Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:28

Milli Kitab Mükafatına əsər qəbulu başa çatdı


-

Milli Kitab Mükafatına (MKM) əsər qəbulu başa çatıb.

Müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır.

Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir.

Bütün materiallar Ekspert Şurasına təqdim olunacaq.

Eskpertlər Şurasının ilk görüşü noyabrın sonunda təşkil olunacaq. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. İyirmiliyə düşən əsərlərin həm Bakıda, həm də bölgələrdəki BookClub-larda müzakirələri olacaq və www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək.

İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin sahibi üç min, 2-ci yerə layiq görülən iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

mkm.az
XS
SM
MD
LG