Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:55

Fələstinin baş naziri İsmail Haniyehin iqamətgahı vurulub


İsrail təyyarələri şənbə günü səhər Qəzzə bölməsində baş nazir İsmail Haniyehin iqamətgahı və polis bölməsini vurub.

Həmasın rəsmisi iqamətgahın tamamilə dağıldığını deyir.

Tibbi mənbələr isə azı 3 nəfərin öldüyünü deyirlər.

Son günlər Həmasın hərbi liderlərindən birinin Qəzzədə öldürülməsindən sonra regionda vəziyyət yenidən gərginləşib.

İsrail ordusu Qəzzəni, Fələstin yaraqlıları isə İsrail ərazisini intensiv atəşə tutur.

Cümə günü Fələstin yaraqlılarının atdığı raketlərdən biri Qüds-Yerusəlimə düşüb.

Analist David Hartwell Azadlıq Radiosuna müsahibəsində bu raketlərin İranın istehsalı olmasını istisna etməyib.

Məlumatlara görə İsrail ehtiyyatda olan 75 min nəfərin səfərbərliyini elan edib.
Son 4 gün ərzində gedən savaşda 30 fələstinli və 3 israilli ölüb
XS
SM
MD
LG