Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Azərbaycan Amerika Alyansı Ağ Ev, Diplomatik və Konqres Liderləri üçün nahar verib


Azərbaycan Amerika Alyansının qala naharı zamanı
Azərbaycan Amerika Alyansının qala naharı zamanı
-

Noyabrın 14-də Azərbaycan Amerika Alyansı Washington D.C.-də təxminən 700 qonaq üçün qala nahar təşkil edib. Qonaqlar Obama Administrasiyasını, Capitol Hill-i, Diplomatik Korpusu, beyin mərkəzləri və akademik icmaları təmsil ediblər.

Azərbaycan Amerika Alyansı ABŞ-da yaradılmış qeyri-kommersiya təşkilatıdır, qurumun məqsədinin Azərbaycan xalqının mədəniyyəti, sənayesi, xalqı barədə informasiya yaymaq olduğu bildirilir. Alyansa Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edir.

«Vaşinqtonda Bakılı dostlarla bir gecə» devizi ilə keçirilən nahara fəxri rəhbərliyi Səfir Elin Süleymanov edib. Naharda qonaqlara Azərbaycan musiqisi və rəqsi, eləcə də Azərbaycan xörəkləri təqdim olunub.

Respublikaçı Dan Burton tədbirdə çıxış edib. O, Konqresdəki həmkarlarını və nahar iştirakçılarını Bakını səfər etməyə və Azərbaycanı tanımağa çağırıb.

«Bu axşam musiqi, yemək və mədəni mübadilənin yer kürəsində iki xalq arasında hansı dostluq, qarşılıqlı hörmət və anlaşma körpüləri yaratmasına fantastik nümunədir», bunu Azərbaycan Amerika Alyansının yaradıcısı Anar Məmmədov deyib.
XS
SM
MD
LG