Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:18

Pensiyalar artacaq


Pensionerlər
Pensionerlər
-
«BU, BÜDCƏNİN MƏNƏ XEYRİ YOXDUR»

Tək yaşayan Səmayə xala danışır ki, bu həftə parlamentdə gedən büdcə müzakirələrini maraqla izləyib. Xüsusən də deputat Zeynəb Xanlarovanın çıxışı xoşuna gəlib. Deputatın spikerə müraciətlə verdiyi «Bilmək istəyirəm, bu büdcənin həkimlərə, müəllimlərə, alimlərə, pensiyaçılara xeyri olacaq, ya yox?» sualını nəzərdə tutur. Səmayə xala deyir ki, bu müzakirələrdə onu da maraqlandıran ancaq bu olub: təqaüdü nə qədər artacaq? Ancaq məyus olub Səmayə xala:

«Deputatlara da inanmıram. Mən seçdiyim deputat heç orda yoxdur. Hamısı yalandan vəd verir».

İş bundadır ki, gələn il təqaüdlərin baza hissəsi təxminən 11 manat artmalıdır. Səmayə xala deyir ki, onsuz da əti bayramdan bayrama yeyir, arada-sırada toyuq, gündəliksə kartof, makaron, yayda tərəvəz yeyirlər:

dünyada pensiya


«10 günə güclə çatır. Pensiyamı xərcləmişəm. 10-12 manat pul qalıb. Bu pulu dartmalıyam gələn aya kimi. Necə dolanım?...».

Qısası, Səmayə xala bu qənaətə gəlib ki, bu büdcənin ona xeyri yoxdur.

BAZA HİSSƏ 11 MANAT ARTACAQ

Bu həftə parlamentdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bəyan edib ki, gələn il pensiyaların baza hissəsi 11 manat artacaq. Bununla da pensiya 152 manatdan 163 manata çatdırılacaq. Minimum əməkhaqqı isə ölkədə birinci dəfə 100 manatı keçəcək.

Səlim Müslümovun dediyinə görə, 2013-cü ildə Fondun büdcəsi 2 milyard 632 milyon 700 min manat təşkil edəcək. Bu da 2012-ci ilin büdcəsindən 178.4 milyon manat çoxdur. Əmək pensiyası üzrə xərclərin artırılmasına isə 177.8 milyon manat yönəldiləcək.

Beləliklə, vəsaitin 2 milyard 513 milyon manatı pensiyaların ödənməsi üçün nəzərdə tutulur, 70 milyon manat isə sosial müavinətlərə xərclənəcək. Bu da 2012-ci illə müqayisədə 7.1 faiz artım deməkdir.

«YUNANISTANDA, İSPANİYADA PENSİYA YAŞI ARTIRILIR, MÜAVİNƏTLƏR AZALDILIR»

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müzakirələr zamanı deyib ki, kəskin artımlara lüzum yoxdur:
Hadı Rəcəbli
Hadı Rəcəbli

«Avropanın aparıcı dövlətlərində – Yunanıstanda, İspaniyada, İtaliyada qlobal böhran dövründə pensiya yaşı artırılır, müavinətlər və sosial büdcə azalır. Bunun fonunda ölkəmizdə bu istiqamətdə aparılan uzaqgörən işlərin nə qədər stabil və dinamik olduğu təsdiqini tapır. Fonda ayrılan builki rəqəmlər 2006-cı illə müqayisədə bəlkə də 5 dəfə çoxdur».

«BELƏ XIRDA ARTIMLARLA TƏQAÜDÇÜNÜN HƏYATINDA DÖNÜŞ YARATMAQ MÜMKÜN DEYİL»

Səmayə xala isə bəlkə də iqtisadçı Natiq Cəfərlinin dediklərindən təskinlik tapa bilər. İqtisadçı yada salır ki, son 3 ildə hər ilin mayında parlament inflyasiyanı nəzərə alaraq təqaüdlərdə artımlar edir:

«İllik inflyasiya nə qədər olacaqsa, o qədər indeksləşdiriləcək. Güman ki, mayda büdcəyə baxsalar və seçkiləri də nəzərə alaraq müəyyən populist addımlar atılması, təqaüdlərin bir az da artırılması mümkündür. Amma Azərbaycanda təqaüdlərin səviyyəsi o qədər aşağıdır ki, 5-15 faizlə təqaüdçülərin həyatında dönüş yaratmaq mümkün deyil. O da var ki, ümumi inflyasiya nəzərə alınır. Ancaq ərzaq inflyasiyası Azərbaycanda daha çoxdur. Təqaüdçülərin, aztəminatlı ailələrin də aldığı ərzağa, dərman preparatlarına gedir.
Natiq Cəfərli
Natiq Cəfərli
Bu halda artımlar xərclərini başa-başa ödəmir. Təqaüdlərin baza hissəsinin azlığını nəzərə alanda, belə xırda artımlarla təqaüdçünün həyatında dönüş yaramaq mümkün deyil».

TƏQAÜDLƏRİ DƏFƏLƏRLƏ ARTIRMAQ LAZIM DEYİL

Natiq Cəfərli deyir ki, təqaüdləri dəfələrlə artırmaq lazım deyil. O misal gətirir ki, Türkiyədə ən aşağı təqaüd 180 manatdır, ortalama təqaüd isə 400 manatdır. Avropanın ən kasıb ölkəsi Bolqarıstanda təqaüd Azərbaycandakından 3 dəfə artıqdır. Üstəlik də, bu ölkədə ərzaq daha ucuzdur. O ki qaldı Hadı Rəcəblinin misal gətirdiyi ölkələrə, Natiq Cəfərli deyir ki, İspaniyada, Yunanıstanda təqaüdlər Azərbaycandakından ən azı 4-5 dəfə çoxdur:

«İspaniyada gündəmdə olan budur ki, inflyasiya nə qədər olacaqsa, pensiya da o qədər indeksləşdirilsin, bundan artıq artım olmasın. Ancaq bu ölkələrdə baza hissəsi çox olduğundan artım da çox olacaq. Azərbaycanda 100 manat təqaüd alanın təqaüdünü 10 faiz artıranda 110 manat edir. Amma İspaniyada təqaüdçü 900 avro alır və 5 faiz artım olanda, bu, 45 avro edir. Bəzi deputatlar ancaq ritorik danışırlar».

Azərbaycanda 2013-cü ildə 1 milyon 279 min nəfər pensiya alacaq.
XS
SM
MD
LG