Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin keçmiş rəhbəri sorğu-suala çəkilir



ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru David Petraeus Liviyada ABŞ konsulluğuna hücumla bağlı Konqresdə sorğu-suala çəkilib. Petraeus bağlı qapılar arxasında Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələrində suallara cavab verib. Həmin komitə 2012-ci il sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ-ın bu ölkədəki səfiri Chris Stevens və daha 3 amerikalının ölümü ilə bağlı hadisəni araşdırır.

Bu hadisədən sonra konsulluğun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Obama administrasiyasının hansı addımlar atdığı ilə bağlı suallar meydana çıxıb.

Noyabrın 16-də keçirilən sorğu-sualda həmçinin konsulluğa hücum zamanı çəkilmiş videokadrlar izlənib.

David Petraeus noyabrın 9-da həyat yoldaşından başqa bir qadınla nigahdankənar münasibətlərini etiraf edərək istefa verib. Amma Konqresdə belə söhbətlər də dolaşır ki, Petraeus əslində Benqazidə konsulluğa hücumun məsuliyyətindən yaxa qurtarmaq üçün vəzifədən gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG