Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55
-
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməsini kəskin tənqid edib.

Noyabrın 17-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında M.Mərdanov deyib ki, bəzi rayonlarda dövlət hesabına alınan kompüterlər icra başçıları və məktəb direktorlarının katibələrinin evindədir:

«Bəzi məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan kompüterlər inzibati işçilərə paylanılıb. Bu problem tezliklə həll edilməli, ya da həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Dövlətin puluna alınan vəsaiti belə israf etmək cinayətdir. Həmin adamlara 1 ay vaxt verilir. Bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəm. Dövlət başçısı «elektron imza» haqqında fərman imzalayır, biz isə heç elektron sənəd dövriyyəsinə belə keçə bilmirik».

M.Mərdanov həmçinin deyib ki, yaxın illərdə Azərbaycanda qüvvədə olan ənənəvi dərsliklərdən imtina oluna bilər:

«Məktəblərə indiki «Ipad»lərdən bir qədər böyük cihaz veriləcək. Həmin cihaz vasitəsilə müəllim bütün sinfi idarə edə biləcək. İstənilən vaxt bu cihaz vasitəsilə uşaqlar arasında interaktiv əlaqə də yaratmaq mümkün olacaq». /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG