Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

Xəzərdə Azərbaycan gəmisi həbs olnub


Bakı Türkmənistanda saxlanan Azərbaycana məxsus gəminin heyət üzvlərinin aqibəti ilə bağlı noyabrın 16-da Aşqabada nota verib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, heyət üzvlərinin taleynin araşdırılması üçün ölkəmizin Türkmənistandakı səfirliyinə tapşırıqlar verilib: “Həmin notada bizim vətəndaşların buraxılması tələb olunur. Təbii ki, məsələylə bağlı müəyyən araşdırmalar aparılır. Türkmənistan tərəfi ilə də danışıqlar aparılır. Həm araşdırmaların, həm danışıqların nəticəsinə uyğun olaraq, müvafiq addımlar atılacaq”.

Qeyd edək ki, oktyabrın 21-də göyərtəsində 4 nəfər Azərbaycan vətəndaşının olduğu və Azərbaycan bayrağı altında üzən “Uran” gəmisinin Xəzərin neytral sularında Türkmənistan ərazi sularından 35 km aralıda kilkə balığı ovlayarkən saxlanılıb.

/ANSPRESS

Günün bütün mövzuları

XS
SM
MD
LG