Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

«Məhkəmə 2 milyonluq əmlakıma cüzi kompensasiya kəsdi, onu da vermirlər»


Neftçilər prospekti

Neftçilər prospekti

-

Bakı sakini Qurban Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, Neftçilər prospektində yerləşən ikimərtəbəli obyektini söküblər. Məhkəmələr isə Bakı şəhər İcra Hakimiyyətinin ona kompensasiya ödəməsi ilə bağlı qərar verib.

Kompensasiyanın məbləği ilə razılaşmasa da, deyir ki, indi heç Bakı Şəhər İcra Hakimiyyəti o kompensasiyanı da ödəmir.

Qurban Əliyev: «Mənim obyektim Qız Qalasının yanında yerləşirdi. İkimərtəbəli idi. Müasir standartlara cavab verən şəkildə təmir etdirmişdim. Birinci mərtəbəsində ərzaq mağazası, ikinci mərtəbəsində kafe fəaliyyət göstərirdi. Kafeyə əsasən xaricilər gəlirdi. Bakı Şəhər İcra Hakimiyyəti bir neçə dəfə mənə xəbərdarlıq etdi ki, binanı boşalt. Mən də razılaşmadım, çünki şəxsi mülküm idi. Tələb edirdim ki, dəyərləndirilsin, kompensasiyası ödənilsin, sonra binanı boşaldım. İcra Hakimiyyəti məni məhkəməyə verdi, 2007-ci ildə başlanan məhkəmə bu ilin aprel ayında bitdi. Ancaq hələ Səbail rayon məhkəməsində proses bitməmiş, 2007-ci ilin noyabr ayında ağır texnikayla binanı uçurtdular. Ərzaq dükanında 10 min manat dəyərində ərzaq vardı, işıqları kəsdilər, ərzaqlar xarab oldu. Sonra da binanı uçurtdular. Sonra da başladım uçurulmuş, şumlanmış mülkümün davasını aparmağa».

DEDİM HEÇ OLMASA 500 MİN KƏSİN...

Qurban Əliyev deyir ki, mülkə görə 2 milyon manat kompensasiya tələb edirmiş:

«1 milyon manat mülkə görə, 1 milyon manat da torpağa və əldən çıxmış mənfəətə görə istəmişdim. Məhkəmə isə cəmi 220 min manat kompensasiya kəsdi. Dedim, heç olmasa 500 min kəsin, axı kəsdiyiniz kompensasiya bunun yarısından da az məbləğdir, belə ədalətsizlik olmaz. Kimdir məni eşidən?».

Bakı Şəhər İcra Hakimiyyətində qəbul otağı

Bakı Şəhər İcra Hakimiyyətində qəbul otağı

Qurban Əliyev deyir ki, mülkiyyət hüquqları uğrunda çarpışa-çarpışa sağlamlığını da itirib:

«Mülkü sökəndə polis qüvvəsi cəlb etmişdilər, mən söküntüyə müqavimət göstərirdim, necə döymüşdülərsə elə o vaxtdan sağlamlığımda problemlər yarandı. İndi cərrahiyyə olunmalıyam, məhkəmənin kəsdiyi kompensasiyanı da ödəmirlər ki, heç olmasa bundan sonra özümə gün ağlayım».

BƏS KOMPENSASİYA NƏ OLDU?

Bakı Şəhər İcra hakimiyyətinin nümayəndəsi Hafiz Aberkarov bildirib ki, Qurban Əliyevə məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tarix-mədəniyyət təyinatlı torpaq olduğu üçün Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edərək, həmin torpaq sahəsi üzrə Qurban Əliyevlə bağlanmış alqı-satqı müqaviləsinin qanunsuz sayılmasını tələb edib. İddia da təmin olunub.

Bəs Qurban Əliyevə ödənməli olan kompensasiya niyə ödənilmir? Bu suala necə ki, Qurban Əliyev özü cavab tapmamışdı, üç həftə ərzində Bakı Şəhər icra Hakimiyyətinə etdiyimiz zənglərdə biz də cavab ala bilmədik.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG