Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:44

Şah İsmayılın xətt nümunəsi tapılıb


-





Xəbəri Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun saytı yayıb.

Burada Şah İsmayıl Həzrət Əlinin 100 kəlamını gözəl bir xətlə qızılı və mavi mürəkkəblə köçürüb.

Yazıların arasında onların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəstəliq xətti ilə iki sütunda yazılıb.

Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin 15 səhifəsindən 11-i mühafizə edilib.

Ehtimal edilir ki, bu xətt nümunəsi Çaldıran döyüşündən əvvəl yazılıb.

Osmanlı imperatoru I Səlim Təbrizi işğal edəndə bu əlyazmanı da ələ keçirib və əsər sonralar Avropaya aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG