Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

Gəncədə güləş üzrə zona birinciliyi keçirilib


-

Mübarizəyə respublikanın müxtəlif yerlərindən olan 200 idmançı qatılıb.

Bu barədə Gəncə şəhər Olimpiya Kompleksindən məlumat verilib.

Məlumata görə, yarışlar 1999-2000-ci təvəllüdlü idmançılar arasında 17 çəki dərəcəsində keçirilib.

Şəmkir, Qazax, Ağstafa təmsilçiləri də xüsusi ilə seçiliblər. Zona birinciliyi Gəncə ilə yanaşı paytaxt, Balakən və İmişlidə də keçirilib.

Qaliblər dekabrda Bakı şəhərində respublika oyunlarının final mərhələsində iştirak edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG