Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:02

Təhsil naziri: «Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır»


-
«Orta məktəblərin bir çoxunda X-XI sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Bu, çox ciddi problemdir».

APA-nın xəbərinə görə, bunu Təhsil naziri Misir Mərdanov noyabrın 17-də Təhsil Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

O bildirib ki, yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin pis olmasının səbəbini həmişə məktəb direktorlarında axtarmaq düzgün deyil:

«Düzdür, məktəb direktorlarında da günah var. Amma Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, orta məktəbi bitirən şagirdlərin hamısı ali məktəblərə daxil olmalıdırlar. Bunun yeganə yolunu da repetitor yanına getməkdə görürlər. Bir çox hallarda məktəb direktorlarına vəzifəli şəxslər tərəfindən təzyiqlər olur. Bəzi direktorlar bu təzyiqlərə davam gətirir, bəzi direktorlar isə davam gətirməyərək həmin adamlara qoşulur, nəticədə də həm məktəb, həm də təhsil pis vəziyyətə düşür. Azərbaycanda repetitorluq məktəbin gördüyü işə kölgə salır».
XS
SM
MD
LG