Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11
-

Gənclərin noyabrın 17-nə planlaşdırdığı etiraz aksiyasının təşkilatçıları polisə çağırılıb.

Bunlar, aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və AXCP fəalı Məmməd İbrahimdir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Əbülfəz Qurbanlı deyib ki, onlar noyabrın 16-sı saat 17:30-da Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik Səhlab Bağırovla görüşəcəklər.

«Bu adi qaydadır, razılaşdırılmış və ya razılaşdırılmamış aksiyalardan öncə polislə təşkilatçılar arasında profilaktik söhbət üçün belə görüşlər olur. Onlar bizdən aksiyaya çıxmamağı xahiş edir, hüquq və vəzifələri xatırladırlar. Biz də onlara aksiyaların keçirilməsinin qanuni hüququmuz olduğunu, belə aksiyaları keçirməkdə israrlı olduğumuzu bildiririk».

Bir qrup gənc fəal və ictimaiyyət təmsilçisi aksiyanı paytaxtın Fəvvarələr meydanında keçirməyi planlaşdırır.

Onlar parlamentin buraxılması və Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edirlər. Bakı Şəhər İcra Hakimiyyəti onların müraciətinə müsbət cavab verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG