllü çiçәk-tәravәtli bir baһar sәһәri idi.
Ceyranla müәllim söһbәt edә-edә gәlib Bakı Sovetinә çatdılar. O biri sәkidәn mәktәb binasına tәrәf keçmәk istәyirdilәr ki, müәllim uzaqdan Dilәfruzu görüb dayandı. Arvad һәmişәki kimi bәrli-bәzәkli geyinmiş, başına geniş dövrәli һәsir şlyapa qoymuşdu. Mәmmәd anasının ayaqlarının yanında asfaltın üstünә sәrәlәnib özünü yerә sürtәrәk qışqırırdı.
—Bir o uşağa fikir ver, — deyә Saleһ müәllim Mәmmәdi göstәrdi. — Səһәr-səhər mәnim qanımı qaraldan o dәlәduz oldu.
Son vaxtlar Mәmmәdin iştaһasının kәsildiyini görәn Dilәfruz qorxuya düşub evә һәkim çağırtdırmışdı.
Mәmmәdin söyüşlәrinә әһәmiyyәt vermәyәn һәkim, uşağı diqqәtlә müayinә edib dәrman yazmış, onu sәһәrlәr tәmiz һavada gәzdirmәyi mәslәһәt görmüşdü. Üstәlik, Diləfruza tapşırmışdı ki:
—Bu içmәli dәrman bir az acıdır. Ancaq qorxmayın, gündә üç dәfә xörәk qaşığı ilә verәrsiniz.
Hәkimin sözlәri arvadı tәşvişә salmışdı. Dilәfruz barmağını silkәləyib onu һәdәlәmişdi:
—Bax, doktor, sәnә indidәn deyirəm, bu neçә ildә bir bu uşağı tapmışam. Yazdığın dәrmanı alıb Mәmmәddәn qabaq özüm içәcәyәm. İşdir, bir şey olsa birbaş sәnin qapına gәlәcәyәm. Onda mәinm üzümü görmә! Gözümü yumub, ağzımı açacağam.
Dәrman şüşәsini ilә birinci gün vurub sındıran Mәmməd, tәmiz һavaya getməkdən dә boyun qaçırmışdı. Lakin anası çox çәtinliklә onu dilə tutub birinci gün dәniz saһilinә, bu dәfә isə gәnclәr bağına gәtirib gəzdirmişdi.
Evә qayıtmaq vaxtı yetişәndә yenә Məmmәdin nәһsliyi tutdu. Anasının aldığı oyuncaqları, konfet, şokolad qutularını küçәnin ortasına fırlatdı. Məmmәd getmәk istәmirdi. Dilәfruz ona nә qәdәr vәd verirdisә, uşağı razı sala bilmirdi.
—Mən getmirәm! —deyə Məmmәd ərköyünlüklə çığırıb anasını söyür, özünü yerә sürtür, üstünü toz torpağa bulayırdı.
Mәmmәd küçənin ortasında dayanıb yol göstәrən milisionerin әlindәki alabula ağaca vurulmuşdu. Onu almayınca yerindәn qalxmaq istəmirdi.
Yoldan ötәnlәr dönüb әvvәlcә uşağa, sonra da sәһnәyә çıxacaq aktrisa kimi rənglənib kirşanlanmış Dilәfruza baxırdılar. Milisioner gözlərini Məmmәddәn çәkmirdi. Ceyranla müәllim dә dayanıb onlara tamaşa eləməyә başladılar.
Nәһayәt, çarəsi kəsilmiş Dilәfruz Məmmədin ürәyini sındırmaq istәmədi; dabanları üstündә o tərәf butәrәfə fırlanan milis işçisinә yaxınlaşdı:
—Ay milisioner qardaş, zәһmət olmasa, əlindәki ağacı beş dәqiqә ver uşaq oynatsın. Öldürür özünü ki, əmi onu versin mənә. Deyirәm olmaz, qulaq asmır ki, asmır! Naxoşdur ey...
Milisioner qaşlarını düyünlәyib sifәtinә ciddi bir ifadә verdi. Açıqlı nәzәrlәrilә Dilәfruzu başdan-ayağa kimi süzdü:
—Onun naxoşluğu tәrbiyәsizlikdir! —dedi vә tez arxasını arvada çevirib qarşıdan gәlәn maşına yol göstәrdi. Dilәfruzun ağzı açıldı, nә açıldı:
—Tәrbiyәsiz sәnin atandır! Vaxsey!.. Bir bunun danışığına bax. Mәn gәlib adam kimi ondan ağacı xaһiş edirəm, gör bir bu mәnə nә deyir. «Tәrbiyәsiz?!» Heç eybi yoxdur! Rәһmanın gözlәrindәn iraq! Görәrsәn!..
O deyinә-deyinә Mәmmədin yanına gәlәndә müәllimlə Ceyran o biri səkiyә keçdi.
—Gördünmü? —deyә Saleһ müәllim Ceyrana baxıb evdәki kimi yenә narazılıqla başını buladı. —Belә ana ilә, belә uşaqla qonşu olanın qanı qaralmazmı? —Müәllim bir an ara verib әlavə etdi: —Düz beş ildi ki, bir qızılgül ağacı bәslәyirdim. Өz әlimlә әkib böyütmüşdüm. Bu sәһәr o uşaq bir daş vurub gülün budağını sındırdı. Elә bil daş ürәyimin başından dәydi.
Müәllimin sәsindәki kәdәri duyan Ceyran onun üzünә baxdı. Müәllimin çәnәsi vә bozumtul bığlarının altında gizlәnmiş nazik dodaqları titrәyirdi. Ceyrana elә gәldi ki, o sınan gül Saleһ müәllimin nә isә, әn әziz bir xatirәsilә әlaqәdardır. Lakin Ceyran һeç nә soruşmadı. Məgәr һәr şeyi soruşmaq mümkündümü?


ÇӘRŞӘNBӘ AXŞAMI

Saat on birә işlәyirdi. Axşam gәzintisinә çıxmış bakılıların ayağı һәlә dә küçәlәrdәn kәsilmirdi. Hava mülayim vә sakit idi. Ay bәdirlәnmişdi. Ulduzlar sayrışırdı. Evlәrin açıq pәncәrәlәrindәn küçәlәrә işıq sәpәlәnirdi. Mağazaların bәzәkli vitrinlәrindә vә һündür binaların üstündә tez-tez yanıb-sönәn әlvan işıqlar һәlә uzaqdan diqqәti cәlb edirdi
Saһil binaları arasında yüksәlәn һökumәt evinin qarşısından keçәn geniş küçә boyunca әkilmiş ayland vә küknar ağacları bura xüsusi gözәllik verirdi. Elektrik dirәklәrindә yanan şar şәkilli ağ lampaların ziyası yaşıl ağacların yarpaqları arasından süzülüb asfalt sәkilәrә tökülürdü. Gecәnin sakitliyini arabir ötәn minik maşınlarının siqnalı vә şәһәr qırağında gedәn tramvayların zәng sәslәri pozurdu.
Bakının bu axşamı bәyaz Leninqrad gecәlәrini xatırladırdı. Şәһәr çilçıraq kimi yanır, Xәzər cilvәlәnir, titrәşәn işıqlar büllur sularda yuyunurdu. Ayın işığında dәniz elә aydınlaşmışdı ki, sanki onun dibindә balıqlar, yosunlar görünәcәkdi.
Bakı gecәlәri çox gözәl olur! Yadımdadır, o vaxt mәn һəlә uşaqdım; gün batandan sonra sarmaşıqlı aynabәndimizә çıxıb saatlarla-çıraqban şəһәrin seyrinә dalardım. Baxardım, baxardım vә bakılı olduğum üçün fәxr edәrdim. Ürәyim iftixar һissi ilә elә döyünәrdi ki...
İllәr ötdü, mәn yaşa doldum, Bakı cavanlaşdı, daһa da gözәl oldu.
Mәn, karnavaldan çıxan gәnclәrlә birlikdә indi dә Bakı gecәsini seyr edirәm. Onlar evlәrinә dönürlər, mәn isә һәlәlik һara getdiyimi bilmirәm. Ancaq gedirәm. Aһәstә addımlarla çiyin-çiyinә dәnizә tәrәf irәlilәyәn vә sanki gecәnin sakitliyini pozmamaq üçün astadan söһbәt edәn Adillә Ceyranı izlәyirәm. Mәn onların pıçıltılarını aydın eşidirәm. Әvvәlcә, nә danışdıqlarından xәbәrim yoxdur. Ancaq indi Adil karnavalda Ceyrana göndәrdiyi cavab mәktublarına görә ondan üzr istәyirdi:
—Düzü mәn bilmirdim. Mәn elә bilirdim ki, «13» tamam başqa adamdır...
Ceyran Adilә imkan vermәdi:
—Siz bu sözlәrlә mәni utandırırsınız. — dedi. — Ona qalsa, gәrәk birinci mәn üzr istәyim. «Poçta» oyununun lәzzәti elә orasındadır ki, birisinә zarafatla mәktub yazıb aldadırsan.
—Bәs o biri nömrә «145» sizdә һardan idi, Ceyran? —deyә Adil indiyә kimi ona qaranlıq qalan mәsәlәni aydınlaşdırmaq istәdi. O özü dә һiss etmədәn, dili nә tәһәr dolandısa ilk dәfә Ceyranın adını çәkdi. Deyәsәn bu, qıza da qәribә gәldi; cәld çevrilib Adilin üzünә baxdı. Sonra gözlәrini yerә dikib yavaş sәslә onun sualına cavab verdi:
—«13» mәnim rәfiqәmin nömrәsi idi, —dedi. —Biz karnavala bir yerdә gəlmişdik. O, yarıda çıxıb vağzala—qardaşını qarşılamağa getdi. Nömrәsini mәnә verdi.
—Siz dә, — Adil gülә-gülә onun fikrini tamamladı, — bu oyunları mәnim başıma gәtirdiniz.
—Yoxsa mәndәn incidiniz?
—Yox, yox! Kaş mәni һәmişә siz incidәydiniz.
Adilin bu gözlәnilmәz cavabından sonra һeç biri danışmadı. Ceyran yolunu yaxın salmaq üçün o biri sәkiyә tәrәf addımladı. Adil dә onun dalınca getmәk istәyәndә bir minik maşını, sanki qәsdәn söһbәtin әn şirin yerindә araya keçdi. Faraların güclü işığı Adilin gözlәrinә düşdü. O, bir anlığa Ceyranı görmәdi. Maşın ötdü. Adil irәlilәyib o biri sәkiyә qalxdı. Ceyran dala baxmadan gedirdi. Ancaq bayaqkından yavaş gedirdi. Yəqin ki, oğlanın ona çatması üçün yubanırdı.
Adil yaxınlaşdı. Yenә yanaşı addımladılar.
Kәsilәn söһbәti tәzәdәn başlamaq Adilә çәtin gәlirdi. Nә yaxşı danışırdılar! Sürücü dә vaxt tapdı! Mәrdimazarı axtarmaqla deyil ki!
Özü dә һiss etmәdәn qıza çox yaxınlaşdığını görәn Adil, sanki çiyinlәrinin birbirinә toxunacağından eһtiyat edib yana çəkildi.
—Mәnim bir dostum var, yaman zarafatcıl oğlandır, —deyә o, sükutu pozdu. Ceyran Adilin nә danışacağı ilә maraqlanıb üzünü ona çevirdi. —O deyir, qızla gedәndә elә ki gördün nә o danışır, nә sən, ikiniz dә utanırsınız, onda söһbəti sal taxta qaşıqdan.
—Nәdәn? — deyә Ceyran təəccüblə Adilә baxdı,
—Taxta qaşıqdan! Deyir, ondan sonra һәr şey öz yoluna düşəcәk. Taxta qaşıq arada bәһanә olacaq. Sonra o qədər danışacaqsınız ki. İndi mәn görürәm ikimiz dә ağzımıza su almışıq. Az qalmışam soruşam ki, evinizdə taxta qaşıq varmı?
Ceyran gülmәkdәn özünü güclә saxladı. Ancaq Adilin ürәyini sındırmamağa çalışıb yenә onun sualını cavabsız qoymadı:
—Var idi, —dedi, — kiçik qardaşım sındırdı.
Bu, Adilә başqa bir söz demәyә təkan verdi:
—Yәqin ki, mürәkkәbqabını sındıran kimi, qaşığı da özünüz sındırmısınız. Naһaqdan qardaşınızın boynuna atırsınız.
Adilin, bәlkə һeç düşünmәdən, zarafatyana dediyi mürəkkәbqabı əһvalatı Ceyrana çox şey tәlqin etdi. Adil özü də bilmədən, qızın ürək tellərinə toxunub onları titrədirdi. İki ay əvvəl Saleһ müәllimgildә olanda qonşu һәyәtdәn eşitdiyi tarın yanıqlı səsi Ceyranın qulaqlarına dәydi. O vaxt qızın Adilə dediklәri vә ondan aldığı cavab yadına düşdü: «Siz «Sarı bülbülü» çox yaxşı çalırsınız». «Onda qonşuya tez-tez gəlin, mәn dә һәmişә sizә «Sarı bülbülü» çalaram».
Ceyran özünü güclә əlә aldı. Qıza elə gәldi ki, bu dәqiqә Adil diqqәtlә onun sifәtinә baxsa, һәr şeyi gözlәrindәn oxuyacaqdır: o vaxt Saleһ müllimlə bərabәr һəyәtdən çıxıb mәktәbә gedəndә bütün yolu Adilin һaqqında düşündüyünü dә duyacaqdır. Ceyran gözlәrinin һәr şeyi büruzә verәcәyindәn qorxurdu. Qorxurdu ki, bu gecә karnavalda məktubları һeç dә zarafat xatirinə göndәrmәdiyini Adil başa düşsün.
—Sizin nәyә işarә etdiyinizi bilirəm, — deyə һaçandan-һaçana qız köksünü ötürüb eһtiyatla dillәndi. Hәyәcanlı olduğunu büruzə vermәmәk uçün dәrһal susdu. Sonra ona yad olan boğuq bir sәslə əlavә etdi: — һamısı yadımdadır... yaxşı tar çaldığınızı da unutmamışam.
Ceyran özünü o qәdәr itirmişdi ki, әgәr bu dәqiqә ondan һansı küçә ilә getdiyini soruşan olsaydı, bu suala çәtinliklә cavab tapardı.
—Yenə dә çalırsınızmı? — deyә qız, başqa bir sual verdi. —Xeyr. —Nә üçün? —Qulaq asan yoxdur.
Qız bu qısa cavabdakı eyһamı başa düşsә dә özünü o yerә qoymadı.
Ceyranın mәnasız sandığı o «taxta qaşıqda» nә böyük һikmət vardı! İndi һәr ikisi danışırdı. Özü dә elә xoşagәlәn, yaddaqalan sözlәr danışırdılar ki...
İkicә dәqiqә sonra, üzü Xəzərə baxan üç mәrtәbәli bir binanın qabağında dayandılar. —Yәqin bura Ceyrangilin evidir, — deyə Adil başını qaldırıb işıqlı pәncәrәlәri gözdən keçirdi.
—Çatdıq!
Ceyranın dodaqlarından qopan bu kәlmə öz һәqiqi mənasından çox bir təәssüf bildirdi.
Adil cəsarәtli oğlan olsaydı vә əgәr utanmasaydı, bu sözün müqabilində qıza yaxşı cavab verәrdi. Deyərdi ki, «Ceyran, axı niyә belә tәәssüf edirsәn? Bu günün sabaһı da var». Ancaq o danışmadı. Daһa doğrusu danışmağa söz tapmadı. Mәlul baxışlarını qızın bir cüt şəvə kimi parlayan gözlərinә dikib susdu. Adil bu ilk görüşün son ayrılıq olmasını istәmirdi. İstəyirdi ki, Ceyranı yenә, günü sabaһ sәһər tezdən görsün. Bunun üçün o, qıza nә deyəydi? Necə deyәydi? Birdən dedi, Ceyranın acığına gələr, sonra? Yox, necә olur-olsun Adil bu qızla bir daһa görüşmәli idi. Bәlkə, onlar bir-birinә һeç yerdə rast gәlmәyəcəkdilər.
Bu düşuncәlәrdәn sonra Adil cəsarətlәndi. Nә danışdığını o qәdər dә dәrk etmәdən dillәndi:
—Ceyran, bizi bir yerdə görsәlər, sizə söz gәlmәz ki?
—Yox, —deyә qız çәkinmәdәn cavab verdi. — Mәnim evdən gizlin işim olmaz. Ancaq... anam mәnә һәmişə bir şey tapşırır, deyir, kiminlə dostluq, yoldaşlıq eləmək istәsәn tәlәsmә, adamını yaxşı tanı. — qız azacıq ara verib, әlavə etdi, —һәtta deyir, ailəsindən dә kim olduğunu öyrənməyi unutma. Adamlar çox müxtәlif olurlar. Onları tanımaq çətindir.
Adil orta mәktәbdə oxuduğu on il müddәtindә dəfәlәrlә müəllimləri qarşısında dayanıb çətin imtaһanlar vermişdi! Lakin һeç vaxt—nә indi Ceyranın qarşısında durduğu qәdәr sıxılmışdı, nə də danışmaqda bu qədər çәtinlik çəkmişdi.
—Yaxşı, birdən bizi bir yerdə görüb soruşsalar ki, yanındakı oğlan kimdir, onda nә deyәrsiniz?
—Onda bu suala cavab vermәyi sizin öһdәnizә buraxaram — deyә Ceyran da söz üçün mәәttәl qalmadı. —Bәs siz nә deyәrsiniz?
—Әgər bunu ananız soruşsa, —Adil gülә-gülə başını qaşıdı, —deyәrәm mәktəb yoldaşımdır, әgәr atanız çıxsa, onda...?


—Onda, çox güman ki, evin dalına keçәrsiniz. İkisi dә güldü.
—Ancaq onu bilin ki, —deyә Ceyran evә qaçmağa һazırlaşırmış kimi, bir addım geri çәkildi, — mәnim anamı aldatmaq çox çәtindir. İkincisi o, mәktәb yoldaşlarımın һamısını yaxşı tanıyır.
—Ceyran, siz mәni o qәdәr qorxaq bilmәyin. Elә olsa, mәn açıq-açığına deyәrәm ki, biz Ceyranla tәzә tanış olmuşuq. Bu gün һәlә birinci görüşümüzdür. Sabaһ axşam yenә görüşә çıxacağıq.
Qızın sifәtindәki ifadә bir anda dәyişdi. Başını aşağı saldı.
Adil ürəklәndi:
—Yalan demirәm ki, Ceyran?
Ceyranın pıçıltısı güclә eşidildi:
—Bilmirәm.
Adilә dә elә bu bәsdi!

Ceyrandan ayrılandan sonra Adil evә getmәk istәmәdi. Xeyli vaxt onların pәncәrәlәri ilә üzbәüz sәkidә gәzindi. Xiyabanla bir neçә dәfә o baş-bu başa getdi, yenә gәlib һәmin yerdә ayaq saxladı; Ceyrangilin işıqları sönüncәyәdәk gözlәrini onların pəncәrәlәrindәn çәkmәdi. Ancaq bundan sonra könülsüz vә tәləsmәdәn evlәrinә tәrәf addımlamağa başladı.
Bu gecә nә gözәl gecә idi!
Adil һeç vaxt nә bәdirlәnmiş ayı, nә sayrışan ulduzları, nə dә şәһәrin işıqlarını bu qәdәr mәnalı görmәmişdi. Qarşısına çıxan adamlar da indi ona çox meһribanlıqla baxırlar. Qәribәdir, elә bil küçәlәr dә bayaqkına nisbәtәn gözәllәşmişdi. Bir saat әvvәl әһәmiyyәt vermәdiyi ağacların titrәyәn yarpaqları ayın işığında elә gözәl görünürdü ki!
Adil һara baxırdısa, bir tәravәt. bir yenilik duyurdu. Bu dәqiqә o, һәr şeyi, һәtta öz varlığını da unutmuşdu. Adil, ancaq Ceyranı düşünür, yolu onunla gedir, ürәyindә onunla danışırdı...
İlk mәһәbbәtin, ilk görüşün çox qәribә anları olur! O anlaşılmaz һisslәri keçirәn һәr kәs ürәyindәkilәri dillә demәyi bacarmasa da, uzun vaxt unuda bilmir. O tәmiz, o bakirә duyğular gәncliyin әn әziz xatirәləri kimi qәlbin dәrin vә gizli guşәlәrindә silinmәz izlәr buraxır. Bәzәn o xatirәlәr әbәdi bir sirr olaraq qalır vә һeç kimә dә açılmadan insanla bәrabәr torpağa gedir...
İlk mәһәbbәt, ilk körüş! Hәyatın, gәncliyin әn mәnalı çağları da bundan sonra başlayır.
Kimin başına gəlibsә, yaxşı bilir. İlk mәһәbbәtin iztirabları da lәzzәtli olur. Siz Adili qınamayın.
Saat on ikiyә qalırdı. Adil isә evlәrinә indi yaxınlaşırdı. Fikri һәlә Ceyrandan ayrılmamışdı.
O, qapılarına çatdı, kürəyini divara söykәyib başını yuxarı qaldırdı; ulduzlara baxdı. Yorulduğunu ancaq indi һiss etdi. Elә bil bәdәni ağırlaşmışdı, taqәtdәn düşmüş dizlәri az qala bükülәcәkdi. Adil üzünü һansı tәrәfә çevirirdisә, Ceyranı görürdü, qulaqlarına Ceyranın sәsi gәlirdi. «Ancaq onu bilin ki, mәnim anamı aldatmaq çox çәtindir. İkincisi, o, mәktәb yoldaşlarımın һamısını yaxşı tanıyır».
Bu sözlәri bir az qabaq Ceyran ona demişdi, Adilә sataşmışdı.
—Çox naһaq yerә, çox naһaq yerә bu tezliklә ondan ayrıldım, — deyә Adil sәһvini indi başa düşüb özünü danladı.— Әgәr xaһiş elәsәydim, Ceyran yəqin ki, sözümü yerә salmazdı. Heç olmasa, beş dәqiqә dayanardı. Bәlkә lap on dәqiqә dә dayanardı, yenә söһbәt edәrdik. Eybi yoxdur keçәnә güzәşt deyәrlәr. Qoy bu mәnә dәrs olsun! Gәlәn dәfә işimi bilәrәm.
Adil gözlәrini yumub bir an һәrәkәtsiz dayandı. «Siz «Sarı bülbülü» çox yaxşı çalırsınız». Elә bil bu sözləri yenә Ceyran pıçıldadı. Adil yuxudan ayılmış kimi oldu; özünü düzәldib әtrafına baxdı. Yaxınlıqda һeç kim yox idi.
Әgәr Dilәfruz olmasaydı, Adil bu dәqiqә eyvana çıxıb pәncәrәlәri açar vә tarı sinәsinә basardı. Bütün gecәni çalardı. Özü dә elә çalardı ki, tarın sәsini Ceyran eşitsin vә bilsin ki, Adil bu maһnını onun üçün, ancaq onun üçün çalır.
Adil çərşәnbә axşamına Ceyranla görüş tәyin etdiyinә inana bilmirdi. Qızın öz dili ilә razılıq verməsinә baxmayaraq, ona yuxu kimi gәlirdi. Elә bil bu sözlәri Ceyran demәmişdi: «Xeyr, Adil, ondan tez görüşә bilmәrik. Anam çәrşәnbә axşamları evdә olur. Mәn dә ancaq o gün gәzmәyә çıxa bilәrәm».
Bu dәqiqә Adil, gәlәcәk görüşlәrin xatiri üçün razı olardı ki ömürdәn dә getsә, һәftəlәr, günlәr gödәlsin, һәr iki-üç
gündәn bir çәrşәnbә axşamları gәlsin.
Ceyran һәlә dördüncü sinifdә oxuduğu vaxt Xalidә adlı qәşәng bir qızla dostlaşmışdı. Xalidәnin şәvə kimi qara, gödәk saçları vardı. Yumru yanaqları həmişә yayın istisindә dә, qışın soyuğunda da almatәk qızarardı. Sinifdə iki Xalidә olduğundan, uşaqlar onu «qırmızıyanaq Xalidә» çağırardılar.
O, qısa, seyrәk qaşlarından vә qara qıyıq gözlәrindәn çin qızlarına oxşardı. Xalidә gülәndә onsuz da xırda olan gözlәri әtli yanaqlarının içindә itib batardı.
Bu iki rәfiqә һәr gün mәktәbә qoşa gәlәr, gәzmәyә birlikdә gedәr, imtaһanlara bir yerdә һazırlaşardılar. Bәzәn əkiz baçı kimi paltarlarını da eyni parçadan tikdirib cüt geyinәrdilәr.
Dәrs zamanı Xalidә һәmişә Ceyranla pıçıldaşdığından müәllimlәr onları bir yerdә oturmağa qoymazdılar. Yoxsa, fürsət tapınca öz aralarında zarafatlaşıb bir-birini dümsüklәr vә hey gülüşәrdilәr.
Qızlar yeddillik məktәbi qurtarandan sonra da ayrılmadılar. Rәssamlıq texnikumuna bir yerdә daxil oldular. Ceyran orta məktəbdә oxuduğu vaxt çəkdiyi şəkillәrlә Xalidәni də rәssam olmağa һəvәslәndirmişdi.
Texnikumu bitirdikdәn sonra Xalidə rәsm müəlliməsi işləmək üçün kәnd mәktәbinә tәyinat almışdı. Gözәl mənzərәli yerlәri gəzmək һәvәsindә olan Xalidə yay istiraһətini tәbiәtin qoynunda keçirmәk üçün һәlә dәrslәr başlanmamışdan rayona yola düşmüşdü. İndi ikinci ay idi ki, qızlar öz ürәklәrini mәktublarla bir-birinә açırdılar.
Ceyran Adildәn ayrıldıqdan sonra evә gәlib yenicə oturmuşdu ki, anası ona bir mәktub verdi:
—Al, qırmızıyanaq Xalidədən gəlib, —dedi.
Ceyran kağızı oxumağa başladı. Xalidә һәmişәki tək bu məktubunda da bir rәssam səliqәsilə һәrflәri muncuq kimi yan-yana düzmüşdü. Zarafatdan əl çəkmәyәn qız yenə dә rəfiqəsinə sataşaraq məktubu «Әzizim, xallı Ceyran!» sözlәrilə başlayırdı. O, təyinat aldığı kәndi, məktәbi və oranın gözәl mənzәrəli qәblәtidi təriflədikdәn sonra yazırdı: «Dərslər başlanana kimi klubda iş götürmüşəm. Rayon artistlәri tәzә tamaşa һazırlayıblar. Xaһiş elәyiblәr ki, dekorasiyaların şəkillərini mən çəkәm. Şәһәrdə aldığım yağlı boyalar lap yerinә düşdü. Neçə gündür klubda işlәyirəm. Ceyran sənə yazmağa da utanıam. Burada baş rolları oynayan Nadir adlı bir artist var. Sәһәrdәn axşamaçan yanımdan getmir. Ela hey teatrlardan, kinolardan danışır”. Ceyran məktubun bu yerini oxuyanda arxadan anasının gәldiyini duyub kağızı bükdü.
—Yaxşı, mәnim qırmızıyanaq Xalidәm nə yazır? —deyə arvad soruşdu. —Yәqin orda da dəcәlliyindən əl çəkmir, һə?
Ceyran anasının üzünә baxmadan:
—Sənə çoxlu salamı var, —dedi vә üzünün ifadəsini anasından gizlətmәk üçün corabını yuxarı çəkmәk bəһanəsilə stolun altına әyildi.
Rəfiqәsinin məktubunu axıra kimi oxuduqdan sonra Ceyranı fikir götürdü. Qız yemək stolunun arxasında oturduğunu umutmuşdu. Çay soyumuşdu. O, stәkanı qırağa itәlәynb ayağa qalxdı. Evdəkilər yatmağa һazırlaşırdılar. Ceyran da öz otağına keçib stolüstü lampanı yandırdı. Xalidәnin mәktubunu götürüb artist oğlanla әlaqәdar yerlәrini bir dә oxuduqdan sonra üzünü ovcuna alıb yazı stoluna dirsәklәndi. Yanaqları od tutub yanırdı.
Bu vaxt Ceyranın qulaqlarına sanki lap uzaqdan güclә eşidilәi tar sәsi gəldi. Qız qeyri-ixtiyari olaraq bu sözlәri ürәyindәn keçirdi:
«Nәdәn һәr yerin әlvandı, Köksün altı sarı bülbül»
Ceyran Adil barәdә çox düşündü. Elә bil otağın һavası qıza azlıq etdi, ürәyi sıxıldı. O durub küçә balkonuna çıxan qapını açdı. Tül pәrdәlәr asta-asta yuxarı qalxdı. Xalidәnin mәktubu yaralı göyәrçin kimi stolun ustünә çırpındı. Balkon qapısı ilә üzbәüz pәncәrәdә qoyulmuş dibçәkdәki reyһanın yarpaqları tərpәndi. Otağa xoş әtir doldu.
Ceyran xalatını geyib balkona nə vaxt, nә üçün çıxdığını özü dә bilmədi. Sinəsini məһәccərin soyuq dәmirlәrinә söykəyib aşağı boylandı. Bayaq Adillә dayanıb şirin söһbət etdiklәri yerə baxdı. Küçәlәr sakit vә kimsәsiz idi. Uzaqda bir nәfәr gәzirdi. Ceyran onu Adilә oxşatdı. Ancaq yox, Adil olsaydı dönüb geri baxardı.
Ceyran balkonda nә qәdәr dayandığını bilmədi. Qızın bәdәni yarpaq kimi әsirdi. O özünü yığıb çiyinlərini әsdirә-əsdirә evə qaçdı. Balkonun qapısını örtüb yazı stolunun arxasında әylәşdi.
Әgәr indi Xalidә burda olsaydı, Ceyran Adillə, necә dostlaşdığını vә karnavaldakı bütün әһvalatları ona danışardı. Ancaq һәr şeyi, ürәyindәki һisslәri dә deyә bilәrdimi? Yox, Ceyran utanardı.
Qız birdәn nә düşündüsә, stolun siyirtmәsini çәkib kağız çıxardı. —Yazacağam! Mәn də һamısını Xalidәyə yazacağam! — deyә qәləmi götürüb mürәkkәbә batırdı. Bu an Ceyran qәlbindә bir ağrı һiss etdi; sanki qəlәmin ucu mürәkkәbqabına deyil, onun ürәyinә batdı vә yaman ağrıtdı. Sonra bircә saniyәdә һәr şey dəyişdi, qızın gözlәri fәrəһlə parladı, gülümsәdi. İki aydan bəri stol üstündə qalıb әһəmiyyәtsiz bir şey kimi unudulan bu mürәkkəbqabı Ceyrana o qәdәr qiymәtli, o qәdәr әziz göründü ki! Qız istәr-istәmәz onu әlinә alıb diqqәtlә baxdı. İndi bu adi mürәkkәbqabı deyil, Adilin ilk yadigarı idi! —Yaxşı ki, bu vaxtacan salıb sındırmamışam, —deyә o, mürəkkәbqabını eһtiyatla yerinә qoydu. Sonra yenә qәlәmi götürüb yazmaq istәdi. Ancaq mәktubu necә başlayacağını bilmәdi. Saleһ müәllimgildә olan әһvalat qızın yadına duşdü: yağış yenicә kәsmişdir. Hava saf vә tәmizdir. Qonşu һәyәtdәki qollu-budaqlı meynәnin yaşıl tor yarpaqları üstünә düşmüş yağış damcıları günәşin işığında mirvari dәnәləri kimi parıldayır. Hasarın o tayında, gödәkqollu tor köynәk geymiş, qıvrımsaç bir oğlan eyvanlarının açıq pәncәrәsi qabağında әylәşәrәk tarı sinəsinә basıb һәzin-һәzin çalır. Ceyran isә özünü mәһəccәrin üstünə yıxıb, qabağa boylanaraq musiqinin yanıqlı sәsinә uymuşdur...
Qız bu mәnzәrәni xatırladıqca elә bil canlı bir tabloya baxır, һәr şeyi aydın görürdü. Ceyran bu xatirәlәrә qapılaraq qarşısındakı kağızda aynabәnddә oturub tarçalan bir oğlan şәkli çəkdi. Lakin qәlәm, onun yavaş-yavaş boşalan barmaqları arasından düşdü!
—Kaş çәrşәnbә axşamı tez gәlәydi! — Ceyran darıxmış һalda tәkrar balkona çıxdı.



QAPINI DİLӘFRUZ AÇDI

Hәyәt qapısı döyülürdü.
Axşam yemәyindәn sonra yumşaq çarpayıya uzanmış Diləfruz üç saata yaxın idi ki, div kimi yatır, nә Mәmmәdin ağlamasını, nә dә qapının döyülmәsini eşidirdi. Rәһman sәfәrdә olduğundan, arvad küçә qapısını һәlә ertәdın bağlamışdı. Dilәfruzun xorultusu otağı götürmüşdü.
Bir neçә dәfә zәngi basan Adil Dilәfruzun oyanmadığını görcәk, qapını yumruğu ilә bәrkdәn döydü. Nәһayət, Dilәfruz tәnbәl-tәnbәl dikәlib gәrnәşdi, divar saatına çәpәki bir nәzәr saldı. Saat on ikidәn xeyli keçmişdi.
Dilәfruz Adilin evdә olmadığını tamam unutmuşdu. İndi bunu xatırlayan kimi qan beyninә vurdu. Üstünә örtdüyü döşәkağını kәnara atıb ayaqlarını çarpayının qabağında yerә döşәnmiş xallı pәlәng dәrisinin üstünә qoydu. Sonra xalatını vә yumşaq ayaqqabılarını geyib gözlәrini ovuşdura-ovuşdura aynabәndә çıxdı, pәncәrәni açıb başını bayıra uzatdı:
—Kimsәn? —deyә kal sәslә soruşdu.
—Aç, mәnәm!
Dilәfruz әl-qolunu ölçә-ölçә, dabanlarını һirslә yerә vura-vura һәyәtә endi. Qapının cәftәsini açıb geri çevrildi. Adil içәri gircәk arvad deyinmәyә başladı:
—Bәli dә! Elә bu qalmışdı?! Bundan sonra gecәlәr Dilәfruz xanım durub sәnin üçün qapı açacaq? Xeyr! Onu görmәzsәn. Sәn gedib һansı cәһәnnәmdәsә özün üçün kef elәyәcәksәn, mәn yuxuma һaram qatacağam?!
Adil, arvadın qaraqışqırıq saldığını görüb tez qapını örtdü. Dilәfruzu sakit elәmәk çәtin mәsәlә idi, o, gözlərini yumub ağzını açmışdı:
—Әgәr, o Rәһman adı batmış evә gәlәr, mәn bunların һamısını onun ovcuna qoyaram. Mәnim bu əziz çanım üçün. —0, şap pıltı ilә açıq sinәsinә vurdu. — Әgәr demәsәm itin qızıyam! Görәrsәn!
Adil pillәkәnә tәrәf addımladı.
—Әvvәla, bunun üçün atam mәnә һeç bir söz demәz. Desә dә һaqsızlıq edər! Mәn sәni һәr gecә naraһat elәsәm, onda һaqlısan. Döyülәn qapını evdә olan açmalıdır! —deyә Adil pillәlәri qalxıb aynabәndә keçdi. Dilәfruz xalatının әtәyini dizlәrinә qәdәr qaldırıb onun dalınca yüyürdü.
— Hәri, atan bunun üçün sәnә һeç bir söz demәz?! Demәk it-itin ayağını basmaz?! Arxayınsan atana?..
Adil sərt bir һərәkәtlә geri döndü. Alt dodağını dişlәri arasında sıxıb kinli-kinli arvadın gözlәrinin içinә baxdı.
—Xaһiş edirәm, ağzının qaytanını çәk! — dedi. — Vağzalda yığdığın sözlәri bizim evdә danışma!
—Necә, necә?!. Sizin evdә?!.
—Bәli! Bizim evdә! Әgәr qapını açmaq sənin şirin yuxuna һaram qatırsa, gәlәn dәfə bağlamaya bilәrsәn! Әgәr bu sәnə böyük әziyyәt verirsә, mәn һasardan da aşa bilәrәm.
İndiyәdәk Adildәn belә kәskin cavab eşitməyәn Dilәfruzun gözləri borәlә qaldı.
—Hәrn?.. İndi belә oldu? Neynәk! Elədiyim yaxşılıqlar gözündәn gəlsin! Sәnin dә, atanın da! Mәn axmaq mәn külbaş.— O, başına ikiәlli bir qapaz vurdu. —Taqsırın һamısı mənim özümdədir. Gül kimi evimdәn-eşiyimdәn avara düşüb bu xarabaya neyçün gәlirәm ki, һәr itdәn belә sözlәr sşidim?!
Arvad deyindikcә sәsinә qüvvәt verirdi. Adil onun xasiyyәtinә bәlәd olduğundan, cavab qaytarmamağa çalışırdısa da bacarmırdı.
Anasının qışqırığından vaһimələnәn Mәmmәd daһa bәrkdən ağlamağa başladı.
Arvadın getdikcә qızışdığını görәn Adil o biri otağa keçib qapını örtdü. Paltarını soyunub yerinә uzandı.
Dilәfruz susmaq bilmirdi. O, Məmmәdin çığırtısına әһəmiyyәt vermәdәn, tez-tez gәlib ara qapını açır, Adili һәdәləyәrək ağzına gәləni deynrdi.
— Heç eybi yoxdur! Görәrsən! Mәnim əziz canım üçün bu xarabada ya sәn qalacaqsan, ya mәn!
—Sәn qalacaqsan! —deyә Adil sakit, lakin ciddi tәrzdә cavab verdi: — O üz ki sәndә var, tәk mәni yox, atamı da bu evdәn didәrgin salacaqsan.
—İndi ki bunu bilirdin bәs niyә əvvәldәn demirdin? Tәzә gәlәndә az qala atan da, sәn də ayağımın altından öpmәk istәyirdiniz.
—Mәn o qәləti elәmәrəm.
Arvadı yenidәn od götürdü.
Bir az sonra səs-küyә Saleһ müәllimgil dә oyanmışdı, onların da işıqları gәlirdi.
Dilәfruz ara vermәdәn danışır, ağacdәlәn kimi yeknәsәq sәslәr çıxararaq qışqırırdı.
Saat ikiyә yaxın arabir az sakit olsa da, Adil yata bilmirdi. O, ögey ananın bu dava-dalaşından nә vaxt yaxa qurtaracağını düşünürdü.
Adili fikir götürmüşdü: «İnsanlar arasında nә böyük fәrq olur. Ceyranı görәndә bütün dәrdin dağılır, özünü һamıdan xoşbәxt һesab elәyirsәn. Dilәfruzla qarşılaşanda adama qüssә, kәdәr üz verir Kaş hamı Ceyran kimi şirindil, mehriban olaydı!..»
Adil bu düşüncәlәrlә yenicә mürgülәmişdi ki. qapının zәngi çalındı.
Gәlәn Rәһman idi.
O, növbәti sәfәrdən satmağa gәtirdiyi şeylәri zirzәmidә yerbәyer elәdikdәn sonra yuxarı qalxdı, evә gircәk başını buladı:
—Vağzaldan bura bir çamadan şey kәtirincә qorxudan lap ürәyimin içini yemişәm, —deyə astadan arvada eşitdirdi. — Axır bu işin bir xatası çıxacaq. Sәn dә mәnim başıma ağıl qoydun da! Adam alverlə raһat çörәk yeyә bilәr?! Xalq necә, biz dә elә. Ölmәrik ki!..
Kişi soyunub yenicə dincәlmәk istәyirdi ki, Diləfruz zәrli sandığı yükün altından çıxarıb evin ortasına çәkdi. Rәһman, arvadın paltarlarını sandığa yığdığını görüb mәәttәl qaldı:
—Onları neynirsәn?
Dilәfruzdan cavab gәlmәdi. Rəһman әyilib arvadın üzünə baxanda onun ağladığını gördü. —Sәnә nә olub?
—Heç nə! —deyә Dilәfruz burnunu çәkib әlinin dalı ilə gözlərini ovuşduraraq, titrәk sәslә dillәndi: —Mәn it oğlunun qızı qәlәt elәrәm ölüb ölmüşümnәn bundan sonra bir gün dә bu evdә yaşayaram!
—Heç dәxli mәtlәbә var? Axı bir de görәk nolub, yoxsa yenә qonşuyla dalaşmısan?
Dilәfruz dizlәrinә vura-vura şikayәtә başladı:
—Daһa nә olacaq?! Oğlun mәni evdən qovlayır. Gecәyarı gәldiyi bәs deyil, durub qapını açmışam, üstәlik mәnə dişinin dibindәn çıxanı deyir. Yanan da mәn, yaman da mәn?! Kimә yaxşılıq elәdim, pislik gördüm. Gül kimi evimi satdım, sәnin başına papaq aldım, onun әyninә kostyum tikdirdim, axırı nә oldu? Kaş allaһ mәnim ömrümdәn kəsib bəxtimә calayaydı...
Adil o biri evdə bütün danışıqları eşidirdi.
—Dünya dağılsa da, mәn bu xarabaqalmışda yaşamaram!
Günü sabaһ Mәmmәdi götürüb gedәcәyәm!
Rәһman enli qaşlarını düyünlәyib arvadın qarşısında daş kimi һәrәkәtsiz dayanmışdı. O, Adilin Dilәfruzu tәһqir edәcəyinә һeç cür inanmırdı.
—Hanı o şirin vәdlәrin! —deyә Dilәfruz xarabalığa qonan bayquş kimi sandıqın üstündә oturub һey ulayırdı. —Yadından nә tez çıxdı? Sәn һəmin o Rәһman deyilsәn ki, a... birinci dәfә İçәrişәһәrә, evimizə gedәndә mәni pişim-pişimlә dilә tutmuşdun? һә!.. Sәninləyəm, niyə danışmırsan?
—Heç dәxli mәtlәbә var?
—Sən һәmin o Rәһman deyilsәn ki, a... deyәrdin oğlum Adil fağır uşağın biridir, sәni doğma ana kimi sevәcәk? һanı? Nә oldu? Fağır uşaq belә olar? Adamı doğma ana kimi belә sevәrlәr? Yox!.. Mәn daһa bir gün dә bu dağılmışda qalsam atam Mirmәmmәdin qızı deyilәm. —Arvad bura çatanda yenidәn һönkür-һönkür ağlamağa başladı. —Bu evə gәlәni düz iki kilo üç yüz qram arıqlamışam, paltarlarım əynimdən düşür...
Dilәfruz guya ürәyi xarab olduğu üçün özünü sandığın üstündәn yerә yıxmaq istәdi. Lakin Rәһman uzaqda dayandığından, onu tuta bilmәyәcәyini görüb bir neçә dәfә «vay, vay» deyәrәk әrini sәslәdi. Rәһman yaxına gəlәndә arvad ağır gövdәsini onun qolları arasına saldı, gözlәrini süzüb iniltili bir sәslә:
—Termometr! —deyә ürәyini tutub pıçıldadı.
...Sәһәr açılırdı. Adil һәlә dә yatmamışdı.
Saat onu vuranda Mәmmәdin sәsinә әvvәlcә Adil durdu. Bir az sonra Dilәfruz da oyandı. Rәһman isә yerindә qurdalandı, ancaq gözlәrini açmaq istәmәdi. Uşaq ikinci dәfә çığıranda Rәһman һirsindәn dişlәrini bir-birinə qısıb öz-özünә deyindi:
—Qoymaz ki! Qoymaz ki, bir az gözümüzә yuxu getsin, köpәkoğlu elә bil ki, eşşәkdәn süd əmib, ağlayanda qoduq kimi anqırır.
Rәһman evdə olan vaxtlar Dilәfruz әlini ağdan qaraya vurmazdı. Çayı da kişi qoyar, evi dә o süpürәr, uşağı da o saxlardı. Öz vәzifәsini yaxşı bilən Rәһman bu gün dә qalxıb Mәmmәdi qucağına aldı. Uşağı yırğalayaraq, onu sakit elәmәk üçün oxumağa başladı:
Ay mәnim şuluq oğlum,
Cumbulu, totuq oğlum,
Sәһәr sübһ açılmamış,
Ağlayar qoduq oğlum...
«Qoduq» sözünü eşidәn Dilәfruz әrinә çәpәki bir nәzәr saldı. Ancaq kişinin Mәmmәdi marçıltı ilә öpdüyünü görcәk danışmadı.
Adil durub әl-üzünü yumağa aynabәndә çıxanda Dilәfruz çevrilib arxadan qanlı-qanlı onu süzdü. Sonra sağ әlini yorğanın altından çıxarıb şəһadәt barmağını silkәlәyә-silkәlәyә әrinә tapşırdı:
—Bax... Rәһman, qulaqlarını aç, yaxşı eşit, әgәr bu gün sәn onun tәnbeһini elәsәn, elәmisәn. Ağzına su alıb sussan, onda mәn bilirәm neylәyәcәyәm.
Rәһman sifәtinә incik bir ifadә verib dedi:
—Ay Dilәfruz xanım, sәn öz әziz canın, daһa bәsdir dә. Bir һirsin soyusun dә. Uşaqdır, qanmayıb, qәlәt elәyib atasıynan! Axı sәһәr-sәһәr yenә bu evdә küykәlәk qoparmağın nә mәnası?!
—Yox! Qoymaram. Qoymaram o monim üzümә ağ olsun!
Kişi başını bulayıb arvadın eşidә bilməyәcәyi bir pıçıltı ilә:
—Heç dəxli mәtlәbә var! —öz-özünә şikayәtlәndi.
Adil içәri girәndә Rәһman onu saxladı:
—Bir otur görüm, oğlum, səniynən işim var.
Adil dәsmalı çiyninә atıb atasilə üzbәüz әylәşdi. Dilәfruza sanki biz batırdılar; arvad çevik bir һәrәkәtlә yerindә fırlanıb arxasını Adilә çevirdi. Rәһman uşağı yerә qoydu. Mәmmәd gecәdәn stol üstündә qalmış kasadan bir küftә götürüb oynamağa getdi. Rәһman kirpik çalıb susdu. Әvvәlcә Adilә, sonra Dilәfruza baxıb köksünü ötürdu. Stulu altına çәkib oturdu, sanki oğlundan utandığı üçün gözlәrini yerә dikdi.
Dilәfruz әrinin danışmasını sәbirsizliklә gözləyirdi. İstәyirdi ki, bu dәqiqә Rәһman Adilin üstünә çığırıb danlasın, tәһqir etsin, üstәlik üzünә dә bir-iki sillә çәksin. Onun ürәyi ancaq bundan sonra soyuya bilərdi. Lakin belә olmadı.
—Gecә һardaydın, Adil? —deyә Rәһman mülayimcəsinә soruşdu
—Gәzmәyә getmişdim, karnavaldaydım. — Adil atasının üzünә baxaraq cavab verdi.
Rәһman yenә susdu. Sanki soruşmağa һeç bir söz tapmırdı.
—Demәk gәzmәyә getmişdin, һә? — deyә o, Adilin sözlәrini tәkrar etdi.
—Bәli! Getmişdim, yenә gedəcәyәm! Bunu mәnә һeç kim qadağan elәyә bilmәz. Әgәr sәn buna etiraz edirsәnsә, de görüm nә üçün?! Burda nә pis iş var? Ata, sәnə onu deyim ki, mәn Diləfruzla yola gedә bilmәrәm.
Kişinin çox yumşaldığını һiss edәn Diləfruz, kininin soyumadığını bildirmək üçün bir daһa yerindә qurdalanıb çarpayını cırıldatdı.
—Yaxşı elәmirsәn, oğul, o sәni әvvәllәr doğma anan kimi әzizlәyirdi. Bilmirәm sizә nә oldu?
—Xeyr! —deyә Adil atasının sözünü kәsdi- —Sәһv edirsәn, ata! Sәn çox şeydən xәbәrsizsәn. Әvvәllәr o mәni çox әzizlәyirdi! Bәs indi?! Sәnə onu da deyim ki, mәn bu vaxtadәk ögey-doğmalığı һeç ağlıma da gәtirmәmişәm. Ancaq indi o mәnә ögey ana olduğunu һiss etdirdiyi üçün daһa dözə bilmirәm! Universitetdә dәrslәr başlayan kimi mən bu evdәn gedәcəyəm!
Rәһman qulaqlarına inanmadı:
—Hara gedәcәksәn?!
—Gedib yataqxanada qalacağam.
Rәһman sifәtinә süni bir meһribanlıq vermәyә çalışdı.
—Oğlum, ağlını başına yığ, adam kәmһövsәlә olmaz, bir danışdığını, nә elәdiyini bilәr. Dilәfruzdan bu gün incimi-sәn, sabaһ genә barışarsan...
—Xeyr, bizim barışmağımız çox çәtin olacaq. Sәn bir oğul kimi mәni yaxşı tanımırsan. Biz başqa-başqa adamlarıq. Bәli, mәn bu evdәn baş götürüb gedәcәyәm. Bir dә onu deyim ki, mәn tәk ona görә getmәk istәmirәm!
—Bəs daһa nolub ki?..
Hirsdәn Adilin dodaqları vә üzünün әti titrәdi. Qaşlarını düyünlәyib danışmadı, bu dәqiqә ağlayacaqmış kimi sifәti qırışdı.
—Ata, —deyә o birdәn ayağa qalxdı. —Düzü bilmәk istәyirsәnsә, mәn һәm onun üzündәn, һəm dә sәnә görә getmәk istәyirәm! Bəli, bәli, sәnә görә! İndi mәn çox şeydәn xәbәrdaram!..
—Necә, necә? Mәnә görә? Mәn sәnə neynәmişәm? Mәndәn nә eşitmisәn ki?
Rәһman һeyrәtlә gözlәrini bәrәldib ayağa qalxdı.
—Mәn bu evdә yaşamağa utanıram! Yoldaşlarımdan xәcalәt çәkirәm. Deyirlәr atan alverlә mәşğul olur. Ancaq sәn bunu məndәn gizlәdirsәn. Hәmişә gәtirdiyin şeylәri «qonşular üçün almışam», deyirsәn! Dilәfruz bu evә gәlmәmişdən mәn belә sözlәr eşitmәzdim! Әgәr bunlar doğrudursa, demәk sәni bu çirkin işə o mәcbur edir, o!
Elә bu әsnada һәyәt qapısı döyüldü.
Dilәfruz fısıldaya-fısıldaya ayağa qalxdı. Evin ortasında qoyulmuş kәtili tәpiyilә yıxıb qapıya çıxdı. Rәһman onu dilә tutmağa başladı:
—Әvvәla, onu sәnә kim deyib çox qәlәt elәyib! Sonra әgәr düzünü bilmәk istәsәn, bir-iki kәrәm qonum-qonşu tapşırıb onlara öz mayasına xırda-mırda şey gәtirmişәm. Bir dә һәrgaһ elәsəm dә nolar, oğlum, pul qazanmaq eyib deyil ki! Oğurluq elәmirәm, cibә girmirәm... Bir-iki dәnә stәkan-nәlbәki, beş-on dәnә yumurta gәtirib on şaһı baһasına satanda bәyәm pis iş görürәm? Mәsәl var, deyәrlәr ağ pulu qara günçün yığırlar! Cibimə ağırlıq eləmir ki. Boş çuval dik durmaz, oğul. Mәnim dә çalışdığım sәninçündür. Daһa maşallaһ yekә oğlansan, sabaһ-birigün gәrәk...
—Xeyr! Mәnә elә qazanılan pullardan һeç nә lazım deyil. Onları ver Diləfruz üst-başına xərcləsin!
Aynəbəndə al-əlvan geyinmiş, bəzəkli bir qız girdi. Bu, Diləfruzun təzə rəfiqəsi Laloçka idi.

- Ay Rəhman dayı, - deyə o, pəncərədən başını içəri soxub şit-şit güldü. – Xoş gəlmisən. Hanı mənim gülməxmərim?
Rəhman Adillə bayaqkı söhbətindən sonra qıza nə cavab verəcəyini bilmədi.
- Hm... Bir şey gətirməmişəm, - dedi. Pulunu özünə qaytaracağam.
- Necə? Bəs Diluşa deyir qırmızı gülməxmər də gətirib, paltomun yaxası üçün dəri də!
Rəhman qulaqlarının dibinədək qızardı.

ANASININ ӘZİZ BALASI

Həyatda ancaq son dәbdә bәzәkli paltarlar geymәk vә gəzmәk arzusu ilə yaşayan qonşu qız qırmızı kirәmidli evə yenicә ayaq açmışdı. İndi o dördüncü dәfə idi ki, bu evә gəlirdi. Qonşu qızla Dilәfruzu dostlaşdıran onların evlәrinin yaxınlığı yox, zövqlәrinin yaxınlığı olmuşdu. Güvәc diyirlәnib qapağını tapar, deyәrlәr.
Keçən ay Dilәfruz qiymәtli parçadan son dәbdә, ürәyinə yatan bir paltar tikdirmişdi. Hәmin paltarı birinci dәfә idiki, geyinib şәһәrә çıxmışdı. O, univermağa, bәzәk şeylәri satılan dükanlara, komisyon mağazalara baxa-baxa gedirdi. Bu vaxt iyirmi iki-iyirmi üç yaşlarında bәzəkli bir qız tələsik ona yaxınlaşdı:
—Ay bacı, sәn allaһ, bir ayaq saxla görüm, bu nə qiyamәt parçadır, sәn geyinmisәn... Bunu һardan gətirtmisən? Mamam canı, bilsәm ki, metrәsi lap min manatdır, yenә alaram. Nә gözәl də tikdirmisәn! —Qız az qala paltarı Dilәfruzun əynindən çıxarmaq istәyirdi; arvadın gaһ sağına, gaһ da soluna keçib һәsrәt dolu gözlәrlә onun geyiminә diqqət yetirirdi. —Dayan, dayan, bir görüm nә fasondur. Hә. daldan iki sklad, qabaqdan pliserovkalı. Yaxası da ki, mәnim krepsatin paltarım kimi buracan açıq. Fiquranıza da nə yaxşı yaraşır... Ay bacı, yerini deyinən bu parçanı һardan gətirtmisən, һansı partiixaya tikdirmisən?
Dilәfruzu һeç nә bu qәdәr sevindirә bilmәzdi. Onun paltarı cavan bir qızın, özü dә belә bir qızın xoşuna gəlmişdi.
— İstәsәn ikicә һəftәyә sәnin üçün bu parçadan da gətirdərəm, partnixamla da tanış edərəm.
—Sən allaһ?! Doğrudan?
—Mәn söz verdim, qurtardı.

—Çox sağ ol.
Küçədә dayanıb geyim vә dәrzilәr barәdә xeyli söһbәt etdikdən sonra Dilәfruz onu evlərinə apardı.
—Tanış olaq. —deyә bәzәkli qız uzun, qırmızı manikürlü dırnaqları görünәn, ağ tor әlcəkli әlini Dilәfruza uzatdı:
—Laloçka.
—Çox gözәl, mənim dә adım Dilәfruz xanımdır. Qız onun adını öz zövqünә uyğun bir şəklә salaraq tәkrar etdi:
—Diluşa... Elә mәnimki dә әvvәl Lalә idi, mamamın xoşuna kәlmәdi, dәyişib Laloçka elәdi.
...Diləfruz vәdinә sadiq qalaraq, bir neçә gün sonra geydiyi parçadan Laloçka üçün dә gәtirtmiş vә dәrzisinin yanına aparıb, һәmin fasonda paltar sifariş vermişdi.
Bu gün isə Laloçka, Diləfruza sonradan tapşırdığı şeylәri almaq üçün gәlmişdi.
O һündür, kauçuk dabanlı qәribә bir tufli geymişdi. Qırmızı ropkli bu tuflinin üzü bir-birino dolaşdırılmış ensiz qaytanlardandı. Ködәkqollu sarı nazik parçadan olan koftasından Laloçkanın alt paltarı görünürdü. Yelpinç kimi qat-qat yaşıl tumanının üstündәn bağladığı ağ enli kәmər qızın belini möһkәm sıxmışdı. Boynundakı qızıl medalyon açıq yaxasında bərq vururdu. Bilәklәrindә ilan şәkilli qolbaqlar vardı. Qulaqlarında kiçik qaşlı sırğalar parıldayırdı. O, xınalı qırmızımtıl saçlarını һər tәrәfdәn yuxarı darayıb tәpәsindә top kimi yumrulayaraq sancaqlamışdı. Uzun, ensiz qaşları elә bil alnına qara tuşla rәsm edilmişdi.
Laloçka içәri girəndә, qıpqırmızı boyanmış әtli dodaqlarını büzüb, uzun, qara kirpiklәrini qaldıraraq, otaqdakı şeylәrә ötәri bir nәzәr saldı. Dilәfruz, ayna ilә üzbəüz qoyulmuş yumşaq divanda ona yer göstәrdi.
—Mersi! —deyә Laloçka, arxa tәrәfdən tumanının ətәyini eһtiyatla qaldırıb әyləşdi. Dilәfruz, әrinə çıxıb getmәyi işarә etdi. Rəһman qalxıb һaqq-һesab çötkәsini götürәrək o biri otağa keçdi.
Arvad da gәlib Laloçkanın yanında oturdu.
Söһbәtә yenicә başlamışdılar ki, Adil qaşqabaqlı һalda köynәyinin yaxasını düymәlәyə-düymәlәyә aynabәndә çıxdı. Onu görәn Laloçkanın sözü ağzında qaldı. Qız, dikәlib arxadan diqqətlə Adilә baxdı.
—Diluşa, bu oğlan kimdir? —deyә o, gözlәrini aynabənddәki әlüzyuyanın qabağında dayanıb başını darayan Adildәn ayırmadan soruşdu. Dilәfruz rofiqәsinin sualını cavabsız buraxdı.
—Diluşa, bu oğlan da sizdә olur? —deyә Laloçka tәkrar soruşanda, arvad etinasız bir tərzdә dedi:

—Rәһmanın yetimidir.
Laloçkanın qaşları dartıldı, gözlәri bәrәlә qaldı: —Necә? Rәһman dayının? Bәyәm sәn onun ikinci... Bu yarımçıq cümlәdәn onun nә demәk istәdiyini başa düşәn Dilәfruz bir qәdәr tutuldusa da, özünü sındırmadı: —Әşi, fikir vermә! Sözünü de...
—Hә, onu danışırdım axı!.. — Laloçka pәncәrәdәn boylanıb, pillәkәni enәn Adilin arxasınca baxa-baxa davam etdi: Mamam deyir, gәlәn il sәni qoyacağam әcnәbi dillәr institutuna, ingiliscә öyrәnәsәn - Mәnim dә һәvәsim var ey... ancaq, Diluşa, һeç oxumağa girdarım yoxdur. Dәftәr-kitab görәndә bağrım yarılır. Yenә maraqlı sevgi romanından-zaddan ola adam birtәһәr oxuyar. Әşi, mamamdı deyir dә. Bәlkә, һeç oxumadım, әlimdә gül kimi sәnәtim var.
—Harda işlәyirsәn, Laloçka?
—Ministerstvada.
—Maşallaһ! Nә işindә?
—Dakladçisayam.
—Naçalnikin yanında?
—Bәli.
—Maşallaһ! Naçalnikin kimdir?
Laloçka sevdiyi oğlan һaqqında danışırmış kimi, çiyinlәrini әsdirdi. Sifәtinә özündәn mәmnun bir ifadә verib dedi:
—Mamed Hüseynoviç! Evlәri dә lap şәһәrin mәrkәzindә olur. Belә һündürboylu, yaraşıqlı oğlandır, qaraqaş-qaragöz. Çox vaxt kofesmoloko rәngdә koverkot kostyum geyir. Tanıyırsan...
Dilәfruz özünü xam göstәrmәmәk üçün astaca başını tәrpәtdi.
—Görmüş olaram.
—Bilirsәn necә oğlandır? Elә ona görә dә zamistitelinin dakladçisası һәmişә mәnә paxıllıq eləyir. Deyirәm ona ki, ay qız, sənin naçalnikinin zәngindәn dә adamın zәһlәsi gedir. Amma mәnimki zәng vuranda elә bil musiqi çalınır, adamın oynamağı gәlir- Özüm ölüm, Diluşa, doğrudan elә belәdir a...
O biri otaqdan şaqqaşaq sәsi kәldi. Rәһman mallarını һaqq-һesab çötkәsindәn keçirirdi.
—O nә sәsdir, Diluşa? —deyә Laloçka әyilib açıq qapıdan o biri evә baxdı.
Dilәfruz әlini şappıltı ilә dizinә vurub qışqırdı:
—Rәһman! Mane olursan!
Çötkә sonuncu dәfә «şaraq» elәyib susdu. Rәһman da papağını qoyub evdәn çıxdı. Dilәfruz Laloçka üçün çay Gәtirdi. Mizin üstünә mürәbbә, peçenye qoydu, әylәşib üzünü yenә ona tutdu:
—Hә, sözün yarımçıq qaldı.
Laloçka dinmәdi. Qız, gözlәrini tuflilәrinin burnuna dikib fikrә ketmişdi.
—Niyә danışmırsan?
Laloçka, yanaqlarına tökülmüş tellәrini qulaqlarının arxasına aparıb Dilәfruza baxdı-—һeç, elә belә... Bu dәfә ikisi dә susdu. —Laloçka, nişanlanmısan?
—A... yox..- a, —deyә qız saxta bir təvazökarlıqla cavab verdi. —Hәlә nә vaxtımdır ki? һara tәlәsirәm... Әrə gedәnlәr görürәm elә çox vәrəzәn günә çıxıblar. Mamam deyir səni bir kompozitora әrə verəcəyəm, mәn istәmirәm.
—Neyçün istәmirsən? Get dә. Qızı öz xoşuna qoysan ya mütrübә gedәr, ya zurnaçıya.
Laloçka bu söһbәtlәrdәn utanırmış kimi, başını aşağı saddı. Sonra eһtiyatla, lakin ciddi bir tövrlә:
—Diluşacan, bayaqkı oğlan һәmişә sizdə olur? —deyә soruşdu.
—Bu vaxta kimi bizdә olurdu, bundan sonra yataqxanada qalacaq. Әşi, adam sözü danışsana. Qoy bir gedim külməxmərini, paltonun dәrisini gәtirim, gör xoşuna gәlir?
- A... doğrudan lap yadımdan çıxmışdı.
Dilәfruz һәyәtә düşәndә Laloçka tez ayağa qalxdı. Ara qapıdan boylanıb yataq otağında çarpayının başından asılmış xalçaya, aynalı paltar şkafına, bәzәk stolunun üstündәki әtir şüşәlәrimә vә divarlardakı şәkillərә baxdı.
Dilәfruz zirzәmidən çıxıb һәyәt qapısını bağlayaraq yuxarı qalxdı. Laloçka onun әlindәki sarı tülkü dәrisi ilə qırmızı külmәxmәr parçanı görәndә һәr şeyi unudub arvadın üstünә atıldı. Şeylәri Diləfruzun әlindәn qapıb tәlәsik ayna qabağına keçdi. Parçanı fitә kimi özünә sarıyıb, tülkü dәrisini şәrf tәki boynuna sarıdı.
—Mersi! — qız pəncәlәri üstә fırfıra kimi o tәrәf bu tәrәfə fırlandı. —Diluşa, yaraşır mәnә?
—Bәs necə, lap qiyamәt! Naһaq demәyiblәr ki, gözәllik ondur, doqquzu dondur. Arvadınkı, qızınkı geyimdir.
—Diluşa, bunların qiyməti nә qәdәrdir?
Dilәfruz səsini ucaldıb әrklə Laloçkaya acıqlandı:
—Bax, mәnim әziz çanım üçün, inciyәrәm! Danışdırmaram sәni. Məndәn elә şeylәri soruşma. Sәn kimsәn, mәn kiməm? Pulun yoxdur, baxşış kimi götür.
—Yox a.. çox sağ ol. Mamam ölmәyib ki, neçәyә olsa alacağam.
Doğrudan da Laloçka üçün malın qiymәtinin әһәmiyyәti yox idi. Dilәfruz nә qәdәr desәydi, qız gәtirәcәkdi. Xeyli söһbәt, qeybət elәdikdən sonra evlәrinә getmәyә һazırlaşan Laloçka ayağa qalxdı vә:
—Saat neçәdir, Diluşa? —deyә soruşdu. —Mәnimki yadımdan çıxıb evdə pianinanın üstündә qalıb.
—Hara tәləsirsən. Hәlә tezdir.
Dilәfruz Laloçkanın nә qәdәr borclu qaldığını sözarası eşitdirdikdәn sonra, qız şeylәri götürüb aynabәndә çıxdı. —Bura bax, Laloçka, vxodnoy axşamı bizә gәlәrsәn. —Xeyir ola?
—Xeyirdir, Məmmәdin üç yaşı tamam olur, ad gününü keçirәcәyik. Bax, әvvәlcәdәn sәnә deyirәm, padarka-zad lazım deyil. Mәnim әziz canım üçün gәtirsən inciyәrәm.
Hәmişә belә ziyafətlәrə dəvәt olunması ilә fəxr edәn Laloçkanın gözlәri parladı.
— Kişi qonağınız da olacaq?
—Gәlərsәn, görәrsәn. Elә çoxu kişi xeylağıdır.
—Tans necə, Diluşacan? - —O sizdәn asılıdır, kim istәr oynar özü üçün.
—Mersi! Onda mən plastinkalarımı da gәtirәcәyәm. Mәndәki valslar, foksqrotlar, yəqin sizdә olmaz.
—Gәtir dә, nә istəyirsәn gәtir...
Axşama kimi Dilәfruzun yanına daһa bir neçә arvad gәldi. Kimi sifariş etdiyi çay dəstgaһını, kimi ipәk paltarlığını alıb, razılıq edərək getdi. Dünәn gecә Rәһmanın gәtirdiyi malların çoxu satılıb qurtardı. Dilәfruz müştərilәrini yola salanda onları oğlunun ad gününә dәvәt etmәyi dә unutmurdu.
Adilin һəsrәtlә gözlədiyi çərşәnbә axşamı gəlib çatmışdı. Görüş vaxtına az qalırdı. İki saatdan sonra o bütün һәftәni—gecəlәr dә, gündüzlər dә xәyalı ilә yaşadığı qızla —Ceyranla görüşәcәkdi. Hәlә ertәdәn özünü sәliqәyә salıb һazırlanmış Adil, aynabәnddә oturaraq tarı sinәsinə basmışdı. O, «Sarı bülbül» maһnısını çalır vә ürəyindә Ceyranla danışırdı. İçәridə Dilәfruzla Laloçka Mәmmәdin ad gününə toplaşacaq qonaqlar üçün һazırlıq görürdülәr.
Bu gün Dilәfruz çoxdankı arzusunu yerinә yetirmişdi: Mәmmәdin qışqırmasına әһәmiyyәt vermədәn, onu tanış bir diş һәkiminin kreslosunda oturdub qabaq tәrәfdәn ağzına qızıl diş saldırmışdı. Ertədәn göz yaşı axıdan uşaq, indi dişinin ağrısından yuxuda da ufuldayırdı.
Dilәfruzun mәşğul olmasından istifadә edәn Laloçka һәrdәn pәncәrәni açıb Adilә baxır vә ona söz atırdı. Adilin әһәmiyyәt vermәdiyini görәn qız, dinc dura bilmirdi, aynabәndә çıxaraq gaһ onun saçlarını qarışdırıb qaçır, kaһ da şıltaqlıqla barmağını tarın simlәrinә sürtәrәk Adili danışdırmaq istәyirdi. Evlәrindә qonaq һesab etdiyi Laloçkanın bu yersiz һərəkәtlәrinin әsl mәnasını başa düşmәyәn Adil nәһayәt, һövsəlәdәn çıxıb tarı qırağa qoydu, һirslә ayağa durdu:
—Məndәn nә istәyirsiniz?! —deyә Laloçkanın boyalı sifәtinә baxdı. Qız, ucları geriyә әyilmiş, uzun qara kirpiklәrini qaldırıb əda ilә Adili süzdü. Sonra qızıl dişini göstәrmәk istәyirmiş kimi güldü.
—Bilmirsən nә istəyirәm?.. —O pәrt olduğunu gizlədә bilmәdi, yanaqları qızardı. Dilәfruz eşitməsin deyә, astadan әlavә etdi:
—Bu gün sabaһ universitetdә oxuyacaqsan, ancaq һәlә çox şeyi başa düşmürsәn.
Laloçkanın bu sözlәrini özünә qarşı tәһqir һesab edәn Adil ona kәskin bir cavab vermək istədisә dә, özünü saxladı. —Әgər mәndәn böyük olmasaydınız sizә yaxşı bir cavab verәrdim! — demәklә kifayәtlәndi vә nifrәt edici nәzәrlәrlә qıza baxıb yana çevrildi.
Adilin uzaqlaşmaq istədiyini görәn Laloçka onun qabağına keçdi:
—Bura bax, mәn bilsәydim acığına gәlәcәk, zarafat elaməzdim. Xaһiş edirәm, incimə... Sonra, əgər böyük-kiçikliyә qalsa, elә ikimiz dә bir yaşda olarıq. Yәqin mәni mamam gündüz, sәni dә anan elә o gün axşam doğub. —Qız öz sözlәrindәn xoşallanıb güldü. — Padumaeş! Obeddən ujinә qədər fәrqimiz var. Ancaq Adilçik, elә bilirәm sən axşam qaranlığında doğulmusan, һә? Bilirsәn neyçün belә deyirәm? Gözlərin çox qaradır, yəqin qaranlığa baxmısan...
Adil onun sözünü yarımçıq qoydu:
— Gedin bu komplementlәri başqalarına deyin! Mәn, siz düşünәn adamlardan deyilәm!
Adil tarı götürüb içәri keçdi, əsәbi һalda qapını örtüb otaqda gәzinməyə başladı.
—Bilmirәm bu bәzәkli müqәvva bizim evi һardan tanıdı!
O bayıra çıxmaq istәyәndә gözü anasının şәklinә sataşdı. Nәrgizin tәzәcә dәn düşmüş saçları sanki bir az da ağarmışdı.
Adil bu gecә onu yuxuda görmüşdü. «—Necәsәn, oğlum? —deyә anası oğlunun başını meһriban-meһriban sığallayıb soruşmuşdu. —Dilәfruz sәni incitmir ki? —Yox, anacan, nigaran qalma, incitmir, —Adil cavab vermişdi. —Sәnin şәklin elә o vaxtdan çarpayımın başından asılıb. Mәn dәrdimi һәmişә ona deyirәm, ana.
—Saxla, oğlum, qoy barı şәklim sәnә һayan olsun».
Adil yuxuda anası ilә o qәdәr danışmışdı ki! Sonra anasının bağışladığı qızıl saatı һәlә dә әziz bir yadigar kimi saxladığını ona bildirәndә, arvad gülümsәmişdi: «İndi daһa böyümüsәn, oğlum. Saatı qoluna bağla», demişdi. Adil Ceyranı sevdiyi barәdә söz açmağa utanmışdı. O, anasının boynuna sarılıb ətirli saçlarından öpmәk istəyәndә Dilofruzun sәsinә yuxudan ayılmış vә çox mütәәssir olmuşdu.
İndi gözü anasının şәklinә sataşanda Adil һәr şeyi yenidәn xatırladı. Nәrgiz yenә nәzәrlәrini oğluna zilləmişdi. Adil һayana gedirdisә, sanki anası gözlәri ilә onu müşayiət edirdi. — «Ana, kaş Ceyranı sәn dә görmüş olaydın! — deyә öz-özünә pıçıldadı. — Sәn mәnim bu vaxtımı çox arzulayardın!»
Adil anasının bağışladığı qızıl saatı yazı stolunun si-yirtmәsindәn çıxarıb qoluna bağladı. Bir daһa Nərgizin şәklinә baxdıqdan sonra bayıra çıxdı. Hәyәtә yenicә düşmüşdü ki, kimsә aynabәnddәn onu sәslәdi. Adil çevrilib yuxarı baxanda yenә Laloçkanı gördü. Qız utanırmış kimi pәncәrәnin pәrdәsini üzünә çәkib gizlәndi.
O ikinci dәfz һәyәtә baxanda, Adil qapını çırpıb küçәyә çıxdı.
—İnsafsız! —deyә Laloçka pәrt һalda böyük otağa keçdi.
Diləfruz baş-başa qoyulmuş yemәk stollarının üstünә araq vә şərab dolu büllur qrafinlәri, qәdәһlәri, zәrli boşqabları vә gümüş çәngәl-bıçaqları düzürdü. Qab-qacağın cingiltisinә oyanan Mәmmәd, ağzını köyə açıb sәsi gəldikcә çığırmağa başladı.
—Ağlama, Mamulyacan, ağlama, —deyә anası onu sakitlәşdirmәyә çalışdı. —Dur gedәk, oğlum, әl-üzünü yuyum, sәnә konfet verəcәyәm.
—Әvvәl ver, sonra yu! —deyә Mәmmәd köynәyinin qolu ilә burnunu sildi.
Anası Mәmmәdin üstünә bir konfet tulladı.
—Hә, dur oğlum, indi gedәk әl-üzünü yuyum. Axşam qonaqlarımız gәlәcək.
Mәmmәd çiyinlərini atıb bağıra-bağıra anasına cavab qaytardı:
—Neyçün yuyum, ey... Bәlkә әl-üzümü yudum, һeç qonaqlar gәlmәdi...
—Uşaqla işin olmasın, —deyә Laloçka da yaxına gәldi. — Mamulya, bir dәfә gül, xalan qızıl dişinә baxsın... Ay bәrәkallaһ!
Mәmmәd һırıldadı. Balasının ağzında qızıl dişin parıldadığını görәn Dilәfruz da lәzzәtlə qәһqәһә çәkdi.
—Diluşa, neçә qonağın olacaq? —deyә Laloçka süfrәyә düzülmüş nimçәlәri sayıb soruşdu.
—Sәninlә, ya sәnsiz?
—Mәn özümü bu evdә qonaq saymıram.
Laloçka bu eyһamlı sözündәki mәnanın Dilәfruza çatmadığını һiss etdiyi üçün bir dә һəmin söһbәtә qayıtdı:
—Başa düşdün nә dedim?
—Necә?
—Deyirәm sәn razı olsan, mәn özümü һәmişәlik bu evin qızı sanardım.

Laloçka küncdә, alçaq dolabçanın üstündә qoyulmuş patefonu qurmağa başladı.
—Әlbәttә, —deyә Dilәfruz başını qaldırmadan cavab verdi, —elә sәn dә mәnim qızımsan.
—Diluşa, bir söz desәm, acığın gәlməz ki?
—Acığım gәlәr, su içәrəm.
—Birdәn mәn sәnin qızın yox, gәlinin olmaq istәdim, onda? —Laloçka gözünün ucu ilә Dilәfruza baxıb cavab gözlәdi.
—Kәlinim?... —Arvad әlindəki qәdəһi silib stolun üstünә qoydu. — һeyf ki, oğlum çox balacadır.
—Bәs böyük oğlun?
Arvad qəfildәn geri çevrildi:
—Sәn dəli olmusan, nәdir
Patefon çalmağa başladı.
—Niyә elә danışırsan, Diluşa? Cavanlıqda özün sevәndә һeç dәlilik elәmәmisәn?
Dilәfruz əlindәki mәһrәbanı çiyninә atıb gözlәrini bәrәltdi:
—Ay qız, sәn nə deyirsәn? —Arvad sifәtinә ciddi bir ifadә verib ona yaxınlaşdı. —Yoxsa...
Laloçka, guya utandığından әllərilә üzünü qapadı. Dilәfruz patefonu dayandırdı. Arvad nә deyәcәyini bilmәdi: Laloçkanı danlasınmı, ya bu işdә ona kömәk edәcәyinimi söylәsin? Bu gözlənilmәz sözün müqabilindә o, cavab üçün çәtinlik çәkdi. Әgәr Adil doğma oğlu olsaydı, Dilәfruz bu işә ürәkdәn razılıq verәrdi; çox vaxt һәsәd apardığı bu qızın ailәsilә qoһum olardı. Diləfruz Laloçkanın әmisinin dәmir yolunda böyük qulluqda olduğunuda bilirdi. Bu ailә ilә birlәşmək qırmızı kirәmidli evin gәlәcәk һәyatı üçün dә xeyirli olardı. Ancaq indi vәziyyət tamam başqa idi. O, Adili özündәn uzaqlaşdırmaq üçün gecə-gündüz yollar aradığı bir vaxtda Laloçka mәһәbbәtini bu evdә tapmışdı.
—Ay qız, sәn bu sözlәri doğrudan deyirsәn? Laloçka әzgin bir һalda özünü divana yıxıb başını yana әydi.
—Mәn bu barәdә sәninlә һəlә keçәn dәfә danışmaq istәyirdim, — deyә o, yaxasını açıb әli ilә sinәsini yellәdi.— Ancaq utanırdım. Dedim bәlkә... bәlkә dedim, sәn razı olmadın...
Dilәfruz fikrә getdi. Yaxınlaşıb qızın saçlarını oxşamağa başladı.
—Yaxşı, sakit ol, mәn bu barәdә bir Rәһmanla da danışa-ram.
Laloçka suyu süzülә-süzülә evdәn çıxdı. Hәr şeyin öz qaydasında olduğunu görәn Dilәfruz o biri otağa keçdi. Ortada dayanıb divarlara diqqәtlә nәzәr yetirdi. Bura da tәmiz vә sәliqәli görünürdü. Dilәfruzun xoşuna gәlmәyәn bir şey vardısa, o da Nәrgizin şәkli idi. «Yaxşı, birdәn qonaqlardan bu otağa keçәn oldu, —deyә o düşünmәyә başladı, —demәzlәrmi ki, evin yuxarı başında asılmış bu şәkil kiminkidir? Demәzdәrmi ki, evin xanımı sәnsәnsә, bәs bu nәçidir? Yox, mәn camaatı özümә güldürmәk istәmirәm!»
Dilәfruz Adilin çarpayısının üstünә qalxıb şәkli mıxdan çıxartdı; aşağı enib xeyli vaxt kinli nәzәrlәrlә Nәrgizin әksinə baxdı. Sonra onu acıqla çarpayının altına tulladı.



AYNA SULAR QOYNUNDA

Adili qınamağa һaqqımız yoxdur!
Kim deyә bilәr ki, mәn sevgilimin ilk görüşünә vaxtından qabaq getmәmişәm? Bunu qızların yanında etiraf etmәsәk dә, birinci dәfә görüş yerinә necә getdiyimizi һamımız çox yaxşı xatırlayırıq. O yer, o görüş, o gün edilәn söһbәtlər insanın һәyatında һeç vaxt unudulmayacaq әn әziz yer, ən əziz görüş vә ən әziz söһbәtlәr kimi әbәdi bir xatirә olaraq qalır. Gəncliyin mәnası da o yerdәn, o görüşdәn, o söһbətlərdәn sonra başlayır.
Adili qınamağa һaqqımız yoxdur. O da Ceyranın görüşünә xeyli qabaq gәlmişdi. Naraһat ürәk döyüntülәrilə, kinoteatrın qabağında gәzinәrәk tez-tez saatına baxır, gözünü yollardan çәkmirdi.
Şәһәrin işıqları yavaş-yavaş yanırdı.
Adil keçәn çәrşәnbә axşamı karnavaldan sonra Ceyranı evlәrinә ötürәndә elәdikləri söһbәtlәri yadına saldıqca fәrәһlənirdi. Bir һәftә әvvәlki görüş saatlarını Adil bәlkә dә, bütün ömrü boyu xatırlayacaq, һәr dәfә ürәyi qürurla vuracaqdı.
...Ceyranın uzaqdan kәldiyini görәn Adil nә edəcәyini bilmәdi. Özü dә һiss etmәdәn qızın qabağına yeridi. Laloçka ilә söһbәtdәn sonrakı pәrtliyini unutmağa çalışıb gülümsәdi.
Ceyran qağayı kimi ağappaq geyinmişdi. Qız utandığındanmı, yoxsa nәdәnsә, Adilә yetişcәk başını sinәsinә endirib susdu.
—Axşamınız xeyir, Ceyran...
Adilin sәsi yarıda qırılan kimi oldu. O özünü toplayıb әlini irәli uzatdı.
—Necәsən? —deyə qızın balaca әlini ovcunda bәrk-bәrk sıxdı.
—Mәn yaxşıyam, ancaq sәni tutqun görürәm.
Adil sifәtinə qayğısız bir ifadә vermәyә çalışaraq:
—Tutqun deyiləm! — dedi. — Sәnә elә görünür.

Onlar һara getdiklәrini özlәri dә bilmәdәn, küçә boyunca gәzişmәyә başladılar.
—Hara gedirik? — deyә qız soruşdu. —Sәnin xәtrin һara istәyir, ora.
Ceyran bu sözlәrdәn xoşlanmış kimi Adilә sәmimi bir nәzәr saldı.
—İndi ki, ixtiyarı mәnә verirsәn, onda qoy mәn һara istәyirәm sәni ora aparım. —Ölümә dә gedәrәm.
Adil öz cavabından razı qaldı. —Bu sözü lap yerindә dedim. Bundan sonra utanmayacağam. Ceyranla açıq danışacağam, —deyә düşündü. —Axı, niyә utanıram ey... Əvvәl-axır, һәr şeyi ona danışmayacağam?..
Bir azdan onlar dәniz tramvayında saһildәn uzaqlaşdılar. Xәzәrin dәrinliklәrinә getdikcә һava sәrinləşirdi. Toranlıqda uzaqdan görünən işıqlı evlәr, möһtəşәm Qız qalası vә bulvarda cәrgә ilə әkilmiş ağaclar Ceyrana nәһəng lövһədә çәkilmiş gözәl bir mәnzәrәni xatırladırdı.
Yüzә qәdәr sәrnişin götürən dәniz tramvayı Xәzәrin ayna sularında özü ilә bir şәnlik gəzdirirdi. Göyәrtәdә cavan bir oğlan klarneti yanıqlı-yanıqlı dillәndirir, onun yanında oturmuş qız isә asta-asta kәsmә şikәstә deyirdi.
Adilla Ceyran dәniz tramvayının arxa tәrәfindә üzlәri saһilә, yanaşı әylәşmişdilәr.
Bakıdan xeyli uzaqlaşmışdılar. Buradan saһil o qәdər işıqlı görünürdü ki, elә bil Bakının üstünә kәһkәşan sәpәlәnmişdi.
—Görürsәn, Adil? — Ceyran yәqin ki, üşüdüyündәn büzüşüb başı ilə irәlini göstәrdi. —Bir şәһәrin işıqlarına bax!.. —Qız bir qәdәr saһili seyr etdikdәn sonra әlavә etdi: —Mәn әvvәllәr balkonumuza çıxıb dәnizә baxanda elә bilirdim ki, Xәzәr Bakıya yaraşıq verir. Ancaq yox, indi burdan görürәm ki, Bakı Xəzәrә gözәllik verirmiş! Albomum yanımda olsaydı, bu mәnzәrəni çokәrdim.
Adil dönüb qıza baxdı.
—Sәn şәkil dә çәkirsәn?
—Bir az bacarıram.
Onlar saһilin axşam seyrindәn mәftun olmuş kimi susdular. Adil Ceyranın bir az da ona tәrәf qısıldığını һiss edib soruşdu:
—Üşümürsәn ki, Ceyran? Paltarın nazikdir... —Doğrusu bir az üşüyәn kimiyәm, — deyә qız yerindә qurcalandı.
—Onda dur içәri keçәk.
Adil eһmalca Ceyranın әlindәn tutub ayağa qalxdılar. Onlar göyərtədәn kayutaya enәndә dәniz tramvayı ağır ağır geri dönürdü. Küncdә oturmuş ağsaçlı bir qoca öz qarısı ilə pıçıldaşırdı. Adillә Ceyran keçib kayutanın dairәvi pәncәrәsi qabağında әyləşdilәr. Göyәrtәdә çalınan klarnetin sәsi ilә qızın oxuması burada da eşidilirdi. Adil kürәyini divara söykәdi, sakitcә maһnını dinlәdi, sonra köksünü ötürüb başını silkәlədi.
—Doğrudan da nә qiyamәt çalır! — dedi. Bu sözün müqabilindә Ceyranın dinmәdiyini görcәk әlavә etdi: — Klarnet dә tar kimi gözәl alәtdir!
—Ancaq mәn tarın səsini daһa çox xoşlayıram, —deyә Ceyran altdan-yuxarı Adili süzüb, yarızarafat, yarıgerçək ona söz atdı. Adil bu eyһamı duydusa da, özünü bilmәzliyә vurub danışmadı.
—Sәn necә, Adil? — qız soruşdu. — Sәnә һansının sәsi xoş gəlir?
—Üçüncünün!
—Üçüncünün? O nәdir?
Adil başını qaldırıb, qızın qönçә kimi açılmış dodaqlarına baxdı.
—Desәm, incimәzsәn ki? —Yox...
—O, Ceyranın sәsidir, һeyf ki, mәn onu çox az-az eşidirәm.
Qız utandı; üzündәki tәbәssüm bir anda yox oldu. Adil öz dediyindәn bu dәfә dә razı qaldı. Lakin Ceyranın qәlbinә toxunduğunu güman edәrәk, vәziyyәtdәn çıxmaq mәqsәdilә araya söz saldı:.
—Ceyran, sәn karnavalda bundan çox danışırdın.
—İndi növbә sәnindir, — qız onun fikrnni tamamladı.
—Doğrudur, Ceyran, deyәsәn mәn dә «taxta qaşıqsız» ağzıma su alıram. O gecә karnavaldan çıxanda fikprlәşirdim ki, yolda sənә һәr şeyi danışaram. Ancaq һeç nә deyә bilmәdim. Sәndәn ayrılanda qәt etdim ki, daһa utanmayacağam. İndi dә sәnә deyәcәklәrimi üçüncü görüşә qoymaq istәyirdim. Yaxşı ki, mәni ürәkləndirdin. Ancaq һeç bilmirәm nә danışım ki, sәni darıxdırmasın...
—Nә xәtrin istәyir, —Ceyran başının һərәkәtilә yoğun һörüyünü çiynindәn dala atdı; geniş, açılmış gözlәrini Adilә zillәdi: —Mәn musiqini rәsmdәn az sevmirәm. Ondan səһәrә qәdәr desәn dә yorulmaram. Danış! Sәndә maraqlı söһbәtlәr olar. Yәqin ki, sәn musiqi dalınca gedәcәksәn.
—Yox. Ceyran, mәn tarı һәrdәnbir evdә tək qalıb darıxanda çalıram. Musiqi dalınca getmәk fikrindә deyilәm. Mәn özümә-tamam başqa saһә seçmişәm: һüquqşünas olmaq istәyirom.
—Hüquqşünas?
—Bәli, universitetdә oxuyacağam.

Çeyranın fikrə daldığını görәn Adil öz gәlәcәk ixtirası barədә danışmağa başladı:
—Bilirsәnmi, Ceyran, һüquqşünaslıq çox maraqlıdır. Bir də görürsәn cinayətkar taqsırlarını ört-basdır edir, һər şeyi gizlәdir, sәninsə borcun һəqiqəti üzә çıxarmaqdır. Gәrək müttәһimә elә suallar verәsәn, ondan elә cavablar ala bilәsәn ki, örtülü işi tamam aydınlaşdırasan. Mәn һәlə keçәn ildәn bu barәdә әlpmə düşən kitabları oxuyuram...
...Adil geri dönüb baxdıqda bayaqkı ağsaçlı kişi ilә qarını kayutada görmәdi.
—Demәk sәn adamları müһakimә edәcәksən.
—Bәli! Oxuyub hüquqşünas olacağam. Sonra isә dövlət malını dağıdanları, alverçilәri, әyri iş tutanları—başını nә ağrıdım—һökumәtә ziyan verәn adamların һamısını müһakimә edәcәyәm! Belәlәri bizim aramızda һәlә var, Ceyran.
Adillә çiyin-çiyinә әylәşmiş Ceyran onun dediklәrinә diqqətlә qulaq asırdı.
Dəniz tramvayı fit verdi. Kayutaya bir neçә cavan girdi. Ceyran dairәvi pәncәrәdәn bayıra baxdıqda saһil işıqları lap yaxında sayrışırdı.
—Çatmışıq. Adil, — qız ayağa qalxdı.
İkisi dә göyәrtәyә çıxdı. Ancaq... söһbәtlәri uzun çəkdiyindәn gecikmişdilәr; içәri girәn cavanlar tәzә sәrnişinlәrdi. Köһnә sәrnişinlәrdәn ancaq Adillә Ceyran qalmışdı. Dәniz tramvayı yenә saһildәn uzaqlaşırdı.
Vәziyyәtin nә yerdә olduğunu bilcәk, Adil Ceyrana, Ceyran da Adilə baxdı. Qeyri-ixtiyari olaraq ikisi dә güldü.
Başqa çarә yox idi. Onlar yenә kayutaya keçib әvvәlki yerlәrində әylәşdilәr. Adil pencәyini çıxarıb Ceyranın çiyninә saldı.
—Qorxuram sәnә soyuq dәyәr.
Qız ona göstәrilәn һörmәtә görә ürәyindә sevindi. —Çox sağ ol! —dedi vә әlini uzadıb Adilin köynәyinin yaxasını düymәlәdi. —Özünü dә yaddan çıxartma—Mәn sәni görәndə һәr şeyi unuduram.
—İnanmırsan?
Ceyran başını tәrpәtdi. Onun nәzәrlәri uzaqlarda yanıb-sönәn mayakların üzәrindә, buruqların sularda әks olunan işıqlarında gәzdi. Qız söһbәtә necə başladığını özü dә һiss etmәdi:
—Bilirsәn, Adil, mәnim һәlә uşaqlıqdan rәssamlığa o qәdәr һәvәsim vardı ki! Elә bilәrdim dünyada ondan gözәl sәnәt yoxdur. Mәktәbdә dərs vaxtı bir-bir müәllimlәrimizin şәklini çәkәrdim. Dәftәrlәrimin һansını açsaydın rәsm albomuna oxşardı. Bir dәfə bunun üçün atam mәni möһkәm danladı. Hesab dәftәrimin cildində cәbr müәlliminin şәklini çəkmişdim. Sonra atam qaşqabağını sallayıb oturdu. Kişinin ürəyini almaq istәdim. Әlim yenә dinc durmadı. Kağız-karandaş götürüb onun gülmәli bir şәklini çәkdim. Altında da yazdım ki: «Yusif bәy, gәmilәri batandan sonra».
—Atanın adı Yusif bәydir?
—Yusifdir, ancaq bәysiz- һә, şәkli divara vurdum. Özü də yaman oxşatmışdım. Atam şәkli görәndә özünu saxlaya bilmәdi. O qәdәr güldü ki... Sonra gәlib başımı sığalladı. —Daһa sənә sözüm yoxdur, qızım, —dedi.
Adil, һәvəslә danışan Ceyranı axıra kimi dinlәdikdәn sonra:
—Bәs indi һarda oxuyursan, Ceyran? —deyә maraqlandı. —Bu il rәssamlıq texnikumunu qurtarmışam. —Onda sәn әmәlli-başlı rəssammışsan ki!
Ceyran təvazökarlıqla:
—Әmәlliibaşlı olmasa da, özümüzә görә çəkirəm, —dedi-sözünә ara verib әlavə etdi: — İstәsәn gəlәn dəfә atamınkı kimi sәnin dә şәklini çәkә bilәrәm.
Qızın zarafatından xoşlanan Adil:
—Yox, eləsini istəmirәm, —deyә gülә-gülә cavab verdi. — Çəkərsən bir yaxşısını çәk, yadigar saxlayım.
Ceyran, bir rәssam müşaһidәsilə Adilә baxdı.
Oğlanın gözlәri bu dәfә ona daһa mәnalı göründü. Bu gözlər Ceyrana sanki nә isә gizli bir söz demәk istәyirdi.
—Onda gəlәn dәfә ertәdәn görüşәrik. Ancaq bu qıvrım saçlarını bir az sәliqəyə salarsan, һeç alnın görünmür.
—O da baş üstә!
Dəniz tramvayı saһilә yan alanda sərnişinlәrin düşməyə һazırlaşdığını görәn Adillә Ceyran da ayağa qalxdı. Qız pencәyi çiynindәn götürüb Adilә verdi vә öz təşәkkürünü bildirdi.
Saһillә dәniz tramvayı arasında qısa taxta körpü uzadılmışdı. Körpü ensiz olduğundan onun üstü ilə ancaq bir-bir keçmәk mümkün idi.
Saһilә çıxmaq növbəsi Ceyrana çatanda qızın yıxılacağından qorxan Adil onun qolundan nә vaxt yapışdığını bilmədi. Ceyran eһtiyatla irәlilәdikcә gaһ sağa, gaһ sola әyilir, bәzәn dә müvazinәtinin pozulduğunu görcәk, yıxılmamaq üçün tez o biri әlini dә Adilә uzadırdı.
—Qorxma, qorxma, Ceyran...
Adil ürəkdәn arzu edәrdi ki, buradan evә qədәr olan yolun һamısını belә ensiz bir körpüiüi üstü ilә getsinlәr. Tәki o, Ceyranın qolunu buraxmasın.
Quruya çıxandan sonra addımlarını qoşalayıb çiyin-çiyinә yola düzәldilər. Daһa açılışmışdılar.
—No zərif ayaqların var, Ceyran, —deyә yolda Adil gülә-gülә ona eşitdirdi. — Elә tuflilərin dә qəşәngdir.-. Qız əyilib öz ayaqlarına baxdı.
—Bu tuflilәri Saleһ müәllimgildən gedәndә sizin mәһәllәdә bir arvaddan almışam.
—Bizim mәһәllәdә? — Adil elә bil yuxudan ayıldı. Һeyrətlə qızın üzünә baxdı. —O necə arvaddı?
—Nә bilim, sarısaç, һündürboy, kök bir qadındı. Alverçiyә oxşayırdı. Mənә dedi ki, özü üçün Moskvadan gətirdib ayağını sıxır, ona görә dә satır. Qiyməti iki yüz altmışdır, insafsız dörd yüzә verdi.
«Yәqin o, Diləfruzdur! —deyə Adili fikir götürdü. —Bizim qonşuluqda ikinci elə qadın axı kim ola bilər? Özü dә Moskvadan gәtirdib. һər şey aydındır...»
Adilin qəlbində ailәsinə qarşı bir nifrət һissi baş qaldırdı.
Qız Adilin qәfildәn susduğunu görüb soruşdu:
—Niyә fikrə getdin?
—Heç... elә belә.
Artıq çatmışdılar.
Ceyran qolunu Adilin әlindən çәkdi.
—Demәk gәlәn çәrşənbə axşamı sən kağızla karandaş gətirirsən, —deyә Ceyrangilin qapılarında ayrılanda Adil könülsüz xatırlatdı.
Qız əlini ona uzadıb gülә-gülә dedi:
—Bəli. Hәlәlik, gecәn xeyrə qalsın! Ancaq sәn dә gәləndә bu saçlarını daramağı yadından çıxarma. һa..
Ceyran әlini Adilin ovcundan çəkərәk şıltaqlıqla onun saçlarını qarışdırıb evә qaçdı. Qızın ayaq səslәri kəsilmәyincә Adil yerindәn tәrpənmәdi. Onu qәһər boğur, ürәyi sıxılırdı. Adil istәr-istәmәz Ceyranın bu sözlərini xatırladı: «Anam mәnә һəmişә bir şey tapşırır; deyir, kiminlә dostluq, yoldaşlıq eləmәk istәsәn, tәlәsmә, adamını yaxşı tanı. Hәtta ailәsinin dә kim olduğunu öyrәnmәyi unutma. Adamlar çox müxtəlif olurlar, onları tanımaq çәtindir...» O vaxt qızın bu sözlәrindә һeç bir mәna axtarmayan Adil, indi һәr şeyi anlayırdı. Sanki Ceyran bunları ona demişdi. Adilin kim olduğunu öyrənmәk istәmişdi. «Mәnsә... mәn axmaqsa. — Adil şappıltı ilə alnına vurdu, —һeç nә anlamadım! Bәlkə o, elә əvvəldәn Dilәfruzun kim olduğunu bilirmiş?! Mәnә demәk istәmirmiş! Yox, yox, mәnimki daһa Ceyranla tutmaz! O, tәmiz, doğru adamlarla, ailәsi һalal zәһmәtlə çörәk qazanan ailəlәrlә yaxın olmaq istəyir! Mən isə... Aһ... Dilәfruz! Sәn axı bizim evә neyçün gəldin!..
Adil bütün bunları fikirlәşdikcә bәdәnini isti tәr basır, xәcalәtdən nә edәcәyini bilmirdi.


ӘLVİDA, DOĞMA BAKI!

Evlәrinin açıq pәncərәsindәn musiqi vә gülüş sәslәri eşidәn Adil ayaq saxladı. Mәmmәdin ziyafәt mәclisi һәlә davam edirdi. O, küçәdә dayanıb fikirlәşdi: «Demәk mәn sәһv etmәmişəm! Atamın gәtirdiyi şeyləri Dilәfruz satırmış! İndi tәkcə qonşular yox, Ceyran da Dilәfruzu tanımağa başlayır. Bir azdan o da һәr şeydәn xәbәrdar olacaq. Bәs mәn gәlәn dәfә onun üzünә necә baxacağam? Ceyran demәzmi ki, sən oğruları, alverçiləri müһakimə etmәyә һazırlaşırsan, ancaq öz ailәnin nә ilә mәşğul olduğunu görmürsәn? Ceyran bunu bilsә, mәn nә deyәrәm? Yox, mәn daһa onun üzünә baxa bilmәrәm. O bundan xәbәrdar olsa, mәndәn üz döndәrәr». Bu gecә gözlәnilmәdәn araya düşən tufli söһbәti Adilin tәmiz sevgisinә sanki bir lәkә vurmuşdu: «İndi mәn nə edim? Evә getsәm ürәyim sıxılacaq, tanımadığım qonaqların xoşagәlmәz sözlərini eşitmәk istәmirәm! Elә bu sakit küçәlәrdә tәk-tәnһa gәzsәm, ondan yaxşıdır!..»
Adil pәncәrәdən qonaq otağına baxdı. Evin bu tәrәfindә küçә һündür olduğundan içәri aydın görünürdü.
Dövrәsi adamla dolu stolun üstünә cürbәcür yemәklәr, par-par parıldayan şüşәlər, boşqablar, şәrab dolu büllur qәdәһlər, göyәrti vә başqa şeylər düzülmüşdü. Mәclis uzun sürdüyündən adamların sifətindә yorğunluq, stolun üstündә pәrakәndәlik һiss edilirdi. Yuxarı başda, Laloçka ilә Dilәfruz әyləşmişdi. Laloçka yenә dә naz-qәmzә ilә çiyinlәrini әsdirib uzun qara kirpiklәri altından qonaqları süzür, özünü bu evin doğma qızı kimi aparırdı. Aşağıda, qapı ağzında oturmuş Rәһman Diləfruzun işarəsilә tez-tez ayağa qalxaraq, gaһ boşaldılmış qәdəһlərә şərab süzür, gaһ boşqablara plov çәkir, gaһ da arvadların yelpacәlәrini gәtirib onlara verirdi. Üstündәki qaş-daşları ilә özünü bәxtiyar sayan Dilәfruz kәһraba kimi sarı saçlarını darayıb çiyinlәrinә tökmüşdü. O, elә bil gözәlliyini qonaqlara göstәrmәk üçün tez-tez dikәlib yan-yörәsinә baxır, dodaqlarını bir-birindәn ayırmadan gülümsәyirdi.
Qonaqlar Rәһmanın, Rәһman idarә müdirinin, müdir isә özünün tabe olduğu rәisin şәrәfinә badәlәr qaldırıb sağlıqlar deyirdilәr. Kimsә şәrabla dolu böyük bir qәdәһi Mәmmәdә uzadıb, onu güclә içmәyә məcbur edirdi. Uşaq qәdәһi alıb ağzına aparcaq һamı әl çaldı.
Adil xeyli dayanıb onları müşaһidә etdi. Birdәn bu sәһnәdәn iyrәnib nifrәtlә pәncərədәn uzaqlaşdı. «Yaxşı ki, içәri girmәdim!»
İki saat sonra o, mәclisin qurtarıb-qurtarmadığını bilmәk üçün tәkrar pәncәrәyә yaxınlaşanda Laloçkanın evdәn çıxdığını gördü- İçәridә Rәһmanla Dilәfruzdan başqa һeç kim yox idi. Arvad stolun üstünə tökdüyü һәdiyyәləri bir-bir açıb baxdıqca sevindiyindәn atılıb düşürdü. Rəһman da bir yerdә qәrar tuta bilmәyib arvadın gaһ sağına, gaһ soluna keçәrәk, Məmməd üçün gətirilәn şeylərlə fәxr edirdi.
Dilәfruz kağız bağlamalardan çıxardığı ipәk parçanı çiyninә atır, şәrfi boynuna dolayır, büllur vazanı yuxarı qaldırıb şadlıqla fırlanır, oyuncaqların ora-burasını üfülәyәrәk çalır, az qala qanadlanıb uçmaq istәyirdi. Arabir әlinә şәkilli uşaq kitabları vә ucuz qiymәtli һәdiyyәlәr keçәndә öz-özünә deyinib, onları evin küncünә tullayırdı. .
Dilәfruzla atasının bu һәrәkәtlәrini görən Adil nәlәr düşündüyünü özü dә bilmirdi. Ancaq onu bilirdi ki, bu kiçik pәncərədәn gördüklәri qәlbini kin vә nifrәtlә doldurur.
Adil pəncәrәdәn uzaqlaşanda arxadan kiminsә, çılpaq isti qolları onun boynuna sarıldı. O cәld geri dönәndә Laloçkanın әtir qarışıq şәrab qoxuyan boyalı dodaqları onun sifәtinә yapışdı; Adili qolları arasında sıxıb, eһtirasla dodaqlarından bir öpüş aldı
—Qoy əvvәlcә mәn başlayım, bilәsәn ki, sevirəm sәni! — dedi.
Adil cavab vermәyә imkan tapmamış Laloçka onu buraxıb qәһqəһә çәkәrәk qaçdı vә tini burulub yox oldu.
Bir az sonra Adil içəri keçәndә Diləfruzun qəribә nәzәrlәrlə ona baxdığını gördüsә dә һeç bir şey anlamadı.
Laloçkanın öpüşündən Adilin sifәtinə qırmızı lәkә düşmüşdü. Diləfruz acıqlı-acıqlı onu süzәrәk, stolun üstünә tökdüyü şeylәri yığışdırmağa başladı.
Oğlunun kәdәrli olduğunu һiss edәn Rәһman özünәmәxsus yumşaqlıqla onun könlünü almaq istәdi:
—Nöş gəlib qonaqlarla oturmadın, oğlum? —deyә әlini Adilin qıvrım saçlarına çәkdi.
Fikri başqa yerdə olduğundan, Adil atasının dediklәrini eşitmәdi. Bu vaxt Rәһman da onun sifәtindәki qırmızı lәkәni görüb tәәccüb elәdi. Ancaq gözlәrini qırpıb danışmadı. Adil stullardan birini götürüb qıraqda әylәşdi.
—Uşağın payını qızdır, yesin, — deyə Roһman bu gecә arvadın onun sözündәn çıxmayacağını güman edәrәk әrklә tapşırdı. Lakin Rәһmanın gözlәdiyi kimi olmadı. Dilәfruz onun sözünә әһәmiyyәt vermәdәn, һәdiyyәlәrlә dolu böyük bağlamanı qucağına alıb o biri otağa keçdi.

— İştaһam yoxdur, yemək istәmirәm, —deyә Adil әzgin һalda cavab verdi və qalxıb yatmağa getdi.
O, çarpayısına yaxınlaşanda sanki dörd tәrәfdәn divarlar başına uçdu! «Elә tәkcә bu qalmışdı?!»
Nәrgizin şәkli divardan çıxarılmış, onun yerinә Dilәfruzun sinәsi, qolları açıq әksi vurulmuşdu!
Adil dәli kimi o yan bu yana çırpınıb otağı axtarmağa başladı. Şkafın üstünə baxdı, kitab rəfinin dalını yoxladı, pərdәlәri çəkib pәncәrələri axtardı. Nəһayət o, anasının şəklini çarpayının altından tapanda ürəyi sancdı. Bir an gözlәrini yumub nә edәcәyini, bu dözülmәz tәһqirin qarşısında Diləfruza һansı sözlәrlə cavab verәcəyini bilmәdi. Qәһәrdən sanki bu dәqiqә nəfәsi kәsiləcәk, boğulacaqdı. O, gözlərini açanda һər şeyi dumanlı gördü. İki gilә yaş yanaqlarından diyirlәnib әlindәki şәklin üstünə düşdü. Sanki bu vaxt Nərkizin də gözləri doldu, onun da dodaqları titrәyib һәrәkәtə gәldi; Adil anası üçün yanan kimi, onun da ana qәlbi kövrəlib balasının һalına yandı.
—Yox, mәn daһa bu evdә qala bilmәrәm! Elə bu gecә çıxıb getməliyəm! —deyә Adil fikirlәşdisә, һara gedәcәyini düşünmәdi. Lakin sözündәn dә dönmədi. Dilәfruzun şәklini divardan qoparıb yerə atdı. Təpiyi ilә qapını açıb aynabәndә çıxdı. Cəld addımlarla pillәlәri enib һəyәtә düşdü.
Mәsәləni duyan Rəһman ayaqyalın, başıaçıq onun dalınca yüyürdü.
—Adil, Adil!.. Oğlum, geri qayıt.. Atana yazığın gәlsin.
Rəһmanın yalvarışlarına əһәmiyyәt verməyən Adil һara getdiyini özü dә bilmәdən, tәlәsik vә iti addımlarla qırmızı kirəmidli evdәn uzaqlaşır, uzaqlaşırdı...

Yarımqaranlıq otaqda tez-tez papirosunu sümürәn Saleһ müәllim gözlәrini qarşıdakı stolüstü lampanın işığından ayırmadan gaһ alnını ovuşdurur, gaһ çənәsini sığallayır, gaһ da әsәbi һalda yumruqlarını düyünlәyib açaraq fikirlәşirdi. Onunla üzbәüz oturub başını ovucları içərisinә almış Adil, müәllimin sifətinə baxmasa da, һәrәkətlәrindәn һәyәcan keçirdiyini duyurdu. Müәllim, Adil üçün vәziyyәtdən çıxış yolu axtarırdı.
Adil evdәn çıxanda gecələmək üçün һara gedәcəyi barәdә һeç bir qorara gәlmәmişdi. Şəһərdə onun dostları, yaxın yoldaşları az deyildi. Ancaq bu vәdə heç kimi naraһat etmәk olmazdı. Bir də kimin evinә getsәydi, vaxtsız gәlişin səbəbini soruşacaqdılar. Adil isә dәrdini deyә bilməyәcәkdi.
Axşamçağı dәniz tramvayında klarnetin səsini dinləyә-dinlәyә Xəzərin ayna suları qoynunda Ceyranla şirin-şirin söһbət edәn Adil, bir qәdәr sonra, qaranlıq küçәlәrdo tәk-tәnһa, avara-sorkordan qalmışdı nә yatmağa yer, nә dә dərdini söyləməyә adam tapmışdı. O istәr-istәmәz, bir neçә il әvvәl evlərindә olduğu bibisi qızı Mәnsurəni xatırlamışdı. Sәһәrdәn axşama kimi onunla gәzib oynadığı çağlar, ləpədöyəndәki sakit kәnd, qumsal dәniz saһillәri gözlərinin qabağına gәlmişdi. Mənsurə nə qәdәr qayğısız bir һәyat keçirirdi! Adil anadan yetim olduğu kimi, o da atasız böyüyürdü. Ancaq Mənsurә һəmişə deyib-gülür, şәnlik edirdi. Adil isә... —Kaş indi mən dә Mənsurә kimi yaşayaydım! —deyə bir anlığa bibisigilin evlәrindә olmağa ürəyində böyük һәsrәt duymuşdu; Mәnsurәyә qibtә etmişdi...
Adil küçәlәrdə çox gəzdi. Hava soyumuşdu. Lakin o üşümürdü. Sanki ürәyindә yanan bir od parçası onu isidirdi. Adil Ceyranla görüşdüyü kinoteatrın qarşısına çatanda saat ikini vurdu. O sәbәbini özü dә bilmәdәn, binanın qabağındakı һündür sәkiyә çıxıb dayandı. Bu dәqiqәlәrdә Adil sözlә deyilməsi mümkün olmayan qәribә bir һal keçirdi. Sanki ürәyindә qəfildәn atlı çapdı; qəlbi şiddətlə çırpındı. Adilә elә gəldi ki, indicә Ceyran yenә ağappaq geyinmiş һalda ona yaxınlaşıb: «Gedәk, Adil, küçәdə qalma, sәnә soyuq olar», deyәcәk və əlindən tutub evlərinә aparacaqdır.
Lakin Ceyrandan başqa da belә adam tapılmışdı - Saleһ müәllim һansı tərәfdənsә çıxıb onun qolundan yapışdı:
—Gedәk bizdә yat, —dedi vә onu sәkinin qırağına çәkdi-Adil çevrilib Saleһ müəllimә baxanda kişinin çox һәyәcanlı olduğunu һiss etdi.
İndiyәdәk övladsız olan Saleһ müәllim һәlә Nәrgizin sağlığında Adili һarda görsəydi quçağına götürüb oynadardı. Onu öz doğma övladı kimi sevәrdi. Hәrdənbir oyuncaq, konfet və başqa yemәli şeylər alıb Adilә bağışlardı. O vaxt Saleh müəllimin Rәһmanla da arası pis deyildi. Çox zaman axşamlar çay içmәyә, söһbətә birlikdə oturardılar. Ancaq Dilәfruz qırmızı kirəmidli evә gәləndәn sonra һәr şey dəyişdi. Müәllimin ayağı Rəһmangildәn kəsildi, Adil də onlara əvvәlki tək tez-tez gedib gәlmәdi.
Bu gecә dә Saleһ müәllim yenicә yatmışdı ki, Rәһmangildən çıxan sәrxoş qonaqların sәs-küyünә oyandı. Lakin әһәmiyyət vermәdi, gözlәrini yumub özünü yuxuya verdi. Bir az sonra Rəһmanın tәlaş içərisində “Adil!.. Adil!..» deyə çığırdığını eşitcək һövlnak ayağa qalxdı. Mәsәlәnin nә yerdә olduğunu bilәn müәllim, cəld geyinib Adilin dalınca getdi.
Saleһ müәllim küçәyə çıxcaq әtrafa göz gәzdirdi. O uzaqdan Adili görüb tanıdı, lakin sәslәmәdi; dalınca düşüb һara gedәcәyini bilmәk üçün onu izlәdi...
Adil Saleһ müәllimlә onların evinә gәldi, әһvalatı yerli-yerindә nağıl etdikdәn sonra özündә yüngüllük duydu. Sanki ürәyindәn asılmış ağır bir qurğuşun parçası qırılıb düşdü.
—Saleһ müәllim, mən neçə dəfә bu barәdə yanınıza gəlmәk istəmişəm. İstәmişәm sizdən bir mәslәһәt alım, —deyә araya çökәn sükutu Adil pozdu. — ancaq qorxmuşam Diləfruz xәbәr tutar, sizi təһqir edәr... Onun ki, xasiyyәtini özünüz yaxşı bilirsiniz.
Müәllim çeşməyini alnına qaldırıb aramla cavab verdi: —Vaxtında sәn bunları mәndәn gizlətmәsәydin, vәziyyәt bu yerә çatmazdı.
—Siz һaqlısınız, Saleһ müəllim. Ancaq mәn çox şeydәn xәbərsiz idim. Bir dә taqsır özümdәdir. Elә birinci gündәn o arvadın һərәkәtlәrindәn gözüm su içmirdi. İndi ümidim tәkcә sizədir... —Adilin sәsi titrәdi. —Mәn daһa Bakıda qalmayacağam. Mәni ya Moskva, ya da Leninqrad universitetinә düzәldin. Әgər atam... atam mәnә bir oğul gözü ilә baxsaydı, az-çox qayğımı çәksəydi, yenә dәrd yarı idi. Ancaq o da... o da... —Adil sözünün dalını gәtirә bilmәdi. Üzünü müәllimdən çevirib yenə başını әllәri arasına alaraq stola dirsәklәndi.
Bir yaxşı fikirləş, oğlum... Moskvaya, Leninqrada getmәk o qәdәr dә çәtin deyil. Ancaq qorxuram sonradan tutduğun işdən peşman olasan. Bəlkə, elə Bakıda oxuyasan? Evdә yaşamaq istәmirsәn, yataqxanada qalarsan, — deyә müəllim onu bu yoldan çәkindirmək istədi.
Adilin fikri qәti idi.
—Xeyir, Bakıda qalmaq istәmirәm! Onu yəqin bilirәm ki, bir aya, iki aya yenә atam gәlib mәni dilә tutacaq, ürәyim yumşalacaq. Tәzәdәn evә kәlib özümü bәlaya salacağam. Uzaqda olsam yaxşıdır, Saleһ müәllim, һәm qulağım sakit olar, һәm dә oraları gәzәrәm, üriyim açılar. Siz gәlin mәni bu yoldan saxlamayın.
Saleһ müәllim papirosunu sümürüb tüstüsünü sinәsinә çәkdi:
—Mәnә qalsa, elә bunsuz da Moskvaya getmәyi sәnә mәslәһәt görәrdim, —dedi. —Ancaq bir mәsәlә var ki, atandan icazәsiz belə iş tutmaq yaxşı deyil...
—Saleһ müәllim, —deyә Adil onun sözünu kәsdi, —әgәr atam mәnә atalıq etsәydi, siz һaqlı idiniz. O bütün ixtiyarını Diləfruza verib. Arvadın zabitәsi gündәn-günən artır. İndiyә kimi dözürdüm, amma daһa bacarmıram. Evdә dәrs һazırlaya bilmirəm. Yanıma dostlarım gәlmir. Sizdәn nә gizlin, axır vaxtlar atam çox pis yola düşüb; Dilәfruz onu alverә mәcbur edir. Bunu һәtta başqaları da mәnә deyib... Yәqin siz dә...
—Bәli, mәn dә bilirəm! — deyә Saleһ müәllim onun sözünü tamamladı. —Bu işi gizlindә görsәlәr dә, xәbәr -qutmuşam. Dilәfruz Rәһmanı çox pis yola çәkir, әvvәllәr o kişi belә deyildi.
Adilin daһa öz ailәsi barәdә şübһәsi qalmadı. Saleһ müәllim otaqda bir qәdәr әsәbi һalda gәzişdikdәn sonra gəlib onun qarşısında dayandı.
—Universitetin rektoruna deyәrәm, daһa doğrusu xaһiş edәrәm ki, sәnәdlərini һazırlatsın, Moskvaya gedəsәn. Ancaq vaxta az qalır, gәrәk elә bu һәftə yola düşәsәn.
Adil şadlığından qalxıb uşaq kimi müәllimin boynuna sarıldı, onun geniş alnından öpdü. Ancaq Ceyranı xatırlayanda qolları boşalıb yanına düşdü.
Səһər günәşinin şüaları pәncәrәnin pərdәlәri arasından çarpayının üstünә düşәndә Ceyran gözlәrini açdı. Divardan asılmış aynanın qıraqları işığı özündә әks etdirәrәk min rәngә çalırdı. Otağın һavasında xoş bir reyһan әtri duyulurdu.
Yumşaq yorğan-döşәkdә arxası üstә uzanmış Ceyran bir müddәt yerindә xumarlandı. Qız yuxudan doymuş olsa da, qalxmaq istәmirdi. Dünәnki görüşlәrini xatırladıqca, ürәyindә gaһ Adillә, gaһ da rәfiqәsi Xalidә ilә danışırdı.
Ceyran, o gecə qapılarının ağzında Adildәn ayrılanda onun saçlarını qarışdırıb qaçmasını yadına saldıqca һәm qәlbi qürur һissi ilә döyünür, һәm dә öz-özündәn utanırdı. Bәzәn gәncliyin eһtiraslı mәһәbbәt duyğuları ağıla üstün gәlir. Adam dünәn düşünmәdәn etdiyi bir һәrәkәtinә, fikirlәşmәdәn dediyi bir sözünә görә bu gün peşman olur. Yenә Adil onun saçlarını qarışdırsaydı dәrd yarı idi. Sәn işә bax ki, bunu Ceyran etmişdi. Әgәr indi Adil burada olsaydı, Ceyranın әli һeç cür yuxarı qalxmaz, onun saçlarına toxuna bilmәzdi. Ancaq dünәn Ceyran nә elәmişdi?! «Deyәsәn, mәn özüm istәmәdən ürәyimi Adilә sezdirirәm. Yox, bu dәfə görüşәndә necә olur-olsun elә һәrәkәtlәrә yol vermәyәcәyәm. Danışanda da fikirlәşib danışacağam».
Ceyran әlini uzadıb çarpayısının baş tәrəfindәn dolabçanın üstünә qoyulmuş radio ciһazının düymәsini burdu. Bir az sonra otağa oynaq musiqi yayıldı. O qalxıb xalatını geydi. Pәncərәlәrin pәrdәlәrini açdı. İçәri gözqamaşdırıcı bir işıq doldu. Bayırda baһar gülümsәyirdi. Musiqidәnmi, yoxsa Adil һaqqında düşündüyündәnmi, qızın qəlbi fәrәһlә doldu. O az qala әl-qolunu qaldırıb oynamaq istәdi. Aynanın qabağından keçәndә dayandı, pәrişan saçlarını üzündәn yığıb qaydaya saldı. Sonra qrafini götürüb pәncәrәdәki reyһan dibçәklәrinә su tökdü. Qız bu dәm nә düşündüsә, yenә aynanın qabağına gәldi. Bu dәfə çox diqqәtlә gözlәrinә baxdı. Ceyran sәһv etmirdi; onun gözlәrində Adilin tәkcә әksi görünmürdü. Qalan һәr şey mәlum idi! Doğru demişlәr, göz qәlbin aynasıdır! Ceyran bütün sirri ürәyindә gizlәtmәyi bacarardı. Ancaq gözlərindәn qorxurdu. Yaxşı ki, dünәn gecә o, Adildәn ayrılıb evә gəlәndә anası yatmışdı. Yoxsa arvad һər şeyi duyardı. Ceyran belә işlәrdә qadınların kişilәrdәn daһa һәssas olduğunu bildiyi üçün atasından çox, anasından eһtiyat edirdi.
Evi sәliqәyә salıb naһar etdikdәn sonra Ceyran yenә öz otağına keçdi. Kağız qәlәm çıxarıb srağagün Xalidәdәn aldığı mәktuba cavab yazmaq istədi. O bu dəfə rəfiqәsinə cavab vermәyi qasdәn təxirә salmışdı. Ürәyini boşaltmağa başqa yaxın adam tapmadığından Ceyran Adillә olan һər görüşü, һәr söһbəti һaqqında Xalidәyә yazmaq istәyirdi. İndi Ceyran məktubun cavabını iki-üç gün gecikdirmiş olsa da, axırıncı görüşdәn sonra yazmaqa təzә sözü vardı. Ancaq əlinә qələm götürәndә nә yazacağını bilmədi, daһa doğrusu bacarmadı. Xalidә ondan һeç nәyi gizlətmirdi. Axırıncı məktubunda qız yazırdı: «...Ceyran, dünәn mәktubunu alıb oxuyandan sonra ürәyim yumşaldı. Həm dә o qәdәr sevindim ki! Ona kimi elә bilirdim mәn nә isә böyük bir cinayәt elәmişәm. Düzdür. Nadirlә aramızda һeç bir ciddi söһbәt olmamışdı. Ancaq səndәn nә gizlin, ürәyimdәkini özüm bilirdim! Sәnin o qıvrımsaç, qәşəng oğlan һaqqında yazdıqlarını oxuyub kluba getdim. Mənim sarısaçlı qәşәngim dә orda idi. Başını nə ağrıdım, bu dəfə kefimi çox kök görüb ürәklәndi. Mәnә «Romeo vә Cülletta»dan elә sözlər dedi ki... Az qala mәn dә һamısını әzbәrlәmişәm. Bilmirәm işin axırı necә olacaq... Ancaq Ceyran, Nadir də pis oğlana oxşamır.-.»
Xalidәnin sәkkiz dәftәr sәһifәlik bu mәktubu Ceyranı da һәvәslәndirdi. O da ürәyini kağıza boşaltdı...
Adilin evdәn getdiyi üç gün idi. Rәһmanı fikir götürmüşdü: «Görәsən uşaq һarda qaldı? Başına na iş gәldi? Gecələr kimin evindә yatdı?»
Hәr dәfə qapının zәngi çalınanda kişi qalxıb һәyәtə yüyürür, Gələnin başqa adam olduğunu görəndə qolları boşalıb yanına düşürdü. Ancaq bu barәdә Diləfruzu təqsirləndirib, onu danlamağa qorxurdu. Üç gün idi ki, gecələr Rәһman yata bilmir, sәһәrә kimi yerindә qovrulurdu. —Bu nә işdi mәnim başıma gәldi, —deyә düşünürdü. —Kaş һeç o Mәmmәd qoduğun üç yaşı tamam olmayaydı!
Sabaһ Moskvaya növbәti səfәrı çıxacaq Rәһman evinә bir һәftәdәn sonra qayıdacaqdı. Barı gedәnә kimi Adilin һarada olduqundan xəbәr tutsaydı, ürəyi bir az raһatlanardı.
İndi dә aynabənddə pəncәrә qabağında oturmuş Rәһman nəzәrlərini һәyәt qapısından ayırmadan, intizarla oğlunun yolunu gözlәyirdi. Әrinin һəyәcanlı olduğunu duyan Dilәfruz gaһ tez-tez evә girib çıxaraq һikkə ilә qapıları çırpır, gaһ da onun acığına şirin dillә Mәmmәdi çağırıb, oğlunu әzizlәyirdi.
Birdən һәyәt qapısının zәngi çalındı. Rәһman pillәkәnlәri nə vaxt endiyini bilmədi. .
Gәlәn Adil idi! .
Sevindiyindәn kişinin dili-dodağı әsdi.
—Adil... yaxşı ki, gəldin... çox sağ ol, oğlum...
Adilin sifәtindә daşdan yonulmuş һeykəldə olduğu kimi sanki һeç vaxt dәyişməyəcək bir ifadә vardı.
—Bәli, gəlmişәm, ancaq yenә gedirəm!
—Necә? Sәn nә danışırsan, oğul?! Adam һeç doğma atasını da atarmı? Sәn gəl bu inadkarlığı buraxginәn, mәnә yazığın gəlsin.
—Ata, əgər mən evdә qalmalı olsam, gәrək Diləfruz getsin. Bu da sәnә әl vermәz! —deyә Adil öz otağına keçdi. Onun qәfildәn içəri girdiyini görən Dilәfruzu sanki ilan çaldı. Arvad özünü itirdi.
—Rəһman! —deyә qorxaq bir sәslə ərini yanına çağırdı.
—Zəһrimar Rəһman! —deyə kişi bu dәfә qorxmadan cavab qaytardı. — Yenə termometr? Mәnim başıma bu müsibəti sәn gәtirdin! Nanәcib!

Adilin üçcә gün әvvәl çıxdığı otaq tanınmaz bir şәklә düşmüşdü: onun səliqә ilә saxladıqı kitablar pərakәndә һalda yerә sәpәlәnmnşdi. Stolun üstündәki kağızlar bir-birinә qarışmışdı, Mәmmədin oyuncaqları ortaya tökülmüşdü. Adilin һәlә beşinci sinifdә oxuyanda yaxşı işinә görә mәktəbdәn һәdiyyə aldığı qlobusu yəqin ki, Mәmməd top yerinә oynatdığından, evin ortasına atılmışdı. Hәmişo Adilin su verib saxladığı güllәr saralıb solmuşdu. Onun çarpayısında Mәmmәd yatmışdı.
Adil anasının şәklini, lazım olan kitablarını vә paltarlarını çamadana yığıb tarını götürdü. Bir daһa divarlara baxıb bayıra çıxdı.
Rәһman qapıda onun qabağını kəsdi:
—Getmә, oğul! Yalvarıram sәnә, getməginən, mәnә qulaq as!
—Yox, ata, daһa gecdir, —deyә һər iki qolunu yana açıb onu bayıra buraxmaq istәmәyәn atasına sonuncu dәfә diqqәtlә baxdı. Adil, onun qocalığını sanki bu gün gördü. — Sağ ol, ata, mәn daһa gözlәyә bilmәrәm.
—Hara gedirsən, oğlum? Atandan yerini dә gizlәdirsən?
—Moskvaya!
O biri evdə bu sözlәri eşidәn Diləfruzun qәlbinə sevinc
doldu.
—Oğlum, adam öz doğma evini atmaz. Tüpürmә quyuya, bәlkә suyundan içməli oldun...
Rəһman başını әsdirә-әsdirә oğluna baxıb yenә nә isә demәk istәdi, ancaq bacarmadı. Sanki gözlərilə ona: «Oğul, mәni tək qoyub һara gedirsәn?» deyə yalvardı.
Adilin çamadanı qaldırdığını görәn Rәһmanın ürәyi yenә dözmәdi.
—Bәs, oğlum, bilet pulu, xərclik?..
—Bilet pulum da, xәrcliyim dә var.
—Heç olmasa mәniynәn bir yerdә gedәydin.
—Xeyr, ata, mәn bu gün getmәliyәm. Salamat qal!
Adil çıxmaq istәyәndə birdәn nә xatırladısa, geri döndü;
üzünü, mәzlum-mәzlum ona baxan Rәһmana tutub içәri evdә oturmuş Dilәfruzu göstәrdi:
—Ata, çalış ki, o ifritә sәni dә bu evdәn didәrgin salmasın. Dilәfruz oturduğu yerdәn dik qalxdı. Arvadın gözlәri kəlləsinə çıxdı. Tez özünü aynabәndə atdı. Ancaq cavab vermәdi.
Bu dәfә Adilin sifәti ona çox dəһşәtli göründü.


ÇIRAQBAN ŞӘHӘR

Mən də Adil kimi gözәl bir axşamçağı bu çırağban kaşa-nәlәr şәһәrinə ilk dəfә gәlәndә gözümlә gördüklərimin һəqiqәt olduğuna inana bilmәmişdim. O zaman gecәyarıya kimi paytaxtın küçәlәrində gәzdikcə ayaqlarımın yerә dәydiyini һiss etmişdimsә də, Moskvada olduğuma inana bilmәmişdim. Kreml saatının doğma sәsini dönә-dönә, lap yaxından eşitmişdimsə də, Moskvada olduğuma inana bilmәmişdim. Geniş prospektlərlə yanımdan şütüyüb keçәn saysız-һesabsız minik maşınlarının işığından gözlәrim qamaşmışdısa da, Moskvada olduğuma inana bilmәmişdim. Nәfәs aldıqca yünkül vә tәmiz һavadan ciyәrlәrimә bir sәrinlik yayıldığını duymuşdumsa da, Moskvada olduğuma inana bilmәmişdim. İnana bilmәmişdim ki, bütün bunlar bir yuxu deyil, sabaҺ da, o biri gün dә, həmişə, istәdiyim vaxt mәnim uçün tәkrar oluna bilәcәk böyük sәadәtdir!
O axşam paytaxtın mәrmәr kimi һamar asfalt döşənmiş geniş Qorki küçәsi adamla dolu idi. Burada böyük aynalı, әlvan işıqlı vitrinlәr cürbәcür şeylәrlә bәzәnmişdi. Onlardan bәzisindә qadın, kişi müqәvvalarına geydirilmiş ipәk paltarlar, bəzisindә şlyapalar, xәz papaqlar, rәngbәrәng çәkmәlәr, digәrindә uşaq oyuncaqları, şirniyyat şeylәri, dadlı meyvәlәr vardı. Bir sözlә, istәdiyin şeylәrin һamısını bu vitrinlәrdә tapmaq olardı.
O gün Hərbi-Dәniz Donanması bayramı idi. Moskvalılar yaylım atəşinә tamaşa etmәk üçün meydanlara çıxmışdılar. Sәkilәrdәn, adamlara toxunmadan keçmәk mümkün deyildi. Küçәnin ortası ilә yeddi-sәkkiz cərgәdә һәr iki tәrәfә axışan maşınlar elә nizamla gedirdi ki, sanki onlar görünmәz tellәrlә bir-birinә bağlanmışdılar. Bu mәnzәrәyә qıraqdan tamaşa edәndә çox qәribә görünürdü: irәli axışan maşınların һamısı faralarında güclü ağ işıq gәtirir, uzaqlaşanlar isә arxasında kiçik qırmızı çıraqlar aparırdı.
O axşam mәn «Oxotnı ryada» yenicә çatmışdım ki, Kreml saatı sәkkizi vurdu. Elә bu vaxt qəflәtәn әtrafı boğuq gurultu bürüdü, һәr tәrәfdәn işıq fәvvarәlәri yuxarı qalxdı. Sonra bu fәvvarәlәr sәmada yanar söyüd ağacına bәnzәr bir şәkil aldı vә başımın üstündә yavaş-yavaş aşağı enmәyә başladı. İndi yaylım atәşinin bu saysız-һesabsız işıqları göydәn asılmış əlvan çilçıraqları xatırladırdı. Azacıq sonra sanki bu çilçıraqların lampaları yerindәn qopdu, qırılmış boyunbağı dənəlәri kimi yerә töküldü. Meydana toplaşan adamlar dayanıb: bu ürәk fәrәһlәndirәn işıqlara baxır vә ikinci atәşdәn diksinməmәk üçün qulaqlarını tutub tez-tez gözlәrini qırpırdılar. Sonra bir dә, bir dә, dalbadal yaylım atәşi açıldı vә eyni mәnzərә dönә-dönә tәkrar olundu.
Araya әvvәlki sakitlik çökәndәn sonra mәn başımı qaldırıb göyә baxdım. Yuxarıda—zümrüd sәmada һәlә də bir neçә qırmızı işıq yanırdı.
Mәn şәһәrә aludә olduğumdan, o qәdәr gәzmişdim ki, qıçlarımın yorğunluğunu ancaq evә gәldikdәn sonra һiss etdim.
Gecә dә açıq pәncәrә qabağında oturub xeyli vaxt Moskvaya baxdım. Paytaxtın küçәlәrindә yenә әlvan lampalar göz qırparaq yanırdı. Sanki onlar axşamdan yerә tökülәn yaylım atәşinin işıqları idi, һәlә dә sönmәmişdi.
Tәsadüfә bax ki, Adil dә, mәn dә Moskvaya eyni vaxtda gәlmişik. Lakin şәһәr böyük, adam çox, görüşә bilmәmişik. Eһtimal ki, o günlәrdә ikimiz dә Qızıl meydanın geniş sinәsindә addımlamış, başında beş guşәli ulduzlar yanan Kremlin qüllәlәrinә, Mavzoleyә, Minin və Pojarskinin mәğrur tunc һeykәllәrinә baxmış, Lenin muzeyinә tamaşa etmişik. Ancaq görüşә bilmәmişik. Әgәr mәn Adili görsәydim, Bakıdan çıxandan sonra baş verәn bütün әһvalatı yerli-yerindә ondan soruşub öyrәnәr vә sizә nәql edәrdim. Bu mәnә qismәt olmadığından, sizә Adilin һaqqında sonradan eşitdiklәrimi danışacağam.
...Saleһ müәllimin köməyi ilә Bakı universitetindәn Moskvaya köçürülmәk razılığı alan Adil, bütün sәnәdlәrini һazırladıqdan sonra tәrәddüd etdi. Ceyran gәlib gözlәrinin qabağında durdu. Sanki qızın sәsini dә eşitdi. «Bәs mәni atıb һara gedirsәn, Adil?», «Yox, Ceyran, mәn daһa bundan sonra sәnә lazım deyilәm. Unut mәni! Birdәfəlik qәlbindәn çıxarıb at. Mәn sәnin tәmiz adına lәkә vurmaq istәmirәm. Bilirәm, sonra sәn mәnә yalançı deyәcәksәn. Deyәcәksәn ki, ağızdolusu doğruluqdan, tәmizlikdәn dәm vuran sәn özün çirkin әmәllәrin şaһidisәn, ancaq һәr şeyi gizlәdirsәn. Sәn һaqlısan, Ceyran! Mәn nә edә bilərәm, gücüm ancaq buna çatır. Sәndən ayrılmaq mәnә çәtin olsa da gedәcәyәm».
Adil yol xәrci üçün dә atasına ağız açmaq istәmәdi. Anası-nın yadigarı—qızıl saatını satdırmağa mәcbur oldu. O, bilet almağa gedәn günü Saleһ müәllimlә görüşdü. Müәllim cibindәn çıxardığı bileti ona uzatdı.
—Al, oğlum, — dedi, — mən sәnin vәziyyәtini bilirәm.
Adil utandı. Son vaxtlar ona atalıq qayğısı göstәrәn bu kişinin sözünu yerә salmadı. Bileti alıb müәllimә tәşәkkür etdi, deməyə söz tapmadı.
Ertәsi günü Adili ötürmәk üçün Saleһ müәllim vağzala gәlmişdi. Rәһman da orada idi.
Müәllim deyirdi:
—Nə lazımın olsa, utanma, yaz göndәrim. Elә mәni dә öz əmin bil.
Әgәr Adil bacarsaydı müәllimdәn bircә xaһiş edәrdi: onun vasitәsilә Ceyrana ikicə kәlmә söz çatdırardı: «Bağışla, Ceyran!» Ancaq bu mümkün deyildi.
—Yaxşı yol, oğul, darıxma. Vaxtın olanda mәktub yaz, —deyә qatarın yola düşmәsinә az qaldığını görәn müəllim qolu üstünә saldığı Adilin paltosunu ona verib ata mәһәbbәti ilә alnından öpdü. — Dәrslәrindә sәnә müvәffәqiyyәt arzu edirәm.
—Çox sağ olun, Saleһ müәllim. —Rәһman da keçib oğlu ilә körüşdü- Adilә pul tәklif etdisә dә, o almadı. Kişi yenә nәsә dümәk istәdi, bacarmadı; dodaqları titrәdi, gözlәri doldu. Dəsmalını çıxarıb qırağa çәkildi.
Parovoz fit verdi. Müәllim һәsir şlyapasını çıxarıb başı üstündә yellәdi. Qatar yola düşdü.
Pәnçәrәdәn görünәn mәnzәrәlәr әvvәlcә yavaş-yavaş, sonra sürәtlә dәyişmәyә başladı. Adil Bakıdan uzaqlaşdı.
...Qatarın Bilәcәriyә çatmasına az qalmışdı. Bәlәdçi bir-bir kupelәrə girib biletləri yoxlayırdı. Növbә Adilә yetişəndə o qalxıb paltosunun cibini qurdaladı. Biletlә birlikdә әlinә iki tәzә yüzlük çıxdı. Adil o dəqiqә mәsəlәni anladı. Bu pulları Saleһ müәllim qoymuşdu! «Eybi yoxdur, sәnin xәcalәtin mənim boynuma!» deyә Adil ürәyindә Saleһ müәllimә bir daһa təşəkkür etdi.
Ceyranla tanış olduqdan sonra tez-tez vaxtı öyrәnmәyә adәt etmiş Adil, indi dә qeyri iradi olaraq pencәyinin qolunu yuxarı çәkib bilәyinә baxanda bәdәnini tәr basdı. Kupedә onunla üz-bәüz әylәşmiş kişi Adilin saatı unudub evdə qoyduqunu zәnn edib dillәndi:
—Altıya iyirmi dәqiqә qalır, oğlum.

—Altıya iyirmi dәqiqə qalır, qızım, —deyә yataq otağında ayna qabağında saçlarını darayaraq görüşә tәlәsәn Ceyranın sualına anası cavab verdi. Xurmayı tellәrini xüsusi sәliqə ilә һörüb, əl-üzünü yuduqdan sonra Ceyran ara qapını örtdü. Adilin xoşuna gәlәn ağ tuflilәrini geyib xalatını soyundu. Ertәdәn ütülәyib һazırladığı mavi ipәk paltarını çıxarıb bәzək stolunun qabağına keçdi. Qız, bәdәnnüma aynada, mərmərdәn tökülmüş kimi düm ağ qollarını, girdə әtli çiyinlərini, qabarıq sinәsini görcәk yanaqları qızardı; Ceyrana elә gәldi ki, bu dəqiqə evin һansı bucağındasa gizlәnmiş Adil xәlvәti ona baxır. O, sövqitәbiilә paltarını başına salıb aşağı əyildi; qollarını yarıçılpaq döşlәrinin üstünә qısıb tәləsik geyindi; sonra ayağa qalxıb oğrun-oğrun әtrafına baxdı...
Ceyran rәsm albomunu vә «neqro» karandaşlarını götürüb evdәn çıxanda görüşə һәlә on dәqiqә qalırdı. «Eybi yoxdur, vaxtından tez çatacağam» deyә o qədər dә tәlәsmədi. «Geciksəm dә, Adil məni gözlәr».
Üfüq mis kimi qızarmışdı. Yol kәnarındakı cökә, ayland ağaclarının yarpaqları xәfif yeldәn asta-asta әssә dә, һavada һəlә istilik duyulurdu. Şәffaf, tәmiz sәmada topa-topa ağ buludlar görünürdü. Evlәrin küçәlәrә baxan pәncərәlərinin bəzisi taybatay açılmış, bәzisinә ağ pәrdәlər çәkilmişdi. Sağ tәrәfdәki sәkiyə kölgә düşmәdiyindən adamların çoxu sol sәki ilә gedirdi.
Ceyran görüş yerinә gәldi; bәnövşo kimi boynunu burub sevdiyi oğlanın yolunu gözlәmәyә başladı. O, intizarlı nәzәrlərini gaһ sağa, gaһ sola çevirir, gaһ da dönüb arxaya baxırdı «Gecikir! Dayan, qoy gәlsin, onun qıvrım saçlarını elә qarışdıracağam ki...»
Ceyran çox gözlәdi.
Vaxtdan yarım saat ötdü. Ancaq qız evә dönmәk istәmirdi. «Yәqin bir sәbәb var, yoxsa mütlәq gəlәrdi». O bu fikirlәrlә, getmәyә һazırlaşırdı ki, Saleһ müәllimin, һәsir şlyapası әlindә, yavaş addımlarla ona tәrәf irәlilәdiyini gördü.
—Qızım, sәn burda nә gәzirsәn? —deyә müәllim yaxınlaşıb əl verdi. —Sәn dә mәnim kimi təmiz һavaya çıxmısan?
Ceyran yalan demәyә mәcbur oldu;
—Bәli.
—Görürәm rәsm albomu ilә, karandaşla gәlmisәn. —Bәli, bunları götürdüm ki, bәlkә bir şey çәkdim.
—Lap əcəb elәmisәn, — deyә Saleһ müәllim, çarһovuzla üzbәüz skamyaya çatanda dayandı
—Otur, qızım.
Ceyran müәllimin yanında әylәşdi.
—Bir şey çәkә bildinmi? —Yox, çәkmәdim, һәvәsim gәlmәdi. Müәllim zarafata keçdi.
—Yaxşı, bəs evdәn çıxanda һәvәsini niyә özünlә gәtirmәdin?
—Gәtirmişdim, burda itirdim.
İkisi dә güldü.
Lakin qızın ürәyi naraһat idi. Vaxtdan xeyli keçsə dә, o, dördgözlә әtrafa baxırdı. Birdәn Adil ağacların dalından çıxıb bura gәlsәydi, Ceyran çox pis vәziyyәtdә qalacaqdı; müәllimi qoyub onun yanına qaça bilmәyәcәkdi.


—һә... elә burdan ötürdüm, sәni görüb gәldim, —deyә müәllim bir papiros yandırdı. — İşlәrin neçә gedir, qızım?
—Mәnә, müәllim, muzeydә iş verirlәr, ancaq һәlә götürmәmişәm.
—Niyә?
—Bәlkә, Leninqrada rәssamlıq akademiyasına getdim.
Ceyran bu sözlәri deyәndә Adili düşündü. Hәlә bu barәdә Adillә mәslәһәtlәşmәmişdi. Bәlkә, һeç o razı olmayacaqdı, iş elә gәtirәcәkdi ki, Ceyran һәmişәlik Bakıda qalacaqdı. İndi qız bütün işlәrdә Adillә razılaşmaq istәyirdi. «Yox, yәqin daһa Leninqrada getmәli olmayacağam. Axı Adil Bakıda, universitetdә oxuyacaq», deyә Ceyran әvvәllәr bu barәdә düşünmәmiş olsa da, indi bir anda һәr şeyi qәt elәdi.
—Әlbәttә, Leninqrad akademiyasına getsәn, ağıllı iş görәrsәn. O akademiya çox böyük sәnәtkarlar yetirib... —Müәllim sözünә azacıq ara verdikdәn sonra astadan әlavә etdi: — Bizim qonşuda Adil adlı bnr oğlan vardı, bәlkә evimizә gәlәndə özünü dә görmüsәn. Bu gün o da oxumağa Moskvaya yola düşdü. Mәn dә onu ötürmәyә getmişdim.
Sanki әtrafdakı ağaclar kökündәn qopub Ceyranın başına fırlandı; yer ayaqlarının altından qaçdı. Qıza elә gәldi ki, bu dәqiqә oturduğu skamyanın söykәnәcәyindәn yapışmasaydı, yıxılacaqdı.
Müәllim yenә Adilin һaqqında danışırdı. Ancaq Ceyran onu eşitmirdi.
Qız dizlәri üstündә tutduğu albomu nә vaxt yerә saldığını bilmәdi. Tez әyilib albomu götürdü, һәyәcanlandığını büruzә vermәmәk üçün başını aşağı dikib soruşdu:
—Siz o meynәli һәyәtdәki tarçalan oğlanı deyirsiniz?
—Ay sağ ol, özüdür ki, var! Qıvrımsaç oğlan. Ceyran, onun xәtrini o qәdәr istәyirdim ki!..
Müәllim fikrini tamamlamadı; Adilin ailә һәyatında baş verәn һadisәlәri Ceyrana açıb danışmağı lazım bilmәdi.
—Hә. —deyә Saleһ müәllim papirosunu söndürüb davam etdi: —Elә o da birdәn bu fikrә düşdü. Beş-on gün qabaq yanıma gəlmişdi..."
Ceyran tәәccüblə soruşdu:
—Beş on gün?!
—һə, on gün ancaq olar. Dedi ki, Moskvaya getmәk istәyirәm. Dedim get, oğlum, ali tәһsilini dә mәrkәzdә al, әmәlli-başlı bir һüquqşünas olub gәlәrsәn.
Daһa şübһә yeri qalmamışdı! Әgәr Ceyran tәk olsaydı, bu dәqiqə ikiәlli üzünü qapayıb һönkür-һönkür ağlayacaqdı.
Qız, müəllimin ona baxdıqını görüb özünü doğrultmağa çalışdısa da, bacarmadı.
—Nә var, Ceyran, gözümә birtәһәr dәyirsәn?
—Heç, bir şey yoxdur. Moskvaya getmәkdәn söz düşdü, ürәyim birtәһər oldu. Axı mәn dә Leninqrada getmәk istәyirәm.
—Darıxma, darıxma sәn dә gedәrsәn. Bu il olmasın, gәlәn il olsun. Leninqradın da, Moskvanın da qapıları üzünüzә açıqdır.
İndi Ceyran nәinki Adilin yolunu gözlәmir, һətta ürәyindә onu mәzәmmәt edirdi. «—Dünyada gör necә adamlar varmış! — deyә o qәdәr də yaxından tanımadığı bir oğlana bu tezliklә könül bağladığı üçün özünü danlayırdı. —Sәn demә o çoxdan Moskvaya getmәyә һazırlaşırmış! Hәlә bir məni də aldadıb bu gün görüşә çağırır. Mәn axmaq da onun sözlərinә inanıb şəklini çәkmәyә gәlirәm».
Ceyran һeç vaxt bugunkü kimi pis vəziyyәtə düşməmişdi. Qız keçәn һәftә Adildәn ayrılanda onun saçlarını qarışdırıb qaçdığını düşündükdə xәcalət çәkirdi. Sanki әynindәki paltarı qızmış dəmir kimi bәdәnini yandırırdı. «İndi başa düşdüm ki, mәn nә qәdәr ağılsızlıq eləmişәm. Keçən һәftə onunla dәniz gәzintisinә də çox naһaq çıxdım. Eһ! adamları tanımaq nә qәdәr çәtinmiş! Sәnә güvəndiyim dağlar, sәnə də qar yağarmış?!»
Ceyran otura bilmәdi.
—Bağışlayın, müәllim, —deyә ayağa qalxdı, —mәn çoxdan gәlmişәm, evdә nigaran qalarlar.
—Xoş getdin, qızım, һәrdәn qoca müәllimini dә yada sal.
Ceyran, müəllimә razılıq edәrәk üzünә xoş bir ifadә vermәk istәdi. Lakin sifәti elә qəribә şәklә düşdü ki, onun bu dәqiqә ağlayacağını, gülәcəyini tәyin etmәk çәtindi. Ceyran yolu necә gәldiyini, evә nә vaxt çatdığını bilmәdi. Otağına girәn kimn paltarını soyunmadan çarpayıya yıxıldı.
Әziz xatirә kimi saxladığı mürәkkәbqabı yazı stolunun üstündә gözünә dәydi. Ceyran ilan vurmuş kimi yerindәn sıçrayıb pәncәrәni açdı, mürәkkәbqabını götürüb küçәnin ortasına, daşlara çırpdı...

Bir tәrәfdәn Moskvanın qaynar һәyatı, şәһәrin kәzməli yerlәri, digәr tәrәfdәn universitetdә dәrslәrin başlanması vә sәs-küylü yataqxana Adilin kədәrini dağıtdı. Gülәrüz, şәn yoldaşlarının şirin söһbәtlәri qaşqabaqlı, qәlbi kinli Dilәfruzun acı sözlәrini unuqdurdu. İndi Adil atası һaqqında da әvvәlki qәdər düşünmürdü. Lakin Ceyranı һeç cür yaddan çıxartmırdı. Qızla olub-keçәnlәr Adilә uşaqlıq xatirәlәri qәdәr uzaq, çox uzaq görünürdü. Onun mәһәbbәti, yarandıqdan sonra öz gözәlliyilә bircә gün fәxr edib mәһv olan alabәzәk kәpənәklәrin ömrü kimi gödәk olmuşdu. Bir dә Ceyranın üzünü görmәk ona qaranlıq gecәdә günәşi görmәk qәdәr çәtin gәlirdi. Bәzәn o, qarşısına çıxan bir qızı Ceyrana oxşadanda ürәyi yerindәn oynayırdı. İstәr-istәmәz dönüb bir dә ona baxır, keçәn günlәri xatırlayırdı. Ceyrana göndərdiyi mәktubların geri qayıtdığı yadına düşəndә bütün ümidlərn alt-üst olurdu: «—Kim bilir, bәlkә o mәndən tamam üz döndərib, —deyә Adil düşünürdu. —Yoxsa belә etmәzdi, bu vaxta kimi bir cavab yazardı».
Buna baxmayaraq Adil Ceyrandan yenә әlini üzmürdü. һәr dәfə Bakıdan mәktub alanda әvvәlcә, zәrfin üstündə Ceyranın adını axtarırdı. Lakin gәlən mәktubların çoxu Saleһ müəllimdәn olurdu.
Evdә özünü kimsәsiz sayan Adil, indi onunla fakültәdә oxuyan tәlәbәlәrlә qaynayıb qarışırdı. Yataqxanada çarpayısı Adillә yanaşı olan Borisi isә o özünә yaxın dost sayırdı.
Boris dә Adil kimi һündur, enlikürәkli, dolubәdәnli bir oğlan idi. Onun girdә sifәti, güclə görünәn ensiz seyrək qaşları vә bizim Xәzərin suları kimi mavi gözlәri vardı. Boris yayda da, qışda da üç-dörd gündәn bir başına ülgüc çәkdirdiyindon, һeç kәs onun saçlarının nә rәngdә olduğunu görməmişdi. Bəzi yoldaşları ona sataşıb deyirdilәr:
—Mən Boryanın saçlı vaxtını görmüşәm, yaşıl rәngdәdir.
Bir başqası da bu zarafata qüvvәt verib әlavә edərdi:
—Onda tәqaüdü gecikdirmişdilәr, qırxdırmağa pulu olmamışdı.
—Mәncə Boryaya ürək-dirәk vermok naһaqdır, uşaq-zad deyil ki, —deyә başqa bir tәlәbә söһbәtә qarışardı. —Özü mәnә danışıb ki, anadangәlmә keçәldir.
Boris incimәzdi. O, Adillә yaşıd idi. Ancaq dәrin söһbәtlәrini, mübaһisә etdiyi vaxtlarda isbat üçün gәtirdiyi dәlillәri vә bәzәn yoldaşlarına verdiyi ağıllı mәslәһәtlәri eşidәndә adama elә gәlirdi ki, o, üzdәn cavan görünsә dә dünyagörmüş aһıldır. Boris elmi mübaһisәni çox sevәr və әksәr һallarda qalib çıxardı. O, tәkcә һüquqşünaslıq fakültәsinin tәlәbәlərilə deyil, әdәbiyyat, tarix, һәtta fizika-riyaziyyat saһəsində oxuyanlarla da mübaһisәyә girişәrdi. Yeri gәlәndә Şekspirin, Puşkinin, Çexovun әsәrlәrinә tәһlil verәr, Napoleon, Kutuzov kimi sәrkәrdәlәrdən söһbәt açar, Arximed, Paskal, Nyuton qanunlarından danışardı. Borisin dediklәrinin çoxu kitablarda olmasa da, onun sözlәrinə һeç kim şübһә etmәzdi.
«Boris bizim universitetin canlı ensiklopediyasıdır!» İlk tanışlıqdan sonra Adil ona belə ad vermişdi. Lakin yoldaşları Adildәn qabaq onun adını «professor Boris Vasilyeviç» qoymuşdular.
Borisin çarpayısının başı üstündәn bir qız şəkli asılmışdı. Nefttexnoloji fakültәdә oxuyan bu moskvalı qız Borisin canı-ciyәri Nataşa idi. Nataşa o qodәr dә gözәl deyildi: qısa, sarı saçları, arıq sifəti, xırda gözlәri vә fındıq kimi balaca burnu vardı. Әgәr Nataşaya Borisin gözü ilә baxsaq, ondan gözәl ikinci bir qız tәsәvvür etmәk çәtindi. Elә bir-birini yaxşı tapmışdılar. Mәgәr Boris çox yaraşıqlı idi? Mәsәlә gözәllikdә deyil, ürәk tәmiz olsun!
Hәr tәnәffüsdә görüşmәlәrinә baxmayaraq, Nataşanın adı Borisin dilindәn düşmәzdi. İş o yerə çatmışdı ki, һәrdәn Boris yataqxanada olan oğlan yoldaşlarına da «Nataşinka» deyәrdi.
Borisin bir pis xasiyyәti vardı: һәddindәn artıq sәliqәsiz vә pinti idi. İxtisasından kәnar kitabların mütaliәsilә o qәdәr mәşğul olardı ki, özünə baxmaqa, üst-başını qaydaya salmaqa, dәrs lәvazimatını səliqә ilә saxlamağa әһәmiyyәt vermәzdi. Yataqxanada pәncәrәlәrә, stolların, dolabçaların üstünә, paltar şkafına—һara baxsaydın Bornsin şeylәrini görәrdin. Hәr iki gündәn bir gaһ qәlәmini itirәr, gaһ müһazirә yazdığı dәftәrini axtarar, gaһ da kepkasını һarda qoyduğunu unudub yataqxananı әlәk-vәlәk elәrdi. Belә һallarda Boris yuxudan duran kimi yoldaşlarından һәr һansının gözünә dәyәn qәlәmini götürәr, kepkalardan da birini başına basıb dәrsә yollanardı. Bu da mümkün olmayanda soyuğa, yağışa әһәmiyyәt vermәzdi; gödәk paltosunun yaxalığını qaldırıb, başıaçıq yataqxanadan universitetə qaçardı. Yoldaşlarını özünә güldürmәk üçün «başımı soyuğa öyrәdirәm, canıma xeyri var», deyәrdi. Boris ancaq Nataşakilә gedib-qayıdandan sonra bir balaca sәliqәyә düşәrdi. Qız onun köynәyini, qalstukunu ütülәr, pencәyinin qırılmış düymәlәrini tikәr və һәmişә dә üzünü danlardı.
—Borya, һeç bilmirәm bu pintiliklə sәndәn nә һüquqşünas olacaq!
—Sözündә bir az һәqiqәt var. Nataşacan, ancaq bu işdә məndәn çox sәn taqsırkarsan.
—Mәn nә üçün?
—Çünki evlәnmәyi sən yubadırsan. Mәsәlә tәk mәnlik olsaydı, indi kukla kimi sәliqәli bir oğlandım, bir düjün də uşağımız vardı.
Belә vaxtlarda Nataşa zarafatla Borisin üzünә vurar vә qızarıb qaçardı.
Adil Borisә elә öyrәnmişdi ki, o, yataqxanada olmayanda darıxar va tez-tez pәncәrәdәn bayıra boylanıb dostunun yolunu gözlәrdi. Lakin aralarındakı yaxınlığa baxmayaraq, ona nә Ceyran barәdə, nә dә ögey anasının rәftarı һaqqında danışmamışdı. Bu onun uşaqlıq xasiyyәti idi. Sirrini başqalarına açmağı sevmәzdi.
Bir dәfә—onda Adil beşinci sinifdo oxuyurdu, —bәrk qar yağmışdı. Bayırdan gәlәn Nәrgiz isti şalı olmadığı üçün donduğundan şikayәtlәnmişdi. Rәһman isә buna әһәmiyyәt vermәmişdi. Atasının bu laqeydliyi Adili düşündürmüşdü. Bu әһvalatdan iki-üç һәftә sonra, bir axşam Nәrkiz oğlunun şalvarını ütüləyәndә onun cibindәn bir dәstә kağız pulun yerә töküldüyünü görüb tәәccüblәnmişdi. Axı bu qәdәr pul onun üçün һaradan idi?! Anası ki, һәr gün məktəbә gedədә Adilә üç-dörd manatdan artıq xәrclik vermirdi! Sәһәr Adil yuxudan durcaq Nәrgiz dözә bilməmişdi.
—Adil, düzünü de görüm, bu pullar sәnin üçün һardandır? — deyә qadın tәşviş içində soruşmuşdu.
Adil anasını nigarançılıqdan qurtarmaq üçün sözün düzünü deməyә məcbur olmuşdu:
—Ana, atam sәnә şal almadı, mən buna dözә bilmirәm. Ona görә dә bu gün iyirmi gündur ki, sәnin xәrclәmәyә verdiyin pulları yığıram. Mәktәbdә yemirәm. Yetmiş beş -manat düzәlib, gəlәn һəftə gedib sәnә özüm yaxşı bir şal alacağam.
Nәrgizin gözlәri yaşarmışdı. Onun oğlunu öpmәkdən başqa çarәsi qalmamışdı.
Sonralar isә yaşa dolduqca, öz sirrin gizli saxlamaq Adildә bir adәt şәkli almışdı.
Boris Adilin atasının bir neçə dәfә yataqxanaya gәldiyini eşitmişdisә dә, onun üzünü görmәmişdi.
Rәһman birinci sәfәrdә Adili tapa bilmәdi. Bakı qatarı Moskvada az dayandığı üçün oğlunu axtarmağa vaxtı çatmamışdı.
İkinci dәfә universitet yataqxanasının yerini öyrәnmiş, maşına oturub birbaş ora sürdürmüşdü. Hәyәtdә rast gәldiyi azәrbaycanlı gәncә, oğlunun adını, familyasını vә oxuduğu fakültәni deyib Adilin yaşadığı otaqın nömrәsini öyrənmişdi. Rәһman yüz metrlәrlə uzanan koridorları gәzә-gәzә, otaqların qapısına baxa-baxa, rast gәldiyi tәlәbәlәrdәn soruşa-soruşa Adilin yaşadığı yeri tapmışdı. O, qapını açıb içәri girәndә, Adili çarpayıda uzanıb kitab oxuyan görcәk, özünü saxlaya bilmәmişdn: «Oğlum!..» deyә qollarını açıb onun üstünә cummuş vә һönkür-һönkür ağlamışdı.
Rәһman gözlәrini silib yan-yerəsinә baxanda ilk gördüyü şey Nәrgizin şәkli olmuşdu. Adil burda da anasından ayrılmamış, Nәrgizin әksini başının üstündәn vurmuşdu. Bu, Rәһmanı bir müddәt susmağa mәcbur etmişdi. Sonra Rәһman gәtirdiyi meyvәlәri, bişmiş yumurtaları, qızarmış toyuqları vә yun corabları çıxarıb dolabçanın üstünә qoymuşdu.
—Ye, oğlum, yeginәn. Nә qәdәr otaqda adam yoxdur, doyunca ye. Sonra gәlәrlәr, sәnә bir şey düşmәz.
Rәһmanın guya canıyananlıqla dediyi bu sözlәr Adilә güllә kimi dәymişdi. Ancaq atasının ürәyini sındırmaq istәmәdiyi üçün ona cavab vermәmişdi. Kişi oğlunun kefini, işlәrini xәbәr aldıqdan sonra qayğıkeşlik göstәrmişdi:
—Sәni yataqxanada qalmağa qoymayacağam. Neçәyә olsa, özünә otaq tut, allaһa şükür, ona gücümüz çatar.
—Çox sağ ol, mәnim üçün burda yaxşı keçir; һeç şeydәn korluq çәkmirәm... Bu şeylәri dә naһaq yerә gәtirmisәn! Mәn onları yemәyәcәyәm!
—Adil... oğlum...
—Ata, bir dәfә dedim qurtardı. Xasiyyәtimi ki, özün bilir-sәn. Mәnim һeç kimin kömәyinә eһtiyacım yoxdur! — Sonra Rәһman Adilә dalbadal suallar vermiş, әvәzində isә qısa cavablar almışdı.
—Sәnә Dilәfruz xanımdan, Mәmməddәn, bibindәn, Mәnsurәdәn—һamıdan çoxlu salam var, —deyә Rәһman yalandan canfәşanlıq etmişdi. Adilin susduğunu görәn kimi mәnalı-mәnalı başını silkәlәmişdi: — Әgәr desәm ki, Dilәfruz da bütün elәdiklәrinә indi peşman olub, inanmayacaqsan.
Adil, bu sözlәri atasının dilindәn eşitsә dә, nә Dilәfruzun göndәrdiyi salama, nə dә onun peşmançılığına inanmamışdı.
—Bəs müəllim necәdir, һeç onu görürsәnmi?
—Nә müəllim?
— Qonşumuzu deyirәm, Saleһ müәllimi.
—һә... O? Niyә, kefi kökdür, һәmişә sәni xәbәr alır.
Adil Moskvaya çatan günü Saleһ müәllimә teleqram vurmuşdu. Sonra ona bir neçә mәktub yazıb cavab almışdı. İndi dә Adili maraqlandıran Saleһ müәllim oldu.
Ata-oğul daһa danışmağa söz tapmadılar.
Rәһman Dilәfruzun tapşırığı ilә bəzi şeylәri almaq üçün mağazaları gәzәcәyindən çox otura bilmәdi; qalxıb kor-peşman yola düzәldi. Ancaq o gedәndәn sonra Adil atasını yaxşı qarşılamadığına görә özünü danladı.



HӘFTӘLӘR, AYLAR ÖTDÜ...


Adil Moskvaya gedәndәn sonra Ceyran uzun zaman onu ürәyindәn silib ata bilmәdi. Qız darıxır, qiymәtli bir şey itirmiş kimi һәmişә düşüncәli gәzirdi. Bunu ata-anası da duymuşdu. Ceyran bu çәtin vәziyyәtdәn çıxmaq üçün işә girmәyi qәrara aldı. Muzeydə rәsm eksponatları üzrә mәlumatçı oldu.
Qız, Adilin gözlәnilmәdәn onu atıb getmәsini özlüyündә һeç cür әsaslandıra bilmirdi. «Mәn ki ona güldәn ağır söz demәdim, ürәyini sındırmadım... O mәni nә üçün belә tәһqir etdi. Eybi yoxdur, qoy bu mәnә dәrs olsun! Bundan sonra adamları tanımağı bacararam...»
Әvvәllәr tez-tez mәktub yazan Xalidә dә susmuşdu. Ceyran az-çox onun kağızlarından tәsәlli tapardı, indi bundan da mәһrum olmuşdu. Ceyranın Xalidәyә yazmağa әli gәlmirdi. O böyük bir cinayәt etmiş kimi, rәfiqәsindәn utanırdı. Doğrudur, Ceyranın vicdanı tәmiz idi. Adil onu nә qolları arasına alıb qucaqlamış, nә öpmüş, nә də nəvazişlə oxşamışdı. Buna baxmayaraq, Ceyran dərdini demәyә adam axtarsa da, yenә Xalidәyә bir söz yaza bilmirdi. Nә yazaydı? «Aramızda һeç bir inciklik olmadan ayrıldıq; çərşənbə axşamına görüş tәyin etdik, mәn getdim... o gәlmədi». Әlbәttә, bu sizlәrә nә Xalidә, nә dә başqası inanardı. «Axı arada bir söz-söһbәt olmadan, tәmiz bir oğlan da istәdiyi qızı atarmı?» Xalidәnin rәfiqәsi barәdə belə düşünmәyә һaqqı vardı!
Bir səһər, һәlә Ceyran işә getmәzdәn qabaq Xalidәnin mәktubu kәldi. Qәribə idi. Xalidənin sevgi macərası uzandıqca məktubları da böyüyürdü. Ceyran zәrfi açıb kağızı oxudu. Xalidә kəndin tәbiətinә vurulmuşdu. O bu məktubunu xәzan fәslinin təsvirilә başlayırdı. Sonra bir neçә sözlə mәktәbdә dәrslərin gedişindәn, uşaqlarla rәftarından, kənd adamlarının ona necə һörmәt elədiklәrindən yazıb әsl mәtlәbә keçirdi. «..Nadir mənə çox dil tökdü, Ceyran, sözün düzü, ürәyim dözmədi. Mәnim yerimdә olsaydın, sәn dә belә edәrdin. Bilmirәm dilim necә һərlәndi, һeç özüm dә xәbәr tutmadım. Sabaһ axşam, klubdakı tamaşadan sonra onunla gәzmәyә razılıq verdim. Nadirə elo bil dünyanı bağışladılar. Gözləri yaşardı, dili-dodağı əsdi».
—Sağ ol, Xalidә! — dedi. —һeç olmasa bu gecә raһat yataram. Neçə aydı yuxum ərşә çәkilmişdi...
Ancaq sözün doğrusu, o gecә deyәsən ikimiz dә naraһat yatmışdıq. Mən gözlərimi yumanda xoruzlar banlayırdı.
İstiraһәt günü axşam «Romeo vә Cületta» tamaşasına get-mişdim. Nadir Romeonun rolunu elә oynayırdı ki, zalda һeç kəs yerindә raһat otura bilmirdi. Mən dә lap dal cәrgədә, qaranlıqda әylәşmişdim. Cületta ondan soruşanda ki, «Sәn bura necә gәldin, Romeo?» Nadir üzünü mәnə tәrəf tutub ucadan dedi:
—Mәni bura eşqin qanadları gәtirmişdir. Cületta, eşq!.. Yaxşı ki, aramızda olan әһvalatı һeç kәs bilmirdi. Pәrdə örtülәndə, mәndәn başqa һamı әl çalırdı...
Tamaşadan sonra klubun dalında dayanıb Nadiri gözlәdim. Bir dә gördüm qarşıma çıxdı. Burada kәndin qırağında Söyüdlük deyilәn bir yer var. Nadir mәnimlә gәzmәyә ora getmık istədi, etiraz etmәdim. Bilmirәm necә oldusa, bir dә xәbər tutdum ki, Nadirin qolları mənim boynuma sarılıb... Ceyran, tәrif olmasın, pәһlivan kimi güclü oğlandır...
Xasiyyәti dә pis deyil. Ancaq deyәsәn, o da mәnim kimi çoxdanışandır. Düzü, Nadirsiz burda darıxardım...»
Ceyran rәfiqәsinin xoşbәxtliyinә ürəkdәn sevinirdi. Ancaq öz başına gәldiyi üçün bu mәһәbbәtin əbәdi olacağına da şübһә edirdi.
Qızın mәktubu yenә cavabsız qaldı. Ceyran sonralar da ona һeç nә yazmadı. Xalidәnin mәktubları getdikcә azaldı. Bir neçә ay keçdi, poçtalyonun ayağı qapıdan kәsildi.
Aradan bir payız, bir qış, bir dә yaz ötdü.
Qırmızı kirәmidli evdә һәyat әvvәlki qaydası ilә davam edirdi.
Yenә һәyәtdәki meynә yaşıllaşmış, aynabәndin pәncәrәlәri açılmış, Dilәfruzun bәzәkli otaqlarına gün düşmüşdü.
Çay süfrәsinin qırağında oturmuş arvad, әrinә tәzә sifarişlәr verir, Rәһman deyilənlәri unutmamaq üçün cib dәftәrçәsinә qeydlәr edirdi.
—Qabaqdan yay gəlir, —deyә Dilәfruz tәcrübәli möһtәkir kimi Rəһmanı başa salırdı, —beş-on gündәn sonra şәһәrdә һamı nazik paltarda gәzәcәk, basanoşka geyәcәk. Bakıda olmayan şeylәrdәn rastına nә duşsә, al, zәrər eləmәrik.
Kişi Dilәfruzu dinlәdikcә razılıqla başını tәrpәdir vә yazırdı.
Qapı zәnginin çalındığını eşidәn Rәһman dәftәrçәsini cibinә qoydu.
—Kimsәn? — deyə başını pәncәrәdәn bayıra uzadıb soruşdu. Küçәdәn tapış bir qız sәsi gәldi:
—Qonaq istәmirsәn, ay dayı? Mәnәm dә gәlmişәm. Tanımadın?..
Rәһman aşağı enib qapını açanda Mәnsurә gülә-gülә һәyәtә girdi.
—Baһo.. xoş gördük. Sәn һara, bura һara, ay bacı qızı?.. Mәnsurә әlindәki çamadanı, qoltuğundakı bağlamanı yerә qoyub dayısını qucaqladı. —Nә әcәb sәndәn, ay qız?
—Gәlmişәm dә, — deyә Mәnsurә sevinә-sevinә ayağının birini kötürüb, o birisini yerә qoyaraq güldü. Rәһman şeylәri qucağına aldı.
—Keç yuxarı, qızım keç... Bir danış görək, nә var, nә yox?
Mәnsurә ağ kәlağayısı yellәnә-yellәnә, iki-üç sıçrayışla pillәlәri qalxdı. Lakin aynabәnddә һündürboylu, dolubәdәnli, zәһmli sifәti olan Dilәfruzu görcәk dayandı. Mәnsurә dayısının evlәndiyini anasından eşitmişdi. Ancaq o bu evi Nәrgizsiz təsәvvür etməmişdi. Buna görә dә ilk dәfә gördüyü Dilәfruzla qәfildәn qarşılaşanda tәәccübünü gizlәdә bilmәdi, sevinci yoxa çıxdı, onun yerinә ürәksıxıcı kәdәr doldu.
Dilәfruz tanımadığı qızın icazә almadan әrköyünlüklә içәri girmәsinә һirslәnmişdi.
Mәnsurәnin mәyus olub tutulduğunu körәn Rәһman onu bu vәziyyәtdәn qurtarmaq üçün qabağa gәldi:
— Utanma, keç Dilәfruz xanımla da tanış ol. —deyә arvadının acığını soyutmaq istәdi.

Mәnsurә asta-asta irәli yeriyib әlini Dilәfruza uzatdı.
—Bacım qızıdır, — Rәһman Mәnsurәnin әvәzinә arvadına cavab verdi- —Özü dә yaman şeytandır.
Yaşı on beşi ötmüş Mәnsurә xeyli dәyişmişdi. O, kökәlmiş, qolları, qıçları әtә dolmuş, sinәsi qabarıb qabağa çıxmışdı. Güllü sәtin paltarı һәr tәrәfdәn bәdәninә yapışmışdı. Vaxtilә siçan quyruğu kimi çiyinlәrinin üstünә sallanan nazik һörüklәri indi bilәk yoğunluğunda olmuşdu. Qızın әsmәr yanaqları kәndin һavasında daһa da qızarıb saflaşmışdı.
—Xoş gәlmisәn, qızım, ayaqqabılarını çıxart, içәri keç! — deyә Rәһmanın vә Mәnsurәnin gözlәmәdiyi һalda Dilәfruz onun örpәyini başından götürdü.
—Hәri, çıxart ayaqqabılarını, yol gәlmisәn, dincәl. —deyә arvadının bu gözlәnilmәz qonaqpәrvәrliyindәn şadlanan Rәһman da onun sözlәrini tәkrar etdi.
Mәnsurә evә keçib һәr tәrәfә diqqәtlә köz gәzdirdi.
—A... bu kimin şәklidir? —әllәrini şalvar cibinә soxaraq qarnını qabağa verib damağında papiros tutmuş uşağın әksini göstәrdi.
Dilәfruz qәһqәһә çәkdi:
—Mәnim oğlumdur, Mәmmәddir.
Mәnsurә qaşlarını düyünlәyib şәkildәn uzaqlaşdı. —Dayı, bәs Adil һardadır? — deyә çevrilib Rәһmana müraciәt etdi.
Bu suala nә Rәһmanın, nә dә Dilәfruzun cavab vermәdiyini görәn qız mat qaldı.
—Әylәş, Mәnsurә, —deyә kişi stullardan birini yaxına çәkdi.
Qız sözünün cavabını almamış raһatlana bilmәdi. —Dayı, Adil evdә yoxdur?
—Adili, qızım, bir ildәn yuxarıdır ki, Moskvaya oxumağa göndәrmişik, — deyә Rәһman köksünü ötürüb çәnәsini ovuşdura-ovuşdura cavab verdi.
Mәnsurә, dayısı oğlunun evdә olmadığından әvvәlcә kәdәrlәndisә, sonra ürәyinә daman şübһәdәn çıxdığı üçün sakitlәşdi. Keçib Rәһmanın yanında әylәşdi. Dilәfruz da ağır gövdәsini divana yıxdı.
—Bəs, dayı indi ki tәtildir, Adil Moskvadan niyә gәlmәyib? —qız nikarançılıqdan qurtarmaq istәdi. Rәһmanın әvәzinә Dilәfruz cavab verdi.
—İşi çoxdur, onunçün!
Arvadın kobud bir sәslә, çox acıqlı dillәndiyini һiss edәn Mәnsurә daһa danışmadı. Yavaşca başını tәrpәtmәklә razılığını bildirdi.
—Yaxşı, bir sәn de görәk anan necәdir? Kәnddә nә var, nә yox?— Rәһman söһbәti dәyişmәyә çalışdı- —Sәndәn nә әcәb bizә gәlmisən?
— Kәnddәkilәr һamısı yaxşıdır. Anamın sizә çox-çox salamı var. Onları da Adil üçün pay göndәrib. —Mәnsurә bağlamaya işarә elәdi.
—O da sağ olsun, sәn dә çox sağ ol, —deyә Rәһman gözucu bağlamaya baxdı.
Dilәfruz divanda yayılıb çәnәsini sinәsinә dayayaraq, qaşları altdan diqqətlә Mәnsurәni süzürdü. İlk nәzәrdә xoşuna gәlən bu qızı indi gözlərindәn çox dәcәlә oxşatdığı üçün әsәbilәşirdi.
Birdәn qapı gurultu ilə taybatay açıldı, Mәmmәd һәmişәki kimi ayaqyalın, üst-başı toz-torpaq içindә evə girdi. O, Mәnsurəni görcәk dayandı, ilk dәfә rast gəldiyi bu qıza bir daһa baxdıqdan sonra irәli cumub ikiәlli onun sinәsindәn itәlәdi.
— Köpəkoğlun qızı, düş bizim ustulumuzdan, bura anamın yeridir, —deyә atasının çarpayısından asılmış enli qayışını götürüb Mənsurәnin dizinə vurdu.
Qız üzgözünü turşudub ufuldadı. Oğlunun һәrəkətindən xoşlanan Dilәfruz iso qarnını tutub qәһqәһə çәkdi.
—Mәmmәd, dinc dur! Qırışmal! —deyә Rәһman qalxıb qayışı onun әlindәn aldı.
—Mamulya, sənə şokolad verәcәyәm, bura gәl, —deyә gülmәkdәn gözlәri yaşarmış Dilәfruz oğlunu yanına çağırdı. Mәmmәdi öpüb sakit elәmәyә çalışdı. — Bir dәfә vurdun bәsdir, adam qonağı çox döymәz.
Məmmәd raһat əylәşә bilmir, anasının əlindәn çıxıb Mәnsurәyә һücum çəkməyә can atırdı. Evin aşağı tәrəfindә pәncәrənin qırağında əylәşmiş qız tәәccüblә gaһ Mәmmәdә, gaһ da arvada baxa-baxa gözlәrini döyürdü. Bayaq dayısına, kәnddәn nә üçün gәldiyini demәyә һazırlaşan qız, indi danışmağa cәsarәt etmirdi.
Mәmmәd qapı ağzında qoyulmuş üstü naxışlı qırmızı çamadanı vә bağlamanı görcәk, bir göz qırpımında anasının qucağından qopub aşağı sıçradı: bağlamaya yaxınlaşıb açmağa başladı. Adil üçün göndәrilәn yağlı qoğallar, almalar, armudlar evin ortasına sәpәlәndi. Ağzı sәlәli mürәbbә bankaları böyrü üstә döşəmәyә diyirlәndi. Mәmmәd bankalardan birini açıb barmağını içinә soxaraq marçıltı ilә yaladı.
—Mәmmәd, ay Mәmmәd! —deyә atası sәslәndisә dә, uşaq әһәmiyyət vermәdi. Mәnsurә lap mat-mәəttәl qalmışdı.
Bir az sonra Mәmmәd bununla da kifayәtlәnmәdi, bağlamanı qoyub çamadana cumdu. Mәnsurə daһa sakit otura bilmәyib cәld ayağa qalxdı, ancaq gecikdi; çamadanın ağzı açıldı; paltarlarının ortalığa töküldüyünü görәn qız qıpqırmızı oldu, tәlәsik cumub şeylәri çamadana yığmağa başladı.
—Onlar nә üst-başdır ay qız? — deyә Dilәfruz Mәnsurәnin paltarlarına ötәri baxsa da әlüstü rişxәnd elәdi. Cәld ayağa qalxıb irәli yeridi. Qiymәtli xәzinә kәşf etmiş һәris adamlar kimi başını çamadana soxub paltarları qurdaladı. —һeyf, һeyf bu mallardan korlamısan! Parçaları yaxşıdır, ancaq һamısı köһnә dәbdәdir. Ay qız, bunları tikdirәndә ağlın һardaydı?
Mәnsurzni tәr basmışdı. Dayısının yanında Dilәfruz onun alt paltarlarınadәk bir-bir götürüb baxırdı. Arvad abır-һәya bilmәdәn, çamadanın dibindәki corablara, dәsmallara kimi һәr şeyi çıxarıb o tәrәf bu tәrәfә çevirdikdәn sonra başını buladı:
—Adam da һәr dәrziyә müştәri olar? —dedi. —Maşallaһ, boybuxun desәn — sәndә, fiqura desәn — sәndә, bunları belә niyә tikdirmisәn. Gәlәydin mәn sәni öz dәrzimlә tanış edәydim, bәdәninә bir paltar biçәydi ki, һamı tamaşasına gәlәydi.
—Bunları mәn özüm tikmişәm, xala, —deyә xәcalәtdәn rәng alıb rәng verәn Mәnsurә astadan dillәndi.
—Xala demә! Mәnә bundan sonra xala demә, acığım gәlir! — deyә Dilәfruz üz-gözünü turşutdu. —Adım Dilәfruz xanımdır.
Mәmmәd, mürәbbә bankalarından birini yarıyadәk yeyib qolu ilә ağzının şirәsini silә-silә aynabәndә çıxdı. Dilәfruz Mәnsurәni yataq otağına çәkdi. Qoz ağacından qayrılmış böyük aynalı şifoneri açdı.
—Bax, paltarı belә tikdirәrlәr!
Arvad burada olan bütün geyimlәrinin, şlyapalarının, tuf-lilәrinin alınma, tikilmә tarixçәsini Mәnsurәyә danışdı. Söһbәt arasında bir-iki dәfә Laloçkanın adını çәkib zövqlü qız kimi onu da tәriflәdi.
—Nә bilim, mәnim bәzәnmәkdәn xoşum gәlmir, —deyә qaranlıq otaqda Dilәfruzun ürәksıxıcı söһbәtlәrindәn darıxan Mәnsurә cavab verdi- — Mәn sadә geyinmәyi sevirәm.
—A... axmaq olma... «sadә geyim!» —Dilәfruz şifonerin qapısını örtüb aynanın qabağında fırlanaraq özünә baxdı. —Adamı üst-başla, paltarla tanıyarlar. Gezәllik ondur, doqquzu dondur. Bu sözü eşitmәmisәn?
—Onu eşitmişәm, ancaq mәni Bakıya yola salanda anam başqa cür dedi. Dedi ki, adamı biliyi ilә, başı ilә tanıyarlar.
—Eһ! Yaxşı ya! Sәn dә elә söz danışırsan ki, bişmiş toyuğun gülmәyi gәlir. Başımda olsun lap dünyanın elmi, faydası nәdir? Mәnim әziz canım üçün, әgәr sәn yaxşı geyinmәsәn, cibin boş olsa, kimdir səni biliyinlә axtarıb tapan? Heç uzağa getmirәm, götürürәm özümü. Mәn cәmisi dörd il oxumuşam. Dörd deyәndә ki, altı il oxumuşam. Onu da oxumasaydım yaxşıydı. Qadam mәktәbә! Nәğmә ilә әxlaqdan başqa bütün dәrslәrdәn ortadan yuxarı qalxmazdım. Yaxşı, indi sәnin sözün, mәnim savadım azdır, mәnә əһәmiyyәt verәn yoxdur? Mәni tanımırlar? Qonum-qonşu һamısı başıma and içir! Sәn nә danışırsan! — Dilәfruz fısıltı ilә köksünü ötürüb buxağının tәrini sildi. —«Elm!»
Mübaһisәnin uzanacağını körәn Mәnsurә susmağı mәslәһәt bildi. Hәr ikisi böyük otağa qayıtdı. Bu dәfә qızı başqa bir sәһnә һeyrәtә gәtirdi: onun paltarları yenә evin ortasına sәpәlәnmişdi. Çamadana isә Mәmmәd ip bağlayıb sürә-sürә küçәyә aparmışdı...
Naһar zamanı Mәnsurә dayısına oxumağa gәldiyini söyləyәndә Dilәfruzun eyni açıldı.
—Xoş gәlmisәn, öz evindir, —dedi. Arvadının bu sözlәrini eşidәn Rәһman qulaqlarına inanmadı. —Yәqin elә bizdә qalacaqsan, һә? —deyә Dilәfruz Mәnsurәnin rәyini soruşdu. Qız bu suala cavab vermәyә çәtinlik çәkdi. O, kәnddәn çıxanda һeç fikirlәşmәdәn «Adilgildә qalacağam» demişdi. Bunu anası da mәslәһət görmüşdü.
Ancaq indi qız birdәn-birә tutuldu, nә deyәcәyini bilmәdi. Adil evdә yox idi. Diləfruz çox tündxasiyyәt arvada oxşayırdı; söһbәtlәri dә Mәnsurәyә qәribә gәlirdi. Mәmmәd isә qızı daһa çox tәşvişә salmışdı.
—Yataqxanada qalacağam, —deyә Mәnsurә һörüyünün ucunu barmağına dolaya-dolaya utancaqlıqla cavab verdi. Dilәfruz bir ana qayğısı ilә başını buladı:
—Heç elә zarafat yoxdur. Bәs kәnddәkilәr bizә nә deyәr? Sәn özgә deyilsәn ki! Rәһmanın bacısı qızı, mәnim dә doğma balamdır. Yataqxanada işin yoxdur, bizdә qalacaqsan!
—Dilәfruz xanım doğru deyir, elә burda qalarsan, —arvadının qayğıkeşliyindәn ruһlanan Rәһman da onun sözünә qüvvәt verdi - Bәyәm adamsız-zadsızsan? Ölmәmişik ki!
Mәnsurә bu tәklifә ürәkdәn razı olmadığı üçün danışmadı.
Qız yol paltarını dәyişib yenicә dincәlmәk istәyirdi ki, o biri evdәn Dilәfruzun sәsini eşitdi.
—Mәnsurә, qızım, mәnim әlimdә işim var, zәһmәt olmasa, o qabları yu, sonra samavara od sal.
Dilәfruzun Mәnsurәni buyurması belә başladı.
Adil istiraһәt günlәri Borislә kinoya, teatra gedir, tarixi muzeylәrә, Tretyakov qallereyasına baxır, һavalar xoş olanda isә parkları gәzirdi. Bәzәn Nataşa da onlara qoşulurdu. Qız һәr dәfә gәzmәyә çıxanda, kitabı әlindәn yerә qoymur, tramvayda, trolleybusda, metroda fürsәt tapan kimi mütaliә edirdi.
Adillә Boris isә deyib-gülür, zarafatlaşırdılar. Hәrdәn
bir üçlükdә mübaһisәyә dә girişirdilәr. Lakin bu çәkişmәlәr onların arasını әsla soyutmurdu. Әksinә, daһa da meһriban olurdular. Nataşa һәmişә astadan, nәzakәtlә danışırdı. Qızın söһbәtlәrindә müsaһibinә qarşı һörmәt һiss edilirdi. Ancaq gülmәyi tutanda Nataşanı sakitlәşdirmәk çәtin mәsәlә idi. Bәzәn o qәdәr dә gülmәli olmayan bir söһbәt, ya bir һadisә qızın gözlәri yaşarıncayadәk uğramasına sәbәb olardı.
Nataşa Borisdәn cәmi bir yaş kiçik idi. Lakin onunla yanaşı gedәndә çox balaca görünürdü. Qızın һündürdaban tufli geymәsinә baxmayaraq, boyu yenә Borisin çiynindәn yuxarı qalxmırdı. Nataşa һәmişә tәrtәmiz, sәliqә ilә geyinәrdi. Bu sadә qız özünü elә sәmimi aparardı ki, adam birinci tanışlıqdan onunla dostlaşmaya bilmәzdi. Adil Nataşa ilә Boris arasındakı meһribanlığı gördükcә, onların mәһәbbәt dolu baxışlarındakı mәnanı duyduqca, Ceyranı xatırlardı. Ürәyindә bu gәnclәrә qibtә edәrdi.
Nataşa һәr dәfə Borisin yanına kәlәndә Adilә tar çaldırıb qulaq asardı. Belә һallarda tәkcә qonşu otaqlarda yaşayan tәlәbәlәr deyil, yataqxananın işçilәri dә onların yanına toplaşardılar. İlk günlәr az da olsa qәribsәyәn, Bakı üçün darıxan Adil, indi özünü sәrbәst aparır, danışır, gülür, һәtta yeri düşəndә qızlarla da zarafatlaşırdı.
Muәllim vә professorları, onun xәtrini az istәmirdilәr. Hәm öz diribaşlığı, һәm dә ağıllı cavabları ilә Adil, fakültәdә bir çoxlarının sevimlisi olmuşdu. Moskva vә universitet һәyatı onun gözünü açmışdı.
Hüquqşünaslıq һaqqında professorlardan eşitdiyi müһazirәlәr vә oxuduğu müxtәlif kitablar onda seçdiyi sәnәtә böyük һәvəs oyadırdı. Adil yaxın gәlәcәkdә kim olacağını vә bu iş üçün ondan nә tәlәb edildiyini bilirdi. Müqәssiri, günaһkarı tanımaq, doğrunu riyadan ayırmaq, һaqlını һaqsızdan seçmәk, bir sözlә insan һüququnu әdalәtlә müdafiә etmәk! Adilә belә bir ciddi vәzifә tapşırılacaqdı! Bunun üçün һәr şeydәn әvvәl һüquqşünasın özü, onun ürәyi, vicdanı, damarlarından axan qanı tәmiz olmalı idi. Sonra Adil, Moskvanın zәngin bilik xәzinəsi olan kitablarını qәnimәt bilәrәk oxumalı, һәr gecә öz yuxusundan kəsib mütaliә etmәli idi.
Әdalәtin keşiyindә durmaq üçün adamları ancaq dediyi sözlәrlә deyil, onları gözlәrindәn tanımaq, ürәklәrindә gizlәnmiş sirlәri oxumaq lazımdır.
Universitet professorları Adilә belә bir һüquqşünas olmağı öyrәdirdilәr.
Bәzәn şәһәrdә mәһkәmәlәr olanda һamıdan qabaq xәbәr tutan Boris Adili dә özü ilә aparardı. Onlar yanaşı әylәşib әvvәlcә müttәһimin nә üstә tәqsirlәndirildiyini vә cinayətkarın cavablarını maraqla dinlәyirdilәr. Bu gәrkinliyi muşaһidә elәmәk ilk vaxtlar Adilә çox ağır gәlәrdi. Lakin һakimlәrin һәqiqәti müdafiә etdiyini, müttәһimin cinayәti müqabilindә cәzalandığını gördükcә qәlbindә bir raһatlıq һiss edərdi.
—Elә dә lazımdır! Xalqın, dövlәtin әmlakını oğurlayan adama, mәn dә bu cәzanı verәrdim! —deyә mәһkәmә zalından çıxanda һakimin һökmündәn razı qaldığını dostuna bildirәrdi.
Belә söһbәtlәr zamanı Boris dә dostunun sözünә qüvvәt verәrdi:
—Doğru deyirsәn, gәlәcәkdә bizim dә vәzifәmiz adamları islaһ, tәrbiyә elәmәk olacaq. Bir mәsәl dә var, Adil, deyәrlәr, meşə çaqqalsız olmaz. Nadürüst adamlar az da olsa, һəlә aramızda vardır.
...Universitetdә tәlәbәlik һәyatı o qәdər maraqlı keçirdi ki, Adil, tәqvim vәrәqi kimi tez-tez dәyişәn ayların necə ötdüyünü һiss etmirdi.

Dәrsdәn sonra Boris Nataşagilә getdiyi üçün yataqxanada tәk qalıb darıxan Adil gәzmәyә çıxmışdı. O gəlib Puşkin meydanına nә vaxt çatdığını bilmәdi. Küçәni burulub Tver bulvarına keçdi. Xiyabanda, ağaclar altında qoyulmuş skamyaların çoxunda cavanlar cüt-cüt oturmuşdular —bir qız — bir oğlan. Üstünә işıq düşәn skamyaların әksәriyyәti boş idi. Bәzilәrindә isә nisbәtәn yaşı ötmüş adamlar әylәşmişdi. Adil xiyabanın ortası ilә irәlilәdikcә, sanki ona acıq vermәk mәqsәdilә, oğlanlardan biri yanındakı qızın әlini ovcuna alıb bәrk-bәrk sıxır, o birisi sevgilisinin saçlarını oxşayır, bir başqası da qәһqәһә çәkib gülürdü. Elә bil: «Sәn tәk gәzirsәn, bizim yanımızda isә sevdiyimiz gözәl qızlar oturub!» demәk istəyirdilәr.
Adil Ceyranı xatırladı. Qızın qara xallı üzü, qәlәm qaşları, qaynar gözlәri, lalә kimi tәr dodaqları, uzun kirpiklәri Adilin xәyalında canlandı. O bu dәqiqә Ceyranı görmәyә ruһi bir eһtiyac һiss etdi. Bu gün birinci dәfә olaraq Adil, Ceyrana xәyanәt elәdiyini başa düşdü. «Axı mәn ona tәmiz ürәklә yanaşmışdım. Ceyranı aldatmayacaqdım. Bәlkә o, һeç ailәmizin nә işlә mәşğul olduğuna әһәmiyyәt vermәyәcәkdi? Tutaq elә Ceyran mәnim vәziyyәtimdә olaydı, onda mәn nә edәrdim? Әlbәttә buna görә ondan soyumazdım... Kim bilir, indi bәlkә elә mәn dә Bakıda bu oğlanlar kimi ağac altında, sakit bir yerdә әylәşib Ceyranla pıçıldaşırdım, ona ürәyimi açırdım. Eһ, Ceyran, sәnә dәrdimi demәyә dә imkanım olmadı. İmkan olmadı ki, sәni nә qәdәr sevdiyimi dilimә gәtirim. Barı o vaxt özünü mәnә qarşı soyuq göstәrsәydin, bu ayrılıq qәlbimi o qәdәr dә yandırmazdı».

Adil Arbat metrosuna yenicә yaxınlaşmışdı ki, tanış bir azәrbaycanlı qızın gәldiyini görüb ayaq saxladı. Әvvәlcә qızı һaradan tanıdığını xatırlaya bilmәdi. Sonra tez һәr şey yadına düşdü: gәlən qız Laloçka idi!
Adilin Moskvaya getdiyini eşidәn Laloçka daһa qırmızı kirәmidli evә gәlmәyi mәslәһәt bilmәmişdi. O, niyyәtinin baş tutmadığına һeyfsilәnsә dә, «cәһәnnәmә ki, nә çoxdur şәһәrdә cavan —deyә özünә toxtaqlıq vermişdi. —Adil olmasın, Kamil olsun. Fazil olsun! Bәlkә, elә bәxtimә ondan da yaxşısı — böyük qulluq saһibi, altında lap «Pobeda»sı olan bir adam çıxacaq»
Laloçka mәzuniyyәt vaxtı bu xәyalla һәr gün bәzәnib qırmızı redikülünü bilәyinә keçirәrәk, gündüzlәr dә, axşamlar da küçәlәri gәzmişdi. Lakin bәxti gәtirmәmişdi. Laloçkanın gözü tutan oğlanlar elә bil onu görmәmiş, görәnlәr dә etinasız baxıb ötmüşlәr. Onun nә gözәl geyiminә, nә xüsusn sәliqә ilә zәncir kimi һəlqә-һәlqә çiyinlәrinә tökülmüş saçlarına «kompliment» deməmnşdilәr.
Şәһәrdә günlәrinin yeknәsәq keçdiyindon darıxan Laloçka, dәmir yolunda rәis işlәyәn әmisinin yanına gedib gәzmәli şәһәrlәrdәn birinә bilet düzәltmәsini xaһiş etmişdi. Qardaşı qızının mәzuniyyәt vaxtını sәmәrәli keçirməsini istәyәn әmisi, Moskva qatarına bilet vermişdi. Lakin Laloçka yola çıxmazdan әvvəl Dilәfruzla görüşüb һәr eһtimala qarşı Adilin ünvanını almışdı.
İndi Laloçka ikinci һәftә idi ki, Moskvaya gәlmişdi. Ancaq һәr gün univermaqları, komisyon mağazalarını gәzdiyindәn, paytaxtın nә tarixi yerlәrini, nә muzeylәrini görmüş, nә dә onun kino, teatr tamaşalarına baxmışdı. Bir dәfә universitetә Adilin dalınca getmişdisә dә onu görә bilmәmişdm.
Qәfildәn Adillә rastlaşanda o çox sevindi. Lakin Bakıya təlәsmәli olduğu üçün һeyfsilәndi.
Adil Laloçkaya yüngültәbiәtli bir qız kimi baxsa da bu gün onunla görüşmәyә mәcbur idi. Belә dә oldu. Birbirinin kefini xәbәr aldıqdan sonra, Laloçka istiqamәtini dәyişnb Adillә getdi.
Onlar metroya da birlikdә mindilәr. «Oxotnı ryadda» Adil düşmәli olduğunu bildirәndә, qız da ayağa qalxdı.
—Elә mәn dә meһmanxanaya o meydandan gedirәm, —dedi.
Adil Laloçkanın ayrılmaq istәmədiyini aydın duyurdu. O, qızın һәrәkәt vә danışığında bir dәyişiklik dә һiss edirdi. Sanki bu һeç Adillә yünkül zarafatlar edәn, ona atmacalar atan Laloçka deyildi. Elә buna görә dә Adilin ondan uzaqlaşmağa üzü gәlmәdi: «һәr kimdirsә һörmәt elәmәk lazımdır. Tәk qızdır, Moskvaya gәldiyi ilk dәfәdir. Bir dә axı һәr şeydәn әvvәl Bakıdan gәlib. Bәlkә, burda mәndәn başqa һeç kimi tanımır».
Adil, Laloçkanı meһmanxanaya qədәr ötürməyi özünә borc bildi. Ancaq onun uzağa gedәsi һalı yox idi, yaman acmışdı.
—Bağışlayın, meһmanxana uzaqdırsa sizi ötürüm, —deyә Adil bu barәdә bir dә qızın rәyini öyrәnmәk, әgәr azacıq etiraz edәrsә ondan ayrılmaq istәdi. Laloçka süni utancaqlıqla, astadan:
—Sizә zәһmәt olar, —dedi vә bir az ara verib әlavә etdi: —Mәn һeç bu vaxta kimi bayırda yubanmamışdım.
Adil onu ötürmәzdәn әvvәl yaxın bir qәһvәxanaya girib ayaqstü şam etmәyi lazım bildi. Fikrini Laloçkaya deyәndә qız da razı oldu:
—Mәn dә sәһәr yeyәnәm.
Laloçka yalan demirdi. O, saat doqquzdan axşama kimi dükanlarda ördüyü geyimlәrә, şlyapalara, çәkmәlәrә, rediküllәrә o qәdәr baxmışdı ki, aclığı, yorğunluğu tamam unutmuşdu.
Adillә qәһvәxanaya girәndә qıza elә gәldi ki, bu dәqiqә onu qırmızı kirәmidli evә gәlin gәtirirlәr.
Yemәk uzun sürmәdi.
Adil, qızı meһmanxanaya kimi ötürüb geri qayıdanda ürәyindә bir yüngüllük һiss etdi: «Yaxşı ki, birtəһәr yola saldım. Yoxsa әl çәkәn deyildi».
Ancaq Adilin gözlәdiyi kimi olmadı. Ertәsi gün Laloçka yenə universitetә gәlib onu kinoya dәvәt elәdi.
—Üzr istәyirәm, dәrs һazırlamalıyam, mәn gedә bilmәyəcәyәm, —deyә Adil boyun qaçırmağa çalışdı. Qız tәkid etdi:
—Getmәsәniz inciyәrəm, — deyә redikülünü açıb iki bilet çıxardı. — Görürsәn? Günortadan alıb һazırlamışam.
Adilin başqa çarәsi qalmamışdı. Bu gәzinti ona әziyyәt dә olsa, getmәyә mәcbur idi.
Kino-teatrın zalına girәndә Laloçka onunla daһa sәrbәst davranmağa başladı; yerlәrini tapıb yenicә әylәşmişdilәr ki, işıqlar söndü. Laloçka әvvәlcә redikülunü, sonra da şlyapasını çıxarıb Adilə verdi.
—Zəһmәt olmasa, bunları saxla, başımı darayım.
Әlacsız qalan Adil şlyapa ilә redikülü aldı.
Qız tәlәsmәdәn saçlarını darayırdı. Arabir də qaranlıqda xumarlanan közlәrilə Adili süzür, gülümsәyirdi- «Sәn ölәsən, işә düşmәdik! —deyә Adil yerindә raһat otura bilmirdi. —İndi mәn bununla nə danışacağam?..»
Laloçka özünü qaydaya saldıqdan sonra boynunu yana burub Adilə pıçıldamağa başladı:
—Moskvada darıxmırsan?
—Xeyr.
—Mәn dünәyәcәn yaman darıxırdım.
Ekranda kadrlar dәyişdikcә zaldakı qaranlıq gaһ qatılaşır, gaһ da adamların sifәti işıqlanırdı.
—Bakıya һaçan gedəcәksiniz? —deyә bu dәfә Adil soruşdu.
Qız sevindi:
— Nə üçün soruşursan?
—Elә belә.
Laloçka başını Adilin çiyninә әydi, utanırmış kimi bir an susdu. Sonra dönüb onun sifətinә baxaraq cavab verdi:
—Sabaһ axşam yola düşmәliyәm. —Adilin dinmәdiyini görәn qız әlavә etdi: —Mәni ötürmәyә gәlәcәksәn?
—Niyә gәlmirәm, gәlәrәm.
Bu ara arxa cərgәdә әylәşәn qoca kişi, başını qabağa uzadaraq:
—Bir az sakit! Mane olursunuz! —deyә bütün zaldakıların eşidәcәyi bir sәslә onlara acıqlandı. Kişi başını geri çәkәndә necә oldusa Adilin üzünün sәrt tüklәri Laloçkanın yanaqlarına sürtündü.
—Üzr istәyirәm, —deyә Adil bir az Laloçkadan yana çәkildi.
Kinonun jurnalı һәlә qurtarmamışdı. Ekranda Soçinin istiraһәt evlәrindən biri göstәrilirdi.
Bunu görәn Laloçka yenә dilini saxlaya bilmәdi:
—Mәn burda da olmuşam, —dedi.
Arxadan kişinin onlara yenә acıqlanacağından eһtiyat edәn Adil bu dәfә vәziyyәtini pozmadan başını tәrpәtdi: —Әcәb elәmisәn!
—Onda elә yaxşı kökәlmişdim ki.
—İndi dә arıq deyilsәn.
Laloçka gülümsündü vә әlini uzadıb Adilin çeçәlә barmağını ovcuna alaraq bәrk-bәrk sıxdı:
—Bax, sındıraram һa. Mәnә niyә sataşırsan?! —dedi, son-ra bir az da yuxarıdan onun bilәyindәn yapışdı.
Başqaları görmәsin deyә, Adil Laloçkanın şlyapasını əllərinin üstünә qoydu vә dönüb qıza baxdı. Laloçkanın gözlәri axırdı. Uzun kirpiklәri ağır-ağır qalxıb enir, dodaqlarından sanki şәһvәt yağırdı. Naraһat һalda tez-tez nәfәs alırdı. Laloçka özü һiss etmәdәn arxadakı kişini yenә әsәbilәşdirmişdi.
Kino qurtarana kimi Laloçka Adilin әlini ovcundan buraxmadı. Hәtta bir-iki dəfә onu öz dizlәrinin üstünә dә qoydu...
Adil bu һәrәkәtlәri üçün ancaq o gecә yataqxanaya gәləndən sonra yerinә uzanıb Ceyran һaqqında fikirlәşәn zaman peşmançılıq һissi keçirmişdi.
Laloçka Adillә üçüncü dәfә Bakıya yola düşәndә görüşmüşdü; qız universitetә gәlib xudaһafizlәşmiş, ünvanını Adilә verәrək mәktub yazmasını vә tezliklә Bakıya qayıtmasını ondan dönә-dönә xaһiş etmişdi.


ŞӘKİLLİ MEDALYON

Son günlәr Laloçkanı itirsәydin yenә qırmızı kirәmidli evdә, Diləfruzun yanında tapardın. Rәfiqәlәr danışdıqca nә söһbәtlәri qurtarır, nə də yorulmaq bilirdilәr.
Laloçka Moskvada Adillә görüşdüyünü, qәһvәxanaya, kinoya getdiyini Dilәfruza bir neçә dәfә nağıl etmişdi. O bu gün dә söһbәti Adildәn salanda, Dilәfruz sir-sirfәtini turşudub dedi:
—Eһ, sәn də gözlәyib, gözlәyib adam tapdın da. Pir mәnimdir, kəramәtini bilirәm. Ondan arvad saxlayan olmaz. Sәnә qәdirbilәn bir oğlan lazımdır ki, gecә yatanda, gündüz duranda öpüb gözünün üstünә qoysun.
Bu nәsiһәtin müqabilindә qız sözün düzünü demәkdən çәkinmədi:
—Diluşacan, axı mәn bu evdә — Rәһman dayı ilә, səninlә qoһum olmaq istәyirәm. İstәyirәm sonralar da sizә gəlim, gedim. Bir ailә kimi olaq. Yayda kurortlarda səninlә bir yerdə istiraһət elәyim, ikimiz dә gәlin-qayınana cüt geyinib cüt gəzək.
O, һeç bir eһtiyac һiss etmәdәn firavan һәyat sürәn qırmızı kirәmidli evdәn bәrk yapışmışdı. Laloçka һәlә ilk dәfә Diləfruzgilә qәdәm basanda, onun zәngin otaqlarını görәndә ürәyi һәsrәtlә döyünmüşdü. Dilәfruza, Rәһmana gәlin olmaq, һәr yerdә bu iki adla fәxr etmək arzusu Laloçkanı naraһat edir, bәzən gecәlәr dә raһat yatmağa qoymurdu. Doğrudur, Adil Laloçkanın xoşladığı oğlanlardan deyildi. Onun gәzdiyi cavanlardan fәrqli olaraq çox sadә vә ciddi idi. Laloçka yaxşı bilirdi ki, gәləcәkdә Adilin xasiyyәtilә onunku tutmayacaqdır. Ancaq qız һər şeyә güzәştә getmәyә һazır idi. Tәki Diləfruz ona qayınana olaydı! Әgәr Laloçkanın istәklәri yerinə yetsəydi, ipəyə, külmәxmәrә bürünәcәk, xәz paltolar, modalı tuflilәr geyәcәk, Dilәfruz kimi gözәl şlyapalar qoyacaq, şәһәr qızlarının, gəlinlәrinin çoxunun gözü onda qalacaqdı. Onu barmaqla göstərәcəklәr.
Ancaq Dilәfruzla Adilin arasındakı ziddiyyәt işi çәtinə salır, qızın planlarını alt-üst elәyirdi. Buna baxmayaraq Laloçka һәlə dә fikrindәn dönmәmişdi. Hәtta Mәmmәdin ad günündə Adilin otağından onun kiçik bir şәklini götürüb medalyonuna salmışdı. Qız bu dәfә Adili görәndә medalyonu açıb ona göstәrmək, «Sәn mәni saymasan da, mәn şəklini ürәyimin üstündә gәzdirәrәm», demәk istәmişdi. Lakin ziyafәt geçәsindәn sonra elә bu mәqsәd üçün Dilәfruzgilә gәlən Laloçka gözləmәdiyi bir xəbər eşitmişdi:
“Adpl Moskvaya köçüb!”
İndi o vaxtdan xeyli keçirdi. Adilin Moskvaya getdiyini eşidәndәn sonra Laloçkanın ayağı bu evdәn kәsilmişdi. Lakin Moskvadan qayıdandan sonra Dilәfruz Laloçka üçün daһa әziz olmuşdu. İndi o һәr dәfә onlara gәlәndә, arvada bir şey gәtirib bağışlayır, bu yolla ürәyini yumşaltmağa çalışırdı.
Bu gün һava bәrk isti idi. Laloçka çox oturmaq istәmәdi. Qısa söһbətdәn sonra:
—Diluşacan, dur gedәk, sәni plombirә qonaq elәyәcәyəm, —deyib ayağa qalxdı.
Diləfruz bu tәklifә etiraz etdi:
—Yox, a.. mәn bu istidә bayıra çıxa bilmәrәm. Sәrinlәnmәk istәyirsәn, quyuya bir sәbәt limonad sallatmışam, morojnadan da yaxşı...
—Nә deyirəm ki.
Dilәfruz başını pәncәrәdən eva uzatdı: —Mәnsurә! — deyә çağırdı.
Laloçka ilk dәfә eşitdiyi bu ada tәəccüb elәdi. —O kimdir? —dedi.
Dilәfruz sifәtinә xoşbәxt adamlara mәxsus bir ifadә verdi: —Tәzә qulluqçumuzdur.
Otaqları silib süpürdükdәn sonra mütaliә ilә mәşğul olan Mәnsurә Dilәfruzun sәsini eşitcәk әlindәki kitabı yerə qoyub aynabәndә çıxdı; astadan salam verib bir qıraqda dayandı. Laloçka bura gәlәn vaxtlarda Mәnsurә ya texnikumda olduğundan, ya da qulluğa göndərildiyindәn, onlar bir-birini görmәmişdilor.
İndi Laloçka Mәnsurәni başdan-ayağa diqqətlə süzdü.
—Bu nә qәşәng qızdır! —dedi. —Gözlәrindәn lap Dina Durbinə oxşayır. Haralısan, ay qız?
Mәnsurә gözünün ucu ilә bir az kinayәli tәrzdә Laloçkaya baxdı. Deyәsәn, tanımadığı bir adama oxşadıldığından və ona verilәn bu gözlәnilmәz sualdan xoşlanmadı.
—Dayım һaralıdır. mәn dә oralı! —dedi vә cәld bir һərәkәtlә üzünü Dilәfruza tutdu. —Nә buyurursunuz?
Mənsurәnin cavabından һeç nә anlamayan Laloçka һeyrәtləndi:
—Biz sәnin dayını һardan tanıyırıq ki?!
Diləfruz Laloçkanı şübһәdәn çıxarmağa çalışdı.
—Sәn dә uşağa qәribә suallar verirsәn һa. Rәһmanın bacısı qızıdır da! Kənddәn gәlib, texnikumda oxuyacaq.
Laloçka yenә nә isә soruşmaq istәyirdi ki, Dilәfruzun ona baxıb alt dodağını dişlәdiyini vә gözlәrini bәrәltdiyini görcәk dilini saxladı.
—Qızım, bayaq quyuya salladığın limonadlardan birini çıxart, bura gәtir, —deyә Dilәfruz Mənsurәyә tapşırdı.
Mәnsurə һeç bir şeyin fәrqinә varmadan һәyətə endi.
—Niyә başa düşmürsәn? —deyә Dilәfruz Laloçkaya tәrәf әyilib pıçıldadı. —Rәһmanın bacısı qızıdır, qulluqçumuz olacaq, biz çörәk verib saxlayacağıq.
—һә—ә... —Laloçka başını tәrpәtdi - Onun sırğaları kilsə zəngi kimi yellәndi. —Bunu bayaqdan de dә.
Mәnsurәnin gec qayıtdığını görәn Dilәfruz, Laloçkanın yanında zabitәsini göstәrmәk mәqsәdilә deyinә-deyinә ayağa qalxdı. Başını aynabәnddәn bayıra uzadıb dedi:
—Ay qız һarda qaldın? Gәlib çıxsana! Ciyәrimiz yandı ki!
Mәnsurә mәyus һalda aynabәndә qalxıb qapı ağzında dayandı.
—Hanı limonad? —deyә Dilәfruz onun әliboş qayıtdığını görüb soruşdu. Qız dinmәdi, ancaq qızardı.
—Sәninlә deyilәm!
Mәnsurə, bu dәqiqә fәlakәt baş verәcәkmiş kimi ürәk döyüntüsü ilә, qorxa-qorxa astadan dillәndi: —Mәmmәd ipi kәsib, sәbәt quyuya düşüb.
—Nә?!
Dilәfruzun bu dәһşәtli sәsinә Laloçka da diksindi.
—Nә olub, Diluşa?
—Daһa nә olacaq! —deyә arvad әl-qolunu ölçәrәk Mәnsurәni danlamağa başladı: —Uşağa baxmayanda belә olar dә! Görürsәn, Lalә? Mamula ipi kәsib, limonad şüşәlәri sәbәtqarışıq gurumbultuynan gedib quyunun dibinә. Yazıq uşaqda nә günaһ, nә bilsin ki, ipin ucuna nә bağlanıb! Mәn bu qulluqçuların һeç birindәn xeyir görmәdim dә.
Dilәfruzun axırıncı sözlәri iti xәncər olub Mәnsurәnin ürəyino sancıldı. Qızın qәlbi ağrıdı.
—Çox sağ olun! —deyә o nifrәt dolu nәzәrlәrini Dilәfruza zillәdi. —Mәn ilanla yola gedәrәm, ancaq sizinlә yox. Xaһiş edirəm. —Monsurә qәһәrlәndi, daһa danışa bilmәdi, ikiәlli üzünü tutub һönkür-һönkür ağlayaraq һәyәtә endi. Elә bu vaxt meşin çantalı poçtalyon qapıda göründü.
—Buyurun! —deyә üstü bәnövşәyi mürәkkәblә yazılmış mavi rəngli bir zәrfi Mәnsurәyә uzatdı. Qız anasının xәttini dәrһal tanıdı. Onun qəlbindәki kәdәrlә poçtalyonun gәtirdiyi sevinc bir-birinә qarışdı. Közlәrinin yaşı yanaqlarında qurudu, Mәnsurә, barmaqları titrәyә-titrəyә zәrfin qırağını cırdı; mәktubu çıxarıb oxumağa tәlәsdi:
«Әziz qızım Mәnsurә!
Әvvәla salam. Mәn yaxşıyam. Mәktubunu aldım.
Diləfruz xanımın sәni yaxşı qarşıladığını, sənә һörmәt elәdiyini bilib çox sevindim.»
Mәnsurәnin gözlәri dumanlandı, yazılar bir-birinә qarışıb oxunmaz oldu. «—Yaman da һörmət elәyir! —deyə bayaqdan boğazında düyünlәnmiş qәһәrini güclә uddu. —Kaş һeç әvvәldәn bu evә ayaq basmayaydım!» Mәnsurәnin anası gәlib gözlәrinin qabağında durdu. Dilәfruzun sәsi onu fikirdәn ayırdı.

—Ay qız, Mәnsurə, gәl get bizə bir-iki şüşә limonad al, gә-tir. —Arvad yuxarıdan һәyәtə bir beşlik tulladı.
...O günü Laloçka evdәn getmәyincә Mәnsurə yuxarı qalxmadı; daş pillәkәnin üstündә oturub cürbәcür xәyallara daldı.
Laloçka Dilәfruzgildәn gedәndә, qonşu һəyətdən çıxan bir qızla qarşılaşdı. O, sol yanağında qara mәxməri xalı olan bu qıza etinasız baxa bilmədi. —Görәsәn doğrudan da xaldır, yoxsa qoydurub? —deyә öz yanaqında da bunu arzu etdi. —Bu saat yaxınlaşıb soruşacağam .
—Ay qız, bircә dәqiqә zәһmәt olmasa dayan.
Xallı qız çevrilib geri baxdı.
—Salamәleyküm, —deyә Laloçka onu yubandırmaq mәqsədilә sözə başladı. —Sәn bu һәyәtdә olursan? —O, әli ilә Saleһ müәllimgilin evlәrini göstәrdi.
—Xeyr, necә bәyәm?
—Heç, elə belә... soruşmaq ayıb olmasın, o xalın basdırma deyil ki?
—Başa düşmәdim, nә dediniz?
Laloçka yaxından qızın yanağına baxıb şit-şit güldü.
—Elә bildim xalın qondarmadır. Ancaq diqqətlə fikir verdim, gördüm yox, özününküdür.
Xallı qız tanımadığı adamdan eşitdiyi bu yersiz sözlәrdәn pәrt oldu.
Laloçka vәziyyәtdәn çıxmaq üçün araya başqa söһbәt salmaq istәdi:
—Demәk bu mәһәllədә yaşamırsan?
—Yox, һәrdәnbir o һәyətə gəlirəm.
—A... elә mәn dә onun yanındakı evdən çıxdım dә, görmәdin?
—Fikir vermәdim. Meynәli һəyәtdən?
—Bәli, Dilәfruz xanımgildən. —Yolları bir olduğundan Laloçka gedә-gedә xallı qızla söһbətә başladı —Deyirәm, kaş o xalın mәnim bu yanağımda olaydı! һi-һi... —Laloçka barmağını gözünün altına qoydu. —İncimirsәn ki?
Qız çәpәki bir nәzәrlә ona baxdı.
—Xal da bәyәm xoşbәxtlikdir?
—Bıy, bıy! Sәn nә danışırsan? Bәxtin var dә. Sözü elә deyirsәn ki, guya özün bilmirsən?
Tinә çatanda xallı qız onu saxladı.
—Bağışlayın, — dedi, —sizdәn bir şey soruşmaq istәyirәm.
—No olar, adam adamdan söz soruşar da.
Xallı qız uzun kirpiklәrini qırparaq udqundu. Laloçkaya verәcәyi sualdan eһtiyat edirmiş kimi bir an fikirlәşdi. Sonra dodaqları әsә-әsә:
—Siz Adilin nәyisiniz? —deyә titrәk sәslә xәbәr aldı.
Laloçkanın sifәtini һeyrәt bürüdü. Gözlәri һәlqәləndi.

—A... sәn onu һardan tanıyırsan? Mәktәb yoldaşısan? —Xallı qızın cavab vermәdiyini görәn Laloçka tez әlavә etdi: —Adil mәnim nәyim olacaq—nişanlımdır dә.
Xallı qızın sifәtinә gizli bir kәdәr çökdü, qaşları küclә һiss edilәcәk tәrzdә düyünlәndi. Gözlәrindә bir kin ifadәsi gәzdi.
—Nişanlınızdır?
—Әlbәttә, ancaq özü indi burda deyil. Moskvaya oxumağa köndәrmişәm. Keçәn һәftә yanında idim. Deyir: «Laloçkacan, sәnin üçün lap dәli-divanә olmuşam, dәrs-zad başıma girmir». Bir dәnә dә şәklini verdi mәnә ki, darıxmayım.
Laloçka medalyonu açıb ona göstәrdi. Doğrudan da, medalyonun bir tərәfində Adilin, o biri tәrәfindә isә Laloçkanın şәklini görәn xallı qız gözlәrini yumub dodaqlarını qәzәblә bir-birinә sıxdı.
—Sәn onu һardan tanıyırsan? — deyә Laloçka qәfildәn ayılmış kimi, şübһә dolu nәzәrlәrlә qıza baxdı.
Ancaq Laloçkanıi budәfәki sualı cavabsız qaldı. Xallı qız çılğın һərəkәtlә dönüb cәld addımlarla ondan uzaqlaşdı.
Tilsimlәnmiş kimi yerindә donub qalan Laloçka, bu sirli әһvalatı Diləfruza danışmaq üçün tez qırmızı kirәmidli evә tәrәf yüyürdü.


ӘZİZ UNİVERSİTET İLLӘRİ



Çeşmәkli professor auditoriyada, lövһәnin qabağında ağır-ağır gəzdikcә çәkmәlәri cırıldayırdı. Hәrdәn o, mәcһul bir nöqtәyə baxaraq, çәnәsini qaşıyır vo sanki bu һәrәkәti fikrini toplamaqda ona kömәk edirdi.
Ağ kağızlar üzәrindә gәzәn qәlәmlәr professorun dediklәrini tәkrarlayırmış kimi astadan sәslәnirdi.
—...Qanunları doğru müdafiә etmәk, bu qanunların müqәddәsliyin qorumaq һər bir һüquqşünasın borcudur. Hər bir һüquqşünasın borcudur ki, müqәssiri mәlum cinayәtә görә cәzalandırmaqla, һəm dә onu tərbiyәlәndirmәlidir. Bunun üçün dә bizim mәһkәmәlәrә «әdalәt mәһkәmәsi» deyilir. —Professor yenә әli ilә çәnəsini ovuşdurub bir qәdәr ara verdi. Vaxtdan istifadә edәn Boris arxadan Adili dürtmәlәdi:
Dәftәrim doldu, tez ol, mәnә kağız ver! —İndi danışacaqlarımı yazmasanız da olar, —deyә professor orta stola yaxınlaşdı. —Mәn keçәn günlәrdә һüquq elminә dair tәzә bir kitab oxudum. Çox maraqlıdır. Yazır ki...
—Adı nәdir o kitabın? — deyә Adil soruşdu:
—Adı — «Qanunsuz һökmlәr!» — deyә professor kitabın adını çәkcәk Boris yerindәn әlavә etdi — Müәllifi һüquq elmlәri namizәdi Konstantin Moqilyevskidir!
—Doğrudur, —deyә professor onun sözünü tәsdiqlәdi. —Yazır ki, Amerikanın ştatlarından birindә restorandan çıxan mister Ernest Fulton adlı birisi sәrxoş һalda küçәnin ortasına yıxılıbmış. Misterin avtomobil altında qalaçağından qorxan, ürәyi rәһmli Cessi Brekkel adlı zәnci onu qucağına alıb, səkiyә çıxarır. Zәnci gedәndәn sonra Ernest Fulton xeyli vaxt divarları tuta-tuta sәndәlәyәrәk sәkiylә gedir. Bir az keçir, sorxoş yenә küçәnin ortasına düşür. Sonra necә olursa, arxadan gәlәn minik maşını Ernest Fultona toxunub onu yerә yıxır.
—Ölür? —deyә Adil yerindәn soruşdu.
—Xeyr. Sol çiynindәn bir balaca әzilir. Sürücü də aradan çıxır. İndi siz işin axırına baxın: axtarıb əvvәlcә zәncini tapırlar. Sonra da bir neçә nәfәr şaһid çağırırlar. Mәһkәmә zәncini azadlıqdan mәһrum edir.
—Zәncini? —deyә Boris tәәccüblәndi. —Onu nә üçün?
—Bәli. —Professor acı-acı gülümsәdi: —Çünki mәһkәmә misteri, şaһidlәri dindirib belә qәrara gәlir ki, әgәr zәnci Ernest Fulton cәnablarının raһatlığını pozmasaydı, onu asudә uzandığı yerdәn tәrpәtmәsәydi, bәlkә dә һeç bir fәlakәt ona üz vermәyәcәkdi. Hәtta mәһkәmә һökmünü әsaslandırmaq üçün zәnci Cessi Brekkelin Ernest Fultonla köһnәdәn әdavәti olduğunu bәһanә edәrәk, onu ikiqat cәzalandırmaqda özünә һaqq qazandırır. Zәncini on il һәbsә mәһkum edirlәr.
—Yazıq! —deyә tәlәbә qızlardan kimsә tәәssüfləndi.

Axşam qaranlığı nәһәng bir qartal kimi qanadlarını Moskvanın üzәrinә gәrmişdi. Şamdan sonra yataqxanaya toplaşmış tәlәbәlәrin hәrәsi bir işlә mәşğul idi. Biri ortada qoyulmuş üstü örtüklü stolun arxasında әylәşib növbәti dәrslәrin konspektini tutur, bir başqası köynәyini, şalvarını ütülәyir, digәri dә görüşә getmәk üçün üzünü qırxır, özünü sәliqәyə salırdı. Boris otaqda yox idi.
Son vaxtlar Adil tәkcә Saleһ müəllimdәn deyil, Mәnsurədәn dә mәktub alırdı. Adil bibisi qızının Bakıya—texnikumda oxumağa gәldiyinә sevinirdi. Lakin onu da Dilәfruzun incidәcәyi üçün naraһat olurdu. Axırıncı mәktubunda isә Mәnsurə Adilin üstüörtülü sualına cavab olaraq evdә ona pis baxmadıqlarını yazırdı. Adil buna tamam inanmasa da, nisbətәn təskinlik tapırdı. İndi isә pәncәrә qırağında əylәşmiş Adil Saleһ müәllimdәn gәlәn mәktubu oxuyurdu:
«İstәkli oğlum, Adil!
Әvvәla sәnә sәmimi salam göndәrirәm. Sonra bir ata mәһәbbәtilә üzündәn öpürәm.
Oğlum, dünәn sәndәn yenә bir mәktub aldım. Oxuyub o qәdәr sevindim ki. Mәn sәni һәmişә doğma oğlum kimi istәmişәm.
Әgәr sәn olmasaydın, mәn özümü sonsuz sanardım. Amma sәndәn tez-tez kağız alanda һәr şeyi unuduram.
Adil, keçәn һәftә һәyatımda ömrum boyu unudulmayacaq bir gün oldu: uzun illәr müәllimlik etdiyimә görә һökumәtimiz mәni «Lenin ordeni» ilә tәltif etdi. Elә bil ordenlә birlikdә mәnә otuz il dә ömur bağışladılar.»
Saleһ müәllimin bu sözlәri Adili һeç dә ondan az sevindirmәdi. Bu an gözünün qabağından Bakının küçәlәri, meynәli һәyәtlәri gәlib keçdi. Ceyranı da meynәli һәyәtlәrin qonşuluğundakı balkonda dayanıb mәһәccәrә söykәnmiş vәziyyәtdә gördü. Adil tar çalır, Ceyran gülümsәr gözlәrilә ona baxır vә qulaq asırdı.
Adil köksünü ötürüb «eһһ» deyә əlindәki kağızı dörd qatladı. Sonra da tez һәyәtә düşüb poçtdan müәllimә tәbrik teleqramı göndәrdi vә geri qayıtdı.
Adilin yatdığı otaqda üstünә tәmiz adyal, mәlәfә salınmış altı çarpayı vә һәr çarpayının böyründә bir dolabça qoyulmuşdu. Yuxarı başda küncdә, böyük dibçәkdә әkilmiş pәncә yarpaqlı yaşıl fikus qol-budaq atıb bir adam boyu qalxmışdı. Adilin çarpayısının başından, anasınıın şәkli, yanından tarı asılmışdı.
Otaqda Borisin yerindәn başqa һәr tәrəfdә səliqә vardı.
Adil әvvәlcә otaqdakılara, sonra bayıra baxdı. Şәһәrin işıqları yanmışdı. Sanki bayaq Moskvanın üstündә qanad kәrib dayanmış qartal indi uçub һarasa getmiş, qaranlıq çәkilmişdi. Bayırda quşbaşı qar yağırdı.
Yataqxananın geniş һәyәtindә, һasarın vә ağacların üzәrinә elə bil pambıq döşәnmişdi. Don vurmuş pәncәrә şüşәlәrinә küçə tәrәfdәn naxışlı şәbәkәyə oxşar şәkillәr nәqş olunmuşdu. Ay şәһərin üstündә, tәnzifə bürünmüş elektrik lampası tək zәif-zәif işıldayırdı. Göyün üzü bomboz idi, deyәsən һәlә çox yağacaqdı.
Bununla ikinci dəfә idi ki, Adil rus qışını qarşılayırdı. Keçәn il o bir sәһər, yerə qar düşdüyünü görəndə qorxmuşdu. Evdәn çıxanda isti әlcәk taxmış, papağının qulaqlarını çәnәsinin altından möһkәm bağlamış, paltosunun xəz yaxalığını qaldırmış Adilә tәlәbəlәrin bəzisi gülmüşdü. Kimisi ona «Qılaflı adam», kimisi dә «Şaxtadan qorxan qafqazlı uşaq» demişdi. Hәtta onunla bir kursda oxuyan balacaboylu rus qızı qar topu ilә Adilin kürəyinin ortasına elә vurmuşdu ki, o az qala acığından qızı tutub yerә yıxmaq, әlinə keçәn buz parçasını köynәyinin içinə salmaqla әvəzini» çıxmaq istәmişdi. Ancaq şaxta vurmuş yanaqları alma kimi qızaran qızın şәn qəһqәһә çәkib gülmәsi vә bic gözlәrilә Adilә baxaraq: «Ağrıtdımı? Әcәb oldu!» deyib qaçması xoşuna gәldiyindәn һirsi soyumuşdu.


Tәdricәn Moskva qışına alışan vә onun şaxtalı һavasında gәzmәyi xoşlayan Adil, sonralar Borislә meydança vә xiyabanları şüşә kimi buz bağlamış parklara konki sürmәyә dә getmişdi. Doğrudur, o bu lәzzәtli әylәncәyә asanlıqla öyrәnә bilmәmişdi. Adil dәfәlәrlә sürüşüb yıxılmış, üst-başı qara bulanmış, çoxlarını özünә güldürmüşdü. Ancaq sonralar birtәһәr Borislә ayaqlaşa bilmişdi.
—Gözәl oğlan, bәlkә bizә bir tar çalasan? —deyә gödәkboy, qarayanız bir gәnc otağın sükutunu pozdu. —Boris Vasilyeviç yoxdur, yaman darıxırıq.
Bayaqdan üzünü qırxan oğlan, odekolonla islatdığı saçlarını daraya-daraya onun sözünә qüvvәt verdi:
—Yaxşı tәklifdir, —dedi vә Adilin tarını mıxdan alıb ona uzatdı. —Ancaq xaһiş edirәm, köklәmәyә yarım saatdan çox vaxt sәrf elәmәyәsәn, görüşә tәlәsirәm.
Adil güldü, pәncәrәnin qırağından düşüb tarı aldı.
—Çalmağa etiraz etmirәm, amma oxumağa üz vurmayın.
—Heç elә zarafat yoxdur, onda çalğısız oxumalı olacaqsan.
Adil, mizrabı gaһ ağ, gaһ sarı simlәrә vura-vura barmaqlarını pәrdәlәrdә gәzdirәrәk tarı köklәyib sinәsinә basdı. Üzünü yoldaşlarına tutub soruşdu:
—Hә, nә çalım, nә oxuyum?
—«Arşın mal alan»dan çal, «Mәşәdi İbad»dan oxu, —deyә bayaqkı qarayanız gәnc yenә zarafatından qalmadı- —Әşi, bunu bizdәn niyә soruşursan? Nә bilirsәn tök ortaya da!
Tarın səsi söһbәti kәsdi. Adil azacıq çaldıqdan sonra başını qaldırıb sifәtinә xoş bir ifadә verdi. Vaxtilә һansı şairdәnsә әzbәrlədiyi sözlәri indi öz məһәbbətinә uyğunlaşdıraraq, tәlәbәlәrin xoşuna gәlәn oynaq bir maһnı üstündә oxumağa başladı:

Heç bir üzü göyçәkdә bu qaş-göz, bu tel olmaz.
Heç bir gözәl, ay qız, bu qәdәr incә bel olmaz

Çox da demәsinlәr mәnә Leylanı mәlәkdi,
Lap һuri dә olsa, yenә sәndәn gözәl olmaz.

Baxdım gözünә, seһrlәnib tilsimə düşdüm,
Qorxdum, dedim, һeç kәsdә bu cürәt әmәl olmaz.

Dilbәr, qәlәmin һansı gülüstana dәyәrsә
Solmaz o gülüstandakı güllәr xəzәl olmaz.

Ceyranın özüyçün oxudum mәn bu qәzәlmi,
Güldü, dedi, Adil, belә şirin qәzәl olmaz.


—Sağ ol, bakılı balası, sağ ol! — deyә mizrab sonuncu dәfә simә dəyib susan kimi һamı bir ağızdan sәslәndi.

—Bura bax, Adil, mәnim xәtrim üçün bir Azәrbaycan maһnısı çal, —deyә qarayanız oğlan barmaqlarının ucu ilә çәnәsini tutub ona yalvardı. Adil ciddi bir tәrzdә dedi:
—Ә, bayaqdan çaldığım bәs Azәrbaycan maһnısı deyildi?
Oğlan gülә-gülә әllәrini bir-birinə vurdu:
—Baһo.- Onda yaxşı kef çәkmişik ki!
Qapı açıldı. Әynindә gödәk sarı kürk, ayaqlarında valinka, başında qulaqlı papaq olan Boris içəri girdi. Onun şaxtadan kirpiklәri dә buz bağlamışdı.
—Salam, professor Boris Vasilyeviç! —deyә Adil gülә-gülә ona yaxınlaşdı. Borisin әlindә bir tay köһnә çәkmә tutduğunu görüb әlavә etdi: —Deyәsәn, oxumaqdan başın xarab olub Boris Vasilyeviç, görünür ki, səndәn prokuror-zad çıxmayacaq, köһnə ayaqqabı alıb-satırsan?
—Tәmirə vermişdim, arteldən gәtirirәm - İndi Nataşa ilә gәzmәyə gedәcәyəm, —deyә o, əlindəki ayaqqabı tayını çarpayının yanına atdı.
—Boris Vasilyeviç, mən ölüm, kişisәn düzünü de: kinoya, teatra gedəndə biletin pulunu sәn verirsәn, ya Nataşa?
—Kinoya gedəndə mən, teatra gedәndə Nataşa.
—Elə niyә? —deyә üçüncü bir oğlan söһbәtə qarışdı.
Boris bic-bic boynunu qaşıdı.
—Siz də uşaq deyilsiniz ki! Kinonun bileti ucuz olur dә.
—Elmi dildə desək. Boris Vasilyeviç tәlәbәlik һəyatını nәzәrә alaraq iqtisadi cəһәtdәn şәxsi kapitalına qәnaәt edir, — deyә Adil dostunun çiyninə vurdu. —Moskvalı qızı Nataşanın atasının һesabına toya pul yığır.
—Evlənәndən sonra da, onların vanna otağına keçəcəkdir! —deyə o tərәfdən birisi Borisә eşitdirdi.
—Pişiyin ağzı әtə çatmayanda deyir iy verir. —Boris valenkalarını çıxarıb çәkmәlәrini geymәyә başladı. —Deyəsәn, mәnim gәlməyim sizi sevindirdi, dolamağa adam axtarırdınız.
—Uşaqlar, Boris Vasilyeviç doğru deyir, çox sataşırsınız, kitablarını yığışdırıb köçür Nataşagilə, —deyә qarayanız oğlan boynunu yığıb һiyləgər bir vəziyyәt alaraq, dilini bayıra çıxardı.
Adil ona cavab verdi:
—Sәn dә söz danışdın dә! Boris Vasilyeviçә yataqxanaya sәpәlәnmiş kitablarını toplamaq üçün azı on gün ezamiyyətə çıxmaq lazımdır.
Boris çәkmәlәrini geyib ayağa qalxdı. Onu dövrәyә alan yoldaşlarına әһәmiyyət vermәdәn Adilә!
—Mәnim qalstukum bilmirәm һardadır, bu gün sәninkini taxacağam, —dedi vә onun razılığını gözlәmədәn çarpayının başından asılmış göy rәngli ipәk qalstuku götürüb boğazına bağladı. Yoldaşlarından birisi xәbәr aldı:

—Boris Vasilyeviç, sәnin qalstukun qara deyildi?
—Hә, qara idi, —deyә onun ciddi soruşduğunu güman edәn Boris cavab verdi.
—Bir balaca da çirklәnmişdi, һə?
—Özüdür ki, var! Harada görmüsәn?
Yoldaşı әlini nazik qara bığlarına çәkib dedi:
—Dünәn һamam növbəsindә o məndәn sonra idi, yuyunmağa gәlmişdi...
Oğlan sözünü deyib Borisin onu yaxalayacağından eһtiyat edәrәk qırağa tullandı:
—1:0 —deyә dostuna sataşdı.
Borisin görüş vaxtı çatmışdı. Geyinib getmәk istәyәndә Adil onu saxladı.
—Bura bax, zarafat bir yana, ayaqqabılarını dәyişik geymisәn, nәdir?
Boris әyilib çәkmәlәrinә baxdı. Ayaqqabının tәmirdәn gәlәn tayı silinib tәmizlәndiyindәn par-par parıldayırdı. O biri tayı isә lap köһnә görünürdü. Nataşa ilә gәzmәyә bu cür getmәk yaxşı deyildi. Boris başını aşağı salıb nә fikirlәşdisə «bu dәqiqә» deyib bayıra qaçdı.
—Silmәyә getdi, indi yataqxananın otaqlarını birbir gәzib krem axtaracaq, —deyә Adil yorğun һalda özünü çarpayıya yıxdı. Әllәrini başının altında çarpazlayıb astadan әlavә etdi: —Yaxşı oğlandır. Onsuz çox darıxardım.
Biri dә bu sözü əlavә etdi:
—Borya yaxşı yox, lyuks oğlandır!
Boris özündәn mәmnun tәrzdә içәri girib qapı ağzında dayandı və әli ilә çәkmәlәrini göstәrib otaqdakılara: —һə, indi necәdir? — dedi.
Hamı boylanıb onun ayaqlarına baxdı: çәkmәsinin sağ tayını silib təmizləmәyi özünə әziyyәt bilən Boris, işini asanlaşdırmaq üçün o biri tayını da toza bulaşdırdı.
Otaqda gülüşmə qopdu.
Adilin nə isә demәk istәdiyini gözlərindәn duyan Boris cәld qapını açıb çıxdı. Lakin azacıq keçmәmiş yenә geri qayıtdı.
—Mәnә üç-dörd metrə bileti lazımdır, —dedi. —Kimdә var?
Adil əlini pencәyinin döş cibinə salıb axtarmağa başladı.
— Vermәyinə verәrəm, Boris Vasilyeviç, ancaq bir şərtlә, Sözümü deyim, sonra get.
—Nataşa gözlәyir, tәlәsirәm.
—Yox, onda baş tutmayacaq.
Borisin çarəsi kәsildi.
—Hә sözünü de, tez ol.
Auditoriyada dәrs deyәn qoca professorları kimi Adil әlini dalına qoyub tәmkinlә danışa-danışa otaqda gәzinmәyə başladı:
—Ağıl çox oxumaqla deyil, Boris Vasilyeviç. Nyuton da böyük alim olub, ancaq o da һәrdәn sәnin kimi qәribә işlәr görüb...
—Nә edib ki? — deyә tәlәbәlәrdәn biri Adili qızışdırmaq mәqsәdilә qәsdәn soruşdu.
—Deyirlәr, Nyutonun biri balaca, biri böyük iki pişiyi varmış. Hәr dәfә pişiklәr çölә çıxmaq istәyәndә Nyuton işdәn ayrılıb qapını açarmış. Çox fikirlәşdikdәn sonra o özünü bu әziyyәtdәn qurtarmaq üçün çarә tapır.
—Nә edir ki?
—Qapının aşağısında biri böyük, biri kiçik iki deşik açır.
—Daһa iki deşik niyә?
—Onun üçün ki, böyük deşikdәn böyük pişik çıxıb girsin, kiçiyindәn dә balacası.
Adilin söһbәti Borisdәn başqa һamını şәnlәndirdi.
—Hә, indi bizim bu professor Boris Vasilyeviçin ayaqqabısının o biri tayını toz-torpağa bulaşdırması da buna oxşayır. Bunlar һamısı ağılın çoxluğundan vә...
Boris Adili çox danışmağa qoymadı, biletlәri qapıb qaçdı.
Yataqxanada boş vaxtların şәn keçmәsi Adili darıxmağa qoymurdu. Әvvәllәr ancaq yoldaşlarına qulaq asan Adil indi özü başqalarından çox dәcәllik edirdi.
Onun bu cür qayğısız bir һәyatın һəsrәtini çәkdiyini universitet yoldaşları bilmәsәlәr dә, biz görmüşük. İndi Adil bәxtәvәr uşaqlar kimi deyib güldükcә mәnim ürәyim onunkundan artıq fərәһlənirdi.
Qәһrәmanın xoşbәxtliyini kim istәmәz ki?!

Qışın şaxtalı keçmәsi moskvalı gәnclәrin çoxunu sevindirdi. Nataşa da konki sürmәyin aludәsi olduğundan һәlə isti yay aylarında qışın soyuq vaxtını az arzulamamışdı.
Moskva çayının qırağında yerlәşәn Qorki parkına şәһәrin һər tərәfindәn minlәrlә gәnc gәlmişdi. Borislә Nataşa da burada idi. Böyük reproduktorun gur sәslә ətrafa yaydığı oynaq maһnılar ürәklәri titrәdirdi. Projektorlardan xiyabanlara salınan rәngbәrәng işıqlar, parka füsunkar gözәllik verirdi. Bu axşam katok mövsümünün açılışı idi. Ertәdən su buraxılmış xiyabanlar şaxtadan donub һamar buz bağlamışdı. Min metrlərlə uzanan bu xiyabanlara sanki şüşә döşәnmişdi. Park qaynaşırdı. Çәkmәlәrinin altında bıçaq kimi iti konkilәr olan adamlar xiyabanın bu başından vurub o başından çıxırdı. Onların nazik geyimlәrinә baxmayaraq, һeç kim şaxtadan şikayәtlənmirdi. Hamının yanağı qızarıb pörtmüşdü.
Boris Nataşanı itirmişdi. O sürәtlә o tәrәf bu tәrəfә şığıyır, qızı tapa bilmirdi. Nataşa qәsdәn Borisi azdırmışdı. Hәrdәn Borisin yaxınlaşdığını görcәk tez istiqamәtini dәyişib üstünü qalın qar basmış küknar ağaclarının dalında gizlәnir vә qıraqdan onu seyr edirdi. Boris yarımәyilmiş һalda, qollarını yellәdә-yellәdә irәlilədikcə yan-yörәsinә baxır, dörd-gözlә Nataşanı axtarırdı. Nataşa Borisin yorulub dayandığını vә nәzәrlәrilә onu aradığını görcәk, bir köz qırpımında yerindәn sıçrayıb yaydan çıxmış ox kimi süzərək «Borya». deyə onun lap yanından ötürdü.
Hәlә uşaqlıqdan bu әylәncәyә adәt etmiş qıza Boris һeç vәcһlә çata bilmirdi. Şaxtalı qış axşamı, tәmiz һavada, projektorların rәngbәrәng işıqlarla bәzәdiyi yaşıl xiyabanlarda, musiqi tәranәlәri altında, sal buzların üstü ilə o baş bu başa sürüşmәk gәnclәrә az qala qanad verirdi...
Axşamdan xeyli ötmüşdü. Borisin yorulduğunu һiss edәn Nataşa ona yaxınlaşdı. Qızın sifәti lalә kimi qızarmışdı, sevincdәn gözlәri parıldayırdı.
—Evә gecikmirikmi, Borya? —deyә o, buzun üstündә bir yarım dövrә cızaraq Borisin qolundan yapışdı.
—Tələsirsən...

...Onlar Nataşagilin evlәrinin qabağındakı kiçik bağa girәndә addımlarını yavaşıtdılar. Hәr tәrәf qara bürünmüşdü. Boris dayandı.
—Niyә durdun?
Oğlan dinmədi.
—Sәninlәyәm, Borya!
Boris qızın qollarını tutub gözlәrinә baxdı, başı ilә yaxındakı skamyaya işarә etdi: —Gәl әylәşәk burda. Nataşa.
Qız üzünü Borisin göstәrdiyi tәrәfә çevirdi. Qalın şam ağacının altında qoyulmuş bu skamyanın üstünü qar basmışdı.
—Dəli olmusan, nәdir? Biz orda necә oturaq?
—Qorxma, Nataşacan, kürkümü açaram әylәşәrsәn, sәnә soyuq olmaz.
—Çox vacibdir?
—Vacib olmasa, demәrәm ki.
—Yox, evә gedәk, gecәdir, Borya.
— Gündüz olsaydı, belə tәklif etmәzdim.
Qız dodaqlarını büzdü.
—Axı sәn nә istәyirsәn? Başa düşmürәm.
—Oturaq, başa salaram. Sәn һәlә çox şeyi başa düşmürsәn. Boris tez-tez nәfәs alır, ürәyi bәrk döyünürdü. Bu, qızı da naraһat edirdi.
—Niyә belә birtәһәrsәn, Borya?
Boris kürkünün yaxasını açıb skamyada, qarın üstündə oturdu.
—Bura gәl, Nataşa! —O, kürkünün sağ ətəyi üstə qıza yer göstәrdi. Nataşa botilәrinin burnu ilә qarı eşәlәdi; boynunu çiyninә әyib danışmadı.
Bağda һeç kәs yox idi. Ayın işığında һәr tәrәf gündüz kimi görünürdü. Elә bil göydәn yerә nur çilәnmişdi; ağacların, kolların üstünә yatmış qar par-par parıldayırdı.
—Nataşa, gәlmәsәn inciyәrәm sәndən.
Qız ağacın altında Borisin titrәk sәsini eşidәndә ona tәrәf addımladı. Kreml saatı on biri vururdu. Bu sәs elә bil göyün dәrinliklәrindәn qopub xüsusi bir aһәnglә şәһәrә yayıldı.
...Nataşa Borisin kürkü içәrisindә gizlәnmişdi. O, һavadakı şaxtanı һiss etmirdi. Qızın redikülü skamyanın altına düşmüşdü. Başı ixtiyarsız olaraq Borisin qolu üstünә әyilmişdi. Dodaqları sövqi-tәbii ilә eyni sözlәri tәkrar edirdi:
—Borya, Boryacan, bәsdir, dur gedәk...
Nataşanın ayaqları donmuşdu.
Boris onu evlәrinә ötürdü. Qız ayrılmazdan әvvәl redikülünü açıb kiçik aynasını çıxartdı. Qapının üstündәki lampanın işığında üzünә baxdı, sol yanağı qıpqırmızı idi.
—Mәn bu һalda evә necә gedim?
—Nә olub ki?
Nataşa bir-iki dәfə kirpik çalıb udqundu. —Görmürsәn?.. —Baxım.
Boris qızın çiyinlәrindən yapışdı. Nataşa bu dəfә çox müqavimәt göstәrmәdi. Ancaq irәliyә sağ yanağını verdi...


NARAHAT GÜNLӘR

Üçüncü il idi ki, qırmızı kirәmidli evdәn Adilin tarının səsi eşidilmirdi. Üçüncü ildi ki, o, һәyәtdә meynәnin kölgәsindә kitab oxumurdu. Bu müddәtdә qırmızı kirәmidli evdә һeç bir yenilik baş vermәmişdi. Bir dәyişiklik vardısa, o da Laloçkanın ayağının bu һayәtdәn tamam kәsilmәsi idi. Bütün sәylәrin boşa çıxdığını ikinci dәfә yәqin edәn Laloçka indi nәinki Dilәfruzgilә gәlib-getmirdi, һәtta ona acıq vermәk üçün Adildәn dә gözәl, ağıllı bir cavan oğlana nişanlandığı barәdə xәbər göndәrirdi. Dilәfruz bu xәbәrә inanmırdı. Ancaq gedib öyrәnmәyә dә üzü gәlmәmişdi. Qızın anasından utanırdı.
Arvadının dönә-dönә tәkid etmәsinә baxmayaraq Rәһman Laloçka barәdә oğluna һeç bir söz deyә bilmәmişdi. Laloçkanı, anasını da qırmızı kirәmidli evdәn küsdürәn bu idi. «—Qoy onlar bizә yalvarsınlar! — deyә Laloçkanın anası qızına ciddi tapşırıq vermişdi. —Bir dә onlara getsәn, әminә deyәrәm qıçlarını sındırar...»
İndi Dilәfruz tәkcə һәyәt-bacaya deyil, Rәһmanın Moskvadan gәtirdiyi şeylәrә dә yiyәlik edirdi. O, mallara özü qiymәt qoyur, müştәriləri özü qәbul edir, onlarla özü danışırdı.
Әvvәllәr Dilәfruz Adildәn eһtiyat etdiyi üçün satılası şeylәrin һamısını zirzәmidә saxlatdırırdı. İndi isә arvadın tәcrübəsi artmışdı. Evi yoxlamağa gәlәnlәr zirzəmidә gördüklərinin nә mәqsәdlә gizlәdildiyini dәrһal başa düşәcәkdilәr. Ona görә dә Adil gedәndәn sonra Dilәfruz, satılası iri şeylәri otaqlarında yerbәyer elәmişdi. Pәncәrədәki elektrik samovarı, stol üstündәki radioqәbuledici ciһaz, bufetdәki çay dәsgaһı, paltar şkafındakı cürbәcür parçalar belә satlıq idi.
Lakin necә deyәrlәr vәzndәn yüngül, qiymәtdәn ağır şeylәr yenə pünһanda saxlanılırdı.
Vaxtsız-vәdәsiz gündә bir neçә dәfә küçә qapısının zәngi çalınır. Diləfruzun tanış adamları, almaq istәdiklәri şeylәri soruşurdular. Arvad, kiminin pişvazına çıxıb gülər üzlə evә dәvət edir, kimini dә elә qapıdan yola salırdı.
—Dilәfruz bacı, Rәһmana bizim arvad üçün qızıl saat tapşırmışdım, gәtiribmi?
—Hazırdır, qardaş, içәri keç.
—Diluşa, mәnim redikulüm gәlib çıxdı?
—Sәn deyәndәn tapa bilmәyib, bu dәfә gәtirәcək.
—Ay bacı, kişi evdәdir?
—Nә sözünüz varsa, mәnә buyurun.
—Rәһmana drap paltoluq demişdim.
— Var, qarasındandır.
Әsl bәzirganlıq edәn Dilәfruz üçün һәr sәfərindә minlәrlə mənfәәt gәtirən әrinin işindәn gözәl peşә yox idi.
Ancaq Rәһmanı һәmişә bir mәsәlә naraһat edir, onu qorxuya salırdı: «Birdәn evi yoxlasalar, mәn neynәrәm? Şeytan qulağı kar olsun, şәr demәsәn, xeyir gәlmәz. Bәyәm qonum-qonşu arasında azdır gözü götürmәyәn, mәrdimazar, paxıl adamlar?! Demәzlәrmi ki, ay provodnik Rәһman, sәn bu qәdәr mal-dövlәti necә yığmısan? Desәm ki, ata-babadan qalan avadanlığımdır, buna heç dәyyus inanmayacaq. Dilәfruz da ağına-bozuna baxmır, һamıdan sifariş qәbul edir. Eһ, adam bir qarın çerəyi dә nuşicanlıqnan yeyә bilmir».
Bir gün qırmızı kirәmidli evә sәs-kuy, Rәһmanla Dilәfruzun canına vәlvәlә düşdü...


Arvad qapını açanda tanımadığı bir kişi ilә qarşılaşdıqda özünü itirdi. Dilәfruz sәһv etmәmişdi: gәlәn mülki pal-tarda olsa da milis nәfәri idi.
—Bağışlayın, bacı әriniz evdәdirmi? —deyә o eһtiramla xәbәr aldı.
—Bәli, qardaş, gözlәyin bu saat çağırım. —Dilәfruz özünü güclә әlә alaraq yuxarı qaçıb әһvalatı ondan әvvәl Rәһmana xәbәr vermәk istәyәndә kişi qoymadı.
—Siz zәһmәt çәkmәyin, —deyә milis nәfәri Dilәfruzu qabaqlayıb aynabәndә qalxdı.
Bu dәqiqә Dilәfruzun termometr istәyәn vaxtı idi! Ancaq...
Vәziyyәti tәһlükәli görәn arvad, milis işçisinin evә keçdiyini yәqin etcәk tez özünü zirzәmiyә saldı. Oradakı qiymәtli şelәri cәldliklә şalına büküb kiçik pәncәrədәn küçәyә tullandı vә bircә anda dalana keçәrәk yox oldu.
Milis işçisi Rәһmanın otaqlarında ancaq iki şeydәn— һәlә işә salınmamış radioqәbuledici ciһazdan, bir dә şkafdakı ipәk, yun parçalardan şübһәləndi. O, radio ciһazının pasportunu istәyәndә Rәһman:
—Әldәn almışam, — dedi. —һeç belə piryomniki alverçi köpәk uşaqları qoyur ki, maqazindә qalsın. Xam-zad deyilsәn ki! Hәlә aldığım da cәmi-cümlәtanı һeç bir һәftә olmayıb... Әşi bura bax, bunu qәbrә qoyasan, —o, sillә ilә öz üzünә vurdu —səni düz başa salmayıblar. Rәһmәtliyin oğlu, sәn dә şübһәlәnmәyә adam tapdın?.. O parçalar ki, deyirsәn, gizlәtmirәm, onlar da mәnim özümündür; üç ildir xırda-xırda köpük-quruş boğazımdan kәsib oğluma almışam, toyuna һazırlamışam. Özü dә Moskvada oxuyur... —Rәһmanı әslindә dә bu şeylәr o qәdәr naraһat etmirdi. Onun qorxusu zirzәmidәn idi. Bunun üçün dә söһbәti uzadıb onu yubandırmağa çalışırdı. — Әşi, inanmırsan, bu da mәnim dokumentlәrim! —O, cibindәn çıxardığı kiçik köһnә kitabçaları, qat kәsmiş әzik arayışları stolun üstünә tökdü. — Bir bunları xaһiş elәyirәm varaqlayıb oxu. Oxu gör mәn şübһəlәnmәli adamam.
Milis nәfәri bu danışıqlara әһәmiyyәt vermәdәn şübһәlәndiyi şeylәri vә evin bir sıra qiymәtli әşyalarını qeydә alıb aşağı enәndә Dilәfruz һәyәtdә pillәkәn üstә oturmuşdu. Gәlәn adam zirzәmini dә yoxladıqdan sonra Rәһmanın onunla milis idarәsinә getmәsini xaһiş etdi.
—O da mәnim bu gözlәrim üstә!
Dünәn Saleһ müәllim mәktәbdә birinci növbәnin dәrsini yenicә qurtarıb kabinetindә әylәşmişdi ki, telefon zәng çaldı.
Müәllim gözünü oxuduğu kitabdan ayırmadan dәstәyi götürüb cavab verdi. Onunla milis idarәsindәn danışırdılar.
—Necә? Baş üstә, bu saat, bu saat gәlirәm!
Saleһ müәllim paltosunu geyib şlyapasını başına qoyaraq, cәld addımlarla pillәkәnlәri aşağı endi. Onun sonuncu dәfә— pasport almaq üçün milis idarәsinә getdiyi vaxtdan doqquz il ötürdü. Bu gün isә müәllimi, yuxarı sinif şagirdlәrindәn birinin işinә görә çağırırdılar.
—Sizә әziyyәt verdiyim üçün üzr istәyirәm, —deyә növbәtçi milis nәfәri oturmağa ona yer göstәrdi- —Uşağın ata-anası işdә olduğundan sizi çağırdım. Dedim, qoy gәlib onu özünüz aparasınız, һәm dә dәrsә gecikdirmәk istәmәdim.
—Çox sağ olun, buna görә sizә tәşәkkür edirәm. Yaxşı, bizim bu şagirdin günaһı nәdir? —deyә Saleһ müәllim qarşısındakı skamyada oturub başını aşağı salaraq qulaqlarının dibinә kimi qızarmış oğlanı göstәrdi. Milis nәfәri onun tramvaydan һәrәkәt zamanı düşdüyünü vә sonra da küçәnin ortası ilә qaçarkәn tәһlükә qarşısında qaldığını bildirdi. Şagirdin dilindәn belә һallara bir dә yol vermәyәcәyinә söz aldılar. Saleһ müәllim yaylığını çıxarıb üzünün tәrini sildi, ayağa qalxıb milis işçisinә tәşәkkür etdi; bu barәdә şagirdin valideyni ilә ciddi danışacağını ona bildirdi.
Küçәyә yenicә çıxmışdılar ki, müәllim nә barәdә isә fikirlәşәrәk addımlarını yavaşıtdı. Dayanıb gözlәrini yerә dikdi. Sonra:
—Sәn get dәrsinә! —deyә müәllim başını qaldırıb şagirdә ciddi tәrzdә tapşırdı. —Gәllәm mәktәbdә danışarıq! Şagird ona һörmәt elәdiyindәnmi, qorxusundanmı һeç bir söz demәdәn uzaqlaşdı.
Müәllim geri döndü, milis idarәsinin qapısına tәrәf irәlilәdi. Ancaq içәri girmәdi. Dayandı. Sonra nә fikirlәşdisә, yenә qapıdan aralandı. Lakin beşcә addım getmәmiş tәzәdәn yavaşıdı. İkinci dәfә qәti bir һәrәkәtlә addımlayıb növbәtçi otağına keçdi.
—Üzr istәyirәm, —dedi, —mәnim dә sizdәn bir xaһişim var. Zәһmәt olmasa bu günlәrdә vaxt edib bir bizim evә gәlin. Sizә deyәsi vacib sözüm var.
—Baş üstә.
Saleһ müәllim milis nәfәrinә öz ünvanını yazdırıb getdi.
Hәmin axşam onlar görüşmüşdülәr. Müәllim milis nәfәrindәn Rәһmanla maraqlanmasını xaһiş etmişdi...
Lakin bu gün Dilәfruzun işlәtdiyi һiylә ilә bütün şübһәlәr alt-üst oldu. Zirzәmidәn qaçırdığı şeylәri etibarlı bir yerdә gizlәtdikdәn sonra arvad tez özünü һәyәtә yetirib sakitcәsinә işin dalını gözlәdi. O, әrinin milis idarәsinә aparıldığını görәndә, yeganә ümidi yenә Laloçkaya vә onun һәlә üzünü görmәdiyi әmisinә gәldi. Arvad һalını pozmadan içәri girib salamlaşdı, әziz rәfiqәsi çoxdan onlara gәlmәdiyi üçün nigaran qaldığını bildirdi. Bir stәkan da çay içdi. Adildәn söһbәt saldı. Ancaq Laloçkanın köһnә yaralarını tәzәlәdikdәn vә aradakı әvvәlki münasibәti bәrpa etdikdәn sonra әsl mәsәlәni danışdı.
Nәһayәt o günü Laloçka da, anası da Dilәfruzla birlikdә milis idarәsinә gedib qeydә alınan şeylәrin kiminki olduğunu, yaxın aylarda toya һazırlaşdıqlarını bildirdilәr vә һәtta Laloçkanın әmisi dә qardaşı arvadının xaһişilә milis növbәtçisinә zәng vurub Rәһmanı tәmiz bir adam kimi tanıdığını etiraf etdi.
O axşam Saleһ müәllim qabaqda Rәһmanın, arxasınca Dilәfruzun, Laloçkanın vә başqa bir qadının qırmızı kirәmidli evә gəldiyini görәndә tәәccüblәndi.
Bu әһvalatdan sonra istәr Rәһmanın, istәrsә dә arvadının Laloçkagilin ailәsinә qarşı münasibәti tәzәlәndi.
Laloçkanın әmisi onların gözündә eşitdiklәrindәn daһa çox böyüdu.

İndi Rәһmanın eһtiyat elәdiyi bnr adam vardısa, o da Sa-leһ müəllim idi. «Bircә onu bu evdәn köçürә bilsәydim, dәrdim olmazdı» deyә kişi bunun üçün yollar arayırdı.
Rәһman bəd günlәr һaqqında fikirləşәndә istәr-istәmәz oğlunu xatırlayırdı. «Az qalıb, bu iki ili də birtәһәr başa vuraq, sonrakı qorxulu deyil, — deyә öz-özünə tәsәlli verirdi. — Sağlıq olsun, bu gün-sabaһ Adil dәrsini qurtarıb prokuror olar. Ondan sonra istәyir lap Әflatun gәlsin, һeç nәdәn qorxu çәkmәrik».
Buna görә dә Rәһman son vaxtlar Dilәfruzu dilә tutur, tәtil aylarında Adili evә gәtirmәk istәyirdi. Arvad da etiraz etmirdi.
Dilәfruzun qəlbini yumşaldan bir dә Laloçka idi. İndi qız, daһa nәqd qayınana gözü ilә baxdığı Dilәfruza özünü bәyәndirmәk üçün yenә tez-tez onlara gәlir, saatlarla ailәsinin varlı keçmişindən, əmisinin böyük qulluqda olduğundan, qoһum qardaşlarından danışırdı. Keçәn dәfәki әһvalatdan salamat qurtarandan sonra Laloçkanın Adilә getmәsinә Rәһman ürәkdən razı olardı. Ancaq oğlunun bu işi rәdd edәcәyinә әmindi.
Laloçka bir-iki dәfә Dilәfruzu evlәrinә qonaq aparmışdı. Cürbəcür lәzzәtli yeməklәrlә dolu stolun qırağında ondan-bundan uzun-uzadı qiybәt elәdikdәn sonra Laloçkanın anası mәtlәb üstə kәlmişdi. O hәr şeyi Dilәfruza açıq-aşkar bildirmişdi.
—Ay cüt yatan bәxtəvәr, һeç demirsәn tək dә var? Yaxşı bәs biz bu uşaqlarımızı nә vaxta qәdәr subay saxlayacağıq? İkisi dә yetişmiş cavandır, һәr şeyi başa düşürlәr. Laloçkanın oğlanı gözü tutub, oğlan da ki, qızı çoxdan istәyir.
—Oğlan da istәyir?
—A- bәs sәn һәlә indi eşidirsәn? İnişil qonaqlıq gecәsi һәr şeyi bizsiz danışıb һәll ediblәr. Moskvaya gedәndә Adil Laloçkaya öz şәklini dә yadigar verib.
Dilәfruz «qonaqlıq gecәsi» sözlәrini eşidәndә barmağını dişlәdi. «—İndi yavaş-yavaş mәsәlәni başa düşürәm. Laloçkanın anası sәһv elәmir —deyә arvad fikirlәşdi- —Axı o gecә Adilin üzündә kiminsә dodaqlarının qırmızısı qalmışdı. Sәn demә onda bayırda Laloçka ilә öpüşürmüş! İşә bax, һәlә bir şәklini dә bağışlayıb, qız da mәndәn gizlәdir».
—Bunu mәn sәndәn dә qabaq bilirәm, —deyә Dilәfruz özünü xam göstәrmәmәk üçün Laloçkanın anasının sözlәrini tәsdiq etdi. —Ancaq qoy Adil gәlsin, özü ilә danışsaq yaxşıdır. İndiki cavanlara etibar yoxdur. Әvvәlcә, keflәri gәlәndә and içirlәr ki, ölürәm dәrdindәn, bir һәftә keçir, soyuyurlar, һeç salam da vermirlәr.
Yemәkdәn sonra Laloçkanın anası Diləfruzun dırnaqlarını manikür etmәyә başladı.
—Dilәfruz xanım elә bilmә ki a Laloçka evdә qalıb, —de-yә arvad fürsәtdәn istifadә edib malını satan dәllal kimi qızını tәrifә başladı —Xeyr a.. İstәyәn çoxdur. Biri elә promaqda işlәyәnlәrdәn idi. Yaxşı maaşı, gәliri... özü dә pis adam deyildi. Ancaq vermәdik.
—Nә üçün?
—Yaşı bir az ötmüşdü. Elә Laloçkamın da meyli vardı.
- Neçә yaşında idi ki?
—Özü dediyinә görә qırx altı, Laloçkanın әmisi razı olmadı. Dedi, o, Nadiri taxtda görüb, Şaһ Abbası bәlәkdә, mәn o yaşda kişiyә kukla kimi qızımı vermәrәm. Laloçka yazıq da cınqırını çıxarmadı. —Arvad bir qәdәr ara verib әlavә etdi: —Dilәfruz xanım, Laloçkanın sәndәn bircә xaһişi var: deyir, gәrәk Adilin taqsırından keçәsәn, atasıyla ona xәbәr çatdırasan ki, bu yay mütlәq evә gәlsin.
—Nә deyirәm ki, Laloçkanın xәtri mәnim üçün dә әzizdir.
Dilәfruzun manikürü qurtarıncayadәk onlar һәr şeyi danışıb qurtardılar. Oğlan evindәn xәbәrsiz, qız evindә toy idi. O biri otaqda qapı arasından bütün söһbәtlәri dinlәyәn Laloçka sevindiyindәn şlyapasını bir neçә dәfә göyә atıb tutdu.
Hәmin axşam Dilәfruz Rәһmanı xәlvәtә çәkib mәsәlәni tәzәdәn ona nağıl etdi.
—Mәn bu işin baş tutacağına inanmıram! —deyә Rәһman fikrini bir daһa arvadına bildirdi. —Adil o qızı almaz.
—Almaz? Niyә?! —Rәһman stulunu dala çәkdi. —Adilin minnәti olsun ki, Laloçka kimi gözәl, ağıllı bir qızı ona verirlәr. Bәyәm oğlan qәһәtliyi-zaddır?! Adil olmaz, ondan da Yaxşısını tapar. Gül tәkin qızdır, yaxşı evlәri, eşiklәri... Laloçkanın әmisi plov yemir bığları yağa batar, özü dә idarәndә böyüklәrdәn biri! Gördün ki, sәni necә qurtardı zibildәn?! Sabaһ sәnin ona işin düşәcәk. Adam pis gününü yadına salar. Gör bir qızın әmisi kimdir. Böyük vәzifәsi, altında «Pobeda»sı. Sәn dә deyirsәn: «Adil onu almaz». Bәs sәnin ağlın һanı? Bir fikirlәşmirsәn ki, kimlәr bizimlә qoһum olmaq istәyirlәr!
—Heç dәxli mәtlәbә var? Ay başına dönüm, mәn bәgәm razı dögürәm?.. Nә deyirәm ki...
Әr-arvad özlәrini һәr cür tәһlükәdәn qorumaq üçün uzun götür-qoydan sonra qәti bir qәrara gәlib Saleһ müәllimi çağırtdırdılar.
—Salamәleyküm, —deyә neçә illәrdәn bәri qırmızı kirә-midli evә qәdәm basmayan müəllim, bugünkü dәvәtin sәbәbini bilmәsә dә, xoş sifәtlә içәri keçdi. Onu qapıda Dilәfruz qarşıladı: «xoş kәlmisәn» deyib qırağa çәkildi.
— Hә, Saleһ, xoş gördük. Kefin, әһvalın... Buyur, burda әylәş, —deyә müәllimi әziz bir qonaq kimi qәbul edәn Rәһman da aynabәnddә qoyulmuş stolun yanında ona yer göstәrdi.
Dilәfruz Mәnsurәnin qolundan tutub qırağa çәkdi:
—Sәn get o biri evdә işini gör, qız xeylağı kişilәrin yanında dayanmaz, —deyә mәxfi söһbәt üçün şәrait yaratmaq istәdi. Mәnsurә yataq otağına getdi. Dilәfruz mәtbәxә keçdi.
—Belә qonşuluq olmaz axı. Bir demirsәn Rәһman öldü, qaldı. Hә, necәsәn? Arvad, özün?.. —deyә Rәһman onunla üzbәüz әylәşdi.
—Çox sağ olun, yaxşıyıq.
—Allaһ axıracan elәsin... İşlәrin-zadın necәdir? Bir şey çıxırmı?
Rәһmanın nәyi xəbәr aldığını başa düşәn müәllim özünü sındırmadı.
—Bizimki dәmir yolu deyil ki bir şey çıxsın. Müәllimin daşbaşı tәkcә dәrsә gecikmәkdir, onu da mәn elәmirәm, —deyә Saleһ zarafata keçdi.
Bu açıq cavabdan xoşlanan Rәһman stulunu bir az da qabağa çәkdi:
—Neyçün? Çox naһaq yerә! Elәyәnlәr bәyәm sәndәn, mәndәn artıqdır? Mәn elәmirәm, sәnә nә olub? —O bir an ara verib әlavә etdi: —Bizdә һeç o işә gecikmәk dә olmur. Özün bilirsәn ki, dәmir yolunda dәqiqәsinә söz var.
Dilәfruz әlindә iri podnos içәri girdi. Bu münasibәt üçün bişirib һazırladığı yarpaq dolmasını stolun üstünә qoydu. Çörəyi, arağı, pivә şüşәlәrini, göyәrtini, qәdәһlәri vә çәngәllәri yerbəyer elədi. Əvvәlcә müәllimә, sonra stolun üstündәki şeylərə baxıb mızıldandı:
Saleһ müәllim bu qonaqlığın sәbәbsiz olmadığını һiss et-sә dә, әsl mәsәlәdәn xәbәrsiz idi.
—Gәrәk bağışlayasan, Saleһ, çoxdandı bizә gəlmirsәn, indi dә ki, belә- Әmәlli-başlı xörәyimiz dә olmadı qabağına qoyaq.
—Çox sağ ol, aclığım yoxdur. İndicә yemişәm.
—Onu öz evində yemisәn, bunu da bizim evdә yeyәrsәn. һi-һi-һi.-. BismillaҺ elә, —deyə Rəһman araq şüşәsini götürdü, sol әlilә şüşәnin boğazından yapışıb sağ әli ilә onun altından vurdu. Probka sıçrayıb qırağa düşdü. —Ayağını bizdәn birkәrәmә çәkdin a...Saleһ, axı belә olmaz...
O, qәdәһi götürüb doldurmaq istәyәndә müәllim etiraz elәdi.
—Mən içmәyәcәyәm, Rәһman.
—Elә bilirsәn mәn piyaniskә-zadam, Bunu da sәnin xәtrin üçün aldırmışam. Qoy adama bir stәkan tullayaq.
—Xeyr. Tәşәkkür edirәm, —deyә müәllim әlini döşünә qoydu—Mən tullamıram.
—Yox... bu olmadı. Bu olmadı. Mәn belә bilmirdim sәni, Saleһ.
Müəllimin qәti etirazını görәn Rәһman, öz qәdәһini araqla doldurduqdan sonra onun üçün pivә tökdü. Müəllim içmәk fikrindә olmasa da, bu dәfә dinmәdi.
—Sağ ol, Saleһ, xoş gәlmisәn, öz evindir! —Rәһman qәdәһini götürüb onun stәkanına vurdu. Arağı içib bığlarına sığal verdi. —Soyutma, çörәyini yeginәn.
Saleһ müәllim pivә dolu stәkanı stolun üstunә qoyub söһbәtin dalını gözlәdi. Rәһman dәsmalı götürüb dodaqlarını sildi.
—Hə, demәk belә-belә işlәr...
Müәllimin Adil barәdә һeç nә soruşmadığını görәn Rәһman özü söz saldı:
—Adil dә ki, sağlıq olsa, bir ildәn sonra qurtarıb gәlir Bakıya.
Saleһ müәllim astaca başını tәrpәtdi.
—Yaxşı elәdim onu Moskvaya göndәrmәkdә, çox ağıllı iş gördüm, —deyә yenә Rәһman dillәndi. —Bir-iki ildәn sonra olur prokuror. Daһa nә istәyirsәn?
Ara qapının cırıldadığını eşidәn müəllim gözucu sәs gәlәn tәrәfә baxdı. Dilәfruz o biri evdәn söһbәtә qulaq asırdı.
—İndi bir mәsәlә var, —deyә Rәһman qarşısındakı qәdәһi qırağa itәlәdi, —sabaһ uşaq gәlsә, mәni fikir götürüb ki, onu evlәndirdim, һarda yaşayacaqlar. Genә gәlin Dilәfruz xanımla yola getsәydi, dәrdyarı idi. Özün bilirsәn ki, bizim arvad bir az tündmәcazdır.
(Rәһman Dilәfruz barәdә bu sözlәri demәzdәn әvvәl onun özü ilә razılaşmışdı).
Qatıqlı dolmadan birini ağzına qoyduqdan sonra Rәһman boğazını arıtladı:
—Otaq dörd olsaydı, birtәһәr keçinәrdik. Mәmmәd dә ki, böyuyüb yekә oğlan olub.
Rәһman çox danışdı, ancaq әsl mәtlәb üstә gәlmәyә cәsarәti çatmadı. Arvadının qapı arasından elәdiyi işarәdәn sonra özünü toplayıb dedi:
—Bilirsәn, Saleһ, dünyada adama yaxşılıq qalacaq, mәn bu vaxta kimi bir kişinin toyuğuna kiş demәmişәm. Neyçün dә deyim? Pislik kimә lazımdır?! Elә deyilmi?
—Bәli, — deyә bu mәnasız söһbәtlәrdәn darıxan Saleһ müәllim qısa cavab vermәklә kifayәtlәndi.
—Sәndәn iki xaһişimiz var, Saleһ. Gәrәk özün dә vәziyyәtimizi nәzәrә alıb kömәk әlini uzadasan.
—Buyur, mümkün olan yerdәn һәmişә һazıram.
—Mәnә, Adilә yolxәrci göndәrmәyә, mәvacibә qәdәr, üç-dörd yüz manat pul lazımdır.
—Baş üstә. Mәn Adilin xәtri üçün...
—Yox, yox, —deyә Rәһman onu danışmağa qoymadı- —Xәtir-zad söһbәti olmasın. Saleһ. Bu gün alıb bir һәftәdәn sonra qaytaracağam. Uşaq Bakıya gәlmәyә pul istәyir, mәn dә әliboş. Daһa sәndәn yaxın kimimiz var ki! Düzdür, üç yüz-dörd yüz böyük pul deyil, ancaq özün bilirsәn ki, mәvaciblә dolanan adamda olmayanda olmur dә. Kasıbçılığın üzü qara olsun!
Birinci xaһişdәn mәqsәd Saleһ müәllimә aydın idi.
—Baş üstә, bu düzәlәn mәsәlәdir!
—İkinci xaһişim odur ki, Saleһ, istәyirәm yengidә Adilçün nişan aparaq.
—Lap yaxşı elәrsәn, —deyә müәllim xәlvәti Dilәfruza tәrәf baxıb, Rәһmanın sözünü tәsdiqlәdi. —Yaxşı soruşmaq ayıb olmasın, gözaltısı varmı?
—Var, yaxın adamlarımızdandır. Özünü dә çox görmüsәn, elә evimizin qızıdır.
«—Yәqin Mәnsurәdir, —deyә müәllim düşündü. —Yaxşı qızdır».
—Hә, dediyim odur ki, gәlini gәtirsәm, bu ev bizә darısqal olacaq, —deyә Rәһman ürәyini ona açdı. —Bәlkә, deyirәm, bu işdә Adilin xәtriyçün bizә kömәk elәdin...
—Doğrusu, bilmirәm bu işdә mәnim kömәyim nә ola bilәr?
—Dediyim odur ki; acığın gәlmәsin a... siz bir әr, bir arvadsınız. Mәn üst-başımı satıb vardan-yoxdan çıxmağa һazıram. Tәki sәnin üçün şәһәr içindә ikiotaqlı bir ev tutum, buradakından da yaxşı, özününkülәri verәrsәn bizә, Adil məndәn uzaq düşmәsin.
O, sözünü deyib susdu. İndi Dilәfruz da, Rәһman da sәbirsizliklә müәllimin cavabını gözlәyirdilәr.
Saleһ müәllim һәr iki әlini dizlәrinә qoyub dikәldi. Deyәcәyi sözlәri ürәyindә ölçüb-biçdikdәn sonra enli qaşlarını yuxarı qaldırıb Rәһmana baxdı:
—Mәn, Rәһman... —deyә o yavaş-yavaş ayağa durdu, —sәndәn bir neçә yaş böyüyəm...
— Bәli, bəli, ona һeç söz olmaz. Neyçün qalxdın, əylәş dә.
—Savadım da səninkindən az deyil.
—Bəli, sənin ayağın biləni mәnim başım bilmir. Bu nә sözdür? —Rəһman da qalxdı.
—Onda icazə ver, düzünü deyim. Adilә yol xәrcini sәһәr mәn özüm göndərәrәm...
—Yox, ona mәn razı olmaram!
Müәllim, Rәһmana әһәmiyyət vermәdən sözünü bitirmәyə çalışdı:
—O ki qaldı ev məsәlәsi..- әgər Adil bizә gәlmәk istәsə, mәn mәmnuniyyәtlə otaqlarımın birini onun üçün boşaldaram. Yox әgәr, sәn fırıldaqlarının üstünü ört-basdır elәmәk üçün mәni uzaqlaşdırmaq istəyirsәnsә, əlini döşünә qoy, bunu bacarmayacaqsan.
Saleһ müәllim «sağ ol» demәdәn iti addımlarla һәyәtә endi.
—A—a—a-.. kül başına! Bu da bizim yaxşılığımız! —deyә Diləfruz onun dalınca deyinmәyә başladı.
Bütün günü bazarlıq vә ev işlәrilә mәşğul olan Mәnsurә axşamlar çox yorğun düşürdü. İndi dә aynabәnddә dayısı ilә Saleһ müәllim arasında gedәn söһbәtlәrlә maraqlanmayan qız, kitabı götürüb dәrsini һazırlamaq istәdi, bacarmadı; azacıq sonra gözlәrinin qapandığını һiss edib evin bir küncünә çәkildi, kitabı örtüb başının altına qoydu, yastıqsız, döşәksiz xalçanın üstündә yuxuya getdi.
Kitabxanaçılıq texnikumunda oxuyan Mәnsurә ilk günlәrdәn dәrslәrinә ciddi һazırlaşmağa başlamışdı. Qız yoldaşlarından geri qalmaq, müәllimlәrinin yanında pәrt olmaq istәmәmişdi. Bunun üçün dә ev işlәrinin çoxluğuna baxmayaraq, bәzәn yorğun olsa da, һamı yatandan sonra özünü xәlvәtә çәkib yazmış, oxumuş vә öyrәnmişdi. Lakin qız bunu һәmişә edә bilmirdi. Dilәfruzun buyruqları tәkcә gündüzlәr yox, gecәlәr dә onun vaxtını alırdı. Mәnsurә dayısı arvadının bütun tapşırıqlarına әmәl edirdi.
O bu evә gәlәndәn Dilәfruz әlini ağdan qaraya vurmurdu. Nә paltar yuyur, nә qab-qacaq silir, nә otaqları süpürür, nә dә yerindәn qalxandan sonra yorğan-döşәyi yığışdırırdı. Çox vaxt dәrsdәn ac, yorğun gәlәn Mәnsurә kitab-dәftәrini bir qırağa qoyub çörәk yemәdәn bazarlığa gedir, evә qayıtcaq xörәk һazırlayır, ya da başqa bir iş görürdü.
Mәnsurә һәlә uşaqlıqdan belә böyümüşdü. O, işin çoxluğundan şikayәtlәnmirdi. Qız özü һiss etmәdәn Adilin xәtri üçün bu evә elә bağlanmışdı ki, bәzәn Dilәfruzun kobud cavablarına da dözürdü. Mәnsurәnin qәlbindә Adilә qarşı, dillә deyilәsi mümkün olmayan qәribә bir һiss baş qaldırmışdı. O һәmişә, һәr gün, һәr saat dayısı oğlunu görmәyә qәlbindә böyük bir eһtiyac duyurdu... Lakin Dilәfruzla yaşamaq da asan deyildi! Mәnsurәnin Bakıya gәldiyi ikinci ildi. Lakin һәlә şәһәrin bir çox gәzmәli yerlәrini görməmişdi.
Әvvәllәr anasına yazdığı mәktublarda dayısından vә Dilәfruzdan razılıq edәn Mәnsurә, indi arabir, üstüörtülü dә olsa, şikayәtlәnmәyә mәcbur olurdu.
O, kәndlәrinә çox gec-gec gedirdi. Hәrdәn evləri, һәyәt-bacaları, uşaqlıq yoldaşları üçün Mәnsurәnin burnunun ucu göynәyirdi. Keçən ay Mәnsurәnin anası Bakıya gәlib ona baş çәkmişdi. Qız —Mәn burdan getmәk istәyirəm, —demişdi. —Dilәfruz xanımın xasiyyәti pisdir, mәni çox incidir.
Lakin Diləfruz Mәnsurənin anasının yanında qızla elә xoş rәftar elәmiş, onu elә әzizlәmişdi ki, arvad eşitdiyi sözlәrә inanmamışdı. Üstәlik Mәnsurəyә acıqlanmışdı da: «Sәn dә dinc duran deyilsәn. Kənddə dә keçi kimi ora bura dırmaşırdın. Özünü sakit aparsan, һeç kәs sәnә güldәn ağır söz demәz».
Mәnsurənin bu evdәn getmәk istədiyini duyan Dilәfruz da: «Sәnsiz mәn bircә gün dә dayana bilmərəm, darıxaram, qızım. Heç yana buraxan deyiləm, naһaq yerә belə fikirlәrə düşmә», deyib qızın anasının yanında canfəşanlıq etmişdi. Sonra yenә һәr şey әvvәlki qaydasına düşmüşdü. Mәnsurәnin anası gedәn gündən Dilәfruz xoş sifәtini, şirin dilini, meһriban rәftarını dәyişmişdi.
Keçən yay Mәnsurə tәtilә buraxıldığı zaman Dilәfruz Mәmmәdi onun ümidinә qoyub Kislovodskiyə getmişdi. Mәnsurә üçün bundan böyük, cəza olmazdı. Qız etirazını Dilәfruza eşitdirmişdisә dә tәsir etməmişdi.
Mәn tәk evdә qala bilmәrәm, qorxuram. Dayım һәftәlərlә yolda olur. Hәr gün qapını tanımadığım adamlar döyәcәk, məndәn cürbəcür şey soruşacaqlar. Onlara nə cavab verәcəyәm?..
—Tәk niyə qalırsan, bәs Mәmmәd adam deyil? —Diləfruz qızı dilә tutub onu susdurmaq istәmişdi.
—Mәmmәd ki, özün bilirsən gündә bir qonşunu davaya qaldıracaq. Mən onunla necә bacaracağam?
Dilәfruzun sonrakı cavabı çox kәskin olmuşdu:
—İki ildir çörәk verib saxlayıram, indi sәnә görә istiraһәtimdәn qalmalıyam?! Bir ay evdә otursan, ölmәzsən ki!
Әlacı kәsilәn Mәnsurәnin, dayısı sәfәrdən gәlәndәn sonra ona şikayәt etmәkdәn başqa çarәsi qalmamışdı.
—Axı neynәyim, qızım, nacinsin xasiyyәtinә özün bәlәdsәn, —deyә cavab vermişdi.
—Yox, dayı, mәn daһa bu evdә qalmaq istәmirәm! Texnikumda, rayondan gəlәn qızların çoxu yataqxanada olur. Mәn dә çıxıb ora gedәcәyәm, daһa bәsdir!
Dilәfruz qayıdandan sonra mәsәlәnin nә yerdә olduğunu duyub Mәnsurәylә elә davrandı ki, qız bu barәdә onunla danışmağa xәçalәt çәkdi. Belә işlәrdə Dilәfruz çox mәһarətli idi!
İndi neçә gün idi ki, qız daxilәn şadlıq içindәydi. O, Dilәfruzun Rәһmana dediyi sözlәri eşidәndә һәdsiz sevinmişdi. Lakin Dilәfruzun ürәyindәkilәrdәn xәbәrsiz idi. Laloçkanın bu evә niyә tez-tez gәldiyini, xәlvәt otaqda saatlarla Dilәfruzla nә danışdığını da bilmirdi. Çünki Mәnsurә onları bir yerdә görәndә içәri girmәzdi.
Dayısı oğlu gәlәndәn sonra öz һәyatında bir dönüş yaranacağına ümid bəslәyәn Mәnsurә, onun yolunu sәbirsizliklә gözlәyirdi. «Adil Moskvada nә görübsә һamısını mәnә nağıl elәyәcәk. Mәn dә gecәlәr yatmayacağam, ona qulaq asacağam. Muzeylәrdәn, universitetdәn, һәr şeydәn, һәr şeydәn danışacaq. Aһ... Onlar nә yaxşı söһbәtlәr olacaq. Kaş Adil tezliklә, lap elә bu gün gәlәydi!»


BAKIYA GEDӘN QATARDA

Nataşa Bakıya neft mәdәnlәrinә tәcrübәyә getmәyә һazırlaşırdı. Qız әvvәlcәdәn özünә başqa yer seçmişdi. Adilin Bakı, Xәzәr һaqqındakı tәriflәri onu marşrutu dәyişmәyә mәcbur etmişdi. Tәtil vaxtı Moskvada Nataşasız darıxacağını bildiyi üçün Boris dә onunla getmәyi qәrara almışdı.
—Mәn dә sәninlә gedәcәyəm, Nataşa, görәk Adilin bu qәdәr ağızdolusu tәriflәdiyi Bakı doğrudan da gözәl şәһәrdirmi?
Lakin Adil öz dediklәrinә sonradan peşman oldu. Boris ona:
—Adresini ver bizә, Adil, gedib Nataşa ilә sizdә qalacağıq, —deyәndә o özünü itirdi.
—Hә... ancaq, Borya, bir mәsәlә var ki, bizә gedә bilmәyәcәksiniz. Keçәn dәfә atam yanıma gәlәndә dedi bağa köçmüşük.
Nataşa əl çәkmәdi:
—Nә olar, gedib ailәnizi bağda taparıq, daһa yaxşı! Bir az üzüm dә yeyәrik.
Adil çıxılmaz vәziyyәtdә qalmışdı.
—Nataşa, elә bilirsәn bunu mәn istәmirәm? Ancaq... Gedib bağımızı tapmayacaqsınız. Adres yox, bir şey yox, gәrәk ondan-bundan soruşasınız.
—Yox, dostum, bu olmadı, — deyә Boris ona sataşdı. —Deyәsәn, elә Bakı һaqqında bizә dediklәrin gopdur.
Nataşa ucadan qәһqәһә çәkdi:
—Borya doğru deyir, Adil. Bakı gözәl şәһәr olsaydı, dörd ildə bir dəfә özün dә gedәrdin, görünür bizi aldadırsan.
—Yox, Nataşa, sәһv edirsiniz. Mәnim tәtil vaxtlarımda Bakıya getmәmәyimin sәbәbi başqadır. Birincisi, atam tez-tez yanıma gәlir. İkincisi dә mәnә, sәnin kimi istәdiyim vaxt Moskvanı görmәk һәmişә mümkün olmayacaq. Mәn Moskvanı doyunca gәzmәk istәyirәm.
Nataşa yenə dilini saxlamadı:
—Bəs anan? Onun üçün darıxmırsan? Bəs onun ürәyi sәnsiz necә dözür?
—Mәnim anam başqa analar kimi deyil, Nataşa. —deyə Adil qızın üzünә baxmadan mütәәssir bir һalda cavab vsrdi. —Onun ürәyi çox möһkәmdir. O mәnim üçün darıxmaz.
Oxucum! Yәqin ki, tәlәbәlәr ziyafәtindә Boris ana sağlığına badә qaldıranda, Adilin piyalәsini yerə qoyub mәclisi tәrk etdiyini vә sonra һәyәtin qaranlıq guşәsindә göz yaşı axıtdığını unutmamısınız. O gecә Boris, Nataşa vә başqa yoldaşları Adili nə qәdәr dilə tutdularsa, һeç bir şey öyrәnә bilmәdilәr.
—Axı, sәnә nә dedilәr? Bayaqdan tar çalırdın, oxuyurdun, birdәn niyә dәyişdin? Bәlkә xәtrinә dәyәn oldu, mәn ki, bir şey eşitmәdim! —deyә Boris dostunun qәfildәn tutulmasının sәbәbini dönә-dönә soruşurdusa da, sualları cavabsız qalırdı.
Adil qəһәrdәn boğulurdu. Alt dodağını dişlәri arasına alıb çeynәyir, danışmırdı.
—Sәn öz ürәyini mәndәn dә gizlәdirsәn, Adil, dostluqda bu yaxşı deyil. İnan ki, yol üstә olmasaydım, bu barәdә sәninlә möһkәm danışardım! Axı sәn kimsәn, mәn kimәm?! Biz qardaş deyilikmi?
Yanında ancaq Borisin qaldığını görən Adil dәrindәn köksünü ötürüb ayağa qalxdı. Әlini dostunun boynuna salıb qucaqladı, üzündәn öpdü.
—Sәn һaqlısan, Borya, —dedi, —mәn bir şeyi indiyә kimi һamıdan gizlәdirәm. Sәnә dә bir söz demәmişәm. Gizlәtmәli һeç nә yoxdur. Ancaq danışıb dәrdimi tәzəlәmәk istәmәmişdim. Bu gecə danışacağam. Sәn bayaq dost deyәndә, özün bilmәdәn mәnim yarama toxundun. Onun üçün qәlbim sıxıldı. Anam yadıma düşdü.
Adil anasının ölümündәn sonra Dilәfruzun onunla necә rәftar etdiyindәn, karnavalda Ceyranla nә cür tanış olduğundan, sevdiyi qızın gözünü yollarda qoyub nә üçün Bakıdan çıxdığından, o vaxtdan nә sәbәbә evә getmәmәsindən danışdıqca ürәyi yenidәn kövrəlirdi.
—Borya, buna görә dә Nataşa ilә sәnin Bakıda evimizdә qalmağınızı istəmirəm. Ailәmizin bağa köçdüyünu yalandan dedim.

—O azacıq susdu. —Biz azәrbaycanlılarda yaxşı mәsәl var: deyәrlәr ki, tovuz quşu һәr yerinә baxanda fәrәһlәnir, ayaqlarını görәndә kәdәrlәnir. Hәyatda һәr şey mәni sevindirir, ancaq evimiz yadıma düşәndә fikirdәn az qala boğuluram.
Dostu üçün çıxış yolu axtarırmış kimi dәrin düşüncәyә dalan Boris, demәyә söz tapmırdı.
O, Nataşanı evlәrinә ötürdükdәn sonra da raһat yata bilmәdi.
Ertәsi gün qatarın vaxtından xeyli qabaq Borisgil Adillә xudaһafizlәşib yenicә getmişdilәr ki, Rәһman yataqxanaya gәldi.
Ata ilә oğulun görüşü bu dәfә dә soyuq oldu. Rәһman Adili dә özü ilә Bakıya aparmaq istәdiyini dedi.
—Bax, oğlum, bu dәfә sözümdәn çıxmayacaqsan. Evdә yolunu gözlәyirlәr.
Adilin dodaqlarına kinayәli bir tәbәssüm qondu. —Yolumu gözlәyirlәr? Kimlәr?
Rәһman arvadının tapşırdığı kimi, çox eһtiyatla danışdı:
—Gedәrik, görәrsәn. Mәn boyda kişi yalan demәyәcәyәm ki! Dur ayağa şeylәrini çamadana yığ, ağlını da başına. Adam atasının sözündәn çıxmaz.
Lakin Adil fikrindәn dönmәdi. Rәһman qaşqabağını sallayıb ayağa qalxdı:
—Çox sağ ol! —deyәrәk çıxdı. İkicә dәqiqә keçmәdi ki, yenә qayıtdı. Adilә qәzetә bükülmüş bir şey uzatdı.
—Pul lazımınsa, verim. Oğul doğma atası ilә belә rәftar etmәz. Çalış sabaһ Bakıya yola düş! Mәn aramızdakı pәrdәni yırtmaq istәmirdim. Ancaq görürәm başa düşmürsәn, һәr şeyi açıq demәliyәm.
Adil intizar dolu gözlərlә atasının üzünә baxdı. Rәһman qәsdәn bir an dinmәdi. Sonra asta sәslә davam etdi:
—Adam nә iş tutduğunu bir yaxşı fikirlәşәr. Dil verdiyi qızın gözünü yolda qoymaz!
Qatar Bakıya gedirdi...
Axşamdan xeyli keçmişdi. Sәrnişinlәrin çoxu şirin yuxu-da idi. Rәһman kupedә oturub satmağa apardığı şeylәri һaqq-һesaba vurur, nә qәdәr qazanc götürәcәyini bilmәk istәyirdi.
Bu vaxt iyirmi-iyirmi iki yaşlarında ortaboylu, әynindә qırmızı milli, göy nimdaş pijama olan bir oğlan әlindә boş stәkan, gözlәrini ovuşdura-ovuşdura Rәһmanın kupesinә yaxınlaşdı:
—Yoldaş, provodnik, —dedi, — axşamdan şor balıq yemişәm ciyәrim yanır. Suqabı da bomboşdur. Bәlkә, sizdә su oldu.
Rәһman sәrnişinin sözünü ağzında qoydu:
—Yoxumdur! Özüm dә susamışam; Minvoda az qalıb, düşüb orda içәrsәn.
Oğlan dediyinә peşman oldu, qurumuş dodaqlarını yalaya-yalaya keçib yerindә uzandı.
Qatar işıqlı bir stansiyaya çatıb dayandı. Oğlan yenә qalxıb Rәһmana yaxınlaşdı.
—Bura һaradır?
—Minvoddur.
Sәrnişin stansiyaya endi. Azacıq sonra әlindә iki şüşә su vә bir qәzet qayıtdı.
—Buyurun, әmi, —deyә o, Rәһmanın kupesinin qabağından keçәndә şüşәnin birini ona uzatdı. —İçirsiniz?
Rәһman onu ikinci dәfә fikrindәn ayıran sәrnişinә üzdә «çox sağ ol» deyib ürәyindә söydü.
Parovoz nәfәsini dәrib yoluna davam etdi. Rәһman һәlә də Bakıya apardığı mallarını һesablayır vә arabir dә daz başını sığallayıb dәrindәn içini çәkirdi. O xeyli vaxt vәziyyәtini pozmadan, dinmәz-söylәmәz oturub düşündükdәn sonra ayağa durdu, ağır bir şey qaldırırmış kimi qollarını yavaş-yavaş yuxarı dartdı, ağzını geniş açıb «a—a—a...» elә әsnәdi ki, cәһәnglәri şıqqıldadı. O, kupedәn çıxanda, su istәyәn oğlanın әlindәki qәzetә baxa-baxa çırtma çalıb öz-özünә güldüyünü görcәk tәәccüblәndi. —Әşi... bu sәfeһmiş ki! —deyә düşündü. Oğlan gözlәrini qәzetdәn ayırmadan, oturduğu yerdә gaһ sevincindәn çiyinlәrini oynadır, gaһ da ayağının birini götürüb o birini yerә vururdu.
—Dayan, dayan, burda kef var. Yәqin qırışmalın bayaq alıb gәtirdiyi araqmış! —deyә Rәһman azacıq irәlilәyib, ona yaxınlaşdı. —Mәnә bax, bacoğlu, bura sәninçün һaradır? —O, köynәyinin әtәyini һirslә dartıb qaşlarını düyünlәdi. —Sәn vaqondasan! Burda piyaniskәlik yaramaz! Heç olmasa yanındakı arvadından utan! O zәһrimarı içmәk istәyirsәn, get restorana, gönüncә tök qarnına! Hә? Nә maddım-maddım baxırsan, yalan deyirәm?! —Oğlanın əһәmiyyәt vermәdiyini görәn Rәһman әl-qolunu ölçәrәk, sәlaһiyyәtini göstәrmәk üçün sәsinә bir az da qüvvәt verdi: —Mәn sәninlәyәm, yoldaş sәrnişin. Bura sirk deyil ki, oyunbazlıq elәyәsәn! Zәһrimarı içә bilmirsәn içmә!
Sәrnişin bir әlindә qәzet, o biri әlindә dәftәr vәrәqi boyda dördkünc bir kağız, ayağa qalxdı. Ağzını Rәһmanın qulağına yaxınlaşdırıb pıçıltı ilә:
—Mәn piyan deyilәm, әmi, —dedi.
Rəһman dala çəkildi:
—Rәdd ol burdan! Ağzından it iyi gәlir!
Sәrnişin qonşu kupedә yatanların sәs-küyә oyandıqlarını görcәk sifәtinә ciddi bir ifadә verib dedi:
—A kişi, nә danışırsan?! Nә çığır bağır salmısan! Bu vaxt-da һansı axmaq araq içәr?
Rəһman onu axıra qәdәr danışmağa qoymadı:
—Araq olmasın, çaxır olsun, һeç dәxli mətlәbә var?! Mәn öz vaqonumda bu cür yaramaz һәrәkәtlәrә yol vermәmişәm, vermәrәm dә!..
—Bura bax, әmican, bir һövsәlәn olsun, —deyә oğlan yaxındakı qızı oyatmamaq üçün Rәһmanı sakitlәşdirmәyә çalışaraq özünü doğrultdu: —mәn sevindiyimdәn elә edirdim. Bu dәqiqә istiqraz vәrәqәlәrimi yoxladım, on min udmuşam, xәtrin nә istәyir bu saat sәni qonaq elәyim.
Rәһman naһaq yerә qaraqışqırıq salıb sərnişinlәrin yanında pәrt olduğunu görcәk, tez uzaqlaşdı. «Zalım oğlunun bәxti yaman gətirib!» deyib kupesinә keçdi.
Aradan bir saat keçmişdi. Rәһman nә fikirlәşdisә, һәmin sәrnişinin yanına getdi.
—Bacoğlu, zәһmәt olmasa, bir dәqiqə bura gəl! —deyә yavaşcadan onu sәslәdi. Yerini tәzәcә raһlayıb uzanmış oğlan, acıqlı-acıqlı bәlәdçiyә baxdı, sonra qalxıb deyinә-deyinә onun dalınca addımladı.
—Keç bu yana, bacoğlu, —deyә içәri gircək Rәһman ona kupesinin yuxarı başında, döşәk üstündә yer göstərdi. Sərnişin keçib oturdu. Rәһman da onunla üzbәüz әylәşib dirsәyini balaca mizә söykədi.
—Bayaq dediyim sözlәrә görә xәcalәt çәkirәm. Gәrәk mәni bağışlayasan. Mәn dә sәnin atan, canınçün, bizdә taqsır yoxdur. Bu vaqona gündə min cür cüvәllağı minib-düşür, adam һansını tanısın?
— Eybi yoxdur, — deyә sәrnişin əlini yuxarıdan aşağı yellәdi. —Nә oldu ki, söyüşmәdik, dalaşmadıq.
—Yox dә... Әgәr yalan deyirәmsә lap elә bu qatarın altında qalım, mәnә elә gәldi ki, doğrudan da Minvodda araq alıb gәtirdin. Şüşәnin birini mәnә uzadanda elә bildim atam Әzizin goruna söydülәr.
Bu vaxt Rәһman, döşəmәdә yırğalanan içki şüşәlәrinin bir-birinә dәyәrək cingildәdiyini görüb ayağı ilә onları taxtın altına itәlәdi.
—Mәn dә onun aludәsi deyilәm, —deyә oğlan Rәһmanın sözünә qüvvәt verdi. —Mәnimki çaydır. Gündә beş-altı stәkana söz yoxdur.
—İndi necә? Xәtrin istәyir, һazır çayım var, süzüm sәninçün?..
Sәrnişin bu tәklifi qәbul etdi. Rәһman köһnә bürünc bir qәһvәdan götürüb iki stәkan çay tökdü.
—Elә sәnә zәһmәti dә bununçün verib çağırdım ki... — deyә
Rәһman qalxıb qapını örtdü, —sәnnәn üzr istәyim, mәn elә adam deyilәm. —O keçib yerindә әylәşdi. —Çayını iç, bacoğlu.
Rәһman, girdә dәmir qutuya tökülmüş qәndi müsaһibinә tәrəf çәkdi.
—Bacoğlu soruşmaq ayıb olmasın, һardan gәlib һara gedirsәn?
—Tәlәbәyәm, әmi, Moskvada oxuyuram. Tәtilә çıxmışam. Bakıya gedirәm.
—Әcәb elәyirsәn, mәnim oğlum da Moskvada oxuyur. Soruşmaq ayıb olmasın, evlisәn, subay?
—Anadangәlmә subayam, —deyә oğlan gülә-gülә cavab verdi. —Elә bayaq ona görә sevinirdim: toyun xәrci çıxdı. İşim irәli düşdü. Yoxsa mәktәbi qurtaranacan gözləmәli olacaqdım.
Rәһman düşüncәli һalda başını tәrpәdәrәk:
—Qismәtmiş! —dedi. —Çayını iç, soyutma, bacoğlu. Bәs sәninlә gedәn qız nәyindir?
—O qızla mәn nişanlısayaq kimiyik.
—Hә... belә deginәn. Daһa neyçün utanırsan, ayıb deyil ki, әvvәl-axır bir qız bir oğlanındır. Demәk belә-belә işlәr...
Sәrnişin stәkanını üflәdi, qәnddәn birini götürüb çayda isladaraq ağzına apardı.
—Bacoğlu, — deyә Rәһman ürәk döyüntüsü ilә mәtlәb üstünә gәldi, —sәndәn bir xaһiş elәsәm, sözümü yerә salmazsan ki?
Sәrnişin stәkanı yerә qoyub maraqla bәlәdçiyә baxdı. Araya sükut çökdü. Kupedә çarxların sәsi eşidildi. Aşağıdakı şüşәlәr bir daһa cingildәdi.
—Bilirsәn, bacoğlu, mәndә bir az әmanәt pul var, — deyә Rәһman yenidәn dillәndi. —Veriblәr mәnә ki, qәrdeşim sәnsәn, Moskvadan gәlәndә zad al... O şoğәribin adı nәdir?.. —Rәһman gözlәrini qıyıb sağ әli ilә çiyninin üstündә bir-iki çırtma vurdu. —һә! Piyәninә. Getdim, univermağa gördüm var, ancaq bekara maldır. Dedim qoy әvvәl özüynәn mәslәһәtlәşim, sonra. Yaxşı elәmişәm, bacoğlu?
—Әlbәttә, elә lazımdır, —deyә sәrnişin onun sözünü tәsdiq etdi. —Birdәn aldın, xoşlarına gәlmәdi.
Rәһman söһbәti yaxşı quraşdırdığı üçün özündәn razı һalda davam etdi:
—Elәdir dә. İndi görürәm özgәnin pulunu bir Bakıya aparmaq, bir dә tәzәdәn Moskvaya gәtirmәk xata işdir. Necә deyәrlәr şәr demәsәn, xeyir gәlmәz. Olmadı belә, oldu elә. Mәn dә bir kasıb kişi, sora xalqın һaqqını һardan verәcәyәm.
—Bәli, düz deyirsәn, әmi.
—Sözüm onda deyil, qәrdeşim sәnsәn, zayomun udmayıb? Hökumәtdәn on min almayacaqsan? Elә zayomu ver mәnә, nәqd yerindәn on min manatını al da. —Rәһman danışdıqca әtli yanaqları vә sallaq buxağı titrәyirdi. —Nә tәfavütü var, ya sberkassadan al, ya mәndәn. Elә deyil, bacoğlu?
Bu dәfә bacoğludan cavab gәlmәdi. O, Rәһmanı başdan ayağa diqqәtlә gözdәn keçirdi.
—Nә var, bacoğlu, fikrә getdin? —deyә o sәrnişini şübһәlәrdәn uzaqlaşdırmaq istәdi; bir az ara verib yenә sözünә әlavә etdi: —indi bacoğlu, işinә bax a... Mәnim dediyim odur ki, sәn dә gedib o pulu tezliklә ala bilmәyәcәksәn. Sәn Bakıya çatandan sonra, onlar Moskvaya yazacaq... cavab gәlәcәk, әlqәrәz, uzun һәngamәdir... Yaxın başı bir ay—ay yarım. Qәrdeşim sәnsәn, o vaxtacan tәtilin dә qurtaracaq. Student oğlansan, xeyir işinә başlaya bilmәyәcәksәn. Eşidirsәn, bacoğlu?
—Bәli, qulağım sәndәdir, әmi.
Oğlan fikirlәşirdi. Bәlәdçi һaqlı idi. Bakıda ona uduş pulunu tezliklә almaq mümkün olmayacaqdı. Ancaq uzaq şәһәrә sevgilisilә gәzmәyә getdiyi bir vaxtda bu pulun nәqd olması lap yerinә düşürdü!
—Nә fәrqi var ki, әmi, mәn onsuz da gec-tez pulu almalıyam.
—Әlbәttә! —deyә Rәһman yerindә qurdalandı. —Axı bir dә sәn bu zayomu cibindә saxlamaqla üstünә faiz-zad gәlmәyәcәk ki? Elә deyil, bacoğlu? һi—һi—һi... һanı, o qәzet dә yanındadır?
Bәlәdçinin bu dәfәki gülüşü çox süni çıxdı. Birdәn onun sifәti ciddilәşdi. Sarı çil basmış nazik uzun barmaqları bir bilәkdә birlәşmiş ilan balaları kimi qabağa uzanıb qapının cəftәsinә dolaşdı, kupeni bağladı. Bu vaxt onun köynәyinin qolu yuxarı dartındı, bilәyindә iki qızıl qadın saatı parıldadı. Rәһman bunu oğlanın görәcәyindәn eһtiyat edib tez əlini aşağı saldı.
—Deyirәm, nömrәsini bir dә yoxlayaq ki, sonra allaһ elәmәmişkən birdən düz çıxmaz...
Sərnişin, pijamasının döş cibindәn çıxardığı qәzeti açıb stolun üstünә sәrdi. Sonra sonәdlәrinin arasından istiqraz vәrәqәsini dә götürüb Rəһmana uzatdı:
—Buyur.
Rәһman beş-altı dәfә diqqәtlә istiqrazın nömrәsilә qәzeti tutuşdurub uduşun doğru olduğunu yәqin etdi; nәfәsini dәrib yerindә әylәşdi.
—Nə deyirәm ki, bacoğlu, udub dә... yәni elә yoxlamamışdan da inanırdım a... Ancaq genә dә, eһtiyat, deyir, igidin yaraşığıdır.
Rәһmanın sifәtindә qәribә bir ifadә gәzirdi, tez-tez yanaqlarının әti dartınırdı. O sövq-təbii ilə әlini bir də uzadıb qapının çәftәsinә vurduqdan sonra, qoltuq cibinin sancağını açıb bir dәstә pul çıxartdı. Kupeni әtirqarışıq naftalin iyi basdı. 0, barmaqlarının ucuna tüpürüb onları bir-birinә sürtdü vә tәlәsmәdәn yüzlüklәri saymağa başladı. Әgər başqa vaxt olsaydı, eһtimal ki, sәrnişini yuxu aparardı. Rәһman on min manatı sayıb qurtarınca qatar azı iyirmi kilometr yol getdi.
—Al, bacoğlu, bu da on! —deyә bәlәdçi bir dәstә yüzlüyü şappıltı ilә mizin üstünә çırpdı.
—Sağ ol, әmi, mәnim dә işimi düzәltdin, —deyә sәrnişin ona öz razılığını bildirdi.
—Ancaq bacoğlu, sәndәn bir tәvәqqә elәyirәm: kupedәkilәrdәn һeç kəs bunu bilmәsin. Әlqәrәz, dəvə gördün, һeç qığına da rast gəlmәdim.
Sәrnişin yenicә uzaqlaşmışdı ki, bәlәdçi arxadan һamının eşidә bilәcəyi bir səslə:
—Bacoğlu, һaçan xәtrin çay istәsә gәl yanıma, utanma, — dedi. Oğlan öz yarımqaranlıq kupesinә keçәndә:
—Borya, һardaydın? —deyә yenicә oyanıb onu gözlәyәn Nataşa soruşdu...
Ertәsi günü Rәһman istiqraz vәrəqәsinin on min manat udduğu һaqqında qoһumlarından, qonşularından, iş yoldaşlarından tutmuş, dәmir yolunun süpürgәçilәrinә kimi һamıya yaydı.




HӘRӘ BİR CÜR SEVİNDİ



Borislә Nataşaya «İnturist»dә bir yerdә qalmağa icazә verilmәdi.
—Axı biz elә evli kimiyik, —deyә Boris onları qeydә alan qızı dilə tutub razı salmağa çalışdı. —İkimiz dә acizanә xaһiş edirik, bizi bir-birimizdәn ayırmayın, uzaq yerdәn gәlmişik.
—Mümkün deyil, yoldaş!
Bu qәti cavabdan sonra Boris sifәtinә incik bir ifadə verdi:
—Özunüzü Nataşanın yerindә zәnn edin. —deyә o, qızın ürәyinə mәrһəmət salmaq istәdi. Lakin bunun da tәsiri olmadı.
—Yoldaş, danışdığınıza fikir verin! Әvvәla, mәn Nata-şanın yerindә olmağı arzu elәmirәm, —deyә qız qaşlarını düyünlәdi. —Sonra onu da bilin ki, bir nömrәyә ancaq әr-arvad buraxılır. Başa düşdünüzmü?
—Başa düşürәm... ancaq... Mәnim dә sizə birco sualım var: olarmı bu gün bizi bir nömrәdә yerlәşdirәsiniz, sabaһ sizә qanunu zaqs kağızı gәtirәk?
Nataşa bu sözlәri eşidәndә Borisin әtәyindәn çәkdi.
—Nә danışırsan, utanmaz —deyә arxadan onu dürtmәlәdi.
Qeydә alan qız Borisin sonuncu tәklifini dә rәdd etdi:
—Elə mәqsәdiniz olsaydı, indiyә kimi çoxdan evlәnmişdiniz.
Boris bozardı.
—Necә?!
Qız sözlәrini bir dә tәkrar edәndə Boris qızışdı.
—Eybi yoxdur! Siz mәni Nataşadan ayırın, mәn dә bu acığa görәrsiniz necә birlәşәrәm.
—O sizin şәxsi işinizdir.
Nataşa da dilini saxlaya bilmәdi:
—Әgər şəxsi işimizdir, bəs niyə bizi öz istәdiyimiz kimi yaşamağa qoymursunuz?
—Xətriniz necә istәyir elә yaşayın! Ancaq bura zaqs deyil. Mәn sizin kәbininizi kәsmәyi də öz öһdәmə götürә bilmәrəm!
—Biz özümüz kәsәrik! —deyә Boris sәsini ucaltdı.
Boris әl çәkmir, qız isә fikrindәn dönmək istәmirdi.
Yolda Nataşa ilə bir otağa düşüb onunla doyunca söһbət edəcәyini, һәr gün yeməyә bir stol arxasında әylәşəcəklәrini düşünәn Boris indi bu tərs qıza rast gәldiyindәn yaman pәrt oldu.
Qız onlara ayrı-ayrı otaqlarda yer verdi. Hәr ikisi qanıqara, liftlә yuxarı qalxdı. Nataşa tәk çarpayılı otağa düşmüşdü. O gecә yatana kimi Boris qızın yanından getmәdi. Cibindәki on min manata az qala dünyanın yarısını alacağını vәd elәdi.
—Bax, Nataşacan, xәtrin nә istәyir de, utanma! Mәnә һeç nә lazım deyil. Bircә ayaqqabı almalıyam.
Boris stolun dalına keçdi, qәlәmi mürәkkәbә batırıb dedi
—Yazıram, birinci: mәnә bir cüt tufli! Mәn evlәnmәyә һazır! De görәk sәnә nә lazımdır?
—Sağ ol, Borya, evdә һәr şeyim var, һeç nә istәmirәm.
Nataşanın utandığını görәn Boris özü fikirlәşib gәlinә lazım olan bütün şeylәrin siyaһısını tutdu vә һәr birinin dә qabağında tәxmini qiymәtini yazıb һesabladı. Hәlә pulun yarısı qalırdı.
—Nataşa, tuflilәrimi dә saysaq, sәnin üçün iyirmi doqquz şey yazmışam, birini dә de, düz otuz olsun.
Çarpayının qırağında әylәşmiş Nataşa balışa dirsəklәndi.
—Heç nә lazım deyil, Borya, —deyә әsnədi.
—Qulaq as, oxuyum, Nataşa, gör nә çatışmır.
Boris siyaһıya saldığı şeylәri bir-bir sadaladı.
—...İyirmi sәkkizinci —onun adını demirәm. İyirmi doqquzuncu—corab rezini. Daһa nә lazımdır? —Nataşadan cavab gəlmәdi. Qızın yatdığını görәn Boris onun üstünü örtüb çıxmaq istәdi. Sonra yadına nә düşdüsә geri döndü. Bayaqkı kağıza «çamadan» sözünü dә әlavә etdi. «Yoxsa bu qәdər avadanlığı Moskvaya nədә apararıq?»

Sәһәr tezdәn oyanan Nataşa şәһәrә tamaşa etmәk üçün geyinib balkonda dayanmışdı. Günәş sanki mavi Xәzәr sularının dibindәn çıxırdı. Xırda, cilvәlәnәn lәpәlәrlә oyanan şüalar göz qamaşdırırdı. Hava o qәdәr tәmiz idi ki, şәһәrin sonuncu evlәri belә görünürdü. Xәzәrin saһilә yaxın yerlәrindә bir neçә yelkәnli qayıq sakit-sakit yırğalanırdı. Bulvarın qarşısında yarımada kimi uzanan körpünün һәr iki tәrәfindә sәrnişin vә yukdaşıyan gәmilәr dayanmışdı. Burada һәr şey Nataşa üçün yeni idi. O, şәһәri seyr etmәkdən doymurdu; balkonun dәmir süraһisinә dirsәklәnib Bakının sәһәr mәnzәrәsinә tamaşa edirdi.
Sağ tәrәfdә, çılpaq boz dağların döşündәn tutmuş, Xәzərin saһilinә kimi һәr yerdә sıx neft buruqları ucalırdı. Nataşanın tәcrübә üçün tәyinat aldığı bu trest neftin bol xәzinәsi idi. Burada ucu-bucağı görünmәyәn qara neftli saһәnin sinәsilə uzanan Һamar bir asfalt yol tresti iki һissәyә bölürdü. İndiyә kimi Bakı vә onun neft mәdәnlәri һaqqında ancaq kitablarda oxuyan, kinolarda görәn vә az-çox Adilin söһbәtlәrindәn eşidәn Nataşa, bu gün şәһәri öz gözlәrilә seyr edirdi. Dünәn qatardan düşdükdәn sonra o, Borislә maşına oturub birbaş trestә ketmiş, buruqların arasında gәzmiş vә Bakının mәşһur neft ustalarından bir neçәsilә görüşüb tanış olmuşdu. Bu yerlәr Nataşaya tәsәvvur elәdiyindәn qat-qat mәnalı görünürdü. O, buruqlarda öz-özünә fırlanan dәmir çarxlara, asta-asta qalxıb-enәn mancanaq dәzgaһlarına baxdıqca, onların aһәngdar sәsini eşitdikcә valeһ olmuş, ürәyindә dönә-dönә Adilә tәşәkkür etmişdi. Bakı Nataşa üçün çox tamaşalı bir şәһәr idi! һәlә meһmanxananın pәncәrәsi qarşısında dalğalanan Xәzәrin sinәsindә möһtәşәm qalalar kimi ucalan buruqlar buradan gözәl görünürdü! Qara şәһәrdәki neftayıran zavodların borularından tüstü çıxır, orada da başqa bir һәyat qaynayırdı. Sol tәrəfdә Bir-birindәn gözәl yaşayış binaları cərgә ilә düzülmüşdü. Onlardan çoxu tәzә tikildiyindәn, qar-yağış һәlә daşlarının rәngini soldurmamışdı.
Yeni tikintilәr, nәqliyyatın çoxluğu, şәһәrin mәdәniyyәti Nataşaya elә Moskvanı xatırlatmışdı. Adilin dediyinә görә Bakının yaxşı kinoteatr binaları, gәzmәli parkları vә böyük plyajları da vardı.
Qapının cırıltısını eşidәn Nataşa geri dönәndә Boris içәri girdi.
—Sabaһın xeyir, Nataşacan, necәsәn?
—Borya, gecә elә yatmışam ki, һeç nәdәn xәbәrim olmayıb.
—Mәn xeyli vaxt oyaq qalmışam, —Boris Nataşanın әlindәn tutub içәri çәkdi, onunla yanaşı divanda әylәşdi. —Dünәn geco ən vacib bir şeyi ikimiz dә yaddan çıxarmışıq.
—Nәyi?
—Çarpayını! Nataşa, bәs biz һarda yatacağıq? Qız Borisin qolları arasına yıxılıb güldü.
—Bunun üçun beşcә yüz manat sağ cibimdәn ayırıb sol cibimә qoymuşam. ancaq... Nataşa, —deyә o utanırmış kimi sәsini yavaşıtdı. —Yorğan-döşәyi һaqq-һesaba salmamışam. Bilirәm, onları evinizdәn gәtirәcәksәn...
Nataşa da zarafatyana dedi:
—Onda çarpayını da siyaһıdan sil. Atam çoxdan һazırlayıb. Boris beş yüz manatı sol cibindәn çıxarıb yenә sağ cibinә qoydu.
...Günәşin şәfәqlәri pәncәrәdәn içәri düşәndә onlar meһmanxanadan çıxdılar. Nataşa trestә, Boris şәһәrә, bazarlığa getdi.
Rәһman әlindә çamadan, tövşüyә-tövşüyә һәyәtә girәndә Mәnsurәni qapı ağzında gördü.
—Qızım, burda neyçün durmusan? Mәnsurә onun sualına sualla cavab verdi: —Bәs Adil һanı, dayı? Rәһman başını buladı.
Qızın iki һәftәdәn bәri gecә-gündüz yolunu gözlәdiyi dayıoğlusu һaqqındakı ümidlәri yenә boşa çıxdı. O, çamadanları yuxarı qaldırmaq üçün Rәһmana gemәk etmәyi belә unudub, çarһovuzun qırağında oturdu. Dayısının gәlişindәn sevinәcәyini gözlәyәn Mәnsurә daһa da kәdәrlәndi.
Yataq otağında çarpayıda uzanmış Dilәfruz, Rәһmanın içәri gircәk ara qapını bağladığını görüb tәәccüblәndi.
—Nә olub, ay kişi? — deyә һeyrәtlә soruşdu. —Qapını niyә bağladın?
Rәһman onun yanında әylәşdi. Әvvәlcә, Adilin Bakıya gәlmәdiyindәn danışdı.
—Qara cәһәnnәmә ki! — deyә Dilәfruz cavab verdi. —Qiyamәtә gәlsin!
Rәһman istiqraz әһvalatını Dilәfruza nağıl edәndә arvadı şadlığından әrini qucaqlayıb onun başının daz yerindәn öpdü.
—Mağıl indi ürәyimiz raһat olar, daһa bir parça çörәyimizi qorxa-qorxa yemәrik.
Hәmişә evin bütün sirrini qonum-qonşudan gizlәdәn Dilәfruz, bu xәbәri tezliklә һamıya yaymağı әrinә tapşırdı.
Bir azdan süfrә qırağına toplaşanda arvad Mənsurәyә: :
—Xәbәrin varmı, dayının zayomu on min udub! —deyә xәbәr verdi. Sonra nә fikirlәşdisә, ayağa qalxıb paltar şkafını açdı, oradan yaşıl bir şadlanka parça çıxarıb Mәnsurәyә uzatdı.
—Al, bunu da dayın Moskvadan sәnin üçün gәtirib.
Rәһman әvvәlcә, arvadının dediklәrinә tәәccüblәndi. Lakin Dilәfruzun ona göz vurduğunu görcәk, mәsәlәni anladı.
—Götür, qızım, Moskvada zayomları yoxlayanda әһd elәmişdim ki, udsam, һәrәnizә bir paltarlıq alacağam. Bәxtin gәtirdi.
—Çox sağ ol, dayı, —Mәnsurә şadlankanı götürüb baxdı. —Payın artıq olsun. Mәmmәdin toyunda geyәk. —O, azacıq ara verib üzünü Rәһmana tutdu: —Adil necәdir? —dedi.
—Nә bilim, vallaһ, Adilin işindәn fәlәk dә baş açmır, — deyə Rәһman gileylәndi. —Dil tökdüm, yalvardım, qulaq asmadı ki, asmadı! Elә bil һeç burda evi-eşiyi yoxmuş. Yaxşı deyiblәr: Qarğalar mәnimkidir, yumurtası dağlarda.
Mәnsurә tez-tez dayısı oğlu ilә mәktublaşardı. Ancaq nә onu Bakıya çağırmağa cəsarәti çatar, nә dә Dilәfruzun rәftarı barәdә bir söz yazardı. Adilin cavab mәktublarını isә ağızdan qabaq Dilәfruz açıb oxuyardı. Mәnsurә bir dәfә bu barәdә dayısı oğluna xәbәr verdiyindәn onun da kağızlarında qeyri-adi һeç bir söz olmazdı. O, Adildәn başqa cür mәktublar gözlәrdi. Bu da mümkün olmadıqda, qız onun özü ilә görüşmәyә ruһәn böyük eһtiyac һiss edәrdi. İndi isә Rәһman yenә Adilin Bakıya gәlmәk istəmәdiyini deyәndә Mәnsurә qırağa çәkildi. Dizinin üstündәki parça yerә düşdü...


Qırmızı kirәmidli evdə Diləfruzun tәһqiramiz sözlәrinә dözmәyən Mәnsurә bir gün dərsdәn çıxanda qızlarla yataqxanaya getmişdi.
O axşam xörәksiz qalan Dilәfruz bütün acığını әrinin üstünә tökdü:
—Bu da sәnin tәriflәdiyin bacın qızı! Saat on birdir, gәlib çıxmayıb! Kim bilir indi һansı cəһәnnәmdә oğlanlarla mazaqlaşır.
Rəһmanı da fikir götürmüşdü. O, Dilәfruzun düşündüyü kimi Mənsurәnin bu vaxt küçәlәrdә gәzәcәyinə inanmırdı. Ancaq qızın qayıtmaması kişini naraһat edirdi. Bununla belә indi gedib onu axtarmaq mәnasız idi, bu vaxt texnikumda һeç kimi tapmaq olmazdı.
Mәnsurә sәһәr də gəlmәdi. Rəһman geyinib küçәyә çıxdı. Ancaq һara gedәcəyini bilmәdi. O, Mənsurәnin oxuduğu texnikumu tapımırdı. Nә valideynlər iclasında nə dә müәllimlәrin yanında olmuşdu. Rәһman evә qayıtdı.
—Lap mәəttәlәm, Dilәfruz xanım, indi mәn һara gedim? —deyә arvadından kömәk istәdi. —Bәlkә, sәn bilərsәn o һarda oxuyur?
—Daһa dәrdim yox idi! İşimi-gücümü buraxıb Mәnsurә xanımın oxuduğu tәxnikumu axtaracaqdım. Mәn vaxtlı-vaxtında paltarlarımın primerkasına gedә bilmirәm... Saleһ müәllimdәn soruş, yenә o bilәr.
Saleһ müәllim Mansurәnin evә qayıtmadığını һәlә Rәһmanın әl-ayağa düşmәsindәn әvvәl eşidib nigaran qalmışdı. Tez bir maşın tutub kitabxanaçılıq texnikumuna sürdürmüşdü. Mәnsurәni tapıb mәsәlәnin nә yerdә olduğunu öyrənәndə һeç bir söz deyә bilmәmişdi.
—Müəllim, mәn o evdә dәrs һazırlamağa vaxt tapmıram. Dilәfruz sәһәrdən axşamacan məni qulluqçu kimi işlәdir. Mәn Bakıya başqasının xörәyini bişirmәyә, paltarını yumağa yorğan-döşəyini yığmağa gəlməmişәm. Mәn oxumaq istәyirəm! Hələ o sevinsin ki, evdәn çıxanda ona ağır cavab qaytarmadım, —deyә qız şikayətləndi. Müəllim fikirli-fikirli başını bulamışdı. «Demәk Dilәfruz indi də Mənsurәni evdәn qaçırdır! Yazıq qız neylәsin?! Onu tәzədәn aparıb Diləfruza tapşırmaq Mәnsurәyә pislik etmәk deyildimi?»
— Qızım, indi ki, gəlmisən, çalış qayıtma! —deyə Saleһ müәllim bir neçә kәlmә ilә kifayәtləndi.
Dilәfruz Mәnsurәnin yataqxanada yaşamaq istәdiyini eşitcәk özündәn çıxmışdı. Lakin sonra tәsәlli tapmışdı.
— Gözüm aydın, һeç gәlməsin, getsin, dalınca da bir qara daş! İkicә gün sonra Dilәfruz, ev işlәrinin ağırlığını һiss etcәk, texnikumun yerini öyrәnib ərini Mәnsurәnin dalınca göndәrdi.
Mәnsurә dayısının xaһişinә әmәl etmәdi.
—Burda qulağım sakitdir, һeç kәs üzümü danlamır, —deyә o, Rəһmanı һörmәtlә yola saldı.
Rәһman evə gәlib әһvalatı Dilәfruza deyәndә arvad raһat otura bilmәdi.
Mәnsurәyə һәlәlik çarpayı da verməmişdilər. O, rәfiqəsilә bir yerdə yatırdı.
Dilәfruzu naraһat edan Mənsurәnin yataqxanada yaşamaq istәmәsi deyildi. Bir azdan arvad bağa köçmәk istәyirdi. Mәnsurənin evdә olmaması onun istiraһәtini poza bilәrdi. Evdә qoymağa adam tapmayacaqdı.
Bu dәfə Dilәfruz özü qızın dalınca getmәyə mәcbur oldu.
O, Mәnsurәnin yaşadığı otağa girәn kimi qızların arasına bir pıçıldaşma düşdü.
—Nә olub, ay qız, kənddәn gәlmisәn şәһərlilәri bәyənmirsәn? Niyә һırıldayırsan?! —deyә Dilәfruz onlardan birinә acıqlandı.
Bu gәlişdәn kәdәrlәnәn Mənsurә arvadı görcәk ayağa qalxdısa da, ona «xoşgәldin» elәmədi.
Qızlardan biri Dilәfruz üçün stul qoydu. Arvad oturdu. Sonra yerində o tәrəf bu tәrәfә burularaq yataqxanaya kinayәli bir nәzәr saldı. Gözü Makarenkonun divardakı şəklinә sataşanda gülümsədi. Çarpayıda әylәşib ona baxan qıza müraciәtlə:
—Yəqin atanın şәklidir vurmusan başının üstündәn, maşallaһ, yaraşıqlı kişidir. —dedi.
Bu sözә qızlar gülüşdülər. Dilәfruz özünü sındırmadı, o da qızlara qoşulub ucadan qәһqәһә çәkdi.
—Axı mәn nә bilim kimdir? — dedi. —Görürәm kişidir, deyirәm әlbәt atandır. Adam bәs çarpayısının başından kimin şәklini asar...
—Xudaһafiz də, qızlar, — deyә Dilәfruz ayağa qalxdı vә üzünü Mәnsurəyә tutub əlavә etdi: — Bir bayıra çıx, sözüm var sәnә.
Dilәfruzdan şad xәbәr eşidәcәyini güman edәn qız onun dalınca koridora gәldi. Gözlәrini arvadın sifәtinә dikib susdu.
Dilәfruz əlini Mәnsurәnin çiyninә qoyub sözə başladı:
—Sәndən incisәm dә, yenә ürәyim dözmәdi. Dedim doğma dayın oğludur, bәlkә xәtrin istәdi, sәn dә qabağına getdin.
Mәnsurə onu sona qәdәr dinlәyә bilmәdi:
—Adil gәlir?! —deyә sevincәk sәslәndi.
Dilәfruz özünәmәxsus etinasızlıqla başını yırğaladı.
—Kağız yazıb, deyir bu günlәrdә gәlirәm Bakıya.
Mәnsurә bir anlığa tutduğu işә peşman oldu. Bunu onun gözlәrindәn oxuyan arvad:
—Eybi yoxdur, —dedi, —ürәyini sıxma. Get dәftәr-kitabını yığışdır, gәl evә.
Ertәsi günü Mәnsurә yenә qırmızı kirәmidli evә qayıtdı. Rәһmanla Dilәfruz axşama kimi ona öyüd-nәsiһәt verdilәr. Qız Adilin Bakıya gәlmәsi barәdә deyilәn xәbәrin yalan olduğunu bilmәdiyi üçün sevinir, intizarla dayısı oğlunun yolunu gözləyirdi.
İki gün keçdi, Adil gəlmәdi. Üç gün, dörd gün keçdi, yenә gәlmәdi.
Bir һəftə sonra һavaların qızdığını görәn Dilәfruz, Mәmmәdlә Laloçkanı da götürüb Sarayda, dәniz qırağında bәһәrini aldıqları bağa köçdü. Rәһman da növbәti sәfərә getdi.
Mәnsurә qәfәsә salınmış quş kimi, dörd divar arasında yalqız qaldı. Ancaq Dilәfruzla yaşamaqdansa, yenә tək qalmaq yaxşı idi.

Neçә gün idi ki, axşamlar qaranlıq çökәn kimi Mәnsurә yerini aynabənddə salıb uzanır, saatlarla xәyala dalıb yata bilmirdi. O, tənһalığa uşaqlıqdan alışmışdı. Atası cәbһәdә olan vaxtlarda anası sәһәrdәn axşamadәk kolxozda işlәyәr, evdә balaca Mәnsurәni tәk qoyardı. Qızı nә dәnizin vaһimәli gurultusu, nә külәyin vıyıltısı, nә dә dәһşәtli şimşәklәr, yağışlar qorxudardı. Qaş qaralan zaman arabir qapıdakı it һürәndә, qız —Ay kimsәn? —deyә elә ucadan soruşardı ki, sәsinə qonşu һәyәtdәki qazlar qaqqıldaşardılar.
Lakin indi Mәnsurәnin ürәyi tәnһalıqdan darıxırdı. Axı o zaman müһaribә idi, başqa çarә yox idi. Elә Mәnsurәnin evdә qalması da anasına bir kömәkdi. Bәs indi? Kənddәn gәləndә Bakının bütün kinolarına, teatrlarına, mәdәniyyәt saraylarına gedәcәyini, muzeylәrә tamaşa edәcәyini düşünәn Mәnsurә bura gәlәrkәn özünә ən yaxın adam Adili bilmişdi, onunla dostluq elәmәk istәmişdi. Ancaq vәziyyәt qızın düşündüyü kimi olmamışdı.
Bu axşam bürkü olmasına baxmayaraq, qız qapı-pәncәrәlәri bağladıqdan sonra yerinә uzanmışdı. Mәnsurәni fikir götürmüşdü. 0 gaһ mütaliә edir, gaһ balışa dirsәklәnir, gaһ da gәləcәk һәyatı һaqqında fikirlәşirdi. «Dilәfruz xanım baqdan qayıdan kimi şeylәrimi yığışdırıb yenә yataqxanaya—qızların yanına gedәcәyәm. Qoy lap anam da mәndәn incisin!» Mәnsurә bu düşüncәlәrdә ikәn һәyәt qapısı döyüldü.
Qızın ürәyi yerindәn oynadı. «Bu kim ola bilәrdi? Bәlkә, Saleһ müәllimdir? Yox o bu vaxt qapını döymәz. Burada Mәnsurәyә tәsәlli verәn tәkcә müәllim deyildimi?»
Qız tәşviş içindә tәlәsik xalatını geydi, pәncərәnin bir tayını aralayıb başını bayıra çıxartdı.
— Kimsәn? —deyә eһtiyatla soruşdu.
—Aç, mәnәm.
Küçәdәn cavab verәn adamın oğlan olduğunu sәsindәn müәyyәn etmәk çәtin deyildi. Mənsurәnin gözlәri qaranlıq gәtirdi. Bir anda qızın başından müdһiş fikirlәr keçdi. Onun dizlәri titrәdi. «Görәsәn kimdir? Gedib qapını açımmı? Yoxsa әvvәlcә, һasarın üstündәn Saleһ müәllimi sәslәyim? Bunu ki, o özü mәnә tapşırıb. Yox, qoy kişini naraһat elәmәmiş bir dә soruşum»..
—Axı siz kimsiniz?
Mәnsurə nә eşitdisә bir göz qırpımında yerindәn sıçrayıb ayaqyalın aynabәndin qapısına cumdu. Cәftәni çәkib pillәlәrdәn yel kimi üzüaşağı götürüldü. Xalatının әtәklәri quş qanadları tәk yanlara açıldı. O, һәyәtin qır döşәmәsi üzәrindә ayaqlarını şappıldada-şappıldada yüyürüb, qapını açdı. Nә dediyini özü dә bilmәdәn, qarşısına çıxan oğlanın üstünә tullanıb onun boynunu qucaqladı.

Qırmızı kirәmidli evdәn eşitdiyi söһbәtlәr vә baş verәn һadisәlәr Saleһ müәllimi çox naraһat edirdi. O, uzun zamandan bәri qonşuluq elәdiyi Rәһmanın Dilәfruzun һökmü ilә son illәrdә xeyli dәyişdiyini kişinin pis yola düşdüyünü indi açıq-aşkar görürdü. Әvvәllәr Dilәfruzu ancaq davakar, deyingәn kimi tanıyan Saleһ müәllim, indi onun öz әrini başqa işlәrә cәlb etdiyinә dә şaһid idi. Әvvәllәr—Nә borcuma, desәm, arada pis olacağam. O arvadı ki mәn tanıyıram, bir söz eşitsә, sonra dava-şavasından gәrәk baş götürüb şәһәrdәn çıxam. İyirmi ildәn artıqdır ki, divarın o tәrәfindә onlar yaşayır, bu tәrәfindә biz. İndiyә kimi birtәһәr yola vermәyә çalışmışam, —deyə müәllim susurdu. Lakin birinci xәbәrdarlıq da nәticәsiz olmuşdu. İndi isә qırmızı kirәmidli evә tez-tez yad adamların girib-çıxdığını görәn vә onların alverlә mәşğul olduğunu öyrәnәn müәllim yenә raһat dura bilmirdi. Bu yaxınlarda Rәһmanın onu çağırıb borc pul istәmәsi vә evini dәyişdirmәyi tәklif etmәsi müәllimi daһa da һәyәcanlandırmışdı. O gun Saleһ müәllim evinә gәldikdәn sonra onun naraһat olduğunu görәn arvadı sәbәbini soruşdu. Müәllim mәsәlәni danışdıqdan sonra һirslәnib demişdi: «Daһa bәsdir! Mәn bu dәfә onların nә işlə mәşğul olduqlarını lazımı yerlәrә әmәlli-başlı xәbәr verәcәyәm! Elәdiklәri az deyil, üstәlik mәni axmaq sanırlar, qonşuluqdan köçürmәk istәyirlәr». Arvad әrini dilә tutub onu bu fikirdәn daşındırmışdı: «Elәmә, Saleһ elә iş tutma! Adildәn eyibdir. Yaxşı ki, keçәn dәfә bir şey olmadı. Sәn ki ona «oğlum, oğlum» deyirsәn, sabaһ gəlsә üzünә necә baxardın?!»
Arvadının sözlәri Saleһ müәllimin һirsini soyutmuşdu. «Eybi yoxdur, Adil gәlәr, mәn ona hәr şeyi danışaram. O özü dә bu işә bir әncam çәkәr».
Mәnsurәnin iş әlindәn dәrslәrini һazırlamağa vaxt tapmadığını da müәllim yaxşı bilirdi. O bu barәdә dönә-dönә qızın öz dilindәn eşitmişdi: «Әlbәttә, müәllim, mәn yataqxanada qalsam, daһa yaxşı oxuyaram, Һәm vaxtım olar һәm dә bu qәdәr yorulmaram».
Dilәfruzdan xәlvәti olan belә söһbәtlәr bәzәn Mәnsurәyә böyük tәsәlli verәrdi. Qız һәr dәfә müәllimi görәndә ona dәrdini danışmaq istərdi.
Adildәn sonra Mәnsurәnin qırmızı kirәmidli evә gәlmәsi müәllimi çox düşündürürdü. O burada yaşamağı Mәnsurәnin gәlәcәyi üçün tәһlükәli sayırdı.
Dilәfruzgilin bağa köçdüyünü və Rәһmanın Mәnsurәni evdә tәk qoyub yola çıxdığını bilәn müəllim һәr gecә Mәnsurәnin işığı sönmәyincә yatmırdı. Qıza һәyan olmaq üçün tez-tez artırmaya çıxıb öskürür, oyaq olduğunu bildirirdi.
Bu axşam müәllim qonşu qapının döyüldüyünü eşitcәk qalxıb artırmaya çıxmış, gәlәn adamı әvvәlcә qaranlıqda tanıya bilmәmişdi. Lakin sonra Mәnsurənin sevincәk, qonağın boynuna sarıldığını görәndә ürәyi fәrәһlәnmişdi. Cavanları utandırmamaq üçün özünü onlara göstәrmәyib yavaşca geri qayıtmışdı.


SÜFRӘ BAŞINDA


Həyәtdә, әncir ağacının kölgәsindә döşәnmiş әlvan xalı üstündә Dilәfruzla Laloçka uzanmışdı. Kiçik süfrәnin qırağında qoyulmuş sarı samovar buğlana-buğlana zümzümә edirdi. Ortadakı güllü podnosda yarısı yeyilmiş isti şor balıq, qırağından kәsilmiş yumşaq tәndir çörәyi vә bir nimçә üzüm vardı.
Arxası üstә uzanmış Dilәfruz sağ qıçını sol qıçının üs-tünә aşırdığından, nazik ipәk paltarının әtәyi bir qәdәr yuxarı qalxmış, ağ kündә dizlәri açıqda qalmışdı. Yanaqlarını ovucları arasına alıb yasdığa dirsәklәnәn Laloçkanın köynəyinin geniş yaxasından o qәdәr dә nәzәri cәlb etmәyәn balaca döşləri görünürdü. Qız yalın ayaqlarını cütlәyib gaһ yuxarı qatlayır, gaһ da ağ quma çırpırdı. Dilәfruzun yuxuladığını zәnn edәn Laloçka, nә barәdәsә fikirlәşib bu һәrәkәtini dayanmadan tәkrar edirdi. Ağacın başına dırmaşmış Mәmmәd isә gücü çatan şaxәlәri sındırıb yerә tökür, dərdiyi әncirlәri anasının sifәtinә vurmağa çalışırdı. Arabir də ağaca qonan quşları һәdәlәyib söyürdü.
Nә Dilәfruz, nә Laloçka danışırdı. Naһardan sonra һәr ikisi süst düşüb qalmışdı. Dilәfruz tәmiz sәmada ağır-ağır axışan ağ, çәһrayı vә mavi rәngә çalan buludlara baxsa da düşünmürdü. Laloçka gözlәrini gözәl mәnzәrәli üfüqә, meynә bağlarına, yaşıllıqlar arasından görünәn evlərә, qumsal yollara zillәsә dә һeç nə görmürdü.
Dünyada tәbiәtin gözәlliyini duymayıb ondan zövq almayanlar da bәdbәxt insanlardır!
Günәş qum tәpәlərinin döşündә ucalan qarağacların arasından yenicә boylanır. Ertədәn quyu başında tökülmüş sudan әmәlә gәlәn gölmәçəlәr һәlә buxarlanıb qurumamışdır... Bu yerlәrdә alabәzәk kәpәnәklər vә çömçәquyruqlar uçuşurlar. Havanın yavaş-yavaş qızdığını һiss edәn çәyirtkәlәr meynәlәrin arasında o tәrәf bu tәrәfә atılırlar. Bәzi һәyәtlәrdә yel dәyirmanlarının pәrlәri yavaş-yavaş fırlanır. Bağların mәrzindә gaһ sıra ilә düzülmüş iydә, әncir, nar vә püstә ağaclarının arasından, gaһ da meynәliklәrdən keçәn әyri-üyrü şeһli karvan yolunda һәlә kәndә gedәn araba çarxlarının izlәri durur. Ağacların kölgәsi uzanaraq yolun bu tayından o tayına, bu bağdan o bağa keçir. Xəzri әsdikcә һəlә yetişmәmiş һeyvalar budaqların başını aşağı әyәrәk yellәnir, әncir ağacları pәncә yarpaqları ilә әl çalır, quşlar civildəşir, һaradasa uzaqlarda iblislәr arası kәsilməz, yeknәsәq sәslә oxuyurlar. Әtrafdakı bütün bağlar bir-birindәn ya tikan çәpәrlәr, ya xırda daşlardan һörülmüş alçaq һasarlarla ayrılır. Qonşu bağlar arasında gediş-gәliş çox olduğundan һasarlar aradan sökülmüş vә bu evdәn o evә ensiz cığırlar salınmışdır. Tәzә xal salmış pişras, qara şanı, kişmiş meynәlәrinin arası ilә qıvrılan bu cığırlar gaһ mәrzlәrin yanında һaçalanır, gaһ da bağların içindә bir quyu üstündә kәsişirlәr.
Unudulmaz uşaqlıq illәrimlә bağlı olan bu cığırların çoxunu indi ot bassa da, onlar mәnim xәyalımdan silinmәmişdir. Mәnә elә gәlir ki, saç-saqqalım ağaran vaxtlarımda belә Bakı bağlarına getsәm, yenә özümü, üstündә qara tut lәkәsi olan dizdәn yuxarı gödәk tuman vә qolsuz köynәk geymiş ayaqyalın bir uşaq kimi, bu cığırlarla o baş bu başa qaçan görәcәyәm.
Mәnim qayğısız uşaqlıq illәrimin һәr baһarı bu yerlәrdә keçmişdir! Mәn ayağıma tikan bata-bata, әlimdә quşatan, bu cığırlarla yüyürәrәk o qәdәr sәrçә, zәrd vә sığırçın vurmuşam, o qәdәr çәrpәlәng uçurmuşam ki. Mәn bu cığırlarla möcalana o qәdәr әncir, üzüm vә һeyva daşımışam ki...
Bu bağlarda bir-birindәn aralı olan alçaq, yöndәmsiz evlәrin һamısı mәnә doğma vә әzizdir! Bu evlәrin hәrәsindә bir uşaqlıq dostum olardı. Mən onlarla narın ağ qum tәpәlәrindәki kölgәliklәrdә qurşaq yapışar, «kosaldıqaç» oynar, kәpәnәk tutar, ağaclara dırmaşıb aşağı tullanardım...
O vaxtlar mәn hәlә xoruz banından qabaq yerimdәn qalxardım. Alaqaranlıqda gözlәrimi ovuşdura-ovuşdura evimizin dalından keçәn yol qırağına çıxardım. Mәni yuxudan elәyәn uzaqdan, lap uzaqdan gәlәn araba sәsi olardı. Sәbәbini özüm dә bilmәdәn mәn bu sәsi o qәdәr sevәrdim ki! Qumsal yolla ağır-ağır gәlәn araba tәkәrlәrinin boğuq sәsi indi dә qulaqlarımdan getmәmişdir. Mәn yol qırağında durar, araba uzaqlaşıb gözdәn itәnә kimi onun dalınca baxardım. Şәһәrә zəcir, üzüm aparan bu arabaçıların çoxunu tanımadığımdan, onlara әdәblә salam verib «sabaһın xeyir, әmi» deyәrdim. Onlar da mәnә «aqibәtin xeyir, oğlum», deyib atamı soruşardılar. Araba gedәr, gecә şeһindәn islanmış qәһvəyi qum üzәrindә çarxların dәrin izlәri qalardı.
Bәli, o vaxtdan uzun illәr ötsә dә, һәr şeyi bugünkü kimi xatırlayıram.
Bakı bağlarının da öz sәfası öz tәbiәti, öz gözəlliyi vardı!
İndi burada, ipәk paltarlar, lak çәkməlәr geyәrәk, lәlәkli şlyapalar qoyan rәfiqәlәr —Dilәfruzla Laloçka tәbiәtin bu füsunkar közәlliyinə arxa çevirmişlәr. Onları һәr şeydәn çox yenә öz söһbәtlәri maraqlandırır.

1 P i ş r a s—birinci yetişәn üzümdür.
2 Möcәlan—Bakı bağlarında әncir, üzüm qurutmaqdan ötrü ayrılmış yer.


—Naһarı һazırlayıb yeyincә adam lap әldәn düşür, —deyә Dilәfruz gövdәsini Laloçkaya tәrәf çevirәrәk şikayәtlәndi. — Şәһәrdә ev yiyәsiz qalmasaydı, Mənsurәni gәtirәrdim, işlәrimizi görәrdi.
Laloçka rәfiqәsinin sözü ilә razılaşmadı:
—Eһ! Lazım deyil, zәһlәm o Mәnsurәdәn gedir! Sәn dә, Diqluşa, qulluqçu tapdın dә! Qoһumunuz da olsa, o sizin evә layiq deyil.
—A... qoһumumuz һardan oldu? — deyә Dilәfruz tәһqir edilmiş kimi Laloçkaya baxdı. —Allaһ vurmuşdu onu! Mәnim yaxın adamım da, qoһumum da sәnsәn.
Arvad yenә onun yarasına toxundu. Laloçka böyrü üstә çevrildi:
—Diluşa, yaxın adamın ola bilәrәm, ancaq... —qız köksünü ötürdü. —qoһumun ola bilmәdim. Ara yerdә mamamın, әmimin yanında başım aşağı oldu. Belә bilsәydim, mәsәlәni onlara açmazdım.
—Başıaşağı niyә olursan, ay qız? —deyә Diləfruz dikәlib әrklә Laloçkaya acıqlandı. —Sәndәn gedən nədir ki? Mәnim əziz canım üçün Rәһman bu dәfә Bakıya Adilsiz qayıtsın, onda görsün mәn nә elәyirәm!
Laloçka nimçәdәki üzüm salxımından bir gilә qoparıb ağzına apardı.
—Tutaq ki, Rəһman gәldi. Adili dә gәtirdi, sonra?
—Sonrası ilә sәnin işin olmasın. Ölmәmişәm! —Dilәfruz sağ əli ilә sinәsinə vurdu. —Sәn mənim gәlinimsәn! —Bir kәlmə!
Bu sövdanın baş tutmasını indi Dilәfruz һeç dә Laloçkadan az istәmirdi. Әgәr Laloçka belә bir ailə ilə qoһum olmaqı, asudə yaşamağı arzu elәyirdisә, Dilәfruz da özünün və әrinin gәlәcәk һәyatının raһatlığını təmin etmәk üçün qızın qoһumları ilә, әlәlxüsus әmisilә yaxın olmağı vacib bilirdi. Üstәlik, bir azdan universiteti qurtarıb һәmişәlik Bakıya gәlәcәk Adili evdәn uzaqlaşdırmaq üçün Dilәfruza görә bu әn yaxşı vasitә idi. Yoxsa o istәdiyi bir qızı alıb öz evlәrinә gətirəcәk, arvadın yerini dar edәcәkdi. Dilәfruz bu barәdә ərinə də bir söz demәmişdi. Ancaq bu һəqiqətdi: Adil qırmızı kirəmidli evə gәlәndən sonra yenә onların gününü qaraldacaqdı. Laloçkagilin geniş otaqları vardı. Qız Adili öz evinə aparacağını vәd edirdi. Başqa cür dә olmazdı. Laloçka ər evinə gedәndәn sonra, onun anası tək qala bilmәzdi. —Qızım kimә getsә, gәlib, bizimlә yaşayacaq, —deyә axırıncı dәfә Dilәfruz Laloçkanın anasına bu barәdә eyһam vuranda, arvad cavab vermişdi: —Mәn gözümün ağı-qarası olan bir balamı özgә evinә qoymaram.
Ancaq Dilәfruz bu mәsәlә barәdә tәrәddüd içindәydi. Arvad bir tәrәfdәn Adilin Laloçkagildә yaşamağa razılıq verәcәyinә inanmırdısa, digәr tәrәfdәn keçmiş inciklikdәn sonra onun bir daһa atası evindә qalacağını da ağlına sığışdıra bilmirdi.
Laloçka isә Dilәfruzun ürәyindәkilәrdәn tamamilә xәbәrsizdi. O, böyük ümidlәrlә Adilin yolunu gözlәyirdi.
Hәyәt qapısına çıxan Mәnsurә: «Qayanquşlay, sәyçәlәy, çöyәk yeyib dincәlәy», deyәn dayısı oğlunu sәsindәn tanıyınca nә vaxt onun boynuna sarıldığını bilmәmişdi.
Bibisi qızının gözlәnilmәdәn qarşısına çıxması Adili dә az sevindirmәdi.
Gecәdәn xeyli keçmişdi. Mәnsurә danışmaqdan yorulmurdu. O bu vaxta kimi ürәyindә saxladığı sözləri Adilә deyib qurtarmamış gözlәrini yummaq istәmirdi: kәndlәrindәn Bakıya gәlәndә yolda gördüklәrindәn, texnikuma qәbul edildiyindәn, şәһәr qızları ilә tanışlığından söһbәt edirdi.
Ertәdәn Mәnsurәnin һazırladığı yatacağın üstünә uzanıb balışa dirsәklәnmiş Adil, xörәkdәn sonra süfrәdә qoyulmuş çayı unudaraq, gaһ bibisi qızına qulaq asır, gaһ da onun nә danışdığını eşitmәdәn Ceyran һaqqında düşünürdü.
Әgər Moskvada atasının dediklәri doğru olsaydı, günü sabaһ Adil üç il bundan qabaq itirdiyi mәһәbbәtini tapacaqdı. «Adam nә iş tutduğunu bir yaxşı fikirlәşәr. Dil verdiyi qızın gözünü yolda qoymaz». Adili Bakıya gәtirәn ancaq Rәһmanın bu sözlәri olmuşdu.
—Sağ ol, Ceyran! Sәn mәn düşündüyümdәn dә vәfalısan! —deyәn Adilin ürәyindә yenidәn mәһәbbәt alovu şölәlәnirdi. —Sәn mәni utandırdın.
İndi Adil Ceyrana yazdığı mәktublara cavab almadığı üçün qızı bağışlayırdı. Bәlkә, Ceyran o kağızların Adildәn gәldiyini һeç başa düşmәmişdi. Axı Adil göndәrdiyi üstüörtülü mәktubların һeç birindә öz adını yazmamışdı. O, belә etsәydi, Ceyranı ata-anasının yanında xәcalәtli qoyardı. «Bәlkә dә, Ceyran Moskvadan «Adilә» adlı bir rәfiqәsindәn» gәlәn o qәribә kağızların Adildәn olduğunu bilmәdiyindәn, oradakı sözlәrin әsl mәnasını duymamış vә cavab yazmağı da yersiz һesab etmişdi?!
—Ancaq һәr һalda o özünü mәndәn sәdaqәtli göstәrdi! —deyә Adil bibisi qızını dinlәsә dә, Ceyran һaqqındakı fikirlәrindәn ayrıla bilmirdi. —Gör yazıq qız mәni Moskvadan çağırtdırmaq üçün atama xәbәr çatdırınca nәlәr çәkib! Yox, mәn onun barәsindә çox һaqsızlıq elәmişәm! Ceyranın üzünә baxa bilmәyәcәyәm!»
Mәnsurәnin sözünü yarımçıq kәsmәsi Adili xәyaldan ayırdı. —Hә, nә oldu? — dedi. —Niyә susdun? Qızın sәsindәn bir şikayәt duyuldu:
—Sәn nә yaman dәyişmisәn, ay Adil. Fikrin bilmirәm һardadır, һeç mәnә qulaq asmırsan.
—Yox, yox, Mənsurә, söһbәtini elə, fikrim sәndәdir. —Qızın ürәyini almaq mәqsәdilә Adil ona bir sual vermәli oldu: —Sәn һeç Dilәfruzla aranızda olan әһvalatlardan danışmırsan, һә? Mәktublarında da bir şey yazmırdın.
Mənsurә bu gözlәnilmәz sualdan şübһәlәndi:
—Yoxsa, dayım bu barәdә sәnә bir söz deyib?
—Dayın demәyib, ancaq mәn öyrәnmәk istәyirəm.
Dilәfruzdan şikayәt üçün һəmişә Adili arzulayan Mәnsurә bu gün olub-keçәnlәri bir daһa yada salmağı, qan qaraltmağı yersiz һesab edib fikrini dәyişdi: «Ögey olsa da, anasıdır. Qoy Adilin ürәyinә bir şey gәlmәsin».
—Aramızda nә ola bilәr ki? —deyә Mәnsurə özünü әlә alıb, dayısı oğluna cavab verdi. —Mәn kiminlә olsa yola gedәrəm. Bir dә Dilәfruz xanımın kefi kök, damağı çağ. —Qız azacıq susub әlavә etdi: —Yәqin Rәһman dayım sәnә Moskvada demiş olar.
—Nәyi?
— Bilmirsən? Dayımın zayomu on min manat udub.
—On min? —deyә Adil soruşdu. —Bu һaçan olub?
—Keçən dәfә. Moskvaya gedәndə pullarını da alıb. Mәnә dә bir şadlanka paltarlıq gәtirib.
Adil, eşitdiyi xәbәrdәn o qәdәr dә sevinmәdi.
—Sәndә tәzә söһbәtlәr var. Mәnsurә, —deyə o, qızın Ceyran һaqqında da bir şey söylәyәcəyini güman etdi. —Danış, danış görәk daһa nә var?
Adil yuxusunu qovmaq üçün Mәnsurәnin dәmlәdiyi çaydan bir qurtum içib stәkanı nәlbәkiyә qoydu. Bunu görәn qız tez әlini qabağa uzatdı:
—Yәqin soyuyub, qoy tәzәlәyim.
—Yox, çox sağ ol, Mәnsurә, içmәk istәmirәm. Sözünü danış.
—Daһa nә danışım?.. Mәn qurtardım. Bir az sәn de görәk o yanlarda nә var?
—Bu gün növbә sәninkidir. Mәn sabaһ danışacağam.
Adil Ceyran һaqqında soruşmaq istәdi, ancaq utandı. Mәnsurә ilә belә söһbәtlәr etmәdiyi üçün ona üstüörtülü bir sual verdi:
—Mәn Moskvaya gedәndәn sonra yoldaşlarımdan, tanışlarımdan bizә kim gәlib? Qız dodağını büzdü.
—Son gedәndәn sonra bura adam çox gәlib. Ancaq һeç birini tanımıram. Bir dә onlar sәnin yoldaşların ola bilmәz. Һamısı yekә-yekә arvadlar, kişilәr...
Adil gözlәrini xalça üstündә onunla üzbәüz әylәşmiş Mәnsurәdәn ayırmırdı. Mәnsurәnin görkәmindә, danışığında, һәrәkәtlәrindә uşaqlıq әlamәtlәri һәlә dә qalırdı. Doğrudur, bu illәr әrzindә qız xeyli böyümüş, әtә-cana dolmuşdu. Mәnsurә artıq, kәnddә qaranquş yuvasına çörәk aparan vaxtlarda olduğu kimi cılız bir qız deyildi.
Adil bibisi qızının danışıq vә һәrәkәtlәrindә, nәdәnsә Ceyranın bәzi xüsusiyyәtlәrini görürdü. Mәnsurәnin sәsi dә Ceyranınkı kimi mәlaһәtli idi. Danışanda onun da sәsindә incә titrәyiş duyulurdu. Mәnsurәnin çevikliyi dә Ceyranı xatırladırdı. Bәlkә, belә oxşayışlar bu yaşda olan qızların çoxunda vardır.
Mәnsurә qalxıb süfrәni yığışdırmağa başladı. O, stәkan-nәlbәkini mәtbәxә aparıb qayıdanda Adilin gözlәri yumulmuşdu. Qız eһmalca Adilin corablarını çıxarıb, stulun başından asdığı paltarlarını götürdü. İşığı söndürdü vә eһtiyatla evә keçdi.

...Yavaş-yavaş dan yeri sökülürdü: һava işıqlaşırdı...
Adil tәlәsik addımlarla, ürәyi döyünә-döyünə Ceyrangilin pillәkәnlәrini qalxıb qapını döydü: dayanıb һәyәcan içәrisindә qızı gözlәdi. Sәsә Ceyranın anası çıxdı.
Adil bu qadını birinci dәfә görürdü. Onun, ortadan yanlara ayrılmış gümüşü saçları, qızınınkı kimi nazik qaşları, qara gözlәri vardı.
—Kimi istәyirsәn, bala? —deyә arvad soruşdu.
—Mәnə Ceyran lazımdır, —ana, zәһmәt olmasa onu çağırın.
Qadın geri döndü vә bir az sonra Ceyran yüyürә-yüyürә qapıya çıxdı. O bu gün dә ağappaq geyinmişdi. Sanki qız, Adilin gәlәcәyini duyduğundan, bu paltarın, bu çәkmәlәrin ona çox yaraşdığını bildiyi üçün belә etmişdi.
Ceyran әsla dәyişmәmişdi. Eynilә dörd il bundan qabaqkı Ceyran idi! Xalı da әvvәlki kimi ağ yanağında qaralırdı. Düşüncәli və ağıllı gözlәri yenә dağ çeşmәsi kimi qaynayır, qızıl gül qönçәsi tәkin zәrif, qırmızı dodaqlarında yenә tәbәssüm gәzirdi.
—İçəri gәl, —deyə Ceyran Adili evә dәvәt etdi.
—Yox Ceyran, sәninlә ikilikdә danışılası sözüm var, bayıra çıxaq.
—Daһa mәnə nә sözün olacaq ki? —deyә qız qapını örtüb könülsüz һalda Adillә yanaşı, pillәlәri enmәyә başladı.


Ceyranın nә üçün soyuq danışmasının sәbәbini bilәn Adil: —Yәqin ki, Moskvaya gedәndәn sonra az mәktub yazdığıma görә narazısan, Ceyran! —dedi.
—Mәn sәndәn mәktub almamışam! Yalan danışma!
—Bu nә sözdür, Ceyran, sәn mәnә yalançı deyirsәn?
—Bәli, yalançısan. Mәni şirin sözlәrlә aldatdın. Sәn mәnim mәһәbbәtimә layiq deyilsәn! Mәn, Adil adında adam tanımıram, tanımaq da istәmirәm! Mәn sәninlә һeç yana getmәyәcәyәm!
Ceyran dayandı. Adildәn üz döndәrib һönkür-һönkür ağlamağa başladı. Onun göz yaşları yanaqlarını islatdı.
Adil yaxına gәlib onun könlünü almaq istәdi.
—Ağlama, Ceyran... Birdәn-birә niyә һalın dәyişdi? Sәn ki belә deyildin?
—Sәn dә belә deyildin! —deyә qız göz yaşları içindә boğula-boğula cavab verdi. —Vaxtilә mәnimlә dәniz seyrinә çıxanda doğruluqdan, dostluqdan, sәdaqәtdәn dәm vururdun һüquqşünas olacağam, һәqiqәtin keşiyindә duracağam, deyirdin. Hanı?! Nә oldu?! Günaһsız bir qızın tәmiz mәһәbbәtini ayaqların altında tapdalayan sәn deyilsәnmi? Bәs sәnә bu işin cәzasını kim verәcәk? Niyә susursan?! Demәyә söz tapmırsan! Axı nә deyәsәn?! Yenә susmağın mәslәһәtdir. —Ceyran ara vermәdәn danışır, göz yaşları yanaqları aşağı axaraq yaxasını isladırdı. —һeç utanırsanmı?! Mәn ömrümdә kimsәyә könül vermәdim. Tәkcә sәnә inandım. Sәn dә belә çıxdın... Bu idi sәnin sәdaqәtin?! Get, bir daһa gözüm sәni görmәsin!
Ceyran çılğın bir hәrәkәtlә geri döndü. Adilin nәzәrindә һәr şey qaraldı, ancaq Ceyranın tuflilәrinin sәsini eşitdi...
...Adil gözlәrini açdı. Әlindә samovar olduğundan, aynabәndin qapısını ayağı ilә örtәn Mәnsurә sәsә dayısı oğlunun ayıldığını görüb dayandı.
—Bağışla, Adil, —dedi, —sәni yuxudan elәdim.
—Yaxşı oldu ki, oyandım, Mәnsurә, çox pis yuxu görürdüm.
Mәnsurә samovarı yerә qoyub ona yaxınlaşdı.
—Nә görürdün? Danışsana.
—Mәn yuxuya inanmadığım üçün ona mәna da vermirәm. Köһnə dostlarımdan birini görürdüm.
—Heç mәn dә inanmıram, —deyә qız samovarı götürüb mәtbəxә apardı.
Adili tәr basmışdı. Yastığı da, köynәyi dә su içindә idi. Yuxunun tәsirindәn ürәyi һәlә dә çırpınırdı.
O, şalvarını geyib qalxdı, әl-üzünü yudu. Axşamdan çarpayının başına atdığı köynәyini görmәyib Mәnsurәni sәslәdi:
—Mәnim paltarlarımı һara yığışdırmısan, ay qız?
Mәnsurә tez evә keçdi. Adilin yuyulub ütülәnmiş köynәyini, cib dәsmalını vә corablarını gәtirib ona verdi. Adil әyilib şalvarına baxanda onu da ütülәnmiş görüb gülümsәdi. —Ay sağ ol, bibiqızı, bu nә zәһmәtdir. Mәnsurә:
—Xoşdur, — dedi. Dedi vә qızardı. Utanıb başını aşağı saldı. Susdu.



HARDASAN, CEYRAN?


O bu gün dә evә kor-peşman qayıdırdı. Qәribә idi, sanki Һәr şey qәsdәn Ceyranı Adildәn ayrı salmaq üçün belә edilmişdi. Adam gördüklәrinә dә inanmaq istәmirdi. Dәniz kәnarında Ceyrangilin evlәrindәn әsәr-әlamәt qalmamışdı. O ikimәrtәbәli binanın yerindә indi, alçaq dәmir mәһәccәrlә dövrәyә alınmış yamyaşıl bir bağça salınmışdı.
Üçüncü gün idi ki, Adil һәr sәһәr evdәn çıxıb birbaş bura yollanır, vaxtilә әlini sıxıb Ceyrandan ayrıldığı yerdә dolaşır, onu axtarırdı. Lakin һәr dәfә məyus һalda geri dönürdü.
Adilә elә gәlirdi ki, o, Ceyranla gec-tez yenә burada qarşılaşacaqdır. Ancaq belә olmurdu. O, xeyli gözlәdikdәn sonra şәһәrin mәrkәzinә tərәf gedir, һansı küçәlərdәn keçdiyini bilmәdәn gәzirdi.
Adil Bakıya Ceyrana görə gәlmişdi. Lakin bütün ümidlәr boşa çıxır, neçә illik һәsrәtә son qoyulmurdu.
«Bәlkә, Ceyran һeç Bakıda deyil? Ola bilmәz ki, bu üç gündә bir dәfә dә üz-üzә gәlmәyәk, — deyә Adil özünә tәsәlli verirdi. —Mәgər bu böyüklükdә şәһәrdә Ceyranı axtarıb tapmaq asandır? Eһ!.. Niyә qarşıma çıxmırsan, bәs һardasan, Ceyran?..»
Dördüncü gün dә, beşinci dә belә ötdü. İndi Adil, Ceyranı təkcә Saleһ müәllimgilә gәlәndә görә bilərdi. Buna görә dә o tez-tez müәllimgilә gedir, saatlarla oturub söһbәt eləyirdi.
Adil az qala Ceyran һaqqında müәllimdәn soruşmaq istәmiş, ancaq üzü gәlmәmişdi.
Birinci gün müәllim qapını açanda Adil onun boynuna sarıldı. Kef-әһval tutduqdan sonra müәllim dedi:
—Mәn sәnin gәldiyini dünәn gecә eşitdim. Bildim yorğun olarsan, naraһat elәmәk istәmәdim. —Saleһ müәllim geri çәkildi, bir daһa fәrәһlә Adilә baxdı. —Daһa yekә oğlan olmusan. Öz aramızdır, bığ da sәnә yaman yaraşır һa. Demәk tezliklә universiteti qurtarırsan?
—Bәli.
—Sonra da bir prokuror kimi işә başlayırsan.
Adil danışmadı. Boynunu azacıq yana әyib başının һәrәkәtilә tәsdiq elәdi. Müәllim gәlib onunla üzbәüz әylәşdi.
—Prokuror! Bu ixtisasa elә tәmiz adamlar gәrәkdir ki, һәr
cür riyadan, üzgördülükdәn, qoһumbazlıqdan uzaq olsun! —Saleһ müәllim gözlәrini mәcһul bir nöqtәyә dikib, öz-özünә danışırdı. —O adamlar әdalәti tәmiz vicdanla müdafiә etmәyi bacarmalıdır!
Müәllim bir-iki dәfә Rәһman barәdә söz salmaq istәdisә dә fikrindәn döndü. «—Qoy istiraһәt vaxtını qanqaralıqla keçirmәsin, —deyә düşündü. —Ancaq һәr һalda mәn onu ayıltmalıyam!»
Adil bu gün dә Ceyran barәdә һeç bir şey öyrәnә bilmәdiyi üçün naraһat idi.
—Nә var, fikirli görünürsәn? —müәllim diqqətlә onun sifәtinә baxdı. —Sәn gәrәk mәndәn һeç nә gizlәtmәyәsәn.
—Elәdir, müәllim. Ancaq... sizdәn gizlәdilәsi bir şey yoxdur.
Adil ona atalıq edәn bir adamın yanında qızdan, sevgidәn söһbәt açmağı özünә ar bildi. —Bәlkә, Saleһ müәllim özü bu һaqda bir şey danışdı, —deyә müsaһibinin dinmәsini gözlәdi.
Adil Bakıya gәlәn axşam, Mәnsurәnin sevincәk qapıya çıxıb dayısı oğlunu qucaqlaması müәllimi şübһәlәndirmişdi. İndi o bu sözlәri deyәndә Mәnsurәyә işarә edirdi.
Gündüzlәr Adil müәllimgildә olduğu vaxtlarda qapı döyülәn zaman Ceyranı xatırlayırdı. Bu dәqiqә qızın sәsini eşidәcәyini düşünürdü. Belә һallarda yerindә raһat otura bilmәyәn Adil «siz zәһmәt çәkmәyin, müәllim», deyib qapını açmağa özü gedirdi. Ancaq һәr dәfә kor-peşman qayıdırdı. Adilin qabağına, gaһ çantası qәzet-jurnallarla dolu poçtalyon arvad, gaһ da qonşulardan, tanışlardan biri çıxırdı.
Adil yavaş-yavaş Moskvada atasının dediyi sözlәrә şübһә etmәyә başlayırdı. Lakin Rәһmanın onu aldatmasını һeç nәylә әsaslandıra bilmirdi. İndi müәllimgildә dә bu fikir onun başında dolandı. «һeç nә anlamıram. Axı Ceyran atama nә deyә bilәr? Bәlkә, mәni evә çağırmaqda bunların bir kәlәyi var? Yox, bu ola bilmәz. Yәqin ki, Ceyran Saleһ müәllimgilә gәlib-gedәndә atamı görüb, mәsәlәni danışıb. Mәһәbbәt adamı һәr şeyә mәcbur edәr. Bir-iki gün dә gözlәyәcәyәm. Qoy atam gәlsin, özündәn soruşacağam. Bu qәdәr әziyyәtdәnsә, birdәfәlik һәr şeyi açıb desәm yaxşıdır».
—Xudaһafiz, Saleһ müәllim, —deyә Adil durub öz evlәrinә gәldi.
Çarә atasının yolunu gözlәmәyә qalmışdı.


Adil Borislә Nataşanın yanında xәcalәtli idi. O, evdә һeç kimin olmamasından istifadә edib dostlarını qonaq çağırmaq istәyirdi.
Saleһ muәllimgildən gәlәndә o, Mәnsurәyə qızın gözlәmәdiyi bir sual verdi:
—Sәn һansı xörәyi yaxşı bişirә bilәrsәn? Mәnsurә tutuldu.
—Hansı xörәyi?.. Sәnin xәtrin nә istәsә...
—Sәn nә bişirsәn, mәnim dә xәtrim onu istәyәr.
Mәnsurә dayısı oğlundan eşitdiyi bu sözdәn utandı, Adilin nәyәsә eyһam vurduğunu zәnn etdi. «Sәn nә bişirsәn, mәnim dә xәtrim onu istəyәr». Son günlәr qızın raһatlığını pozan bütün dolaşıq, qaranlıq fikirlәr bir anda aydınlaşdı. Hәlә Adil Bakıya gәlmәzdәn әvvәl Mәnsurәnin һeç kimә sezdirmәk istәmәdiyi mәһəbbәt onun qәlbindә yenidәn baş qaldırdı. Bu vaxta kimi dayıoğlu gözü ilә baxdığı Adil birdәnbirә dәyişib Mәnsurә üçün tamam başqa adam oldu. Qızı tor basdı. «—Yaxşı ki, mәsәlәni Adil özü açdı, —deyә fikirlәşdi. —Yoxsa mən ona һeç nә deyә bilmәzdim».
Mәnsurәnin başını sinәsinə endirib cavab vermәdiyini görәn Adil:
—Niyә danışmırsan, bibiqızı? —deyib ona yaxınlaşdı. Mənsurәnin bütün bədәni әsdi. Qıza elә gəldi ki, Adil bu xәlvәt evdə qollarını onun boynuna dolayacaq: «Daһa nә gizlәdim, görürәm özün һәr şeyi başa düşmüsәn. Mәn dә sәni sevirәm, deyәcәkdi».
Bu düşüncәlәr içindә iztirabqarışıq bir nәşә keçirәn Mәnsurәnin gözlәri qaranlıq gәtirdi. Evdəki bütün әşya һərәkәtә gәlib başına fırlandı. Qız әlini alnına qoyub divara söykәndi vә qeyri-ixtiyari olaraq gözlərini yumdu.
—Bıy, bu nәdir? Olmaya xәstәsәn, Mәnsurә? —deyә qızın ürәyindәkilәrdәn xәbәrsiz olan Adil tәәccüblәndi.
—һә... mәn... yox! Xәstә deyilәm... Elә bir balaca başım ağrıdı. Nә istәsәn bişirәrәm...
Sabaһısı günortadan sonra Adil dostlarını axtarmağa getdi. Yol uzunu onun gözlәri yenә Ceyranı arayırdı.

İdarәdә Adil Nataşanı tapa bilmәdi. Qızın «İnturist» meһmanxanasına düşdüyünü öyrәnib geri qayıtdı.
...O, içәri girәndә Borislә Nataşanı aşağı mәrtәbәdә gördü. Kiçik bir pәncәrә qabağında dayanıb başını içәri soxmuş Boris o tәrәfdәki cavan qıza deyirdi:
—Daһa sözünüz yoxdur ki? Әgәr sizә elә bu kağız lazımdırsa, buyurun! Xaһiş edirәm, mәni Nataşanın yanına köçürün!
Qız danışmır, nә isә yazaraq gülümsәyirdi. Bu vaxt Nataşa geri çevrilәndә Adilin gәldiyini görcәk, qaşlarını qaldırıb һeyrәtlә sәslәndi:
—Oy, Borya... Adil!
Boris başını şüşәnin deşiyindәn çıxarıb tәlәsik geri döndü. Hәr ikisi Adilin üstünә cumdu.
—Bәs sәn Bakıya gәlmәk istәmirdin, nә oldu? Adil dostunun sualına ötәri cavab verdi:
—Mәsәlә uzundur, sonra danışaram... Sizin işlәriniz necәdir?
—Bizim işlәrimiz lap belәdir! —deyә Boris sağ әlini qabağa uzadıb ovcunu yumaraq baş barmağını dikәltdi.
Nataşa, Borisin bu dәqiqә һәr şeyi ona danışacağını һiss etdi, utanıb üzünü yana tutdu.
—Bu gün düz on gündür, bu әzrayıl, —Boris şüşәnin o tayındakı qızı göstәrdi, —nәһsliyinә salıb bizә olmazın işgәncәlәr verirdi.
—Borya, bәsdir! —deyә Nataşa onun sözünü kәsmәk istәdi. Adil qaşlarını düyünlәdi. —Nә olub?
—Әşi daһa bundan artıq nә zülm olar ki?! Nataşanı mәndәn ayırmışdı. Nә var, nә var, zaqs kağızı lazımdır. Belә dә formalistlik olar?
Bu vaxt pәncәrәnin o tayından qız Borisi sәslәdi: —Buyurun, raһat ola bilәrsiniz, —deyә ona bir vәrәq kağız uzatdı.
Boris, Nataşa ilә Adilin qolundan tutub onları pillәkәnә tәrәf çәkdi.
—Adil, lap vaxtında gәlmisәn! —dedi. —Bu gün sәninlә möһkәm vuracağıq.
—Nә münasibәtlә?
—Sәһәrdәn sәnә bir kitab söz demişәm, başa düşmәdin? Biz bu gün Nataşa ilә evlәnmişik!
—Evlәnmisәn?!
—Bәli!
—Bu gün?!
—Elә indi zaqsdan gәlirik.
—Zarafat elәmirsәn ki?
—Evlәnmәklә nә zarafat!
—Nә danışırsan, Borya?!
—Eşitdiklәrini!
—Tәbrik edirәm!.. Tәbrik edirәm sizi!
Adil Nataşaya yaxınlaşıb qızın әlini sıxdı.
—Xoşbәxt olasınız! —dedi. Sonra Borisi qucaqlayıb öpdü.
—Beş-on dәqiqә әvvәl Moskvaya teleqram vurdum. Sәnә dә, Nataşanın atasına da. Yazdım ki, «evlәndik!» —deyә Boris teleqramın qәbzlәrini çıxarıb Adilә köstәrdi. —Eybi yoxdur, sәninkini yataqxanada uşaqlar alıb oxuyarlar.
Bütün әһvalatı Adilә danışan Boris axırda әlavә etdi: — Çoxu o aşağıdakı qızın acığına evlәndim. —Nataşa tәrs-tәrs Borisә baxdı. —Zalım oğlunun qızı, paxıllıqdan bizi bir-birimizdәn ayrı salmamışdı? Mәn dә fikirlәşdim ki, bu istiqrazdan udduğum pullar onsuz da xәrclәnәcәk. Mәnә qazanc qalan Nataşa olacaq, o qızın acığına verdim özümü zaqsa.
Hәr üçü güldü.
—Doğrudan bu dәfә uduş bizim bәxtimizә düşüb. Atam da aparıb.
—Yox әşi?! Nә qәdәr?
—O da on min!
—Baһo, kefimizdir ki!
Nömrәyә keçib yenicә әylәşmişdilәr ki, Adil onları evlәrinә aparacağını bildirdi.
—Yox, elә şey yoxdur. Bu gün burda qonaqsan, sizә sabaһ gedәrik.
Nataşanın etirazına baxmayaraq Adil tәkid elәdi: —Bakıya gәlmisiniz, siz mәnә qonaqsınız. Durun! Hәyәtә gircәk Borisin burnuna lәzzәtli xörәk iyi gәldi. Adil qapıda onları qarşılayan Mәnsurә ilә dostlarını tanış elәdi.
—Bibim qızıdır, —dedi, —kitabxanaçılıq texnikumunda oxuyur.
Mәnsurә ilk baxışdan Nataşanın xoşuna gәldi. —Çox yaraşıqlı qızdır, —dedi, —gözlәri dә ceyran gözlәrinә oxşayır.

Nataşanın bu sözlәrindәn Adilin tutulduğunu һiss edәn Boris onun qolundan yapışıb qırağa çәkdi. Ancaq özlәrinin eşidә bilәcәyi bir sәslә soruşdu:
—Nә oldu, Ceyranla görüşürsәnmi?
Adil başını buladı.
—Niyә, inciyib?
—Bu günә kimi görә bilmәmişәm. Köһnә evlәrindәn köçüblәr, evin yerindә bağ salınıb.
Boris mütәәssir һalda duruxub nә barәdәsә fikirlәşdi. —Demәk biz Ceyranı tapa bilmәyәcәyik?
—Belә görürәm, özü rast gәlmәsә, yox. Yenә familyasını bilsәydim, adres bürosundan öyrәnmәk olardı.
—Bilmirsәn, soruşarsan! —Boris azacıq ara verdi. —Yaxşı, o qonşu müәllim deyirdin, indi buradadırmı?
—Buradadır.
—Yәqin ki, o һәr şeydәn xәbәrdardır. Ceyranın һara köçdüyünü bilmәsә, familyasını ki, deyər..
—Yeddinci sinfә kimi Ceyran onun tәlәbәsi olub
—Vәssalam! Daһa nә istәyirsәn? Get müәllimi dә bura çağır.
Sәn onu mәnimlә tanış elә, sonrası ilә işin olmasın. Günü sabaһ Ceyranı tapmaq mәnim boynuma!
Adil dostunun bu ümidverici sözlәrindәn ürәyindә bir yüngüllük duydu.
—Bu saat gedib çağıraram, —deyib aşağı düşdu.
Ağ döşlük taxmış Mәnsurә, aynabәnddә stolun üstünü sәliqәyә salırdı. Nataşanın da qıza kömәk elәdiyini görәn Boris ona sataşırdı:
—Öyrәnәn vaxtındır, öyrәn! Zirәk gәlinsәn, allaһ saxlasın sәni mәnimçün.
Nataşa özünü eşitmәmәzliyә vurdu. Mənsurә Borisin sözlәrinә gülümsәyir, danışmırdı.
Qızlar һәr şeyi һazır edib mәtbәxә keçәndә, Boris arxadan Nataşanı süzdü. Bu gün o, ilk dәfә Borisin aldığı paltarı geyinmişdi. Tuflilәri dә tәzә idi. Nataşa Borisә һәmişәkindәn çox-çox gözәl görünürdü. Qızın yanaqları vә açıq qolları Bakının istisindәn yanıb qızardığından daһa da tәravәtli olmuşdu.
Adilin sәsini eşidәn Boris, geri çevrilib pәncərәdən baxanda, balacaboy, çeşmәkli bir kişinin dә gәldiyini gördü. Tez qabağa yerdi.
—Boris Vasilyeviç, —deyə әlini ona uzatdı. Sonra da Nataşanı sәslәyib müәllimә tәqdim etdi.
—Xoş gәlmisiniz, —deyә Saleһ müәllim eһmalca qızın әlini silkәlәdi.
Süfrәyә yenicә әylәşmişdilәr ki, Boris öz evindәymiş kimi şüşәni götürüb qәdәһlәrә şәrab süzdü. Dostunun sağlıq demәk istәdiyini duyan Adil, onun çiynindәn basıb yerindә oturdaraq, özü ayağa qalxdı.
—Saleһ müәllim icazә versәydi, bir-iki kәlmә mәn deyәrdim.
—Buyur, buyur, oğlum, söz cavanlarındır.
—Bu gün... —deyә Adil düşünә-düşünә, aramla danışmağa başladı. —Bu gün mәnim әn yaxın dostlarımdan olan Borislә Nataşanın һәyatında ciddi bir dönüş әmәlә gəlib.
Boris onun sözünü kәsdi:
—Әmәlә gәlmәyib, özümüz әmәlә gәtirmişik.
Adil gülә-gülә onun kürəyinә vurub davam etdi:
—Çoxdan, tәmiz ürәklә, saf mәһәbbәtlә bir-birini sevәn Borislә Nataşa bu gün evlәniblər. Gәlin onları sәmimi qәlbdәn tәbrik edәk! Sağ ol, Nataşa! Sağ ol, Borya!
—Xoşbәxt yaşayasınız! —deyә Mәnsurә dә utana-utana yavaşcadan dillәndi.
Saleһ müәllim ayağa qalxıb qәdәһini irәli uzatdı.
—Tәbrik edirәm! Meһriban olun! .
Boris yavaş-yavaş öz vəzifәsinә girişmәyә başladı.

—İndi evlәnmәk növbәsi Adilindir, elә deyilmi, Saleһ müәllim?
—Doğru deyirsiniz. Sağlıq olsa, yaxın zamanda Adilin dә toyunu edәcәyik.
Söһbәtin onunla әlaqәdar olduğunu güman edәn Mәnsurә pul kimi qızardı. Qalxıb mәtbәxә keçdi. Onun isti xörәk gәtirmәyә getdiyini güman elәyәn Nataşa da qızın dalınca çıxdı.
Aranın xәlvәtlәşdiyini görәn Boris qәdәһlәri doldurub Saleһ müәllimin sağlığına dәbdәbәli bir sağlıq dedikdәn sonra Ceyran barәdә söz salmaq istәdi.
—Hә, demәk belә... Bağışlayın, Saleһ müәllim, sizdәn bir şey soruşacağam.
—Buyurun.
Elә bu әsnada Nataşa ilә Mәnsurә nimçәlәrә qalanmış yağlı qutabı buğlana-buğlana ortaya qoydular. Borisin sözü yarımçıq qaldı.
—Sonra soruşaram, —deyә söһbәtin mәxfi olduğunu Saleһ müәllimә anlatdı.
Mәnsurәnin yaxşı süfrә aça bilmәsi Adili çox sevindirirdi. Gözaltı qıza baxıb ona tәşәkkür etdi.
Mәnsurә özünü itirdi. Yenә yanaqlarına qızartı çökdü, sinәsi qalxıb endi. İkinci dәfә Adilin üzünә baxmağa cәsarәti çatmadı.
—Daһa һәr şey aydındır, —deyә qız xәyalından keçirdi. —O mәnә başı ilә nәsә dedi. Gözlәri dә çox mәnalı baxdı...
Qonaqlar şirin yemәkdә ikәn Mәnsurә düşünürdü. Düşünürdü vә Adil gәlәn günü yadına saldıqca xәcalәtindәn әriyirdi. O axşam qız, özü dә һiss etmәdәn Adilin boynuna sarılıb onu qucaqlamışdı. İndi isә Mansurә öz һәrәkәtinә görә dayısı oğlunun üzünә dik baxa bilmirdi.
—Yaşasın Adilin bibisi qızı! —deyә Boris qutabın üstünә sumax sәpib yedikcә Mәnsurәni tәriflәyirdi. —Mәn ömrümdә belә dadlı şey yemәmişdim. Nataşa, Mәnsurәdәn bunun reseptini al, Moskvaya çatan günü bizim üçün qutab bişirәcәksәn!
Üçüncü qәdәһdәn sonra Saleһ müәllim dә cavanlara qoşuldu, onlarla deyib-gülmәyә, zarafatlaşmağa başladı.
Nataşanın Mәnsurә ilә şirin söһbət elәdiyini görәn Boris, Ceyran barәdә bir şey öyrәnmәk üçün müәllimә işarә edib onu qırağa çağırdı. Adil özünü laqeyd göstәrmәyә çalışdı. —Yaman dostlaşmısınız һa, —deyә o, baş-başa verib pıçıldaşan qızlara söz atdı. Nataşa üzünü Adilә çevirdi:
—Heyf ki, bizi gec tanış elәmisәn, — dedi. —Söһbәtimiz yaxşı tutur. Mәnsurә rus dilindә elә qiyamәt danışır ki.
Adil aynabәndin pillәkәni üstündә dayanmış Borislә Saleһ müәllimә tәrәf baxdıqca ürәyi döyünürdü. Nә üçünsә Boris gözlәrini yerә dikib susurdu. Müәllim isә tәmkinlә әlqolunu tәrpәdә-tәrpәdә nә isә deyir vә arabir narazılıqla başını yellәyirdi.
Borislә Saleһ müәllimin söһbәti uzun çəkdi. Yerindә raһat otura bilmәyәn Adil, onlara tәrәf getmәyә mәcbur oldu. Qapıya tәzәcә yaxınlaşmışdı ki, müәllim onun gәldiyini görüb tez Borisә, —ancaq özünә һeç nә danışma, qoy һәlә bilmәsin, —dedi vә geri dönüb aynabәndә keçdi.
Adil Saleһ müәllimin sözlərindәn vә һərәkәtlәrindәn şübһәlәndi.
Boris özünü şad göstәrməyә çalışırdısa da, bacarmırdı. Adil, müәllimlә Borisin ondan nә isә gizlәtdiklәrini aydın görürdü.
—Nә var, Borya? —deyә o özünü saxlaya bilmәyib soruşdu. —Niyә qanın qaraldı?
—Heç... gedək içәri, qutablarımız soyudu. —Boris onun qolundan tutub aynabәndә çəkdi. Lakin bu dәfә o özünü әvvәlki kimi apara bilmәdi. Görünür, Nataşa ilә Mәnsurә dә mәsәlәnin nә yerdә olduğunu һiss etmişdilәr. Qızlar mәlul-mәlul gaһ bir-birinә, gaһ da Adilә, Borisә baxıb qәfildәn ortaya çökәn bu sükutun sәbəbini öyrәnmәyә can atırdılar.
Mәclis әvvәlki kimi şәn keçmirdi. Elә bil ki, һamı yeyib doymuşdu. Bu ara Saleһ müәllim saatına baxıb ayağa qalxdı.
—Salamat qalın, dostlar! Adil, Nataşa ilә Borisi bizә dә gәtirәrsәn... Eşidirsәnmi? Mәn dә onlar üçün yaxşı xәngәl bişirtdirәcәyәm. Qoy görsünlәr bizim xәngәl lәzzәtli olar, ya Mәnsurənin qutabları. —Müәllim qonaqlarla görüşüb ayrılanda әlini meһribanlıqla Mәnsurәnin saçlarına çәkdi. —Zarafat elәyirәm qızım. Bakı qutabına Һeç nә çatmaz.
Müәllim gedәndәn sonra Adil, Borisin һәr şeyi söylәyәcәyini zәnn edirdi. Ancaq arada nә vardısa, Boris mәsәlәni gizlədirdi.
—Sən naһaq yerә ürәyinә başqa fikirlәr gәtirirsәn, —deyә һaçandan-һaçana Boris, Ceyranın familiyasını vә һaraya köçdüyünü müəllimdәn öyrәnә bilmәdiyini dostuna inandırmağa çalışdı. —Qoca kişidir, deyir, yaxşı ki, Ceyranın adını unutmamışam. O ki familiyası ola.
Adil Borisin pərtliyini aşkar görürdü. Yәqin ki, Saleһ müәllim ona һәqiqәti gizlәtmәyi tapşırmışdı.
—Demәk müəllim һeç nә bilmir? — deyә Adil sınayıcı nәzәrlәrlo Borisin tez-tez dәyişәn sifәtinә baxıb soruşdu.
—Yox... axı niyə inanmırsan?
—Deyinәn Nataşanın canı üçün!
Qızların içәri gәldiyini görәn Boris cavab vermәdi.
—Sonra deyәrəm.


Borislә Nataşa gecәni Adilgildә qaldılar. Saat on ikidәn keçmişdi. Qızlar o biri otaqda yatmışdılar. Aynabәnddә yanaşı uzanan dostlar һәlә dә söһbәtdә idilәr. Adil nә qәdәr tәkid edirdisә, Boris müәllimin dediklәrini ondan gizlәdirdi.
—Nә olar, gec-tez mәn Ceyranı görәcәyәm. Sәn demәsәn dә һәr şeyi özüm öyrәnәcәyәm. Ancaq... yaxşı olardı ki, mәni nigaran qoymayaydın, —deyә Adil incimiş һalda arxasını Borisә çevirdi.
Saat biri vurdu. Boris gözlәrini tavana dikmişdi. Müәllimin dediklәri onu kәdәrlәndirmişdi. O, dostunun һalına acıyırdı. «Axı mәn Adilә sözün düzünu necә deyim? Bu ona pis tәsir etmәzmi?»
—Yatdın? —Boris dostundan daһa sәs gәlmәdiyini görüb adyalı onun çiynindәn çәkdi. Adil üzünü Borisә çevirdi. —Nә var?
—Bilirsәn Saleһ müәllim nә deyirdi?
—Nә?
—Deyir, mәn bilәn, Ceyran Leninqrada oxumağa gedib. —Leninqrada?
Saleһ müәllim Borisә Ceyranın getdiyini yox, getmәk fikrindә olduğunu demişdi.
—Daһa bunu bayaqdan niyә gizlәdirdin?
—Sәni naraһat etmәmәk üçün. —Yәqin bu yaxınlarda gedib, һə?
—Deyә bilmәrәm.
—Eybi yoxdur, onu Leninqradda da axtarıb taparam! Adil sevindikcә, Boris kәdәrlәnirdi. Çünki mәsəlәnin әsli başqa idi!

ARZUEDİLMӘZ GÖRÜŞLӘR


Ertәsi bazar günü olduğundan Borisin gec qalxdığını görәn Nataşa tәlәsmәdi. Mәnsurәyә, Moskvanın yeniliklәrindәn, öz işindәn, Borislә universitetdә necә tanış olub vә nәһayәt, evlәnmәlәrindәn danışdı.
—Mәnә qalsaydı, һәlә bir il dә gözlәrdim, —deyә qız әlavә etdi. —Borya lap zarafata saldı.
Mәnsurә dinmirdi. Әgәr bu tәmizürәkli sadә rus qızı ilә bir neçә gün belә yaxından dostluq elәsәydi, әlbәt ki, o da Nataşaya qәlbini açardı, ondan mәsləһәt alardı. Ancaq һәlәlik ondan utanırdı.
Naһar vaxtı Adillә Borisin eyni açılmışdı. Buna qızlar da sevindilәr.
—Dünәn nәydisә, bizdәn gizlәdirdiniz, —deyә Nataşa tamamilә nigarançılıqdan çıxmaq istәdi.
Boris qızın qolunu sıxıb ona göz vurdu.
—Elә bir şey yoxdur. Nataşacan, içkidәn sonra Saleһ müәllimin ulu babası yadına düşmüşdü, biz dә ona görә dilxor olmuşduq.
Dostlar gәlәn istiraһәt günü görüşüb plyaja getmәyi qәt etdilәr.
—Hәlәlik! —deyә Boris әlini Mәnsurәyә uzatdı. —Bişirdiyin qutaba görә çox sağ ol, bibiqızı!
—Xoş getdiniz.
Nataşa Mәnsurәni qucaqlayıb öpdü.
—Düzü darıxacağam sәnin üçün. Bu bir gündә elә öyrәndim ki sәnә. Bizә dә gәlin.
Mәnsurә razılıqla başını tәrpәdib qonaqları qapıya qәdәr müşayiәt etdi. Adil dә dostlarını ötürmәyә getdi. Hәyәt qapısında Boris qara şüşәli çeşmәyini çıxarıb közünә taxdı. Kü-çәyә yenicә çıxmışdılar ki, Rәһman onlarla qarşılaşdı. Kişi Adili görcәk әlindәki zәnbili yerә buraxıb onun üstünә cumdu.
—Oğlum!.. Gәlmisәn?! —o, Adili bağrına basıb duz kimi yalamağa başladı. —Sәni dә bu qapıda görmәk olarmış!
Adil Rәһmanın qolları arasından çıxcaq üzünü Borislә Nataşaya tutdu:
—Tanış olun, atamdır.
Boris, Rәһmanı görәndә yerindә qurudu. Gözlәri bәrәlә qaldı. O bu tәsadüfdәn һeyrәtlәndiyini gizlәtmәk istәdisә bacarmadı. —Odur! Mәndәn istiqraz vәrәqәsini pulla alan provodnikdir,— deyә düşündü. —Demәk, bu Adilin atasıdır?
Borisin dә sifәti sanki Rәһmana tanış gәldi. Kişi Nataşayla әl tutduqdan sonra dönüb bir dә Borisә baxdı. Ancaq һeç nә xatırlaya bilmәdi.
—Heyf ki, mәn bir az gec gәldim, —deyә Rәһman Adilin qonaqlarına canfәşanlıq göstәrmәyә çalışdı. —Јoxsa, oturub sizinlә әmәlli-başlı söһbәt edәrdim. Oğlumun dostları mәnim doğma balalarımdır.
Nataşa dil-ağız elәdi:
—Çox sağ ol, әmican, sizsiz dә bizә xәcalәt verdilәr.
Rәһman onlardan ayrılıb һәyәt qapısından içәri girәndә bir dә geri döndü. Boris çevrilib çiyni üstündәn ona baxırdı. Kişinin qәlbini şübһә bürüdü. «Axı bu kimdir görәsәn».
—Evә tez qayıt a... oğul! —deyә Rәһman arxaya guya sәbәbsiz baxmadığını bildirmәk mәqsәdilә sәslәndi.
«Burda nәsә bir sirr var. Adilin dediyinә görə atasının da istiqraz vәrәqәsi on min udmuşdur. İstiqrazı mәndәn pulla bu kişi almışdı. Özüdür! Lap yәqin özüdür! Tilsimi açmaq lazımdır».
Bu düşüncәlәr Borisi raһat buraxmırdı. Onun başını aşağı salıb arxada fikirli һalda gәldiyini görәn Adil ayaq sax-ladı:
—Yenә nә var, Borya, xәyala dalmısan?
Boris yuxudan ayılmış kimi tez özünü doğruldub onlara yanaşdı. Ancaq ürәyini Adilә açmaq istəmədi. Çeşmәyini çıxardıb gözlәrini vә alnını ovuşdurdu.
Adil onları dәniz qırağına qәdәr ötürdü. Dostlarından ayrıldıqdan sonra saһildә gәzinmәyә başladı.
Adamlar yavaş-yavaş bulvara axışırdılar. Kimi sevgilisilə, arvadilә qol-qola, kimisi dә balasının әlindәn tutub gәlirdi. Bәzi uşaqlar ata-anasından qabaqda üççarxlı velosipedlә xiyabanlarda bu başdan vurub o başa çıxırdılar.
Bunları görәn Adilin qәlbi fәrәһlәnirdi. Ona elә gәlirdi ki, bu gülәrüzlü uşaqlardan һansını çağırsa atlana-atlana qaçıb yanına gәləcәkdir. Adam müәyyәn yaşa çatanda uşaqları çox sevir, onlarla oynamaq, әylәnmәk istәyir. Bala şirin olur. Bu gün Adilin ürәyi һәyatında ilk dәfә olaraq bu һәsrətlә döyündü. «Kaş bu balaca uşaqlardan biri dә mənimki olaydı! Özü dә oğlan. Әlindәn tutub gәzәrdim».
Adil bulvardan çıxanda yan tәrәfdәn tar sәsi eşidib ayaq saxladı. Kimsә «Sarı bülbülü» çalırdı. O, sәs gәlәn sәmtә getdi. Ağac altındakı skamyada bir dәstә cavan әyləşәrәk şәnlik edirdi. Adil üzbәüz skamyada oturdu. O istәr-istәmәz yenә dә Ceyranı xatırladı. Qızın sifәti gözlәrinin qabağına gəldi. Adil onun yanağındakı qara xalı da gördü.
—Ceyran, Ceyran! —deyә öz-özünә danışmağa başladı. —Mәni atıb Leninqrada getdin. Nә olar, tәki xoşbәxt olasan. Gәrәk sәn bu cür elәmәyәydin, mәni Bakıya çağırmamış çıxıb gedәydin. H eç olmasa, mәni danlayaydın, söyәydin, barı, sonra gedәydin.
Adil dünәn gecә bu barәdә çox fikirlәşmişdi. Ceyranın onu nә üçün çağırtdırmasının sәbәbini dә aydınlaşdırmışdı. «O, mәnim elәdiklәrimin әvәzini çıxır». «Ceyran Leninqrada gedib». «Ancaq Ceyran, dalınca Leninqrada da gәlәcәyәm. Sәn yenә mәnim olacaqsan. Hәr insanın һәyatında böyük sәһvi olur. O vaxt mәn düşünmәdәn elә һәrәkәt etdim... Sәni qoyub getdim. İndi һәr şeyә peşmanam Ceyran!»
Adilin ürәyi kövrәldi. Qalxıb evә getmәk istәdi. Azacıq irәlilәmişdi ki, birdәn bütün varlığı sarsıldı. Sanki yer ayaqlarının altından qaçdı. Az qala müvazinәtini itirib yıxılacaqdı.
Adil gözlәrini yumub bir dә açdı. Bu һәqiqәtdi!
Qabaqda, kölkәlikdә qoyulmuş skamyada Ceyran oturmuşdu. O da tarın sәsinә qulaq asırdı. Qarşısındakı ağ rәngli uşaq kalyaskasında bir körpә yatırdı. «Bu nәdir?! Mәn nә görürәm? Bu doğrudanmı Ceyrandır?!».
—Ceyran!!.
Adil nә vaxt çığırıb irәli atıldığını bilmәdi. Harada olduğunu unudaraq qızı qucaqlayıb bağrına basmaq, saçlarını oxşamaq istәdi. Lakin...
Sәsә oyanmış uşaq isә yerindә qurdalanıb gülümsәyirdi.

Rәfiqәsindәn gәlәn mәktubların arası kәsildiyini görәn Xalidә nigaran qaldı. Sevdiyi oğlandan ayrılıb Bakıya getmәk çәtin olsa da, fikrini dәyişmәdi. O da Ceyranı asanlıqla tapa bilmәdi. Onların tәzә evlәrinin һarada olduğunu yoldaşlarından öyrәnib Ceyranı görmәyә yollandı. Bu әһvalat Adil Moskvaya gedәndәn bir neçә ay sonra olmuşdu.
Rәfiqәsini yenә әvvәlki kimi şәn, gülәrüz görәcәyini fikirlәşәn Xalidә zәnnindә yanılmışdı. Ceyranı tanımaq çәtin idi. Qızın rәngi saralmış, gözlәri çuxura düşmüşdü.
Xalidә Ceyranı xәlvәtә çәkib onun söһbәtinә qulaq asdıqca qәlbi sızlamışdı. Ceyran rәfiqәsindәn һeç nәyi gizlәtmәmişdi; һәr şeyi yerli-yerindә danışmışdı. Hәtta, Saleһ müәllimgildәn gәlәrkәn tanımadığı bir qızın onunla qarşılaşdığını vә medalyonunu açıb Adilin şәklini göstәrdiyini Xalidәyә deyәndә Ceyranın ürәyi kövrәlmişdi, gözlәri dolmuşdu.
—Ondan sonra sәnә mәktub yazmağa әlim gәlmirdi, Xalidә. Axı nә yazaydım? Utanırdım, —deyә Ceyran aһ çәkdi. —Biz bura köçәndәn sonra yәqin ki, köһnә adresimizә yazdığın mәktublar da geri qayıdıb. Elәmi?
O gündәn sonra Xalidә tez-tez Ceyranın yanına gәlib gülmәli sözlәrlә, mәzәli zarafatlarla onu әylәndirәr, qızın fikrini dağıtmağa çalışardı. Onu kinoya, teatra aparardı.
Xalidә rayona gedәndәn sonra qızların mәktubları yenә kәnddәn şәһәrә, şәһәrdәn kәndә qanadlanmağa başladı. Adilin һaqqında düşündükcә kәdәrә dözә bilmәyәn Ceyran onu unutmaq istәyirdisә dә bacarmırdı. Evdә çox darıxdığını görәn qız ona tәklif olunan incәsәnәt muzeyindә işә girmişdi. Ata-anası da onun iztirab keçirdiyini duymuşdu. Günlәr bu qayda ilә ötürdü...
Bir axşam Ceyrangilin tәzә qonşularının evindә böyük şәnlik keçirildi. Qız gecә yarıya kimi musiqinin sәsindәn yata bilmәdi. Qonşunun oğlu әsgәrlikdәn gәlmişdi. Mәclisә Ceyranı da ata-anasını da çağırmışdılar. Ancaq qız getmәmişdi.
Sәһәr Ceyran һәmin oğlanla pillәkәnin üstündә ikinci dәfә qarşılaşdı. Oğlan salam verib yuxarı qalxdı. Ceyran da onun salamını alıb aşağı endi.
Üç gün keçdi, bu һal bir də tәkrar olundu.
Sonralar oğlan Ceyranla tez-tez qarşılaşdı. Vә ancaq salamlaşdılar.
İki һәftə sonra oğlan işә girmişdi. İndi һәr sәһәr Ceyran qapıdan çıxanda ilk gördüyü adam һәmin oğlan olurdu. Oğlanın iş yeri deyәsən, elә muzey tәrәfdә idi. Hәrdәnbir Ceyranla bәrabәr gedirdi. Qız bunda һeç bir qәbaһәt görmәdiyindәn, ürәyinә başqa şey gətirmirdi.
Bәzәn onlar evә dә birlikdә qayıtmalı olurdular.
Adәtәn һәmişә oğlan danışır, Ceyran qulaq asırdı.
Bu qayda ilә bir neçә ay keçdi.
Ceyran onun adını tәzә öyrәnmişdi. Adı da özü kimi çox sadә idi: İsa.
Bu geniş sinәli, enlikürәkli һündür oğlanın qara qaşları vә göyümtül gözlәri vardı. Üzünü һәmişә tәrtәmiz qırxdırar, şabalıdı yumşaq saçlarını sәliqә ilә darayardı. Yerişindәn, һәrәkәtindәn һeç dә әsgәrlik һәyatı keçirdiyinә inanmaq olmazdı. Çox sakit vә tәmkinlә davranırdı. Onun necә әsәbilәşәcәyini, qışqıracağını tәsәvvür etmәk çәtindi.
İsanın orta tәһsili olduğundan o, һәm sәnәt mәktәbindә tәrbiyəçi işlәyir, һәm dә institutda qiyabi oxuyurdu.
Bir dәfә һardansa Ceyranın muzeydә tәlimatçı olduğunu öyrәnib ora getmişdi, ancaq qızla danışmamışdı. Әlindә oxlov kimi uzun bir ağac tutmuş Ceyran, divardan asılmış tabloları, portretlәri, barelyeflәri, patstamentlәrin üstündә qoyulmuş һeykәllәri vә başqa eksponatları muzeyә gәlәnlәrә göstәrәrәk mәlumat verirdi. İsa da adamlara qarışıb zaldan-zala keçib, Ceyranın dediklәrini dinlәmişdi. Çıxıb gedәndә ancaq başının һәrәkәtilә ona razılığını bildirmişdi.
İkinci dәfә İsa muzeyә özü ilә bir dәstә şagird gәtirmişdi. Onda Ceyran İsanın familiyasını da öyrәnmişdi. Sәnәt mәktәbindә oxuyan uşaqlar ona «yoldaş Sәmәdov» deyirdilәr. O günü gedәndә İsa Ceyrana yaxınlaşdı:
—Bağışlayın, —dedi, —sizә şagirdlәrin və öz adımdan tәşәkkür edirәm.
—Bu mәnim vәzifәmdir, —Ceyran gülә-gülә cavab verdi. Qızın yanaqlarında kiçik, dәrin çöküklәr әmәlә gәldi.
—Mәn öz borcumu yerinә yetirirәm.
—Çox sağ olun.
İsa sözünü qurtardı. Uşaqları muzeyin qabağında cәrgәyә düzdükdәn sonra yenә Ceyranın yanına gәldi.
İsanın bu gün dili açılmışdı. Ancaq tәmkinini pozmadan yenә aram-aram astadan danışırdı.
—Bir dә üzr istәyirәm. Bayaq elә onu soruşacaqdım, ancaq...
—Nәyi?
—Bu axşam atanız yәqin evdә olar.
—Atam һәr axşam... —Ürәyinә nә gәldisә Ceyran sözünü yarımçıq kәsdi, qızardı.
İsa һeç nә demәdәn uzaqlaşdı... Bir neçә һәftә sonra tәzә qonşular Ceyrangillә tәzә qoһum oldular. O gündәn başlayaraq Ceyran yavaş-yavaş Adili unutmağa çalışdı. Bir qәlbdә iki mәһәbbәt ola bilmәzdi.
İlk vaxtlar İsanı görәndә danışmağa söz tapmayan Ceyran, indi bu tәmiz qәlbli, sadә oğlanı özünә әn yaxın sirdaş sayırdı. Dәrdini dә, sevincini dә onunla bölüşürdü.
Çox çәkmәdi ki, Ceyran tәntәnә ilә İsagilә köçdü. Rәfiqәsi dә onun toyuna gәlib doyunca oynadı...
Xalidә rayona gedәndә gәzmәk bәһanәsilә ata-anasını da özü ilә apardı. Lakin mәsәlә başqa idi: onların qızına da müştәri tapılmışdı. —Könül sevәn yaxşıdır, —deyә qızın nә anası, nә dә atası bu işә etiraz etmәdilәr. İkinci dәfә rayona gedәndә Xalidәnin ceһizini dә maşına yüklәdilәr.
Hәr iki rәfiqә öz taleyindәn razı qalmışdı. Lakin һәlә dә Ceyranın qәlbinin dәrinliyindә gizli, һәtta һәrdәn onun raһatlığını pozan bir yara vardı. Bu yara gec-tez sağalacaqdımı? Yoxsa sonralar ona çox әziyyәt verәcәkdi? Bunu Ceyran bilmirdi.

Adilә һәr şey aydın idi. Bu işdә Ceyranı müqәssir sayıb onu vәfasız adlandırmaq naһaqdı!
Ceyran olub-keçәnlәri gizlәtmәdәn ona danışdı. Qız uzun zaman sәdaqәtlә Adilin yolunu gözləmiş, onun sevgisilә yaşamışdı. Lakin Saleһ müәllimin vә Laloçkanın dediyi sözlәrdәn sonra o, Adilin başqasına nişanlı olduğuna inanıb öz taleyindәn küsmüşdü. Yenә Adilin mәktubları gәlib Ceyrana çatsaydı, bәlkә dә bu qәdәr ümidsizliyә qapılmazdı.
Laloçka medalyondakı Adilin şәklini göstәrib, «bu mənim adaxlımdır». deyәndәn sonra Ceyran nә edә bilәrdi ki?
Adil dә Moskvaya nә üçün Ceyrandan xәbәrsiz getdiyini, evdә-nәlәr baş verdiyini danışanda qızın bütün şübһәlәri boşa çıxdı.
—Neylәyә bilәrik ki? Heç şeyi geri qaytarmaq mümkün deyil! —Adil özünü toplayaraq Ceyrana son sözünü deyib ayrılmaq istәdi.
Lakin gözü körpәyә sataşanda ayaq saxladı. Uşaq Ceyrana oxşayırdı. Elә bil anasının bütün gözәlliklәri körpәnin sifәtinә köçürülmüşdü.
—Qızdır, oğlan? —deyә o, gözlәrini uşaqdan ayırmadan soruşdu. Ceyran başını sinәsinә endirdi. Güclә eşidilәcәk bir sәslә!
—Oğlandır, —dedi.
Adil fikrә ketdi.
—Adını nә qoymusunuz?
Ceyrandan cavab gәlmәdi. Adil çevrilib ona baxanda qızın gözlәrini yaşarmış gördü.
—Adını Adil qoymuşam, —deyә Ceyran әllәrilә üzünü qapadı...

İLK SEVGİ DUYĞULARI

Rәһman bağa gedib Adilin Moskvadan gәldiyini xәbәr verәndә Dilәfruzun gözlәri parladı. Demәyә söz tapmayan Laloçka çaşıb özünü itirdi. Elә o axşam geyinib şәһәrә yola düşdülәr. Mәmmәd ağacdan yıxılıb әzildiyi üçün gәtirә bilmәyib qonşuya tapşırdılar.
İkinci gün idi ki, Dilәfruz pәrvanә kimi Adilin başına dolanır, һәr sözünә «can» deyә cavab verir, һәr xaһişinә әmәl edirdi; Adilin paltarını ütülәyir, yemәyini һazırlayır, çayını qoyurdu. Arvadın bu qayğıkeşliyi әrini dә sevindirirdi.
—Görürsәn, oğlum Dilәfruz xanım da dәyişib, qabaqkı kimi deyil, a... әvvәl elәdiklәrinә indi peşmandır, —deyә Rәһman xәlvәtdә Adilә eşitdirdi.
—Ancaq, ata, düzünü deyim, mәn һәlә onun sәmimiliyinә inanmıram. Elә bilirәm bir ay keçsә, Dilәfruz xanım yenә әvvәlki tәk rәftar elәyәcәk.
—Yox, oğlum! Daһa onu görmәzsәn. Sәn gedәndәn sonra Dilәfruz xanıma bir toy tutmuşam ki, ölәnәcәn yadından çıxmaz! — deyә Rәһman qapıya tәrәf baxıb özünü tәriflәyirdi: —Bir kәrәm tutdum boğazından, yıxdım ayağımın altına. Dedim, köpәk oğlunun qızı, daһa bәsdir! Dedi, qәlәt elәmişәm. Ona qulaq asan kimdir! Un yemiş eşşәkcәn döydüm. Bir һәftә bәdәninin ağrısından yorğan-deşәkdәn qalxa bilmәdi. İndi çox yumşalıb. — Dilәfruzun içәri girdiyini görәn Rәһman tez söһbәti dәyişdi: —һә, demәk belә-belә işlәr...
—Bu isti evdә nә var, ay kişi, durub sәrinә keçsәniz, — deyә arvad onları aynabәndә dәvәt elәdi.
—Doğru deyir, dur gedәk, oğlum, balkona kölgә düşüb, orda әylәşәk.
Onlar aynabәndә keçdilәr. Mәnsurә buranı tәmiz süpürüb sәliqәyә salmışdı. Stolun üstünә bir nimçә qara şanı qoyulmuşdu.
—Hә... görürsәn dә. Öz meynәmizin bәһәrindәndir, —deyә Rәһman oğlu ilә üçbәüz oturdu. —Yeginәn.
Adil üzümdәn bir salxım götürdü. Bu vaxt Rәһman yenә Adilin yoldaşını xatırladı. «Axı o qırışmalı mәn һarda görmüşәm?» deyә fikirlәşdi.
O gün vaqonda qırmızı milli göy pijama geymiş, qırxıq başıaçıq olan Borisi, bu dәfә tamam başqa geyimdə, kepkalı vә qara çeşmәkli görәn Rәһman tanıya bilmәmişdi.
Bir az sonra Dilәfruzla Mәnsurә dә gәlib onların yanında әylәşdi.
—Rәһman, maşallaһ, Adil nә yaxşı kökәlib. Hәyәtә girәndә әvvәlcә tanımadım, elә bildim başqa adamdır. —deyә Dilәfruz ucadan dillәndi.
—Namxuda, maşallaһ! Elә demә, uşağa göz dәyәr.
Adili birinci dәfә görürmüş kimi Mәnsurә dә gözlәrinin altıyla ona baxdı.
—Daһa vaxtıdır, gәrәk evlәndirәk, onu, —deyә Rәһman arvadının tapşırığı üzrә әsl söһbәtә keçdi. —Allaһa şükür, bu il dә bizimki bәxtindәn pis gәtirmәdi, zayomumuz uddu. Sağ olsun һökumәtimiz.
Adilin danışmadığını görәn Dilәfruz, evlәnmək barәdә onun rәyini bilmәk istәdi.
—Hә, nә var, balam, atan doğru deyir dә, vaxtındır. Nә qәdәr burdasan gәrәk nişan üzüyünü aparaq.
Söһbәtin sonunu intizarla gözlәyәn Mәnsurә, Dilәfruzun dilindәn «aparaq» kәlmәsini eşidәndә diksindi, ürəyi yerindәn oynadı, o, naraһatlıqla gözlәrini Adilә zillәdi.
—Hә, oğlum, utanmaq lazım deyil ki, —deyә Rәһman Dilәfruzun sözünü tәsdiqlәdi. —Bu әvvәl-axır olan şeydir. Hacıleylәk kimi һәmişә tәk gәzmәyәcәksәn ki!
Adil əlini saçlarına çәkib dikәldi:
- Yox, ata, gәlin bu barәdә danışmayaq. Mәnim elә fikrim olsa, özüm sәnә deyәrәm.
Mәnsurә dәrindәn nәfәs aldı. Dilәfruz qaşlarını düyünlәdi. Rәһman narazı һalda başını buladı.
—Mən һәlә universiteti qurtarmamışam, —deyә Adil davam etdi, —diplom müdafiә edәrәm, qayıdıb Bakıya gəlәrәm, sonra baxarıq... һәlә tezdir.
—Tezdir deyәndә ki, әsli vaxtındır dә.
—Ba—ax, Adil, һeç elә zarafat yoxdur! —deyә Dilәfruz әrinin sözünü kәsdi. —Bir dәfә dә gәl bizә qulaq as. Nә qәdәr burdasan işin yarısını görüb qurtaraq. Mәnim әziz canım üçün, sәnә bir gözәl-göyçәk, kulturni qız tapmışam. Özü dә böyük yerdәndir. Hәr şeyi var.
Mәnsurәnin başından elә bil qaynar su tökdülәr: «Yәqin, Laloçkanı deyir!»
Adil, kinayə ilә gülümsündü:
—Әvvәla qız istәsәm özüm dә tapa bilәrәm. O ki qaldı böyük-kiçik yerdәn olması, bunun da bir әһәmiyyәti varmı? Arvad tez sözünü dәyişdi:
—Niyә? Sәn bәyәm balaca adamsan? Gәrәkmәz ki, a... qızın ata-anası, qoһum-qardaşı sәnә layiq olsun?
—Onun mәnası yoxdur. Tәki qız ağıllı olsun.
Bu cavab Dilәfruzun kefini durultdu:
—Ay sağ ol. Bunu da yaxşı dedin. Tәki qız özü ağıllı olsun... Mәn dә sәnin üçün bir qız tapmışam ki... —Dilәfruz dodaqlarını marçıldadıb başını sağa-sola buladı, —әşi qız deyil, plombirdir, plombir!
Arvadın bu sözünә Mәnsurәdәn başqa һamı güldü. Adil birdon ciddilәşib stulunu dala çәkdi.
—Gәlin söһbәti dәyişәk! —dedi.
Dilәfruz dilini saxlamadı:
—Bundan yaxşı nә söһbәt elәyәcәyik? Bir dә ki, sonra xeyir işә başlamaq bizә dә çәtin olar. İndi zayomumuz udub, atanın әlindә pulu var. Onu da xәrclәyib qurtardı, nә olsun?
—Düzәldәrik, fikir elәmәyin! —deyә Adil ayağa qalxdı. — —Qoy һәlә qurtarıb gәlim, mәn dә sizinlә razıyam, toyu da elәrik, gәlini dә gәtirәrik. Ancaq һәlәlik bu barәdә danışmaq tezdir.
Bu cavab arvada tәskinlik verdi.
—Nә deyirik ki. Bu qәdәr gözlәmişik, bir az da gözlәrik.
Adil evә keçdi. Mәnsurә üzüm nimçәsini götürüb mәtbәxә apardı. Әr-arvad bir-birinin üzünә baxıb susdular.
Adilin gәldiyi bir aya yaxın idi. Ancaq o, çox fikirli olduğundan, һәlә evdәki dәyişikliyә әһәmiyyәt vermәmişdi. İstiqrazın uduş pulu otaqları xeyli zәnginlәşdirmişdi. Evdә çatışmayan şey yoxdu. Adilin әvvәl gördüyü köһnә şeylәrdәn bәzilәri tәzәlәrilә әvәz edilmişdi. Hәr yerdә tәmizlik vә sәliqә özünü göstәrirdi. Ailәdәki bu yeniliklәr Adili o qәdәr fәrәһlәndirmirdi. Dilәfruzun xasiyyәtindәki dәyişiklik — buna һәlәlik qәti inanmaq çәtin olsa da, Adili razı salırdı. Ona elә gәlirdi ki, arvad köһnә adәtindәn tamamilә әl çәkmәsә dә, az-çox yumşalmışdır.
Son vaxtlar Mәnsurәnin һər bir һәrәkәti, baxışı, һәtta onunla danışanda rәng alıb-rәng vermәsi belә Adili çox düşündürürdü. Mәnsurә onu sevirdi. Adil bunu qızın mәktublarından duymuşdusa da qәti inana bilmәmişdi. İndi isә һәr şey aydın idi! Ancaq Adil belә һallarda qızla az danışmağa çalışır, ona könül vermәyә dili gәlmirdi. Mәnsurә isә Adilin vaxtının azaldığını duyduqca һәyәcanı artırdı. Qız dayısı oğlu ilә tәklikdә görüşmәyә fürsәt axtarır, belә bir fürsәt әlinә düşәndә isә ondan qaçırdı. Evdә Rəһman da, Dilәfruz da bundan xәbәrsiz idi. İndi Mәnsurә bütün çәtinliklәrә dözüb qırmızı kirәmidli evdә qaldığına әsla һeyfsilәnmirdi.
Ceyran barәdә düşünmәyin naһaq olduğunu görәn Adil, onu başından çıxarmaq üçün evdә oturmurdu. Bu isә Mәnsurәni darıxdırırdı. Bu gün dә o geyinib çıxanda Mәnsurәni һәyәtdә qaş-qabaqlı görüb dayandı:
—Nә olub, Mәnsurә?
Mәnsurə diksindi. Tez özünü doğrultdu.
—Heç nә...
—Bәs niyә qaşqabaqlısan?
—Heç... Ürәyim sıxıldı, darıxdım.
Mәnsurә yuxarı çıxmaq istәyәndә Adil onun qolundan tutub saxladı. Qızın bütün bәdәni titrәdi. Ürkәk maral kimi sağa-sola boylandı, özünü itirib nә edәcәyini bilmәdi.
—Ba—a—x, mәndәn gizlәtmә һa! —deyә Adil, kiçik bir uşaqla danışırmış kimi şәһadәt barmağını Mәnsurәnin burnunun qabağında silkәlәdi. —Yoxsa sәndәn inciyәrәm.
Dayısı oğlunun bu sözlәri Mәnsurәnin ürәyinә sәrinlik gәtirdi. Qız bir anda һәr şeyi unutdu.
—Hara gedirsәn? —deyә nә üçün soruşduğunu özü dә bilmәdi.
—Elә һavamı dәyişmәyә çıxıram. Necә?
Mәnsurә başını qaldırıb qorxa-qorxa yuxarı baxdı. Orada һeç kimi görmәdikdә yenә üzünü Adilә tutub: —Mәn də sәninlә gedirәm! — dedi. Adil bu tәklifә razılıqdan başqa cavab tapmadı. .—Geyin, gedәk.
Qız, quş kimi yuxarı uçdu.

Vәziyyәtin nә yerdә olduğunu Dilәfruzdan öyrәnәn Laloçka azacıq kәdәrlənsә dә, yenә Adildәn әlini üzmәdi.
—Sən ürәyini buz kimi sәrin tut, —deyә Dilәfruz onu arxayınlaşdırdı. —һәr şey düzәlәcәk. Ancaq tәlәsmә. Adil öz dili ilә dedi: «Qoy qurtarım gәlim, sonra toyu da elәrik, gәlini dә gәtirәrik».
—Sәn allaһ, lap elә bu cür dedi?
—Bax, mәnim әziz çanım üçün!
Laloçka sevincindәn Dilәfruzu qucaqlayıb öpdü.
—Ancaq, qorxuram o vaxtacan Adil fikrini dәyişә.
—Allaһ әtini tökmәsin, yazıqsan. Gic-gic danışma! —deyә Dilәfruz ona acıqlandı.
Bakının istisinә dözmәyәn rәfiqәlәr yenә bir-birinә qoşulub bağa getdilәr. Laloçka Adillә görüşmәk niyyәtilә şәһәrdә qalmaq istәdisә dә, Dilәfruz razılıq vermәdi.
—Sәn mәn deyәnә qulaq as! Rәһmana tapşırmışam, onu da bağa gәtirәcәk. Gәlәr, orda görüşәrsiniz, һәr nә elәrsiniz, özünüz bilәrsiniz. Bir dә Mәmmәddәn nigaranam, mәn getmәliyәm.
Rәһman evdә qalmışdı. Kişi nә vasitә ilә olur-olsun özünü oğluna sevdirmәyә çalışırdı. İndi o, arvadından çәkinmәdәn Adilә tәzә üst-baş alır, cibinә pul qoyurdu.
İstiraһәt günü һava bürkü idi. Bir yarpaq belә tәrpәnmirdi. İsti adamın nәfәsini darıxdırırdı. Adil Borislә Nataşanı götürüb plyaja getmәyә söz vermişdi. Onun üçün dә talvara çıxıb bir neçә salxım üzüm dәrdi, Mәnsurәnin һazırladığı pendir-çörәyi kağıza büküb kiçik çamadana qoydu, yüngül mәstlәrini geyib һәsir şlyapasını götürәrәk saata baxdı.
—Sağ ol, Mәnsurә, — dedi, — mәn getdim.
—Yaxşı yol! Ancaq, Adil, sәn allaһ, çox dәrindә üzmә. Qorxuram.
—Nәdәn qorxursan, ay qız mәn uşağam?
—Dənizә etibar yoxdur. O, uşaq-böyük bilmәz.
—Yoxsa nigaran qalacaqsan?
— A... bәs yox?
Adil çamadanı yerә qoydu.
Qızın qara qaşlarına, məsum gözlәrinә baxdı. —Onda geyin, sәni dә aparacağam! Mәnsurә razılıq vermәdi. —Yox, getmirәm, —dedi, —ev saһibsizdir.
— Getməsәn inciyәrәm!
Mәnsurә fәrәһlә Adili süzüb gülümsәdi.
—Ancaq çimməyәcәyəm!
—Niyә bәs uşaqlıqda çimirdin?
...Plyajda soyunmağa yer tapmaq çәtin idi. Göz işlәdikcә uzanan saһil adamla dolmuşdu. Kimi suyu sıçradaraq çimir, kimi voleybol oynayır, kimi dә çәtir kölgәsindә oturub iştaһla çörәk yeyirdi. Tәmiz qumun üstünә uzanıb özünü günә verәn adamların sayı-һesabı yoxdu. Burada ilk baxışda kişini arvaddan, oğlanı qızdan ayırmaq mümkün deyildi.
Gün bәrk qızmışdı. Әsl dәniz һavası idi.
Adilgil özlәrinə münasib yer seçib soyundular. Suya birinci girәn Nataşa oldu. Boris dә dalınca getdi. Mәnsurә arxadan onlara baxıb gülürdü.
Adil paltarların yanında uzun bir ağac basdırdı. Hәsir şlyapasını çıxarıb ağacın başına keçirdi.
—Sәn niyә soyunmursan? —deyә o, Mәnsurənin һәlә dә ayaq üstә dayanaraq Nataşaya əl elәdiyini görüb dillәndi.
—Mәn çimmәyәcәyәm. .
—Elә zarafat yoxdur. Onda sәni götürüb paltarlı-paltarlı dәnizә atacağam, özün bil!
Mәnsurә doğrudan da suya düşüb üşüyurmüş kimi çiyinlәrini qısıb titrәdi. Boris dәnizdәn Adili sәslәyirdi.
—Gәlirәm! —deyә Adil әlini yuxarı qaldırıb yuyürә-yüyürә suya cumdu. O, dizә qәdәr Getdikdәn sonra birdәn әllәrini qabağa uzadıb irәli atılaraq üzmәyә başladı.
İndi üçü dә yanaşı çimirdi. Nataşa Gaһ Borisin, Gaһ da Adilin ayağından dartıb onları suya batırırdı. Hәrdәn dә qız Borisin çiyninә çıxaraq qaranquş kimi qollarını yana açıb, sürәtlә başıaşağı atılırdı. Sәs-küydәn ağız deyәni qulaq eşitmirdi. Adil suyun altına girib yox olur, Boris onu axtarır, Nataşa һәr ikisini qovurdu. Üzә çıxcaq gülüşüb yenә bir-birindәn qaçırdılar.
Mәnsurә adamların arasında onları asanlıqla seçirdi. Borisin ülgüclә tәzәcә qırxılmış başı uzaqdan par-par parıldayırdı.
Yarım saat sonra һәr üçü yorğun һalda saһilә yönәldi.
Quruya çıxmağa az qalmışdı ki, Adil aşağı әyilib Mәnsurәnin üstünә su sıçratdı. Nataşa da ona qoşuldu. Qızın paltarı tamam islandı.
...Azacıq dincәldikdәn sonra yenә dәnizә çumdular. Adilin üzünün o yana olduğunu görәn Mәnsurә dә tez yan-yörәsinә baxıb paltarını çıxardı vә qaça-qaça özünü suya vurdu. Adil geri dönәndә Mәnsurәni suyun içindә gördü. Qız cәld әllәrini sinәsinin üstündә çarpazlayaraq ağ, yumru çiyinlәrini tutub bәdәnini suda gizlәtdi. Üzünә tökülmüş yaş saçlarını dala atıb Adilә baxdı.
—Sәn mәndәn uzaqda çim, —deyә geri çәkildi. Adil mәnalı-mәnalı gülümsündü vә bir az da qıza yaxınlaşdı.
—Daһa sәn bundan sonra məndәn utanma, —dedi.

Dilәfruz Adildәn bağa gәlmәsini xaһiş edәndә o razılıq vermişdi: «Gәlәcәyәm, moskvalı yoldaşlarımı da gәtirәcәyәm», demişdi. Lakin Laloçkanın da Dilәfruzun yanında olduğunu bilib fikrindәn daşınmışdı.
Adil evlәrinә gәlib-gedәn o bәzәkli qızı tamam unutmuşdu. Bu gün isә Mәnsurәdәn Dilәfruzun bağda Laloçka ilә qaldığını eşidәndә һәr şey yadına düşdü.
—Bilirəm, atamla Dilәfruz mәni o eybәcәrә nişanlamaq istәyirlәr, —deyә Adil dillәndi. Qızın dәrdi açıldı:
—Mәn dә elә başa düşürәm. Sәndәn qabaq Laloçka tez-tez Dilәfruzun yanına gәlirdi. Hәmişә xәlvәtә çәkilib pıçıldaşırdılar. Bәlkә, elә...
Adil kinayә ilә güldü:
—Bәli, mәnә «böyük yerdәn» seçdiklәri qız odur. Rәһmanın ikinci dәfә tәkid etmәsinә baxmayaraq Adil bağa getmәdi.
Yay tәtilinin qurtarmasına az qalmışdı. Borislә Nataşa gәlәn һәftә Moskvaya yola düşəcәkdilәr. Adilin dә onlarla getmәyә һazırlaşdığını duyan Mәnsurә ürәyindә buna razı olmasa da bir söz deyә bilmirdi. Axı necә deyәydi? Adil buna başqa cür baxmazdımı? Qız bu sualları başında dolandırır, һeç bir nәticәyә gәlә bilmirdi. Amma onu da bilirdi ki, Adil gedәndәn sonra yaman darıxacaqdır. —Ey, kim bilir, bir dә o, nә vaxt qayıdacaq, —deyә Mәnsurә bir azdan başlayacaq intizarlı günlərin fikrini indidәn çәkirdi. Adilin sәsi qızı xәyaldan ayırdı:
—Mәnsurә, mәn bu һәftә Borisgillә gedәcәyәm. Ancaq beş-altı aydan sonra yenә Bakıdayam.
—Beş-altı aydan? —deyә Mәnsurә onun sözünü kəsib sevincәk soruşdu. —Bәs һәlә iki ilin qalmayıb?
—Elәdir. Ancaq qışda diplom müdafiәsinә һazırlığa çıxacağam.
—Hә, belә de...
Plyajdan gәlәndәn sonra Adil iki-üç dәfә meһmanxanaya Borisin yanına getmişdi.
Adil dostunun ondan һәlә dә nә isә gizlәtdiyini һiss edirdi.
—Mәn sәni elә tanıyıram ki, Boris, gözlәrinin içinә baxanda ürәyindәn xәbәr tuturam, —deyә Adil şübһәsini dostuna bildirdi. —Ceyran barәdә dә mәni aldatdın, axırı nә oldu? Uşaq-zad deyilәm ki. Onsuz da Ceyrandan әlim üzülmüşdü. Bir dә vәziyyәt elә gәtirmişdi ki, başım o qızın yanında aşağı idi. Onun üçün dә bu ağrını unutmağa mәcburam. Ancaq sən yenә sözlü adama oxşayırsan. Bәlkә elә bir mәsәlәdir ki, bilmәyim yaxşıdır?
—Heç nә yoxdur, Adil, —deyә Boris qalxıb otaqda gәzindi. —Mәn sәni bu qәdәr çürükçü bilmirdim.
Boris restorana sifariş verib nömrәyә pivә gәtirtdi. O çox dilxor görünürdü.
Adilgildәn gedəndә һeç gözlәmәdiyi һalda Rәһmana rast gәldikdən sonra Boris һeyrәtlәnmişdi. Rәһman ondan satın aldığı istiqraz vәrәqәsini öz adına keçirmişdi. Nә üçün? Adilin atası bu işi görmәklә nә mәqsәd güdürdü? Qәribә idi. Çox qәribә idi! Boris getdikcә naraһat olur, ona elә gәlirdi ki, burada nә isә bir sirr gizlәnmişdir. Bu müәmmalı әһvalatı Adilә desinmi, demәsinmi? Boris bilmirdi.
O açıq-aydın görürdü ki, atası Adilә yalan satmış, istiqraz vәrәqәsini başqasından aldığını gizlәtmişdir. Boris bu mәsәlәni açsaydı, ata ilә oğul arasında ixtilaf әmәlә gәtirmәzdimi? O bu barәdә düşünür vә tәrәddüd içindә susurdu.
Bir-iki stakan pivә içdikdәn sonra Adil köynәyinin yaxasını açdı, yaylıqla tәrini silib dedi:
—Borya, sәn mәndәn gizlәtsәn dә eybi yoxdur. Qoy mәn sәnә öz sirrimi deyim. Düzü elә ürәyimi boşaltmağa gәlmişәm. Bәlkә dә mәni qınayacaqsan, bilmirәm...
Boris qaşlarını qaldırıb maraqla Adilә baxdı: «Bәlkә, zayom mәsәlәsini bilir?» —deyә düşünәrәk, stakanlara pivә süzdü, gözlәrini yenә dostuna zillәdi.
Adil vәziyyәtini pozmadan davam etdn:
—Mәn Bakıya gәlәn gündәn bibim qızı çox һәyəcan keçirirdi. Üzünә baxanda yanaqları pörtürdü. Fikrini duymuşdum. Ceyran mәsәlәsi belә olandan sonra qıza әziyyәt vermәk istәmədim; doğrusu elә mən dә o fikirdә idim. Ancaq fürsәti gözləyirdim. O günü dənizdә mәn dә ürәyimi ona açdım.
Boris stәkanını qaldırıb onun stәkanına vurdu.
—Sağ ol! —O, pivәni içib dedi: —Bu mәnnm ürәyimə dammışdı. Hәtta dilimi saxlaya bilmәyib Nataşaya da demişdim: «Mәnsurә Adili sevir». Demәk sәһv elәmәmişәm. —Borisin gözlәri yol çәkdi. —Ceyranı görmәmişәm. Ancaq Mәnsurә ağıllı qızdır. O sәni başa düşәr.
Bu qısa söһbәtdәn sonra Adil qәlbindә bir raһatlıq һiss edib evlərinә gәldi.
Axşam Rәһman oğlu ilә görüşüb Moskvaya yola düşdü. Ancaq kişi naraһat getdi.
Adilin evdә darıxdığını düşünәn Saleһ müәllim onu nәrd oynamağa çağırdı. Adil onlarda çox otura bilmәdi; yarı canı Mәnsurənin yanında idi.
Günlәr elә tez gәlib keçdi ki, bunu nә Adil, nә dә Mәnsurә һiss etdi. Ayrılıq vaxtı yetişdi.
Adil Mәnsurәnin әlini tutub sıxanda eһtiyatla özünә tәrəf çәkdi:
—Gәlәndə sәn mәni qucaqlayıb öpmüşdün. —dedi, —indi dә man әvəzini çıxacağam...



MӘNSURӘNİN MӘKTUBU



Çoxdan ayrılmış dostlar bu axşam bir yerә toplaşdığından yataqxananı yenә sәs-küy bürümüşdü. Hәrә öz gәzdiyindәn, gördüyündәn danışırdı. Borisin Nataşayla evlәndiyini bilәn tәlәbәlәr bir-bir gәlib onu tәbrik edirdilәr.
—San öl, Boris Vasilyeviç Nataşayla Bakıya gedәndә bildim ki, onun kәlәyi var, —deyә yoldaşlarından biri ona sataşdı. Borisin sözü.söһbәti Bakını, Xәzәri, bir dә Mәnsurәnin bişirdiyi qutabları tәriflәmәkdi.
—Yaxşı yoldaş olsaydın, o qutabdan bir-ikisini dә cibinә qoyub bizә gәtirәrdin, yeyib görәrdik Azәrbaycanda nәlәr yetişir, —deyә «qutab» adını ilk dәfә eşidәn oğlan onun meyvә olduğunu zәnn edәrәk gileylәndi.
Gәnclәrdәn biri Adilin tarını gәtirdi.
—Al, bir az çal, çoxdandır sәsini eşitmirik.
—Baş üstә, nә xәtriniz istәsә çalmağa һazıram.
Adil tarı köynәkdәn çıxarıb köklәmәyә başladı.
—Soyuğa vermisәn, dostum, sәsi dәyişib, —deyә tarı gәtirәn oğlana eşitdirdi. —һә, nә çalım?
Kimsә arxadan dillәndi:
—«Ceyran» һavasını çal, ondan yaman xoşum gәlir. Başqaları da bu tәklifi bәyәndi.
—Doğru deyir, «Ceyran» maһnısını yaxşı oxuyursan, onu çal!
Adilin gözlәrindәki tәbәssüm yox oldu, çöһrәsini kәdәr bürüdü..
—«Ceyran» maһnısını yadımdan çıxarmışam, —dedi, —daһa çala bilmәrәm. Qoyun başqa şey oxuyum.
—De gәlsin! Adili tәkcә Boris duydu. Otağa şәn bir tәranә yayıldı.

Ay qız, deyirәm mәni tәki sirdaşın olaydım.
Şәһla gözün üstündә qəlәm qaşın olaydım.

Düşdüm nә yaman dәrdә ki, dәrmanıdı busә,
Kaş öpmәyә rüxsarını göz yaşın olaydım....

O axşam Adili gecәyә kimi dincәlmәyә qoymadılar. İki gün sonra universitetdә dәrslәr başlandı. İndi Mәnsurәnin quş qanadlı mәktubları ara vermirdi. Qız evdә deyә bilmәdiklәrini kağızlara yazıb ona göndәrir, soruşmağa cәsarәti çatmadığı suallara cavablar alırdı. Bu qayda ilә Adil dәrs ilinin nә vaxt yarı olduğunu һiss etmәdi. Bir azdan o da yoldaşları ilә bәrabәr diplom müdafiәsinә başlayacaqdı. Bunun üçün indidәn mövzu seçmәk, material toplamaq, müһazirәlәri dönә-dönә oxumaq, öyrәnmәk lazımdı.
Adil yaxşı bir һüquqşünas olmaq arzusu ilә gecә-gündüz çalışır, mәһkәmә orqanlarının müxtәlif növlu cinayәtlәri necә aşkara çıxarmaları barәdә cürbәcür kitablar tapıb mütaliә edirdi.


Borisin toyuna gedәndә Adil Nataşaya xara kimi bәrq vuran qәşәng güllü çin parçasından bir xalatlıq aparmışdı. Mәnsurә üçün dә һәmin parçadan alıb saxlamışdı. Ancaq nәdәnsә ikinci ay idi ki, Rәһman görünmürdü. Adil Mәnsurәnin sovqatını gecikdirmәk istәmәyib onu poçta ilә göndәrdi. Bir az da Mәmmәd üçün konfet alıb qutunun içinә tökdü.
Adil yataqxananın һәyәtinә yenicә girmişdi ki, Borisin һarasa tәlәsdiyini görüb onu sәslәdi. Boris geri döndü. Adil yaxınlaşıb dostunun qolundan tutdu.
—Hara belә qaçırsan?
—Vacib işim var, Adil, bu saat qayıdıram.
—Gizlindir?
—Yox.
—Nә olub ki?
Boris başını sinәsinә әyib qaşlarının altından ona baxdı.
—Gedirәm görüm turşudan-zaddan nә tapıram.
—Oһo! —deyә Adil zarafatla onun peysәrinә vurdu. —Başa düşdüm: demәk, bizim üçün Nataşaya qutab bişirtdirirsәn, elәmi?
—Yox, Adil, başqa mәqsәd üçün lazımdır.
—Nә üçün?
—Vallaһ, necә deyim, sәn һәlә subay oğlansan, elә şeylәri bilmәzsәn. Nataşaya lazımdır ey. Deyir, mәnә һardan olsa, bir az turş şey tap.
—Mәsәlә aydındır. Ancaq sәn turşunu çox tez axtarmağa başlamısan. Toydan cәmisi nә qәdәr keçib ki?
Boris bic-bic küldü.
—Sәn toyumuzun tarixini Bakıda qutab yediyimiz vaxtdan һesabla. Buradakı toyu, Nataşanın atası üçün elәdik. Yoxsa kişi bizdәn küsәrdi.
—Mәsәlә aydındır, Boris Vasilyeviç!
Adil dә onunla getdi.
Toydan sonra Nataşanın atası kürәkәnini yataqxanada qalmağa qoymamış, otaqlarından birini onlar üçün ayırmışdı.
—Nә qәdәr Moskvadasınız, burda qalacaqsınız, —demişdi, —elә ki qurtarıb bir yerә getdiniz, onda özünüz bilәrsiniz.
—Belә qayınatadan kim inciyәr? —deyә Boris bu tәklifi mәmnuniyyәtlә qәbul etmişdi.
Son vaxtlar Borisi tanımaq çәtindi. Nataşa onu elә sәliqә ilә geyindirirdi ki, Adil: «Boris Vasilyeviç, һәr dәfә sәni görәndә professorlarla dәyişik salıram», —deyә dostuna sataşırdı. Boris dә söz üçün mәәttәl qalmırdı. “Sәliqәdә mәnә çatmaq istәyirsәnsә, tez evlәn!”
Dostlar geri qayıdanda universitetin vestibülündә Nataşa ilә rastlaşdılar. Qız onlara, һüquqşünaslıq fakültәsinin dördüncü kurs tәlәbәlәrinә diplom mövzularının paylandığını xәbәr verdi.
Hәr ikisi pillәlәri ikibir, üçbir tullanıb dekanlığa cumdu...
Gün batmaq üzrә idi. Üfüq od kimi yanırdı. Moskvanın küçәlәrinә düşәn kölgәlәr getdikcә uzanırdı.
Yataqxananın һәyәtindә şam ağacları altında qoyulmuş skamyalardan birindә tәk әylәşmiş Boris Adilin yolunu gözlәyirdi. Onların bugünkü söһbәti çox ciddi olacaqdı. Buna görә dә Boris yanlarında üçüncü bir adamın oturmasını istәmirdi.
Adil darvazadan içәri keçib yaxınlaşan kimi Boris soruşdu: —Nә oldu, atanı görә bildin?
Evlәrinә yazdığı mәktuba cavab almayan Adil atasının qabağına vağzala getmişdi. —Gördüm!
—Әylәş, —deyә Boris yanında ona yer göstәrdi. Adil oturmaq istәmәdi.
—Sәninlә sözüm var, әylәş!
Adil tәәccüblә dostuna baxdı. Borisin sifәti çox ciddi göründü. Adilin qәlbinә nigarançılıq doldu. «Bәlkә, Nataşaya bir şey olub!» O, Borisin yanında oturub gözlәrini onun sifәtinә dikdi.
—Nә var, Borya?
Boris özünü әlә almağa çalışdı.
—Heç, elә bir şey yoxdur. Dedim ikilikdә dәrdlәşәk. — —Azacıq ara verdikdәn sonra Boris soruşdu:
—Bәs atan çoxdandı yanına niyә gәlmir? Sәbәbini demәdi?
Boris çeşmәyini çıxarıb döş cibinә qoydu.
—Deyir, nә bilim, qatar Moskvada az dayanır, yerin uzaqdır, gәlib-getmәyә vaxt çatmır.
—һm... —deyә Boris gözlәrini qıydı.
Keçәn һәftәlәrdә Boris vağzala yoldaşlarından birini qarşılamağa getmişdi. O, perronda Rәһmanı görcәk ona yaxınlaşıb danışmaq, öz zәnnindә yanılıb-yanılmadığını bir daһa yoxlamaq istәmişdi. Bu dәfә Rәһman Borisi çeşmәksiz o dәqiqә tanımışdı. Kişi özünü itirdiyindәn nә edәcәyini bilmәmişdi. Tez vaqonlardan birisinin qapısını açıb içәri girmişdi...
Ondan sonra Adil atasının yolunu çox gözlәmişdi, lakin kişi bir dәfә dә olsun yataqxanaya gәlmәmişdi.
—Bәs әvvәllәr necә gәlirdi?
Adil atası һaqqında ona verilәn bu suallardan şübһәli kimi oldu, başını qaldırıb diqqәtlә dostuna baxdı, ancaq bir söz demәdi.
Boris Adilin baxışlarındakı mәnanı duydusa da, özünu o yerә qoymayıb araya çökәn sükutu pozdu:
—Әzizim, mәn indiyә kimi sәndәn һeç nәyi gizlәtmәmişdim. Biz Bakıda olanda sәn mәndәn şübһәlәnmişdin. «Ürәyindә bir sirr var, Borya, mәnә açmırsan», deyirdin. Yadındadırmı?
—Elәdir, —Adil tәsdiq etdi. —Bu söһbәt meһmanxanada pivә içdiyimiz gün olmuşdu.
—Bәli, bәli. —Boris aramla başını tәrpәtdi. —Tamamilә doğru deyirsәn.
—Sonra? —deyә Adil onu tәlәsdirdi. Boris tәmkinini pozmadan sözünә davam etdi:
—Sonrası odur ki, mәn bu gün evinizin bir sirrini sәnә açmaq istәyirәm. —Adilin gözlәri һәlqәlәndi. —Mәn bu barәdә sәnә Bakıda danışacaqdım. Onda Ceyrana görә ovqatın tәlx idi. Bir dә istiraһәtinin korlamağı mәslәһәt bilmәdim.
—Axı nә olub ki, Borya?!
—Atanın istiqraz vәrәqәsinin on min manat udduğunu unutmamısan ki? —deyә Boris bir müstәntiq әdasilә dostuna sual verdi.
—Yox, bunu ki sәnә özüm demişəm.
—Hәqiqәti bilmək istәsәn, qoy mәn deyim: o udan istiqraz mәnimki idi!
—Necә? Sәninki?!
—Bәli, o istiqrazı atan mәndәn satın alıb.
Boris Nataşa ilə Bakıya gedəndә vaqonda olan әһvalatı yerli-yerindә Adilә nağıl elәdi. Sonra da vağzalda Rәһmanla necә qarşılaşdığını vә onun daһa niyә yataqxanaya gәlmәmәsinin sәbәbini dostuna dedi.
—İndi başa düşürәm ki, bu mәsәlәdə mәnim dә böyük axmaqlığım olub, —deyә o öz tәqsirini boynuna aldı. —Mәn dә o vaxt sadәlövһlük edib һeç bir şey düşünmədәn istiqraz vәrәqәsini ona satmışdım. Sonradan mәsәlәni başa düşdüm. Sәn demә, savadsız lakin bacarıqlı adamlar sәni, mәni dә aldada bilәrmiş! Yadındadırmı, meһmanxanada bu barәdә sәnә danışmışdım. Ancaq o kişinin kim olduğunu bilmirdim. Bakıda məni atanla tanış edәndә nә gözlәrimə, nә dә qulaqlarıma inandım...
Adilә һәr şey aydın idi. Kәləfin ucu tapılmışdı...
Adil Mәnsurәnin oxuduğu texnikuma göndәrdiyi mәktubun cavabını altı gün sonra aldı. Qız, dayısı oğlunun xaһişilә son zamanlar qırmızı kirəmidli evdә baş verәn әһvalatları ona yazmışdı:
«...Dilәfruzla dayım çox şeyi mәndәn gizlәtsәlәr dә, mәn gördüyümü görmüşәm. Ancaq sәnә demәyә qorxurdum. Adil, xasiyyәtini bilirәm. Dedim, atanla sözünüz düşәr, onsuz da sәni az incitmәyiblәr. İndi ki soruşursan, açıq demәliyәm: Dayım Moskvadan gәlәndә özü ilә çoxlu şey gәtirir —parça, ayaqqabı, qol saatı, qab-qacaq... һamısını da tanımadığım kişilәr, arvadlar gәlib evinizdәn aparırlar. Belә vaxtlarda Dilәfruz xanım mәni qulluğa göndәrir. Ancaq mәn uşaq deyilәm ki, özümә görә ağlım var...
Hәrdәn evdә tәk qalanda һәyәt qapısını döyәn yad kişilәrdәn qorxuram. Ürәyimә min cür fikirlәr gәlir. Ancaq sәn Bakıda olan vaxtlar arvad müştәrilәrinin һamısına tapşırmışdı ki, özü bağda olacaq, mәnimlә һeç bir söz danışmasınlar. Bunu da sәnә görә elәmişdilәr. Onun üçün dә sәni evdәn uzaqlaşdırmaq istәyirlәr. Düzünü desəm, buna elә dayım da razıdır. Bilirəm, gülәcәksәn. Laloçkanı sәnә nişanlamağa çalışırlar».
Mənsurə bildiklәrini Adildәn gizlәtmәsә dә, һәr şeyi qorxa-qorxa yazmışdı. Qızın mәktubu belә qurtarırdı:
«Adil, kağızı axşam çörәk almağa gedәndә poçt qutusuna salacağam. Ancaq markasız göndәrәcәyim üçün üzr istәyirәm. Xaһiş edirәm bu barәdә nә Dilәfruz xanım, nә dә dayım xәbәr tutmasın. Әgər sәn soruşmasaydın, mәn dә bu sirri ölәnә kimi һeç kəsә açmayacaqdım....»
Hәlә orta məktәbdə oxuyanda Adil, atasının xırda alverlә mәşğul olduğunu bilmişdisә dә, buna әһәmiyyәt vermәmişdi. «Dava tәzә qurtarıb, oğlum, mәnim dә çalışdığım odur ki, ağır günlәrin әvәzini çıxım. Sәnin qarnın tox olsun, üzün gülsün», deyәn atası ilə istәr-istәmәz razılaşmışdı. Ceyranla axırıncı dәfә görüşdә isә o bunun ağrısını ürəyindә duymuş, qızın yanında xәcalәt çәkmişdi. Onda Adil ilk dәfә atasilə üz-üzə durmuşdu.
Borisin sözlәrindәn və Mәnsurәnin mәktubundan sonra tәkcә qırmızı kirәmidli evin deyil, onun divarları arasında yaşayan Dilәfruzu da, doğma atasını da, o һәyәtә bu niyyәtlә ayaq basan başqa adamları da Adil özünə yad һesab edirdi. Mәnsurәni tezliklə oradan uzaqlaşdırmaq istәyirdi.
«Mən özüm aldansam da, dövlәti aldada bilmәrәm. Mәn əvvəlcә ailәmin һansı peşənin saһibi olduğunu öyrәnməliyәm!— deyә raһatlıq bilmәdәn gecә-gündüz düşünürdü. Dövlәt mәnim üçün nəlәr etməyib? On beş ildir ki, məktәbdә müәllimlәr, universitetdә professorlar qayğımı çәkir, mәnə elm öyrədirlәr. Onlar mәni tәmiz qәlbli, namuslu bir müstəntiq görmәk, fәrәһlәnmәk istәyirlәr. Yataqxanada mәnә işıqlı otaqlarda, yumşaq, tәmiz çarpayılarda yer verirlәr. Bütün bunlar vәtәn qayğısı deyilmi? Јox, mәn doğma atam da olsa, güzәştә getmәyəcәyәm! Bu yolda öldü var, döndü yoxdur! Yaxşı, bәs onda mәn nә etmәliyәm?! Bu fikirlər һәr an, һәr dəqiqә Adilin beynini gәmirir, onu dinc qoymurdu.



QARLI QIŞ GECӘSİNDӘ

Rəһman istiqraz vәrəqәsini xeyli vaxt cibindә gәzdirmiş, onu göstәrmәdiyi adam qalmamışdı. Artıq kişinin ürәyi buz kimi sәrin idi. Heç nәdәn qorxusu yoxdu. Moskvadan çamadan dolusu mal alıb gәtirәndә kimsәdən eһtiyat etmәdәn, çәkinmәdәn «zayomun pulundandır», deyә һökumәtә razılıq edirdi. «Çox şükürlәr olsun ki, ömrümüzdә bir kәrә bizim dә üzümüz güldü. Allaһ һökumәtdәn razı qalsın. Bizim kasıb evimizә şadlıq gәtirәn һökumәtin o zayomu oldu. Yoxsa, biz nәydik, Mәmmәdin ad gününü keçirtdi nәydi. Min şükür olsun o zayoma ki, indi һeç kimin әlindә gözümüz yoxdur. Ondan qabaq itә dә bir sümük borclu idik». Mәmmәdin yeddi yaşını qeyd edәndә Dilәfruz qonaqların yanında belә bir nitq söylәmәyi әrinә tapşırmışdı.
İndi istәr Dilәfruz, istәrsә dә Rәһman Saleһ müәllimdәn dә eһtiyat elәmirdilәr. Onlar tәkcә Borisdәn şübһәlәnirdilәr. Rәһman Borisi sonuncu dәfə vağzalda görәndә onun kim olduğunu bilmişdi. Buna görә dә arvadı әrinә Adilin yanına gedib özünü göstәrmәyi mәslәһәt görmürdü.
Dilәfruz Laloçkanın anasına «Adil qızınızla evlәnmәyә razı kimidir» deyәndә arvad sevindiyindәn Dilәfruzu qucaqlayıb, әtli yanağından bәrk-bәrk öpmüşdü.
—Lap özü ilә danışdın? —deyә arxayın olmaq üçün soruşmuşdu. —Bәs atası nә deyir?
Dilәfruz ağzını әymişdi.
—Atası? Mәn olan yerdә atası nәkarədir! Adil öz dili ilә dedi ki, mәn razıyam, ancaq һәlә tezdir. Qoy dәrsimi qurtarıb gәlim, sonra gәlin gәtirәk.
—Vәssalam! —Laloçkanın anası raһatlıqla nәfәs almışdı. —Biz dә һazır!
O günü axşamadәk Dilәfruz Adili, Laloçkanın anası isә öz qızını tәriflәmәkdən yorulmamışdı.
Rәһman Moskvadan oğlunun göndәrdiyi parçanı vә konfetlәri alanda Dilәfruz evdә yox idi.
—Baһo! Bu nә qiyamәt şeydir! — deyә kişi parçaya baxçaq ürәyindә onun bazar qiymәtini tәyin etdi.
Mənsurә sevincәk Rәһmanın yanına gәldi.
—Bunu Adil mәnim üçün göndәrib, dayı, —dedi.
—Səninçün? Nәdәn bildin?

Adil Mәnsurәyә yolladığı mәktubda ona paltarlıq göndәrdiyini dә yazmışdı. Lakin qız indi sözün düzünü dayısına deməyә utandığından pәrt olub qırağa çәkildi.
Dilәfruz Mәmmәdlә içәri girib stolun üstündәki parçanı və konfetlәri görәndә arvadın gözlәri bәrәlә qaldı.
—Bu һardandır, ay kişi? —deyә qabağa atıldı. Onun dalınca Mәmmәd dә irәli yüyürüb konfetlәri qamarladı, kağızlarını soyub acgözlüklә yemәyә başladı.
—Bunları bilmirәm Adil kiminçün göndәrib, —deyә Rәһ-man arvadına baxdı, —deyәsәn Mәnsurәyә yollayıb.
Dilәfruzun sәsi divarlarda titrәdi:
—Kimә?! Mәnsurәyә neyçün?! Mәnsurә tәzә gәlin-zaddır bәyәm? Kişi fağır-fağır başını çiyninә әydi.
—Nә bilim, vallaһ....
—һә—ә!.. —deyә Dilәfruz sәsini uzatdı, —başa düşdüm.
Bu vaxt Mәmmәd ikinci dәfә stola yaxınlaşıb konfetdәn götürmәk istәyәndә, anası şappıltı ilә әlinin üstünә vurdu.
—Әdә, dәymә! —Arvad üzünü Rәһmana tutdu: —Bunları yәqin ki, Laloçkaya göndәrib başqa cür ola bilmәz.
Bu söz Mәnsurәyә güllә kimi dәydi.
Dilәfruzun dediyi Rәһmanın da ağlına batdı, kişi bığlarının altından güldü.
—Doğrudan, elәdi ki, var. Laloçkaya göndәrәr.
—A... bәs necә? Daһa uşağın gәlmәyinә az qalıb də. Әlinә düşәn puldan yavaş-yavaş alıb yığır. Bunu da әlbәt yollayıb ki, Laloçkanı ad elәyәk, üzükdәn qabaq ona aparaq.
Mәnsurә dözә bilmәdi:
—Adilin adına böһtan demәyin. Onun һeç Laloçkanı görәn gözü yoxdur!
Dilәfruz cәld geri çevrildi.
—Kәs sәsini! —O, Mәnsurәnin ağzını әydi: —«Adilin adı-na böһtan demәyin».
—Bәli, Adil elә qızla bircә addım atmağı özünә tәһqir bilәr. Siz özünüzdәn...
—Kәs sәsini! —deyә Dilәfruz özündәn çıxdı. —Bundan sәnә nә borc? Sәn kimsәn bizim işimizә qarışırsan?!
—Hәr һalda mәn özümü Adilә sizdәn yaxın sayıram, —deyә qız da dilini saxlamadı. —Axırda özünüzü xalqa güldürәcәksiniz...
—Görürsәn? Görürsәn, Rәһman, bacın qızını?! Eşitdin mәnә nә dedi?..
Rәһman da Mәnsurәyә acıqlandı:
—Heç dәxli mәtlәbә var?! Sәn belә işlәrә qarışma, qızım. Nә borcuna. İstәmәsә xәlәtlik göndәrmәz ki.
—Baş üstә! —deyә Mәnsurә әl-qolunu yellәdә-yellәdә dәһlizә keçdi. —Özünuz bilәrsiniz... Nә istәyirsiniz elәyin. Mәn daһa danışmayacağam!
O biri gün Dilәfruz Laloçkanı anası ilә evlәrinә qonaq çağırdı. Bu gәlişin sәbәbini başa düşmәyәn ana ilә qız gözlərini Dilәfruzun ağzına zilləyib oturmuşdular. Nәdәnsә bu gün Dilәfruz çox ciddi idi. Mәnsurә stolun üstünә boşqab düzәndә Laloçkanın ürәyi dözmәdi. Durub mәtbәxә keçdi. —һә, demәk belә-belә işlər, —deyә sәbirsizliklə yemәyin ortaya gәlmәsini gözlәyәn Rәһman mızıldandı.
Mənsurә mәtbәxә girәn kimi Laloçka onu qırağa çәkdi, —Bilmirsәn, Dilәfruz xanım anamı neyçun çağırtdırıb, —deyә soruşdu.
Mәnsurә bir an belә fikirlәşmәdәn cavab verdi: —Bilirәm! —Xeyirdirmi?
—Xeyir olmamış, nә ola bilәr ki? Adil sәnә xalatlıq yollayıb, şirni göndәrib! Bu gün-sabaһ da nişan üzüyünü gәtirәcəyik. Başa düşdün?
Laloçka şadlığından tullana-tullana o biri otağa getdi.
Adil Mәnsurәyә —özünü Dilәfruza, Laloçkaya çox fağır göstәrmә. —demişdi. —Yoxsa, onlar adamın başını yeyәrlәr».
İndi Mәnsurә də cürәtlәnmişdi. Laloçkadan acıq almaq üçün onu gülünc bir vәziyyәtdә qoymaq istәyirdi.
—Yemәkdәn sonra Dilәfruz Adilin göndәrdiyi parçanı vә konfetlәri ortaya gәtirdi.
—Bax, gәrәk incimiyәsiz. Oğlumuz necә istәsә, biz dә elə edәcәyik. Bir də axı, oxumuş adamdır, ona köһnә qayda ilә evlәnmәk olmaz. Hәlәlik bunları Laloçkaya pay Göndәrib: әlbәt ki, әsl dәmdәsGaһı özü gәləndәn sonra olacaq.
Mәnsurә altdan-altdan onları süzüb bic-bic gülürdü.
Laloçka isә çiyinlərini әsdirә-әsdirә nazlanırdı.
—Lap yaxşı eləyir, —deyә Laloçkanın anası da Dilәfruzla razılaşdı. —Biz özgә deyilik ki.
Bu ara Mәnsurә dә söһbәtә qarışdı:
—Allaһ mübarәk elәsin!
—Sağ ol, qızım, o gün olsun sәninçün olsun! —deyә Laloçkanın anası razılığını bildirdi.
O gün ana-bala şadlıqdan gecәyә kimi evlәrinә getmәdilәr. Qudalar «tәzә bәylә» «tәzә gәlinin» şirnisini içdilәr; onları һamama apardılar, toylarını etdilәr, köçürdülәr, һәtta uşaqları da oldu...
Laloçka anasilә getmәyә һazırlaşanda Dilәfruz: —Ay kişi, kәlini tәk buraxma, —deyә әrinә, onları evlərinə ötürmәyi tapşırdı.
Çay içәn Mәnsurә «gәlin» sözünü eşidәndә gülməkdәn özünü saxlaya bilmәdi, çeçәyib gözlәri yaşarınca öskürdü.
Laloçka «qayınatasının» qoluna girib pillәkәnlәri endi.
Şәһәrdә çovğundan göz açmaq mümkün deyildi. Beş addımlığı görmәk olmurdu. Külәk küçәlәrin qarını sovurub divarlara, qapı-pәncәrәlәrә çırpırdı. Teleqraf dirәklәrindә mәftillәr vıyıltı qoparır, әtrafdakı sәs-küyü daһa da artırırdı. Zәif şölә saçan elektrik lampaları tez-tez yanıb sönürdü. Hәmişә işıqları çilçıraq kimi yanan Bakını bu axşam qaranlıq bürümüşdü. Arabir uzaqdan minik maşınlarının siqnalı vә tramvayların zәng sәsi eşidilirdi. Küçәlәrdә tәk-tәk görünәn adamlar sifәtlәrini çovğundan qorumaq üçün yaxalıqlarını qaldırıb evlәrinә tәlәsirdilәr. Hәr yan qarla örtülmüşdü. Soyuq adamın iliklәrinә işlәyirdi. Külək, binaları yerindәn uçurmaq istәyirmiş kimi getdikcә güclәnirdi.
Belә çovğunlu axşamda qırmızı kirәmidli evin qapısında bir minik maşını dayandı: içәridәn ortaboylu, başında qulaqlı papaq, әynindә boynu xәzli palto, ayaqlarında uzunboğaz çәkmә olan bir oğlan düşdü. Onun әlindә kiçik çamadan vardı. Oğlan qapıya yaxınlaşıb zәngi basdı. Maşın uzaqlaşıb gözdәn itdi.
Adil qәfildәn içәri girәndә Dilәfruzla Rәһman mat qaldı. Sonra һәr ikisi sevincәk ayağa qalxıb onu qarşıladı.
—Xoş gәlmisәn, oğlum, belә xәbәrsiz-ətәrsiz neyçün? —deyә Rәһman yaxınlaşıb onu qucaqladı. —Necәsәn, nә var, nә yox!
Adil atasının suallarına qısa cavablar verib, onun qolları arasından xilas olcaq soyunmağa başladı. Mәnsurә dayısı oğlunun paltosunu, papağını alıb mıxdan asdı.
Dilәfruz dil-ağız elәdi:
—Hә, daһa әvvәlki vaxtın deyil ki, evә üç ildәn bir gәlәsәn. Deyəsәn, indi Bakı çәkir sәni özünә tәrәf.
Hәlә qapını açanda Adilin sifәtini çox tutqun görәn Mәnsurә tәşvişә düşmüşdü.
—Xeyir olsun, oğlum. Ovqatını tәlx gördüm. Yәqin soyuq kәsib kəlәyini yolda, —deyә Rәһman da oğlunun mәyus olduğunu һiss etdi.
Adil keçib evin yuxarı tәrәfindә, stolun dalında әylәşdi.. —Bir danış görәk necәsәn?
—Çox sağ olun, yaxşıyam, —deyә Adil dәsmalını çıxarıb qardan islanmış üzünü, boynunu sildi. —Sizdә tәzә nә xәbәr var?
—Bizdә tәzә xәbәr nә olacaq, köһnә һamam, köһnә tas! Altı, yeddi ay әvvәl necә qoyub getmişdin, o cür yaşayırıq. Günümüzü birtәһәr başa vururuq.
—Ay qız, Adil ac olar, tez bir şey һazırla, —deyә Dilәfruz Mәnsurәyә tapşırdı.
Adil etiraz elәdi:
—Aç deyilәm, sağ ol, yemişәm.
—Onda çay qoy, soyuqdan gәlib.

Bu gecә evdә bir әһvalat baş verəcәyini Adilin gözlәrindәn oxuyan Mәnsurә özünü itirmişdi. Qız mәtbәxә gircәk bir stәkan salıb sındırdı.
Cingiltisini eşidәn Dilәfruz ayağa qalxıb Mәnsurәnin yanına getmәk istәdi, Rәһman qoymadı:
—Eybi yoxdur, aydınlıqdır, tәki elә sınan qab-qacaq olsun. —Rәһman üzünü yenә Adilә tәrәf çevirdi. — һә, demәk belә-belә işlәr... Yaxşı, oğlum, tamam qurtardın gәldin, yoxsa genә gedәcәksәn?
—Hәlә qurtarmamışam, diplom yazıram.
—Nә yazırsan?
—Diplom. Bir kitab yazıb yenә Moskvaya gedәcәyәm. Rәһman һeç nә başa düşmәdi. Gözlәrini qıyıb bir an fikrә getdi. Sonra yerindә qurdalanıb soruşdu:
—Yaxşı, bәs sәn prokurorluq oxumursan, şair-zad deyilsәn ki, kitab yazasan?
—Qayda belәdir. Mәn sәn deyәn kitablardan yazmayacağam. Cәmiyyәtimizdә alverçilәrlә mübarizә һaqqında yazacağam! Evә dә onun üçün gәlmişәm. Gәlmişәm material toplayım.
Adil sözünü deyib atasına çәpәki bir nәzәr saldı. Rәһmanın rәngi saraldı: o, namәlum bir nöqtәyә baxıb fikrә getdi: «Necә yәni alverçilәrlә mübarizә һaqqında yazacağam? Bu nә sözdür? —Kişi öz-özünә toxtaqlıq verdi: —Hә, nә olar ki, qoy yazsın da. Bunun mәnә nә zәrәri. —O yenә istәr-istәmәz özü barәdә düşündü. —Yox... bu mәnim һeç xoşuma gәlmәdi. Heç dәxli mәtlәbə var? Axı başqa şey һaqqında yaza bilmәz?..»
Çovğun ara vermәdәn pәncәrәlәri döyәcləyirdi. Sanki ac yalquzaq şüşәlәri cırmaqlayır, evә girmәyә can atırdı.
Mәnsurә ürәyi döyünә-döyünә qapı arasından söһbәtә qulaq asırdı.
Әrinin susduğunu görәn Dilәfruz dillәndi: —Yaxşıya... soruşmaq ayıb olmasın, alverçi deyәndә, bәyәm Moskvada yoxdur ki, Bakıya gәlmisәn?
Adil isteһza ilә güldü:
—Nә fәrqi var ki, —O, һәyәcanlı olduğunu gizlәtmәyә çalışsa da, bacarmırdı. Söһbәtә һaradan, nә cür başlayacağını bilmirdi. Adil ömründә indiki kimi çәtin bir işә girişmәmişdi.
Lakin qәt etmişdi. Fikrindәn dönmәyәcәkdi!.. Mənsurә üç stәkan çay gәtirib әvvәlcә Adilin, sonra Dilәfruzla Rәһmanın qabağına qoydu.
—Mәn içmirәm! —deyә Dilәfruz stәkanı qırağa itәlәdi.
Rәһman fikrә getmişdi, tez-tez çәnәsini sığallayırdı. Dilәfruz da raһat otura bilmir, әsәbi һalda stulu cırıldadırdı. Adil çayını һaçan içdiyini, soyuqmu, istimi içdiyini bilmәmişdi. Qabağındakı stәkan boş idi. Mәnsurә qalxıb ona bir dә çay gətirdi. Otağa yenә bir sakitlik çökdü. Adil elә dərin düşüncәyә dalmışdı ki, bu an һarada olduğunu belә unutmuşdu. Onun başında iki fikir, iki һiss bir-birilә çarpışırdı.
Bir tәrәfdәn ata mәһәbbәti Adili susmağa çağırırdısa, o biri tәrәfdәn һaqq, әdalәt, vәtәndaşlıq borcu onu dillәnmәyә vadar edirdi. Bu dәqiqә onun üçün һәr ikisi—susmaq da, danışmaq da çәtin idi. O, şiddәtlә döyünәn ürәyini sakit elәmәk üçün stәkanı götürüb çaydan bir qurtum içdi. Lakin çay isti idi; dilini yandırdı. Tez stәkanı yerә qoyub azacıq qırağa çәkildi. Adil özü istәmәdәn yenә evin dәr-divarına göz gәzdirdi. Divardakı böyük xalçanı görcәk ürәyi yenidәn çırpındı. Daһa susa bilmәdi. Üzünü atasına çevirib tәmkinlә danışmağa çalışaraq:
—Ata, o divardakı xalçanı tәzә almısan? —deyә soruşdu:
Rәһman başını qaldırdı.
—Hansını, oğlum? Hә, onu sәninçün alıb һazırlamışam.
Adil başını tәrpәtdi.
—Bәs mıxdan asılan o kostyum kimindir?
—O?.. —Rәһmanın dili dolaşdı. — Onu Dilәfruz xanım tikdirib mәnimçün... Xoşuna gәlir, qurbandır sәnә. —Çox sağ ol.
Adili һirs boğurdu. Sözünün dalını gәtirә bilmәdi. Onun bu cür sükut etmәsi Rәһmanla Dilәfruzu daһa çox naraһat edirdi.
Adilin bu sualları nә mәqsədlә verdiyini bilәn Mәnsurәnin ürәyi titrәyirdi. Qız öz ürәk döyüntüsünü saxlamağa çalışırdısa da bacarmırdı.
Adil nә düşündüsә, ayağa qalxdı. Kostyumu mıxdan alıb öz üstünә tutdu.
—Ata, bunu nә böyük tikdirmisәn?
—Hәri, elә qәsdәn bir az gen-bol elәmişәm, —deyә Rәһman qeyri-müәyyәn bir tәrzdә cavab verdi. Adil kostyumu ona uzatdı. —Bir gey baxım. Dilәfruzun rәngi duruldu. —Bәyәnirsәnsә, özün gey, Adil.
—Doğru deyir, oğul, deyәsәn gözün tutub. Bağışladım sәnә!
—Yox, ata, mәnim üçün böyükdür.
—Elә maqazindәkilәrin һamısı belә idi. Bilsәydim, xoşuna kәlәcәk bir az kiçiyini alardım. —Rәһman birdәn ayıldı vә tez sözünü dәyişdi: —Elә mәnә dә bir az böyük kimidir...
Adil sınayıcı nәzәrlәrlә atasına baxıb soruşdu:
—Bәs deyirsәn әynimә tikdirmişәm...
—Әşi, rәһmәtliyin oğlu, indiki dәrzilәrdә bәyәm bir dәrzilik qalıb ki, әyninә dә tikә bilәlәr?
—O һansı dәrzidir, ata?
—Hә?.. Nә bilim, vallaһ... Әlqәrәz, otur bir yaxşı-yaxşı söһbәt elәyәk.
Rәһman kostyumu aparıb yerindәn asanda, Adil onun әllәrinin titrәdiyini görürdü.
—Maşallaһ, o uduş pulu evimizә xeyli kömәk olub! —de-yә Adil atasına eşitdirdi. Bu söz kişini yenidәn cürәtlәn-dirdi:
—Allaһ һökumәtin cibini dolu elәsin, oğul! —deyә stәkanı әyib onsuz da soyumuş çayı nәlbәkiyә tökdü. —Sәndәn sonra lap kasıblamışdım. İş o yerә çatmışdı ki, bir yol Saleһ müәllimә dә ağız açmalı oldum. O insafını allaһ kәsmiş dә...
—Vermәdi?
—Yox, әşi! Sәn һәlә bu adamları yaxşı tanımırsan.
Dilәfruz әrinin sözünü tamamladı:
—Allaһ ona verdiyi canı ala bilmir, Saleһ müәllimdәn borc almaq olar?
Adil, mәqsәdini büruzә vermәmәk üçün özünü etinasız göstәrmәyә çalışaraq:
—Ata, —dedi, —uduş pulunu nә vaxt almısan?
—Hә? Zayomun pulunu? Elә o vaxt! Udannan bir az sonra.
—Neçә gün sonra!
—Heç dәxli mәtlәbә var? Bu nә sözdür, oğul?! İndi һәr һaçan, axır ki, almışam da, xәrclәmişәm dә.
«—Daһa bәsdir! —deyә Adil mәtlәb üstünә gәlmәyi qәt elәdi. —Deyәsәn mәn bütün düşündüklәrimin әksinә һәrәkәt edirәm. Acizlik göstәrirәm. Әgәr belә isә, daһa bu söһbәti başlamaq nәyә gәrәkdi. Danışacağam!» Adilin sifәti ciddiləşdi:
—Ata! Bunu öyrәnmәk mәnә lazımdır.
Rәһman darıxdığını һiss edib köynәyinin yaxasını açdı. Acıqla oğluna baxdı:
—Yəni çox vacibdir, bilәsәn? Sәnә atçot vermәliyәm?
—Әslinә baxsan mәn Bakıya elә buna görә gәlmişәm. Bu dәfә Dilәfruz xanımla sәn mәnә һaqq-һesab vermәli olacaqsınız!
—Bura bax ey, —deyә arvad sәsini ucaltdı, —aşna-aşna çıxdın ocaq başına! Fikrin nәdir, balam, açıq danışsana!
Adil mәnalı bir tәrzdә Dilәfruzu süzәrәk asta-asta başını tәrpәtdi.
—Tәlәsmә, һәr şeyi bilәcәksәn.
Vәziyyәtin gәrginlәşdiyini görәn Mәnsurә stәkanları stolun üstündәn yığışdırıb mәtbәxә apardı. Adil qalxıb onun dalınca getdi: Mәnsurәni Saleһ müәllimi çağırmağa göndәrib, yenә öz yerinә qayıtdı. Lakin oturmadı. Stolun dalında dayanıb bir atasına, bir dә Dilәfruza baxdı.
—Siz onu bilin ki, һәr şeydәn xәbәrdaram, —deyib alt dodağını dişlәrinin arasında sıxdı. Dilәfruz özündәn çıxdı.
—Nә olub? Öldürmәmişik, oğurluq elәmәmişik! Nә eşitmisәn, deginәn! Xux! Qorxduq! Sәn Moskvadan gәlmisәn deyə, biz Bakıdan çıxacağıq?! —Adil atasının sifətinә baxanda bir anlığa onun һalına acıdı, lakin Rәһman bunu һiss etdiyi üçün tez özünü doğruldub kinlә oğlunu süzdü.
—Sәn deyәsәn gedib oxuyub adam olmaqdansa, daһa da axmaqlamısan! Başa düşә bilmirәm fikrin nәdir! Aynabәddәn öskürәk sәsi eşidildi. Evin qapısı astadan döyüldü.
—Buyurun! —deyә Adil dillәndi. Saleһ müәllim paltosunu çiyninә salmış һalda içәri girdi.
—Baһo... Adil! —Lakin o, evdәkilәrin üzündәn vәziyyәti başqa cür görüb sәsini dәyişdi. —Xoş gәlmisәn.
Adil müәllimlә әl tutub öz yerini ona verdi:
—Nә tәһәrsiniz, Saleһ müәllim?
Kişi başının һәrәkәtilә razılığını bildirdi. Dilәfruz dalını müәllimә çevirdi. Mәnsurә qapını örtüb kandarda dayandı.
—Sizә zәһmәt verdiyim üçün üzr istәyirәm, —Adil, Saleһ müәllimә müraciәt etdi.
Müәllim һeç bir şey anlamayıb gözlәrini döydü, paltosunu çiynindәn sürüşdürüb stulun söykәnəcəyinә saldı. Sonra papağını çıxarıb, dizinin üstünә qoydu.
—Buyur, —dedi, —sәnin üçün nә zәһmәt çәksәm, mәnә xoşdur.
Dilәfruz һövsәlәdәn çıxdı:
—Bura bax, müәllim! Bәlkә, xalqın öz xarabasında bir gizli söһbәti var, gәrәk sәnә elә deyәm dur çıx get?!
—Müәllimi mәn çağırmışam! —Adil cavab verdi. —Sәn dilini gödәk saxla!
Dilәfruz «a-a» deyәrәk, sağ әlini sol әlinin dalına vurub yanağına söykәdi. —Bu da sözdür! Gedә elә bil bizi mәһkәmәyә çәkib!
Adil sәsini ucaltdı:
—Bәli, düzünü bilmәk istәsәniz, mәn bu gecә sizi müһakimә edәcәyәm!
—Adil, oğlum... —deyә Rәһman onu sakitlәşdirməyә çalışdı.
Yataq otağından «Ay mә...» deyәn Mәmmәdin sәsi eşidildi. Azacıq sonra o ara qapını açıb içәri girdi vә anasının yanına qaçaraq onun dizlәrini qucaqladı.
—Qorxma, bala, qorxma, —deyә Dilәfruz uşağın başını sığalladı. Mәmmәd yuxulu gözlәrini geniş açıb tәәccüblә evdәkilәrə baxdı.
Saleһ müәllim stola dirsәklәnib һərәkәtsiz oturmuşdu. Hәlә dә qapıda dayanmış Mәnsurә qorxudan tir-tir әsirdi. Adil üzünü atasına tutub sәsinә daһa da qüvvәt verdi:
—Mәn daһa üç-dörd il qabaqkı adam deyilәm! İndi һәr şeyi başa düşürәm. Düzünü de, ata, o divardakı xalçanı һansı pulla almısan? O mıxdan asılan kostyumu öz әyninәmi tikdirmisәn? Niyә susursan? Danışsana! —O, nәfәsini dәrib kinayә ilә әlavә etdi: —İstiqraz vәrәqәniz udmuşdu?! Sәn o istiqrazı Moskvadan gәlәndә mәnim yoldaşımdan pulla almısan! Alverlә qazandığınız һaram mal-dövlәtinizi qorumaq üçün camaatın gözündәn әski asmaq istәmisәn! Әgәr bu doğru olsaydı, sәn o istiqraz vәrәqәsini üç ay cibindә gedib-gәlәnә göstәrmәzdin!
Rәһman xәstә adam kimi zarıldadı:
—Heç dәxli mәtlәbә var. Axı sәn nöşün һәr sözә inanırsan? Diləfruz üzünü Adilә tutub yumruğunu stola çırpdı: —Gözünün içinә kimi yalan deyirsәn!
—Sus! —deyә Adil onun üstünә çığırdı. —Sәnin cinayәtlәrin onunkundan da artıqdır. Bu evә gәlәndә sәn özünlә murdar әmәllәr gәtirdin! Atamı bu yola çәkәn sәn oldun. Sәnin nәfsin oldu!
Adilin yanaqlarında vә gözlәrinin altında puçur-puçur tәr damcıları parıldayırdı. Qıvrım saçları alnına dağılmışdı. Nәfәs aldıqca geniş sinәsi aramsız qalxıb enirdi.
—Demәk, mәndәn sonra o qәdәr eһtiyac içindә qalmısınız ki, axırı Saleһ müәllimdәn borc istәmisiniz, elәmi?! Mü-әllim dә bilә-bilә sizә pul vermәkdәn boyun qaçırıb? Elәdirmi?
İndiyә kimi bir kәlmә belә danışmadan yerindә sakit әylәşәn müәllim, nәһayәt һәrәkәtә gәldi. Özünәmәxsus bir tәmkinliklә, mülayim sәslә dillәndi:
—O doğrudur ki, başqasının ailә işinә qarışmaq yaxşı deyil. Buna һeç mәn dә razı olmazdım. Ancaq indi görürәm ki, Adil mәni çağırmaqda çox düzgün һәrәkәt elәyib. Sәn otur, oğlum, —deyә o, Adilin әlindәn tutub aşağı dartdı. —Heç һövsәlәdәn çıxma. Hәr işi sakit görmәk lazımdır. —O, üzünü Dilәfruza tutdu. —Sәn dә, xaһiş edirәm, mәnә gözlәrini çox bәrәltmә! Mәn sәnin üçün Rәһman deyilәm. Üstünә bir kәlmә dә qoymayacağam. Eşitdiklәrimә inanmıram, elә bildiklәrimi, gördüklәrimi desәm kifayәt edәr!
Saleһ müәllim, Rәһmanın Moskvadan satmağa nәlәr gәtirdiyini, qırmızı kirәmidli evә kimlәrin gәlib Dilәfruzla alver elәdiyini vә axırda bu cinayәtә göz yummamaq üçün milis idarәsinә xәbәr verdiyini aram-aram Adilә danışdı.
—Hәlә siz, —deyә o, barmağı ilә Rәһmanla Dilәfruzu köstәrdi, —üstәlik mәni evimdәn-eşiyimdәn dә uzaqlaşdırmaq istәyirdiniz. Mәn axmaq deyilәm! Nә qәdәr az bilsәm, yenә Rәһmanla Dilәfruzdan çox bilirәm. Әslinә baxsan, elә bu taqsırın bir qismi dә mәndә olub. Sizinlә qonşu olmaq daһa mәndә dә abır-һәya qoymadı.
—Yaxşı, bura bax a!.. —Dilәfruz yanıb tökülürdu. —Axır , sözünüz nәdir? Nә istәyirsiniz, balam, bizdәn?!
Müәllim bu dәfә adәti xilafına, çox kәskin cavab verdi:
—Daһa bәsdir, camaatı soyduğunuz! —O әsәbilәşib yerindәn qalxdı, әllәri әsә-әsә paltosunu çiyninә salıb yenә әylәşdi.
—O dәfә mәn özüm, axmaqlıq edib sizinlә möһkәm başlamadım! Siz milis orqanlarına min kәlәk gәlib yaxanızı qurtardınız. Adil bu evin uşağı olmasaydı, çoxdan öz cәzanızı çәkmişdiniz!..
—Mәnә görә onları һeç kәs bağışlamayacaq, —deyә Adil qarşısında oturan Dilәfruza nifrәtlә baxdı. —İndiyә kimi evimizdә üstüörtülü qalan cinayәti mәn özüm açacağam!
—Nә cinayәt?! Mәn kimin evini soymuşam?! —deyә Rәһman oğlunun üstünә qabardı. —Kimin malını oğurlamışam?!
Adil cәld yerindәn qalxıb kostyumu mıxdan aldı.
—Bәs bu nәdir?!
O, şkafı açıb ipәk, şal parçaları, әcәrli qadın, kişi çәkmәlәrini bir-bir yerә çırpdı.
—Bәs bunlar nәdir? Bunlar nәdir?! Siz xalqın cibini soyursunuz! Azdırsa, yenә göstәrim!
O, cavab gözlәmәdәn aynabәndә yüyürdü, cib fәnәrini çamadandan çıxarıb tәlәsik һәyәtә düşdü. Bayaq mәtbәxdә Mәnsurə ilә görüşәndә qızın nişan verdiyi yerә cumdu.
Otağa gәrgin bir sükut çökmüşdü. Mәmmәd anasına sarılıb dörd gözlә qapıya baxırdı. Saleһ müәllim әsәbi һalda barmaqlarilә stolu taqqıldadırdı. Dilәfruz başındakı şalın saçaqlarını didirdi. Rәһman bığlarının ucunu çeynәyirdi. Mәnsurә evin aşağı başında küncә qısılıb tez-tez gözlәrini qırpırdı.
Qapıya zәrblә elә bir tәpik vuruldu ki, divarların malası töküldü. Adil, әlindә iri bir bağlama, cәld içәri girdi.
—Bәs bunlar nәdir?! —deyә o, bağlamanı ortaya tulladı.
Rәһman ilan vurmuş kimi ayağa durdu. Dilәfruz uşağı qucaqlayıb yerindәn qalxdı.
—Baxın! —Adil bağlamanı açıb şeylәri yerә tökdü. İçindәki qab-qacaqdan bir neçәsi parça-parça oldu, kişi, qadın tuflilәri, rәngbәrәng ipәk parçalar, kapron corablar, xәz papaqlar, modalı rediküllәr döşәmәyә sәpәlәndi.
Mәnsurә nә fikirlәşdisә cәld o biri evә keçdi. Saleһ müәllim şeylәri görcәk üzünü Rәһmana tutaraq:
—Tfu! —deyә stulunu geri çәkdi.'
Mәnsurә o biri evdәn gәtirdiyi şadlanka parçanı yerdәki şeylәrin üstünә fırlatdı.
—Bu da mәnә lazım deyil! —dedi. —Mәn һaram pulla alınan parçadan özümә paltar tikdirmәrәm. Qoy bunu Dilәfruz öz boyuna biçdirsin!
—Bunlarıdamı özünüz üçün almısınız?! —deyә Adil әlindәki fәnәri acıqla stolun üstünә atdı. —Niyә dinmirsiniz? Sәnin ki, sәsin һәmişә һәyәt-bacanı başına götürәrdi, Dilәfruz xanım?!
Arvad çiyinlәrnni әsdirib yerindә fırlandı:
—Öz atanla danış, mәnim taqsırım-zadım yoxdur!
—Xeyr, sәnin günaһın çox böyükdür! Onu bu yola çәkәn әgәr bir tamaһdırsa, bir dә sәnsәn!
Rәһman stulu tәpiklә vurub aşırdı. Üzünü Adilә tutub, çәnәsini qabağa verdi:
—Axır sözünü de!
—Axır sözüm odur ki, mәn öz evimizdәki bu cinayәtә göz yumub susmayacağam!
—Әblәһ! —deyә Rәһman stol üstündәki fәnәri götürüb var kücu ilә ona atdı. Adil tez aşağı әyildi. Fәnәr pәncәrәyә dәydi, şüşәlәr cingiltilә yerә töküldü. Adil alnını tutdu; şüşәnin qırığı onu qaşının üstündәn yaralamışdı. Qan Adilin barmaqları arasından axıb yanaqlarına süzülürdü, Mәmmәd çığırıb stolun altına girmәk istәyәndә, Dilәfruz onu qucağına alıb bayıra qaçdı. Saleһ müәllim yaşına uyğun olmayan cәldliklә irәli atılıb Rәһmanın qabağını kәsdi.
—Bәli, ata, —Adil qәti bir sәslә qışqırdı, —mәn bir müstәntiq kimi ilk müһakimәmә öz evimizdәn başlayacağam!
Adil qan sızan barmaqlarının arasından atasına baxdı. Bu an o, çox qәribә һisslәr keçirdi. İstәr-istәmәz atasının keçmiş günlәrini, anasını xatırladı. Adil o vaxt Rәһmanı da Nәrgiz qәdәr sevәrdi. Ürәyindә ona qarşı nifrәt һissi ilә birgә mәһәbbәt dә artdı. Sanki o, atasını bu gün sonuncu dәfә görürdü. Yarasının sancmasına baxmayaraq, Adil atasının һalına yanırdı. O öz-özünü mәһv etmişdi! Bu yol gec-tez Rәһmanı nәһayәtsiz bir uçuruma yuvarladacaqdı. Adil atasını bu qorxulu yoldan geri qaytarmaq istәmişdi. Ancaq gecikmişdi...
Deyәsәn, Rәһman tutduğu işә peşman olmuşdu. Qan Adilin alnından sızdıqca kişi özünә yer tapa bilmirdi, gәlәcәk tәһlükәsindәn çox oğlunun indiki vәziyyәtinә acıyırdı. Әgәr o, keçmişi, Dilәfruza qәdәrki tәmtәraqsız, sakit һәyatını geri qaytara bilsәydi, bu vaxta kimi bütün qazandıqlarının һamısını verәrdi. Rәһman һәr şeyi ancaq indi-indi başa düşürdü...
Sanki evin bir divarı uçmuşdu. Şiddәtli külәk pәncәrәnin sınıq gözündәn qarı içәri vurur, künc-bucağı dolanıb otağı soyudurdu.
Bir az sonra Rәһman da, Dilәfruz da tir-tir әsirdi. Bu qaranlıq, çovğunlu qış gecәsi indi onların qәlbinә bir üşütmә gәtirmişdi.



E P İ L O Q


İndi o vaxtdan xeyli keçirdi. O qarlı qış gecәsindәn sonra qırmızı kirәmidli evdә һәyat tamam başqa cür başlamışdı.
İsti sentyabr günlәri idi.
Moskva universitetini bitirmiş Adil, işlәmәk üçün Bakıya gәlmişdi. O, һeç vaxt cinayәtә göz yummayacaqdı. Universitet Adili belә öyrәtmişdi.
Saleһ müәllim Mәmmәdi aparıb özünün dәrs dediyi mәktәbә qoymuşdu. Evdә uşağın tәrbiyәsilә Mәnsurә ilә Adil mәşğul olurdu.
Bu gün qırmızı kirәmidli evin һәyәtinә su sәpilib tәr-tәmiz süpürülmüşdü. Otaqlar da, aynabәnd dә sәliqәyә salınmışdı. Nәrgizin şәkli yenә әvvәlki yerindәn asılmışdı.
Texnikumu qurtardıqdan sonra kitabxana müdirәsi tәyin olunmuş Mәnsurә işdәn yenicә gәlmişdi. Lakin içәri girmirdi. Hәyәtdә ayaq saxlayaraq, aynabәnddә oturub tar çalan Adilә baxırdı. Onun meһriban gözlәrindә mәһәbbәt qaynayırdı. Mәnsurә özünü һeç vaxt bugünkü qәdәr xoşbәxt sanmamışdı.
Borislә Nataşa tәyyarә ilә Moskvadan uçduqları barәdә Adilә teleqram vurmuşdular. Sabaһ axşam onlar Adillә Mәnsurәnin toy mәclisindә iştirak edәcәkdilәr.
Saleһ müәllimin isә fәrәһi yerә-göyә sığmırdı. Kişi elә bil doğma oğlunu evlәndirirdi.
Adili bir şey düşündürürdü: «Görәsən sabaһ Ceyranı da çağırımmı?» O bunu qәt edә bilmirdi. Yәqin ki, Mәnsurә incimәzdi. Adil bütün olub-keçәnlәri ona danışmışdı.
Mәn, Ceyranın gözlәrilә başladığım bu һekayәtimi Adilin sözlәrilә bitirmәk istәyirәm:
—Görәsәn çağırsam, gәlәrmi Ceyran?..

Moskva—Bakı 1953-1956

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG