Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:02

Beynəlxalq Cinayətlər Məhkəməsi Xorvatiya generallarına bəraət verdi



Haaqada yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsi müharibə cinayətləri törətmək ittihamı ilə istintaqı gedən iki Xorvatiya generalına bəraət verib və onlar noyabrın 16-da azadlığa buraxılıblar.

Generallar Ante Gotovina 24, Mladen Markac isə 18 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onların hər ikisi 1995-ci ildə Xorvatiyanın Krajina regionundan serb yaraqlıların çıxarılmasında iştirakları ilə bağlı tutulmuşdular. Öz ölkələrində onların hər ikisi milli qəhrəmanlar kimi anılırlar.

Haaqa məhkəməsində prosesi canlı televiziya yayımı ilə izləyən xorvatlar yekun qərarı alqışla qarşılayıblar. Xorvatiyanın müdafiə naziri isə deyib ki, bugünkü qərar onun ölkəsinin 1995-ci ildə həyata keçirdiyi əməliyyatın şərəflə icra olunduğunu sübut edib.

Amma Serbiya prezidenti Tomislav Nikolic bildirib ki, Haaqa məhkəməsinin bugünkü qərarı köhnə yaraları təzələyir.
XS
SM
MD
LG