Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:24

Prezident İlham Əliyev rəhbəri olduğu YAP-a rəqib görmür


Bu barədə dövlət başçısı noyabrın 16-da hakim Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı Bakıda keçirilən yubiley mərasimində çıxışı zamanı bildirib.

İlham Əliyev üzvlərinin sayı 600 minə çatmış partiyanın sıralarının gənclər hesabına daha da genişləndiyini deyərək YAP-ın üzvlərinin sayının bundan sonra da artacağını vurğulayıb.

“Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur”, - deyən prezident İlham Əliyev partiya üzvlərinin bütün dövrlərdə dövlətçiliyə sadiq olmasından, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdəki rolundan da danışıb.

Buta sarayında ziyafət və konsert proqramı ilə YAP-ın yubileyi davam edib.
XS
SM
MD
LG