Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:31
17 noyabr – «Parlament buraxılsın-2» aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

17 noyabr – «Parlament buraxılsın-2» aksiyası

Müxalifət Bakıda aksiya keçirdi [Video]

Noyabrın 17-də müxalifət üzvləri Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd göstərdi. AzadlıqRadiosu aksiydan canlı reportajlar verirdi. Onun xronologiyası ilə tanış ol

22:19 17.11.2012
Müxalifətin 17 noyabr aksiyasında saxlananlardan 9 nəfərinə 5-7 sutka həbs cəzası verilib.

Məlumatı AXCP və Müsavat Partiyasının mətbuat xidmətləri yayıb.

Daha 5 nəfərin isə xəbərdarlıq alaraq buraxıldığı bildirilir.

Siyahı belədir:

Elçin Cərulla - 5 sutka
İnqilab Kərimov – 7 sutka
Babək Həsənov – 7 sutka
Zülfüqar Eyvazlı -7 sutka
Dəyanət Babayev – 7 sutka
Cəmil Hacıyev - 5 sutka
Musa Rahim – 7 sutka
Məmməd İbrahim – 7 sutka
Məhəmməd Əliyev - 5 sutka
Kənan Səfərli - 25 AZN cərimə
Natiq Ağayev – 25 manat cərimə
Akif Babayev -15 manat cərimə
Türkel Əlisoy – 15 manat cərimə
Nihat Hüseyn – xəbərdarlıq.
20:28 17.11.2012
AXCP sədrinin müavini Gözəl Bayramlı sərbəst buraxılıb. O, sərbəst buraxılan kimi AzadlıqRadiosuna bunları deyib:

- Bilmirəm, qoluma nə olub. Qolumu polislər möhkəm burdular. Gördüm ki, kimsə göstəriş verdi. Mən göstəriş verənin kim olduğunu bilmirəm, mülkigeyimli idi, ancaq görsəm tanıyaram... Qolum dirsəkdən açılmır. Əlimi tərpədə bilmirəm, onu sinəmə bağlamışam. Barmaqlarımın ucunu ancaq yüngülcə oynada bilirəm. Bilmirəm, çıxıb, ya... Amma artıq ağrılar yayılır, çiynimə qədər. Polis İdarəsində dedim ki, həkim çağırın, ancaq etinasız yanaşdılar.

- Bəs həkim nə deyir?

- Həkimə getməmişəm. Səbail rayon Polis İdarəsindən məhkəməyə gətirilən uşaqların dalınca gəldim. Polis idarəsindən 10 nəfəri sərbəst buraxdılar, 15 nəfəri isə məhkəməyə gətiriblər. Deyirlər, başqa polis bölmələrində də uşaqlar saxlanıb. Gəldim görüm vəziyyət necədir. Həkimə sonra gedərəm. Polis idarəsində 3 dəfə dərman içmişəm.

- Şikayət edəcəksizmi?

- Əlbəttə. Öz gözümlə gördüm ki, göstəriş verilib. 2011-ci il 17 aprel aksiyasında da eyni şey baş vermişdi. Amma bu dəfə daha sərt davrandılar. Deyirəm ki, barmağımı tərpədə bilmirəm. Məcburən əl izi götürdülər. Ağrıyan sağ qolumdur, qol çəkə bilmirdim, kağızı yuxarı qaldırdılar, heç bilmirəm necə imza atdım ora...
19:33 17.11.2012
17 noyabr aksiyasında saxlananlardan 11 nəfər Səbail Rayon Məhkəməsinə aparılıb.

Məlumatı AzadlıqRadiosuna Müsavat Partiyasından veriblər.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə sərbəst buraxılıb. Bunu sədr müavini Həsən Kərimov deyib.
18:18 17.11.2012

Səbail rayon Polis İdarəsindən bildiriblər ki, Gözəl Bayramlının qoluna heç bir xətər dəyməyib.

«Nə oldu qolu çıxdı? Kim dartdı qolunu? Yalandır, elə şey yoxdur», - deyə adını söyləməyən növbətçi bildirib.

Davamı

XS
SM
MD
LG