Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:00

Gürcüstan polisinin 9 yüksək vəzifəli rəsmisi İvanishvilinin telefonunu dinləmək ittihamı ilə saxlanıb


Noyabrın 16-da Gürcüstanda Daxili İşlər Nazirliyinin daha 9 yüksək rütbəli zabiti saxlanıb. Baş prokurorluq bununla da həbsdə olan yüksək rütbəli polis zabitlərinin sayının 12-ə çatdığını deyiblər. Onların 11-i nazirliyin Konstitusional Təhlükəsizlik şöbəsinin rəisi də daxil olmaqla digər zabitləridir.

Dünən Tbilisi merinin müavini Shota Khizanishvili-nin (Şota Xizanişvili) evində də axtarış aparılıb və o da saxlanıb.

Gürcüstanın Baş Prokuroru Archil Kbilashvili (Arçil Kbilaşvili) jurnalistlərə bildirib ki, saxlanan polis rəsmiləri siyasi liderlərin, o cümlədən də hələ müxalifətdə olduğu dövrdə indiki Baş nazir Bdzina İvanishvilinin (İvanişvili) telefon danışıqlarını qanunsuz dinləməkdə ittiham edilirlər.

Baş prokuror polis zabitlərinin həmçinin İvanishvilinin cangüdənini oğurlamaqda ittiham olunduqlarını deyib. İttihama görə həmin cangüdən sonradan şantajla üzləşdiyindən İvanishvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” koalisiyası əleyhinə ifadələr verib.

Keçən həftə Gürcüstanın keçmiş daxili işlər naziri, ordunun baş qərargah rəisi və briqada komandiri əleyhinə edə istintaq başlanıb.

Oktyabrın 1-də keçirilən parlament seçkilərini udamn milyarder Bdzina İvanishvilinin rəhbərlik etdiyi Gürcü Arzusu müxalifət koalisiyası indi hakimiyyət başındadır və bu ölkədə çoxları onların indiki prezident Mikheil Saakashvili-dən (Mixail Saakaşvili) siyasi qisas aldığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG