Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47

Rusiyada İslamçı qrupla əlaqədə şübhəli bilinən 9 nəfər həbs olunub


Rusiya hakimiyyəti 9 nəfəri fəaliyyəti qadağan olunmuş İslamyönlü qrupla əlaqədə ittiham edib. Rusiya Daxili İşlər Nazirliyi onları bu ayın həbs etdiyi bildirib.

Nazirliyin açıqlamasına görə, onlar terrorçu qrup sayıldığı üçün fəaliyyəti Rusiyada qadağan edilmiş Hizb ut-Tahrinin fəal üzvü olmaqda şübhəli bilinib.

Onlar həm də ekstremist qrupun əməliyyatlarını koordinasiya etməkdə ittiham olunurlar.

Həbs edilənlər arasında Rusiya və Tacikistan vətəndaşları var. İstintaq qrupu bildirir ki, onların 5-i təşkilatın Moskvada və ölkənin digər regionlarındakı qruplarının lideridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG