Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:02

Azərbaycan Amerika Alyansı Ağ ev və konqresmenlər üçün nahar verib


Qala nahar
Qala nahar
-
Noyabrın 14-də Azərbaycan Amerika Alyansı Vaşinqtonda təxminən 700 qonaq üçün qala nahar təşkil edib. Qonaqlar Obama Administrasiyasını, Konqresi, diplomatik korpusu, beyin mərkəzləri və akademik icmaları təmsil ediblər.

Azərbaycan Amerika Alyansı ABŞ-da yaradılmış qeyri-kommersiya təşkilatıdır, Qurumun məqsədinin Azərbaycan xalqının mədəniyyəti, sənayesi, xalqı barədə informasiya yaymaq olduğu bildirilir.

Alyansa Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir.

«Vaşinqtonda bakılı dostlarla bir gecə» devizi ilə keçirilən nahara fəxri rəhbərliyi səfir Elin Süleymanov edib. Naharda qonaqlara Azərbaycan musiqisi və rəqsi, eləcə də Azərbaycan xörəkləri təqdim olunub.

Gecənin menyusu

​GECƏNİN MENYUSU

Respublikaçı Dan Burton tədbirdə çıxış edib. O, Konqresdəki həmkarlarını və nahar iştirakçılarını Bakıya səfər etməyə və Azərbaycanı tanımağa çağırıb.

«Bu axşam musiqi, yemək və mədəni mübadilənin yer kürəsində iki xalq arasında hansı dostluq, qarşılıqlı hörmət və anlaşma körpüləri yaratmasına fantastik nümunədir», - Azərbaycan Amerika Alyansının yaradıcısı Anar Məmmədov deyib.


Fotolar Azərbaycan Amerika Alyansına məxsusdur

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG