Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55
ABŞ prezidenti Barack Obama cümə günü Cənub-Şərqi Asiya ölkələrinə səfərə çıxıb.

Bu ikinci müddətə seçildikdən sonra Obamanın ilk xarici səfəridir.

ABŞ prezidenti səfər çərçivəsində 3 ölkədə olacaq və səfər zamanı əsasən Çinin regionda nüfuzunun artması fonunda bu ölkələrlə hərbi və ticarət əlaqələrinin inkişafı müzakirə olunacaq.

Barck Obama bu gün Tailandda olacaq, ordan isə Myanmara yollanacaq.

Obama hərbçilərin uzun hakimiyyəti və bu yaxınlarda ölkədə demokratik islahatlara başlanmasından sonra Myanmara səfər edən ilk ABŞ prezidentidir.

ABŞ prezidentinin sonuncu dayanacağı Komboca olacaq, orda keçirilən regional sammitdə iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG